Təqlid-1

 

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ بَلْ نَتَّبِعُ مَآ أَلْفَيْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۗ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْقِلُونَ شَيْـًٔا وَلَا يَهْتَدُونَ

"Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar:

“Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər.

Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?" (Bəqərə/170)

-------------------------------

Təfsiri:

Allah Taala, buyurur ki:

Müşriklərdən olan bu kafirlərə:

"Allahın rəsulunə endirdiyi şeyə tabe olun və üzərində olduğunuz cəhaləti və azğınlığı tərk edin." deyildiyində, cavab olaraq:

"Xeyr. Biz, atalarımızı üzərində gördüyümüz şeyə tabe olarıq. Bütlərə ibadət etməyə davam edərik." deyərlər. Allah Taala da, onları rədd edərək:

"Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?"

İbn İshaq Muhamməd b. əbu Muhamməd yolu ilə, İkrimə və ya Səid b. Cubeyr'dən, onlar da ibn Abbas'dan nəql edirlər ki, bu ayət:

"Yəhudilərdən bir tayfa haqqında nazil olmuşdur."

Allah rəsulu (sallallahu aleyhi və səlləm), onları İslama dəvət etdiyində, onlar:

"Xeyr. Biz, atalarımızı üzərində gördüyümüz şeyə tabe olarıq." demişlərdi. Bunun üzərinə, Allah Taala, bu ayəti endirmişdir.

Daha sonra, Allah Taala, belə deyən şəxslərə bir nümunə verir:

وَمَثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ كَمَثَلِ ٱلَّذِى يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَآءً وَنِدَآءً ۚ صُمٌّۢ بُكْمٌ عُمْىٌ فَهُمْ لَا يَعْقِلُونَ

"Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir..." (Bəqərə/171)

Küfr edənlərin azğınlıqdakı, yalnışlıqdakı, cəhalətdəki nümunəsi, özünə nə deyildiyini anlamayan heyvanlar kimidir.

İbn Abbas, əbu'l-Aliyə, Mücahid, İkrimə, Ata, Hasan əl-Basri, Qatadə və Rəbi ibn Ənəs'dən də, bu rəvayət edilmişdir.

"...Onlar, kar, lal və kordurlar, anlamazlar." (Bəqərə/171)

Yəni onlar:

• Haqqı eşitməkdə kar;

• Haqqı söyləməkdə dilsiz;

• Haqq yolunu görməkdə kordurlar.

Heç bir şeyi dinləyib anlamazlar.

(İbn Kəsir təfsiri, Bəqərə/170-171)

-------------------------------------

Bu buyuruğa dair açıqlamalarımızı, 7 başlıq halında təqdim edəcəyik:

1. Atalarına tabe olan kafirlər:

"...onlara..." yəni:

• ərəb kafirlərinə;

• yəhudilərə (ibn Abbasa görə);

• Təbəri'yə görə isə, daha əvvəl keçən (bəqərə/168'də):

"Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir." buyruğundakı "insanlar"a aiddir.

• Bəzilərinə görə də:

وَمِنَ ٱلنَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ ٱللَّهِ أَندَادًا يُحِبُّونَهُمْ كَحُبِّ ٱللَّهِ...

"İnsanlar arasında, Allahdan qeyrilərini Ona tay tutanlar vardır. Onları da, Allahı sevdikləri kimi sevirlər..." (Bəqərə/165) buyuruğundakı, "insanlar arasında"ya aid olduğu da söylənmişdir.

----------------------------------

2. Bir şey bilməyən ataları:

"...Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?" buyuruğunun başındakı əlif hərfi, sual ədatıdır. Burda, cümlənin cümləyə ətf edilməsi bəhs mövzusudur. Çünki atalarına tabe olan kimsələrin:

"Bir şey anlamasalar belə, biz, yenə də atalarımızın yoluna tabe olarıq." deyib, onların yollarına bağlı qalmaları, qeyr-i məqbulluğun, xarablığın ən iləri dərəcəsidir.

Bax bu şəkildə, onlara yönəldilən sual ilə bağlılıqlarının mahiyyəti, onlara söylədilmiş (təqrir edilmiş) olmaqdadır. Çünki atalarının halları, həqiqətən belədir.

Elm adamlarımız belə deyirlər:

Bu ayətin ləfzindəki güclü ifadə, təqlidin batil olduğu mənası verməkdədir.

Buna bənzər başqa bir ayət də belədir:

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُوا۟ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْلَمُونَ شَيْـًٔا وَلَا يَهْتَدُونَ

"Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin”– deyildikdə:

“Atalarımızın tutduğu yol bizə bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun?" (Maidə/104)

Bu ayət (Maidə/104) ilə ondan əvvəlki (Maidə/103) ayət, daha əvvəl keçən ayət (Bəqərə/170) ilə irtibatlıdır. Çünki uca Allah, qıt ağıl və görüşlərinə istinad edərək, bəhirə, səibə və vəsiləyə aid kəsdirib atdıqları hökmlərdəki cahilliklərindən söz etməkdədir.

Onlar, bu cahilcə davranışlarına:

• bunun, atalarını üzərində gördükləri bir iş olduğunu; və

• bu xüsusda, atalarına tabe olduqlarını

dəlil deyə iləri sürdülər. Digər tərəfdən də, Allahın Öz rəsuluna endirdiyi və dinində əmr etdiklərini tərk etdilər.

Bu ayətdəki "onlara" əvəzliyi, hər 2 ayətdə də, bunlara racidir.

-----------------------------------

3. Təqlid:

Bəziləri, bu ayəti, təqlidi pisləmək üçün ələ alırlar. Çünki burda, uca Allah:

• batildə atalarına tabe olduqlarından;

• küfür və üsyanda onların izindən getdiklərindən

dolayı, kafirləri pisləməkdədir.

Bu ayəti, batildə təqlid əleyhinə istifadə etmək, doğrudur.

HAQQ ÜZƏRƏ TƏQLİD isə, dinin əsllərindən bir əsldir. Müsəlmanların sığındıqları şeylərdən biridir.

~ Gərəkli incələmə (araşdırma) etmək imkanına sahib olmayan;

~ Elm (bilgi) əldə etməkdə qüsurlu olan

müsəlman, buna sığınar.

Bir az sonra gələcəyi üzərə, üsula (etiqadi mövzulara) dair məsələlərdə caiz olub-olmadığı xüsusunda, elm adamları arasında görüş ayrılığı varsa da, fər'i (təfərrüata dair) məsələlərdə caiz olması, səhihdir, doğrudur.

----------------------------------

4. Elm adamlarına görə, təqlidin mahiyyəti:

Elm adamlarına görə, təqlidin həqiqi mahiyyəti:

"Dəlilsiz olaraq, bir görüşü qəbul etməkdir."

Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in buyuruğunu, möcüzəsini tədqiq etmədən qəbul edən bir kəs, təqlid etmiş sayılır. Bu möcüzəni tədqiq edən bir kəs isə, müqəllid olmaz.

Təqlidin: "Söylədiyi sözün doğruluğunu bilmədiyi kimsənin fətvasının doğru olduğuna etiqad etmək." mənasında olduğu da söylənilmişdir.

Təqlid, lüğətdə: "dəvənin qiladəsi (ipi, bağı)"ndan alınmışdır. Dəvənin boynuna özü ilə çəkiləcək ipin qoyulmasına, ərəblər, "təqlid" deyirlər.

Müqəllid, sanki bütün işlərini, istədiyi tərəfə çəkib götürəcək birinin əlinə vermiş kimi dəyərləndirilməkdədir. Necə ki, şair belə deməkdədir:

"İşinizi təqlid edin (yəni idarəsini qəbul edin). Allah, qəhrəman ürəkli və döyüş işini çox yaxşı bilənə, xeyrini versin."

---------------------------------

5. Təqlid yolu ilə elm (bilgi) sahibi olmaq:

Təqliq, elm (bilgi) əldə etmə yolu deyildir. Elmə (bilgiyə) də götürməz. Üsulda da, füruda da, bu, belədir. Bu, əqli elmlər, dini elmlərlə məşğul olanların əksəriyyətinin qəbul etdiyi görüşdür.

Haşəviyyə və Sələbiyyə'yə (haşiyə) mənsub cahil bəzi kimsələrdən isə, təqlidin haqqı, bilməyin bir yolu olduğunun nəql edilməsi və vacib olanın da bu olduğu, tədqiq və araşdırmağın haram olduğu şəklindəki nəqllər isə, buna müxalifdir.

Onlara qarşı bu xüsusda gətirilən dəlillər, "fiqh üsulu" kitablarında keçməkdədir.

(Haşiyə:

• Haşəviyyə'nin ümumi olaraq, nasları ilk oxunuşda ağla gələ biləcək mənaları ilə ələ aldıqları, misal üçün, Allaha nisbət edilən əl, üz kimi ifadələri zahiri mənaları ilə qəbul etdikləri görülür. Bu səbəblə, bənzər baxış tərzləri olan müşəbbihə və mücəssimə kimi məzhəb mənsubları, haşəviyyə qrupu içərisində mütaliə edilir.

• Saləbiyyə: Xaricilər'in daha çox Xorasanda yayılan Əcaridə qolundan ayrılmış firqədir.)

-----------------------------------

6. Avamdan olanların təqlid etməsi:

Əhil olmadığı üçün, hökmləri əsl qaynaqlardan çıxartmaq ilə məşğul olmaq imkanına sahib olmayan avamdan olan bir kimsənin, dini ilə bağlı bilmədiyi və ehtiyac duyduğu şeylərdə, izləməsi fərz olan davranış:

Dövründə və yaşadığı yerdə, ən alim olan kimsəyə gedib qarşı-qarşıya qaldığı halı, ondan soruşması və bu xüsusuda onun fətvasına tabe olmasıdır.

Çünki uca Allah:

...فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ

"...əgər bilmirsənizsə, zikr (elm) əhlindən soruşun." (Nəhl/43) deyə buyurmaqdadır.

Bu halda, insan, lazımi araşdırma edib dövrünün ən alim olanını bilmək üçün, səy göstərməklə mükəlləfdir. Elə ki, onun bu şəkildə qəbul etdiyi şəxsin, əksəriyyət tərəfindən belə olduğu üzərində, ittifaq olmalıdır.

Digər tərəfdən, ELM ADAMI olan bir şəxsin, əgər o xüsusa dair necə bir dəlil gətiriləcəyini bilə bilmir və gərəyi kimi tədqiq etmək imkanına sahib olmadığı, bununla bərabər, üzərində yenidən düşünüb məqsədini əldə edincəyə qədər yenidən ələ almaq istədiyi bir hal ilə qarşı-qarşıya qalıb gərəkli incələmə üçün kifayət qədər vaxt tapmazsa və bu səbəbdən dolayı da, (mövzu ilə bağlı) ibadətin vaxtının keçməsindən qorxarsa, ya da hökmün vaxtının keçməsindən çəkinərsə, özü kimi elm adamı olan bir kimsəni təqlid etməsi, fərz olur.

Təqlid etdiyi digər müctəhidin səhabə olub-olmaması arasında isə, bir fərq yoxdur.

Qadı əbu Bəkr ilə mühəqqiqlərdən bir qrupun qəbul etdiyi görüş də, budur.

------------------------------------

7. Əqidə mövzularında təqlid və kəlamçılar:

İbn Atiyyə belə deyir:

Ümmət, əqidə ilə bağlı xüsuslarda, təqlidin batil olduğunu, icma ilə qəbul etməkdədir.

Ancaq:

• Qadı əbu Bəkr b. əl-Arabi;

• əbu Amr Osman b. İsa b. Dərbas əş-Şafi

kimiləri, bu xüsusda, fərqli görüşlərin olduğundan söz etməkdədirlər.

İbn Dərbas, "əl-İntisar" adlı əsərində, bunları deməkdədir:

"Bəzi kimsələr, tövhid xüsusunda, təqlidin caiz olduğunu söyləmişlərdir. Ancaq uca Allahın bu buyuruğu səbəbilə, bu görüş, xətalıdır:

...إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّقْتَدُونَ

"...Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” (Zuxruf/23)

Uca Allah, burda, atalarını təqlid edib Peyğəmbərlərə tabe olmağı tərk etdiklərindən dolayı, bu kimi şəxsləri pisləməkdədir. Necə ki, həva əhli olan kimsələrin də, böyüklərini təqlid edib Muhamməd (sallallahu aleyhi və səlləm)'in gətirdiyi dinə tabe olmağı tərk etmələri də, belədir. Çünki mükəlləf olan hər kəsin, tövhidi öyrənməsi və bunu qəti olaraq bilməsi, fərzdir. Bu isə -tövhid ayətində (Bəqərə/163) açıqladığımız kimi- ancaq kitab və sünnətdən əldə edilə bilər. Allah, dilədiyi kimsəyə hidayət verər."

İbn Dərbas yenə belə deyir:

"Azmış firqələrə mənsub olan kimsələr, Kitab və sünnətə möhkəm sarılan kimsələrin müqəllid olduqlarını, çoxca söyləməkdədirlər. Ancaq bu, onların düşdükləri bir xətadır. Əksinə, təqlid, onlara (bu azmış firqələrə), daha layiq və onların qəbul etdikləri görüşlərə, daha uyğundur. Çünki onlar:

• Allahın kitabına;

• Rəsulunun sünnətinə; və

• Səhabələrin icmasına

müxalifət etdikləri xüsusunda, ağalarının və böyük qəbul etdikləri kimsələrin sözlərini mənimsəmişlərdir.

Beləliklə, onlar, uca Allahın, bu buyruqlarında pislədiyi kimsələrin muhtəvasına girərlər:

...رَبَّنَآ إِنَّآ أَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠ • رَبَّنَآ ءَاتِهِمْ ضِعْفَيْنِ مِنَ ٱلْعَذَابِ وَٱلْعَنْهُمْ لَعْنًا كَبِيرًا

"...Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” (Əhzab/67-68)

...إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّقْتَدُونَ

"...Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!" (Zuxruf/24)

Daha sonra, Peyğəmbərinə bunu bildirməkdədir:

قَـٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ ۖ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ

Peyğəmbər dedi:

“Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?”

Onlar dedilər:

“Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf/24)

Daha sonra, uca Allah, peyğəmbərinə:

فَٱنتَقَمْنَا مِنْهُمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

"Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sayanların aqibəti necə oldu." (Zuxruf/25) deyə buyurmaqdadır.

Beləliklə, uca Allah, hidayətin ancaq, Onun göndərdiyi peyğəmbərlərin gətirdiklərində olduğunu bəyan etməkdədir.

Etiqadi mövzularda gələn xəbərlərə bağlı qalaraq:

"Biz, imamlarımızı, atalarımızı və insanları, Kitab, Sünnət və ümmətin saleh sələfinin icmasını dəlil qəbul edər gördük."

demələri ilə, digərlərinin:

"Biz, atalarımızı belə (bu yolda) gördük. Ağalarımıza və böyüklərimizə itaət etdik." demələri arasında, ən kiçik bir münasibət belə yoxdur. Çünki:

• birinci qrup, bu davranışlarını, Allah tərəfindən bildirilən bir hökmə və Rəsuluna tabe olmağa nisbət edərkən,

• digərləri, uydurmalarını, batil əhli kimsələrə nisbət etməkdə, beləliklə, azdırmaları, daha da iləri dərəcəyə getmiş olmaqdadır. Necə ki, uca Allah, Quran-i Kərim'də, bu buyruğunda, bizlərə nəql etdiyi sözləri söyləyən Yusuf (əleyhissəlam)'ı tərifləməkdədir:

...إِنِّى تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا يُؤْمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَـٰفِرُونَ • وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَ‌ٰهِيمَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍ ۚ ذَ‌ٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ

"...Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam. Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir." (Yusuf/37-38)

Yusuf (əleyhissəlam)'ın ataları, vəhyə tabe olan peyğəmbərlər idilər. Bax, Uca Allahın seçib bəyəndiyi xalis din də, budur.

Yusuf (əleyhissəlam)'ın Atalarına bu şəkildə tabe olması, tərifə layiq məziyyətlər arasındadır. O Peyğəmbərlərin gətirdikləri doğru xəbərlər arasında, arazlardan, arazların cövhərlərlə (haşiyə) münasibətlərindən və onlardakı dəyişikliklərdən söz edilməməkdədir.

Bax bu da, bu kimi mövzularda (araz, cövhər və bənzəri məsələlərdə), hidayət mövcud olmadığını və bunları ortaya qoyanların doğrunu tapan kimsələr olmadıqlarını göstərməkdədir.

----------------------------------

(Haşiyə:

Cövhər: varlıqda qala bilməsi üçün, başqa şeyə möhtac olmayan maddələr, deməkdir.

Araz: başqa bir nəsnə ilə var olan, öz başına var ola bilməyən, "davamlı olmayan şey" deməkdir. Məfhum olaraq isə:

Başqasına, yəni cövhər və cismə bağlı olaraq varlığını göstərə bilən və davamlı olmayan şey, deməkdir. (Məsələn, qəndin dadı, rəngi kimi)

Sabuni, "əl-Bidayə", s. 19)

-------------------------------

İbnu'l-Hassar, belə deyir:

"Bu kimi kəlimələrin dilə dolaşması, ikinci yüz illikdən sonra, xəlifə Mə'mun dövründə, əvvəlkilərin (filosofların) kitabları tərcümə edilincə, görülməyə başlandı.

Yenə bu illərdə, aləmin qədim olması, hadis (sonradan var) olması ilə, cövhər və sübutu, araz və mahiyyəti kimi xüsuslarda da, ixtilafa düşdükləri görüldü.

Bidətçilər və qəlblərində əyrilik olanlar, bu terminləri dərhal əzbərlədilər və əhl-i sünnətə qarşı, onların (əhl-i sünnətin) adət etmədikləri şeylər söyləmə yoluna girdilər. Bu dinə mənsub bəzi zəif kimsələri şübhəyə salmağa başladılar.

Nəhayət, bidətlər ortaya çıxıb bidətçilərin tərəfdarları da meydana gələnə qədər, hal beləcə davam etdi. Sultan da, bu işin içində çıxa bilmədi və nəhayət, o da, Quranın məxluq olduğunu söylədi. İnsanları onu qəbul etməyə məcbur etdi və bunu qəbul etməsi üçün, Əhməd b. Hənbəli belə döydü.

Şeyx əbu'l-Həsən əl-Əşari və Abdullah b. Kullab ilə ibn Mücahid, Muhasibi və bunlara bərabər olan sünnət əhlindən bəzi elm adamları ortaya çıxdı. Bidətçilərlə, öz məfhumları üzərində münazirələr etdilər və sonra da şəxsən onların silahları ilə onları öldürdülər.

Bu ümmətə mənsub Kitab və sünnətə möhkəm sarılan müsəlman kimsələr, inkar edənlərin şübhələrindən üz çevirən kimsələr idilər. Bunlar, cövhər və araz kimi məsələlər üzərində, ağıl yormadılar. Sələf, bu yol üzərə idi."

Mən (Qurtubi) isə, deyirəm ki:

İndi bu xüsusda, din adına mübarizə aparmaq üzərə, kəlam əhlinin terminlərini incələyənlərin mövqeyi, peyğəmbərlərin mövqeyinə yaxındır.

• Səhih rəvayət və xəbərləri qəbul edən möminlərin izlədiyi yola dil uzadıb tənqid edən; və

• Kəlam kitablarının incələnməsini təşviq edən; və

• Haqqı ancaq bu terminlər vasitəsilə bilən

ifrata varmış kəlamçılara gəlincə, onlar, keçmiş imamların daha əvvəldən izlədikləri yolu rədd etdiklərindən dolayı, pislənmiş kimsələrdir.

Doğrusunu ən gözəl bilən, Allah'dır.

Dəlillər ortaya qoyaraq münazirə etməyə gəlincə, bu, Quran-i Kərimdə yer alan açıq bir xüsusdur.

Buna dair açıqlamalar da, uca Allahın izni ilə, iləridə (Həcc/68-69, Ənkəbut/46-47 ayətləri açıqlanarkən) gələcəkdir.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Bəqərə/170 təfsiri)

Read 2 times
In order to make a comment, please login or register