Mülk surəsi 5-ci ayət
وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَجَعَلْنَـٰهَا رُجُومًا لِّلشَّيَـٰطِينِ
"And olsun ki, Biz, dünya səmasını lampalar (ulduzlar)'la bəzədik və onları, şeytanlara atılan daşlama (vasitələri) qıldıq." (Mülk/5)
-----------------------
Ey kozmoğrafyanın ruhsuz meseleleriyle zihni darlaşan ve aklı gözüne inen ve şu âyetin azametli sırrını o sıkışmış zihninde yerleştiremeyen mektepli efendi! Şu âyetin semâsına yedi basamaklı bir merdivenle çıkılabilir. Gel, beraber çıkacağız.
Yəni:
Ey (kainatı bir bütün olaraq ələ alıb incələyən astronomiya elminin bir qolu olan) kosmoqrafiyanın ruhsuz məsələrilə zehni daralan və ağlı, gözünə enən və bu ayətin əzəmətli sirrini, o daralmış zehnində yerləşdirə bilməyən məktəbli bəy! Bu ayətin səmasına, 7 pilləkənli bir nərdivan ilə çıxıla bilər. Gəl, bərabər çıxacağıq.
-----------------------
✓ Birinci basamak:
"Hakikat ve hikmet ister ki, zemin gibi semâvâtın da kendine münasip sekeneleri bulunsun. Lisan-ı şer'îde, o ecnâs-ı muhtelifeye 'melâike ve ruhaniyat' tesmiye edilir."
Yəni:
Birinci pilləkən: Həqiqət və hikmət istər ki, yer kimi, səmaların da, özünə münasib sakinləri olsun. Şəri dildə (terminologiyada), o müxtəlif cinslər, 'mələklər və ruhanilər' deyə adlandırılmışlardır.
Mələk və ruhanilərin tərifi:
"Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərin bəyanına görə, "məlaikə", "mələk" kəliməsinin cəm halı olub, "elçilər" mənasındadır. Kəlimənin lüğəvi mənası, budur. Mələklərin bir qismi, təkvini və təklifi əmrləri məhəllinə çatdırmaq xüsusunda, Allah tərəfindən elçilik vəzifəsilə vəzifələndirildikləri üçün, bu adı almışlardır. (haşiyə)
--------------------
(Haşiyə:
Təkvini və təklifi əmrlər üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir)
---------------------
İstilahi (terminoloji) mənasına gəlincə: mələklər, günahlardan məsum; kişilik və qadınlıqdan bəri; yeməyən, içməyən; Allahın əmrlərini hərfiyyən yerinə yetirən; bəşərin taqətinin fövqündə çətin işlər görə bilən; fərqli surətlərə girə bilən, nurani cisimlərdir.
"Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərdə, "Şərhu'l-Maqasid"dən nəqlən belə deyilməkdədir:
"Mələklər, nurani və sadəcə xeyrə qabiliyyəti olan cisimlərdir." (2-ci cild, s. 1640)
Müəllifmiz Ustad Nursi (rahiməhullah) da, mələkləri, belə tərif etməkdədir:
"Melâike, ecsâm-ı lâtife-i nuraniyedirler." (Sözlər, 29-cu Söz, 1-ci Məqsəd, 2-ci Əsas, s. 498)
Yəni:
Mələklər, nurani, lətif cisimlərdir.
"Ruhaniyyat"a gəlincə, əsahh (ən doğru) olan görüşə görə, ruhanilər, mələklərdən bir növdür. Yəni, mələklər və ruhanilər, eyni varlıqlardır. Lakin cinsləri və növləri, fərqli-fərqlidir. Necə ki, kitablarda, mələklərin bir qismi haqqında - "mələk"; bir qismi haqqında isə - "ruhani" ismi istifadə edilmişdir.
"Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərdə (2-ci Cild, s. 1642), "Ruhaniyyat"ın mələklərdən bir növ olduğu, belə ifadə edilməkdədir:
"Mələklər, 2 qisimdir:
~ Bir qismi, ülvidir. Bunlara, "müvəkkəl / vəkil qılınmış" mələklər də deyilir.
~ Digər qismi isə, süflidir. Bunlara, "a'van, ərvah və ruhani" də deyilir.
-----------------------
Evet, hakikat öyle iktiza eder. Zira, zemin, küçüklüğü ve hakaretiyle beraber, zîhayat ve zîşuur mahlûklardan doldurulması ve ara sıra boşaltılıp yeniden zîşuurlarla şenlendirilmesi işaret eder, belki tasrih eder ki, şu muhteşem burçlar sahibi müzeyyen kasırlar hükmünde olan semâvât dahi zîşuur ve zevi'l-idrak mahlûklarla doludur.
Yəni:
Bəli, həqiqət, belə iqtiza edir (gərəkdirir). Çünki, yerin, kiçikliyi və həqirliyi ilə bərabər, həyat və şüur sahibi məxluqlarla doldurulması və ara-sıra boşaldılıb yenidən şüur sahiblərilə şənləndirilməsi, işarət, hətta təsrih edər (açıq şəkildə bildirər) ki, bu ehtimaşlı bürclər sahibi zinətli qəsrlər hökmündə olan səmalar da, şüur və idrak sahibi məxluqlarla doludur.
Mətndə keçən "həqiqət" təbirindən murad olunan, "Allahın isim və sifətlərinin təcəllisi"dir. Çünki əşyanın həqiqəti, Allahın isimlərinə istinad edir. (haşiyə) Yəni, Allah Taala'nın, isim və sifətlərinin aləmdəki təcəllisi, xüsusilə "əl-Hayy / həyat sahibi olan Allah", "əl-Muhyi / həyat verən Allah" kimi isim və sifətlərinin təcəllisi, mələklərin varlığını iqtiza edir.
-----------------------
(Haşiyə:
Tövhidin əqli isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati#
İsim nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9...
İsim təcəllisi nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir
• Əşyanın həqiqəti nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syanin-h%C9%99qiq%C9%9...
-----------------------
Müəllifimiz Ustad Nursinin qəsdi budur ki, kiçik bir məkanda, yəni yer kürəsində, bu qədər həyat sahibi yaratmaqla Özünü əl-Hayy, əl-Muhyi və s. kimi isim (ünvan)'larla tanıdan Allah, heç mümkünmüdür ki, daha əzəmətli olan səma məkanında Özünü, bu isim və sifətlərlə tanıtmasın?! Çünki, yaradalışdan ən böyük qayə, Allahın, Özünü tanıtması və bildirməsidir. Bu da, səmaya münasib varlıqların varlığını gərəkdirir. Yerdəki həyat sahibləri, Allahın əl-Hayy, əl-Muhyi olmasına bir "ayna" olduqları kimi, səmadakı varlıqlar da, bu isim və sifətlərə aynadırlar.
• Müəllifimiz Nursi (rahiməhullah), bu mövzuda, belə deyir:
"Hayat, melâikeye iman rüknüne dahi bakar, remzen ispat eder. Çünkü,
~ Madem kâinatta en mühim netice hayattır ve en ziyade intişar eden ve kıymettarlığı için nüshaları teksir edilen ve zemin misafirhanesini gelip geçen kafilelerle şenlendiren zîhayatlardır.
~ Ve madem küre-i arz bu kadar zîhayatın envâıyla dolmuş ve mütemadiyen zîhayat envâlarını tecdit ve teksir etmek hikmetiyle, her vakit dolar boşanır ve en hasis ve çürümüş maddelerinde dahi kesretle zîhayatlar halk edilerek bir mahşer-i huveynat oluyor.
~ Ve madem hayatın süzülmüş en sâfi hülâsası olan şuur ve akıl ve en lâtif ve sabit cevheri olan ruh, bu küre-i arzda gayet kesretli bir surette halk olunuyorlar; adeta küre-i arz, hayat ve akıl ve şuur ve ervah ile ihyâ olup öyle şenlendirilmiş.
Elbette küre-i arzdan daha lâtif, daha nuranî, daha büyük, daha ehemmiyetli olan ecrâm-ı semâviye, ölü, câmid, hayatsız, şuursuz kalması imkân haricindedir.
Demek gökleri, güneşleri, yıldızları şenlendirecek ve hayattar vaziyetini verecek ve netice-i hilkat-i semâvâtı gösterecek ve hitâbât-ı Sübhâniyeye mazhar olacak olan zîşuur, zîhayat ve semâvâta münasip sekeneler, herhalde sırr-ı hayatla bulunuyorlar ki, onlar da melâikelerdir." ("Ləmalar", 30-cu Ləma, 5-ci Nüqtə, 4-cü Rəmiz, s. 348-349)
Yəni:
Həyat, mələklərə iman rüknünə də baxmaqda (göstərməkdə), rəmzən (işarətən) isbat etməkdədir. Çünki:
1. Madam ki, kainatda ən mühim nəticə, həyatdır; və ən çox yayılan; və qiymətli olduğu üçün "nüsxə"ləri çoxaldılan; və "yer kürəsi mehmanxanası"nı gəlib-keçən topluluqlarla şənləndirən, həyat sahibləridir (yəni, sanki yer, mehmanxana; bu mehmanxananı şənləndirən, qiymətləndirən isə, həyat sahibləridir).
2. Və madam ki, yer kürəsi, bu qədər növbənöv həyat sahibləri ilə dolmaqda; və mütəmadi olaraq növbənöv həyat sahiblərini yeniləmək və çoxaltmaqla, hər vaxt dolmaqda-boşalmaqda; və ən qiymətsiz və çürümüş maddələrindən belə, çoxca həyat sahibləri yaradılaraq mikroskopik canlıların toplanma yeri olmaqdadır.
3. Və madam ki, həyatın süzülmüş ən saf xülasəsi olan şüur və ağıl və ən lətif və sabit cövhəri olan ruh, bu yer kürəsində çoxca xəlq edilirlər; sanki yer kürəsi, həyat, ağıl, şüur və ruh ilə dirildilib elə şənləndirilmişdir.
Əlbəttə ki, yer kürəsindən daha lətif, daha nurani, daha böyük, daha əhəmiyyətli olan səma cisimlərinin, ölü, cansız həyatsız, şüursuz qalması, imkan xaricindədir.
Demək ki,
~ göyləri, günəşləri, ulduzları şənləndirəcək; və
~ onlara canlı vəziyyətini verdirəcək; və
~ səmaların yaradılmasındakı nəticəni göstərəcək; və
~ subhan olan Allahın xitabına mazhar olacaq
olan şüur, həyat sahibi və səmalara münasib olan sakinlər, hər halda, həyat sirrilə mövcuddurlar ki, bax onlar da, mələklərdir.
• Yenə Ustad Nursi, bir digər əsərində (bax: "Şualar", 11-ci Şua, 9-cu Məsələ, 1-ci Nöqtə, s. 205), belə deyir:
"Heç mümkün müdür ki, zeminin yüzünü mütemadiyen zîhayatlarla doldurup boşaltan ve kendini tanıttırmak ve ibadet ve tesbihat ettirmek için bu dünyamızı zîşuurlarla şenlendiren bir Sultan-ı Zülcelâl, semâvâtı ve yıldızları boş ve hâli bıraksın; onlara münasip ahâliyi yaratıp, o semâvî saraylarda iskân etmesin ve saltanat-ı rububiyetini en büyük memleketinde hademesiz, haşmetsiz, memursuz, elçisiz, yâversiz, nâzırsız, seyircisiz, âbidsiz, raiyetsiz bıraksın? Hâşâ, melekler sayısınca hâşâ!"
Yəni:
Heç mümkünmüdür ki, yeri mütəmadi olaraq həyat sahiblərilə doldurub-boşaldan; və Özünü tanıtdırmaq və ibadət və təsbih etdirmək üçün, bu dünyamızı şüur sahiblərilə şənləndirən cəlal sahibi bir Sultan, səmaları və ulduzları, boş buraxsın; onlara münasib əhalini yaradıb o "səmavi saray"larda yerləşdirməsin və "rububiyyət səltənəti"ni,
-(yəni, sanki kainat, Allahın tərbiyə ediciliyini göstərən bir səltənət kimidir, Allahın tərbiyəsindən xaric heç bir şey yoxdur. Allahın tərbiyə ediciliyi, kainatda, sanki səltənət qurmuşdur)-
ən böyük diyarında (yəni səmalarda), xidmətçisiz, ehtişamsız, məmursuz, elçisiz, yavərsiz, nazirsiz (yəni, bunlara nəzarət edən varlıqlar olmadan), tamaşaçısız, abidsiz, rəiyyətsiz buraxsın?
Əsla, mələklər sayınca əsla!
(Yəni tərbiyə ediciliyi, kiçik olan yerdə göründüyü halda; ola bilərmi ki, səmalar kimi böyük diyarlarda görünməsin?! Və ya Öz tərbiyə ediciliyini kiçik bir yerdə göstərdiyi halda; ola bilərmi ki, böyük məkanlarda göstərməsin?!)
• Yenə Ustad Bədiü'z-zaman, bir risaləsində (bax: "Şüalar", 2-ci Şüa, s. 34), belə deməkdədir:
"Hem hiç mümkün müdür ki, bir Sâni-i Hakîm, kendini tanıttırmak ve sevdirmek ve medh ü senâsını ettirmek ve envâ-ı ihsanatıyla zîhayatları mesrur ve memnun etmekle minnettarlıklarını ve şükürlerini rubûbiyetine mühim bir medar yapmak için, koca kâinatı, envâıyla, erkânıyla zîhayata musahhar bir hizmetkâr, bir mesken, bir meşher, bir ziyafetgâh yaptıktan sonra, zîhayatların çeşit çeşit, binlerce envâlarının nüshalarını o derece teksirini istiyor ki, kavak ve karaağaç gibi meyvesizlerin bir kısım yapraklarından herbir yaprağı bir tabur sineklere, yani havada zikreden zîhayatlara hem beşik, hem rahm-ı mâder, hem erzaklarının mahzeni yaptığı halde; bu ziynetli semâvâtı ve bu nurânî yıldızları sahipsiz, hayatsız, ruhsuz, sekenesiz, boş, hâlî, faidesiz yani melâikesiz, ruhânîsiz bıraksın? Hâşâ, melekler ve ruhânîler adedince hâşâ ve kellâ!"
Yəni:
Heç mümkünmüdür ki, hikmət sahibi bir sənətkar, Özünü tanıtdırmaq və sevdirmək və Özünə mədh və səna etdirmək və növbənöv ehsanları ilə həyat sahiblərini sevincli və məmun etməklə minnətdarlıqlarını və şükürlərini Öz rububiyyətinə (tərbiyə ediciliyinə) mühim bir səbəb qılmaq üçün, böyük kainatı, bütün növlərilə, rüknlərilə, həyat sahiblərinə:
~ boyun əydirilmiş bir xidmətçi;
~ bir məskən;
~ bir məşhər (sərgi salonu);
~ bir ziyafətgah
qıldıqdan sonra; həyat sahiblərinin fərqli-fərqli, minlərlə növlərinin "nüsxə"lərinin o dərəcə çoxalmasını istəyir ki, ağqovaq və qarağac kimi meyvəsiz ağacların bir qisim yarpaqlarından hər bir yarpağı, bir tabor həşərata,
~həm beşik;
~ həm ana rəhmi;
~ həm ərzaq deposu
qıldığı halda; bu zinətli səmaları və bu nurani ulduzları, sahibsiz, həyatsız, ruhsuz, sakinlərsiz, boş, faydasız, yəni mələksiz, ruhanisiz qoysun?!
Əsla, mələk və ruhanilər ədədincə əsla və əsla!
Müəllif Ustad Nursi, "şu muhteşem burçlar sahibi olan, müzeyyen kasırlar misali olan semâvât" cümləsində, səmaları, 2 sifətlə vəsf etməkdədir:
1. Ehtişamlı bürclər sahibi olan səmalar;
2. Zinətli qəsrlər kimi olan səmalar.
~ O qəsrlər, madam ki gözəldirlər, əlbəttə, o qəsrlərdə yaşayan sakinlər olacaqdır. Çünki bu qədər zinətli olan qəsrlərin boş qalması, Allahın hikmətinə ziddir.
~ Həm madam ki, səmalar, ehtişamlı bürclər sahibidir. Əlbəttə ki, yer üzündə, şərir (şərli) varlıqlar mövcud olacaqdır ki, o mütəcaviz (həddindən təcavüz edən, həddini aşan) şərirlərə qarşı, səmalar, bürclərlə mühafizə altına alınsın. Demək, yerdəki o şərirlər, o zinətli qəsrlərə getmək istəyəcəklərdir. Əlbəttə ki, o məsum əhali də, o şərirləri öz içlərinə qəbul etməyəcək və onlar, o bürclərdə olan mələklər vasitəsilə, rəcm ediləcək, daşlanacaqlardır. Beləcə, yerdəki şərirlər ilə, səmalardakı əxyar (xeyirli varlıqlar) arasında, bir müharibə olacaqdır.
Müəllifimiz Ustad Nursi, səmaları bu 2 sifətlə vəsf etməklə:
1. Həm səmalarda mövcud olan məsum mələklərin varlığını;
2. Həm də yer üzündə mövcud olan şərir varlıqların varlığını
isbat etmişdir.
Xülasə:
~ Madam ki, yer üzü həyat sahiblərilə doludur. Əlbəttə ki, zinətli qəsrlər kimi olan səmalar da boş deyildir. Oralarda da, saysız-hesabsız həyat sahibləri mövcuddur.
~ Həm madam ki, səmalarda bürclər vardır. Demək ki, yerdə şərirlər vardır ki, o bürclər, onları qovmaq və səma aləmini onlardan qorumaq üçün bina edilmişdir.
Mətndə keçən "muhteşem burçlar" təbirindən murad, fənnin tərif etdiyi bürclər deyildir. "Kontrol, müşahidə yeri" deməkdir. Bunlar, əvvəlki filosofların terminologiyasında mövcud olan təbirlərdir. Çünki onlara görə, günəş dönməkdədir. Onlar, günəşin hər 30 dərəcəsinə bir bürc (şir, əqrəb, dolça və s. kimi 12 bürc) adı vermiş və səmalarda, bürclərin mövcud olduğunu qəbul etmişlərdir.
Yeni astronomiya isə, əvvəlki fəlsəfəni yalanlamış, "Səmalarda bürclər yoxdur. Bunlar, xəyal məhsulu olan şeylərdir." demişlərdir. Çünki yeni astronomiyaya görə, yer kürəsi dönməkdədir. Bürclər, yerin illik döngüsü altında varlıq qazanır. Belə ki:
Yer kürəsi döndüyündə, hər ay, ulduzlarla qarşı-qarşıya gəlir. Əgər yer kürəsilə o ulduzlar arasında xəyali bir xətt çəkilsə, "balıq, öküz, dolça" və s. kimi şəkillər meydana çıxır. Beləcə, yer kürəsi, hər ayda, səmavi bürclərin birinin kölgəsində olur. Bugünki astronomiyanın qəbul etdiyi bürclər də, budur.
Bəli, hər biri bir qəsr hökmündə olan 7 qat səmanın ətrafı, surlarla əhatələnmişdir. O surlarda isə, bir çox bürc, yəni qüllələr, kontrol yerləri mövcuddur. Haqq Taala, o qəsrləri şərirlərin şərrindən qorumaq üçün, hər bir ulduzu bir bürc kimi qılmışdır.
Müəllifimiz Ustad Nursi, bu mətndə, "O sakinlər, o səmalara münasib olsunlar." deyə vurğulamaqdadır.
Yəni, necə ki, səmalar, lətif və nuranidirlər. Mələklər də, lətif və nurani varlıqlardır. Səmavata münasib bir halda yaşayırlar. Yəni, mələklər, yeməz, içməz, yatmaz, evlənməz, tədrisat görməzlər.
Həm səmavatın sükut və səkinəti, intizamı, genişlik və nuraniliyi, dəlalət edir ki; sakinləri olan mələklər, muti (itaətkar)'dırlar. (İtaətkar olmasaydılar, yerdə gördüyümüz kimi, səmalarda da qarışıqlıqlar mütləq olacaq, intizam pozulacaqdı. Halbuki səmalar, səssizlik içindədir. Nuranidir, yəni günah kirlərilə ləkələnməmişdir). Allahın əmrlərinə müxalifət etməzlər. Nə əmr edilsə, onu işləyərlər. Daim ibadət ilə məşğuldurlar. İbadətdən və gördükləri vəzifələrdən, əsla yorulmaz və bezməzlər.
------------------
"Onlar dahi, ins ve cin gibi, şu âlem sarayının seyircileri ve şu kâinat kitabının mütalâacıları ve şu saltanat-ı Rububiyetin dellâllarıdırlar."
Yəni:
Onlar da, insan və cin kimi:
~ bu "aləm sarayı"nın tamaşaçıları;
~ bu "kainat kitabı"nın mütaliəçiləri; və
~ bu "Rububiyyət səltənəti"nin dəllallarıdırlar.
Ustad Nursi, bu cümləsində, kainatı, 3 sifətlə vəsf etməkdədir. Belə ki:
1. Kainat, bir saray (kimi)'dir;
2. Kainat, bir kitab (kimi)'dir;
3. Kainat, bir səltənət (kimi)'dir.
Buna müqabil olaraq da, mələk və ruhanilərin 3 vəzifəsi olduğunu bəyan etməkdədir. Belə ki:
1. Mələk və ruhanilər, bu sarayın tamaşaçılarıdırlar;
2. Mələk və ruhanilər, bu kitabın mütaliəçisidirlər;
3. Mələk və ruhanilər, bu "Rububiyyət" səltənətin (haşiyə) dəllalları (elan edicilər, yüksək səslə eşitdirənlər)'dir.
------------------------------
(Haşiyə:
Rububiyyət nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C...
------------------------------
"Çünkü, kâinatı had ve hesaba gelmeyen tezyinat ve mehâsin ve nukuş ile süslendirip tezyin etmesi, bilbedâhe, mütefekkir istihsan edici ve mütehayyir takdir edicilerin enzârını ister. Evet, hüsün elbette bir âşık ister. Taam ise aç olana verilir."
Yəni:
Çünki, kainatı, hədd və hesaba gəlməyən zinətlər, gözəlliklər və naxışlar ilə bəzəməsi, açıq bir şəkildə, təfəkkür edib bəyənənlərin və heyrət edib təqdir edənlərin nəzərlərini istəyər. Bəli, gözəllik, əlbəttə bir aşiq istəyər. Təam isə, ac olana verilər.
--------------------------------
Halbuki, ins ve cin, şu nihayetsiz vazifeye, şu haşmetli nezarete ve şu vüs'atli ubûdiyete karşı milyondan birisini ancak yapabilir. Demek bu nihayetsiz ve mütenevvi vezaife ve ibâdâta, nihayetsiz melâike envâı ve ruhaniyat ecnâsı lâzımdır.
Yəni:
Halbuki insan(lar) və cin(lər), bu nəhayəti olmayan vəzifəyə (yəni, təfəkkürə), bu ehtişamlı nəzarətə və bu geniş qulluğa qarşı, milyondan ancaq birini edə bilər.
Demək, bu nəhayətsiz və fərqli-fərqli vəzifə və ibadətlərə, nəhayətsiz mələklər növü və ruhaniyyat cinsləri lazımdır.
Yəni, Müəllifimiz Ustad Nursi'nin qəsdi budur ki, kainat, sayıla bilməyəcək qədər İlahi əsərlərlə doludur. Bu əsərlər, çox incə sənətlərlə yaradılmış; çox gözəl bəzədilmiş; və çox faydalarla təchiz edilmişdir. İnsanlar, bunların çox az bir qismini, onlardakı incəliklərə nüfuz etmədən seyr etməkdədirlər. Qaldı ki, bu əsərlərin əksəriyyəti, heç görünmür və bilinmirlər. Bir dağdakı saysız-hesabsız çiçəklər, o gözəllikləri, incə sənətlərilə, bir müddət göstərib, sonra solub getməkdədirlər. O çiçəklərdən 1/1000-i belə seyr edilmir. Bir çiçəkdəki incə sənətləri, ancaq, bir botanik bir dərəcə seyr edə bilir. O da, sadəcə, incələdiyi çiçək üzərində düşünür, digər bütün çiçəklər, yenə tamaşaçısız qalmaqdadır.
Bax, bu hal göstərir ki, bütün çiçəkləri seyr edəcək, gözəlliklərinə heyran olacaq, incə sənətlərini təqdir edəcək başqa varlıqlar lazım gəlməkdədir. Onlar da, Ustadın ifadəsilə, "nihayetsiz melaike envaı / saysız-hesabsız mələk növləri"dir.
Yer üzündə hal belə ikən, göy üzündəki İlahi sənətləri, bəşər, çox uzaqlardan bir dərəcə seyr etməkdə, ulduzlar aləminin çox az bir qismini görə bilməkdədirlər. Dünyamızın günəş sistemi içində bir nöqtə qədər qaldığı; günəş sisteminin də bütün qalaktikalar yanında yenə bir nöqtə qədər olduğu düşünülərsə, bu sonsuz sənət əsərlərindən, insanın görə və bilə bildiyi miqdar, hesab edə bilməyəcək qədər çox kiçik qalır. Onların tamaşa və təfəkkürü, onların təsbihlərinin təmsili, ancaq mələklərlə icra edilə bilər.
Yaradılan hər şey, həm çox gözəldir, həm də çox incə sənət sərgiləməkdədir. Öz varlığımıza baxaq. Hər orqanımız, nə qədər mükəmməl və nə qədər gözəldir. Misal olaraq, gözümüzü düşünək. Bizim göz haqqındakı məlumatlarımız, çox mücməldir. Ondakı incə sənəti başa düşmək üçün, uzun bir tibb təhsili almaq lazımdır. O təhsildən sonra, ayrıca, göz üzərində ixtisas sahibi olan həkimlər belə, gözü mütəmadi düşünürlər deyil. Mövzu açılarsa və ya bir sual soruşularsa, bildiklərini ortaya qoyarlar. Onun fövqündə, onlar da, gözü heç düşünmədən, başqa işlərlə məşğuldurlar.
O halda, gözdəki bu incə sənətlər, çox az bir tamaşaçıya, yenə çox qısa bir zaman dilimində xitab edir deməkdir. Onun fövqündə, bu İlahi sənət əsərlərini tamaşa edən, ondakı incə sənətə heyran olan mələklər olmasa, bu şah əsərlər, tamaşaçısız qalacaqdır.
İnsan, öz vücudunu belə çox az təfəkkür etdiyinə görə, bütün heyvan növlərinin saysız-hesabsız fərdlərindəki incə sənətlərin təfəkkür edilməsinin lazım gəlməsi, əlbəttə ki, mələklərin varlığını göstərir.
----------------------------
"Bazı rivâyâtın işârâtıyla ve intizam-ı âlemin hikmetiyle denilebilir ki, bir kısım ecsâm-ı seyyare, seyyarattan tut, ta katarâta kadar, bir kısım melâikenin merâkibidirler. Onlar bunlara izn-i İlâhî ile binerler, âlem-i şehadeti seyredip gezerler. Hem denilebilir ki, bir kısım ecsâm-ı hayvaniye, hadiste "tuyûrun hudrun" tesmiye edilen Cennet kuşlarından tut, ta sineklere kadar, bir cins ervâhın tayyareleridirler. Onlar, bunların içine emr-i Hak ile girerler, âlem-i cismâniyâtı seyran edip o cesetlerdeki hasselerin pencereleriyle cismânî mucizât-ı fıtratı temâşâ ederler."
Yəni:
Bəzi rəvayətlərin işarətilə və aləmdəki intizamın hikmətilə deyilə bilər ki, bəzi səyyar cisimlər, planet (ulduz)'lardan tut, ta (yağış) qətrələrinə qədər, bəzi mələklərin minikləridirlər. Onlar, bunlara, Allahın iznilə minər; şəhadət aləmini seyr edib gəzərlər.
Həm deyilə bilər ki, bəzi heyvan cisimləri, (ki) hədisdə "yaşıl rəngli quşlar" (deyə) adlandırılan cənnət quşlarından tut ta milçəklərə qədər, bir cins ruhaninin təyarrələridir. Onlar, bunların içinə, Haqq (olan Allahın) əmrilə girər; cismani aləmi seyr edib o cəsədlərdəki hisslərin pəncərələrilə, cismani fitrət möcüzəsini tamaşa edərlər.
Mətndə, Ustad Nursi, həm nəqli, həm də əqli dəlillər ilə, bəzi cansız cisimlərin, mələklərə minik olmasından bəhs açmaqdadır.
1. Nəqli dəlil: mətndəki, "...bəzi hədis rəvayətlərinin işarətilə..." deyilmək surətilə bildirilməkdədir.
Ustad, mətndəki hədisi, bir qisim həyat sahibi cisimlərin, ruhlar üçün bir minik olduğuna dəlil olaraq gətirməkdədir. Milçək kimi digər həyat sahibi cisimləri də, yaşıl quşlara qiyas etməkdədir.
Necə ki, bu dünya aləmində,
~ hər bir quşun ruhu, o quşun bədəni vasitəsilə, bu cismani aləmi gəzməkdə və ondan istifadə etməkdədir. Və yenə,
~ insanın ruhu da, göz pəncərəsilə bu cismani aləmi seyr etdiyi kimi, hislərilə də, onlara münasib aləmləri seyr edir. Məsələn, qulaqları ilə səslər aləminə; dililə dadlar aləminə muxatab olurlar.
Elə də, bərzax aləmində,
~ saleh ruhlar da, cənnətin yaşıl rəngli quşlarının cəsədinə girib səyahət etməkdə və ordakı nemətlərdən istifadə etməkdədirlər.
Burda, eyni zamanda, qeybi aləmlərin varlığına da dəlil vardır. Necə ki, müəllifimiz Ustad Nursi (rahiməhullah), bir risaləsində, belə deməkdədir:
"Melâikenin vücudunu ve vazife-i ubûdiyetlerini ispat eden bütün deliller ve hadsiz müşahedeler mükâlemeler, dolayısıyla âlem-i ervahın ve âlem-i gaybın ve âlem-i bekànın ve âlem-i âhiretin ve ileride cin ve ins ile şenlendirilecek olan dâr-ı saadetin ve Cennet ve Cehennemin vücutlarına delâlet ederler.
Çünkü melekler, bu âlemleri, izn-i İlâhî ile görebilirler ve girerler. Ve Hazret-i Cebrail gibi, insanlarla görüşen umum melâike-i mukarrebîn, mezkûr âlemlerin vücutlarını ve onlar, onlarda gezdiklerini müttefikan haber veriyorlar.
Görmediğimiz Amerika kıtasının vücudunu, ondan gelenlerin ihbarıyla bedihî bildiğimiz gibi, yüz tevatür kuvvetinde bulunan melâike ihbaratıyla, âlem-i bekànın ve dâr-ı âhiretin ve Cennet ve Cehennemin vücutlarına o kat'iyette iman etmek gerektir. Ve öyle de iman ederiz." ("Sözlər", 10-cu Söz: "Haşr" risaləsi, 1-ci Zeyl, 2-ci Nöqtə, s. 101)
Yəni:
Mələklərin varlığını və onların qulluq vəzifələrini isbat edən bütün dəlillər və hədsiz müşahidələr, söhbətlər, dolayısı ilə, ruhlar, qeyb, əbədiyyət, axirət aləmlərinin və iləridə cinlər və insanlarla şənləndiriləcək olan səadət yurdunun və cənnət və cəhhənəmin varlıqlarına da dəlalət edərlər.
Çünki mələklər, bu aləmləri, Allahın iznilə görə bilir və bu aləmlərə girirlər. Və Cəbrail (əleyhissəlam) kimi, insanlarla görüşən ümum muqarrəb (Allaha daha yaxın olan) mələklər, yuxarıda zikr edilən aləmlərin varlıqlarını və özlərinin orda gəzdiklərini, ittifaqla xəbər verirlər.
Görmədiyimiz Amerika qitəsinin varlığını, ordan gələnlərin xəbərilə açıq bir şəkildə bildiyimiz kimi, 100 təvatür qüvvətində olan mələk xəbərlərilə, əbədiyyət aləminin və axirət yurdunun və cənnət və cəhənnəmin varlıqlarına o qətiyyətdə iman etmək lazımdır. Və elə də iman edirik!
---------------------
(Haşiyə:
Hədisin qaynaqları üçün bax:
Muslim, "Səhih", "İmarə: 121"; əbu Davud, "Sünən", "Cihad: 25; ibn Macə, "Sünən: 2801")
----------------------
2. Əqli dəlil: "...aləmdəki intizamın hikməti..." deyilmək surətilə bildirilməkdədir. Yəni aləmdəki intizam, mələklərin həm varlığını, həm də bəzi cansız varlıqların, mələklərə minik olmasını göstərməkdədir.
Bu əqli dəlili, Ustad Nursi, "İşaratu'l-İ'caz" təfsirində (bax: Bəqərə/21-22 təfsiri), belə zikr etməkdədir:
وَاَنْزَلَ مِنَ السَّمَۤاءِ مَۤاءً فَاَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ
"İnzâlin Cenâb-ı Hakka olan isnadından anlaşılıyor ki, yağmurun katreleri başıboş değildir; ancak bir hikmet altında ve bir mizan-ı kastî ile inerler. Çünkü, o mesafe-i baîdeden gelmekle beraber, rüzgâr ve hava da müsademelerine yardımcı olduğu halde, katrelerin aralarında müsademe olmuyor. Öyleyse o katreler başıboş olmayıp, gemleri, onları temsil eden meleklerin elindedir."
Yəni:
"...Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi..."
Ayətdə "yağış qətrələri endi" yox, "yağış qətrələrini endirdi" deyilmək surətilə, bu fel, Allaha isnad edilmişdir. Burdan başa düşülür ki, yağış qətrələri, öz başına deyildirlər; ancaq bir hikmət və bir qəsd altında ölçü ilə enirlər. Çünki o uzaq məsafədən gəlməklə bərabər; yağış və hava da, yağış qətrələrinin toqquşmasına köməkçi olduğu halda, qətrələr arasında toqquşma baş vermir. Elə isə, o qətrələr öz başına olmayıb, "cilov"ları, onları təmsil edən mələklərin əlindədir.
Bəli, yağış damcıları, bir qəsd altındakı ölçü, hikmət ilə, yəni, intizamlı və fayda hasil edəcək bir surətdə və yer üzündəki möhtacların istifadəsinə uyğun bir şəkildə, ancaq Allahın rəhmətilə endirilir. Hətta yağışın hər bir qətrəsi, xüsusi bir nizam ilə, müəyyən bir intizam daxilində göndərilir. Bunu, ordan başa düşürük ki, hər bir yağış dənəsi, digər yağış dənələrilə iç-içə yağdığı halda, xüsusilə fırtınalı havalarda, o dalğalanmalarda, heç biri, digəri ilə toqquşmadan, birləşmədən yerə enir. O qədər uzaq bir məsafədən və iç-içə yağdığı halda, heç biri, digərinə toqquşmur, birləşmir.
Demək ki, yağış, xüsusi bir qəsd və hikmət ilə yer üzünə endirilir. Bax bu vəziyyət, Allahın varlığının zəruri olmasına, Onun, hədsiz qüdrət, elm və iradəsinə, tək başı ilə ən zahir bir hüccətdir.
Müəllifimiz ustad Nursi deyir ki: Bu hal göstərir ki, bu qətrələr, ipi boyunlarına asılıb sərbəst buraxılmamışlardır. Əksinə, hamısının cilovu, şüur sahibi bir müvəkkəl mələyin əlindədir. O mələk, Allahın iznilə, ona müməssil (təmsilçi)'dir və onu, intizamla yerə endirən də, məhz odur.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sözü ilə sabitdir ki:
"Heç bir yağış qətrəsi yoxdur ki, müəyyən ölçülər içində, bir mələyin əlilə gəlmiş olmasın. Hər yağış damlasını, bir mələk endirir." ("Kənzu'l-Ummal", hədis no: 4679; ibn Kəsir təfsiri, Hədid surəsi 4-cü ayətin təfsiri)
--------------------------------
"Elbette, kesafetli topraktan ve küdûretli sudan mütemadiyen letafetli hayatı ve nuraniyetli zevi'l-idraki halk eden Hâlıkın, elbette ruha ve hayata münasip şu nur denizinden ve hattâ zulmet bahrinden bir kısım zîşuur mahlûkları vardır."
Yəni:
Əlbəttə, bu kəsif (qatı) torpaqdan və bulanıq sudan, mütəmadi olaraq lətafətli həyatı və nurani idrak sahiblərini xəlq edən Xaliq'in, əlbəttə, ruha və həyata münasib bu "nur dənizi"ndən və hətta "zülmət (qaranlıq) dənizi"ndən, bir qisim şüur sahibi məxluqları vardır.
Su və torpağın, ruh və həyatla doğrudan münasibəti görülməməklə birlikdə, bunlardan bu qədər çox canlı növünün yaradılması göstərir ki, günəş və ulduzların işıqlarından, elektrikdən, havadan, hətta qaranlıqdan da lətif varlıqlar yaradıla bilər.
Kainatda, nizam (və ya ahəngə uyğunluq) vardır.
~ Torpaqdan, bitkilər, heyvanlar və insanlar yaradıldığı;
~ Sudan, balıq və s. yaradıldığı kimi;
~ Nurdan və oddan da varlıqlar yaradılmalıdır.
Bu, istiqra, yəni, induktiv metoddur. (haşiyə)
Bu da, Müəllifimizin yuxarıda dediyi "hikmət istər ki..." mələklər mövcud olsun sözünün izahıdır.
------------------------
(Haşiyə:
Bununla bərabər bax:
• Mələklərin varlığının isbatının daha geniş izahı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-va...
• Cinlərin varlığının əqli isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cinl%C9%99rin-varliginin-%C9...
-------------------------
Mətndəki "qaranlıq" kəliməsi üzərində də, qısaca duraq. Haqq Taala, əzəmətli kitabında, belə buyurmaqdadır:
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَـٰتِ وَٱلنُّورَ...
"Həmd, göyləri və yeri yaradan; zülmətləri və nuru var edən Allaha aiddir..." (Ənam/1)
Bu ayətdə, Allahın zülmət və nuru var etdiyi bəyan edilməklə, qaranlığın da bir məxluq olduğu və hər məxluq kimi, onun həqiqətinin də Allahın isimlərinə istinad etdiyi dərs verilməkdədir. Nur ünsüründə təcəlli edən isimləri seyr və təfəkkür edən mələklər olduğu kimi; qaranlıqdakı təcəlliləri də seyr edən mələklər olacaqdır.
İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" adlı təfsirində (bax: Bəqərə/30), mələklərin çoxluğu haqqında, belə nəqlə yer verir:
Rəvayət edildiyinə görə:
~ insan oğlu, cinlərin 1/10-i;
~ cinlər ilə insanlar, yer üzündəki digər canlıların 1/10-i;
~ bunların hamısı, quşların 1/10-i;
~ bunların hamısı, dəniz canlılarının 1/10-i;
~ bunların hamısı, yer üzündəki vəzifəli mələklərin 1/10-i;
~ bunların hamısı, dünya səmasındakı mələklərin 1/10-i;
~ bunların hamısı da, üçüncü qat göydəki mələklərin 1/10-i
qədərdir.
Bu, 7-ci qat göydəki mələklərə qədər belə getməkdədir. Sonra,
~ bütün bunların hamısı (yəni, bütün səmalardakı bütün mələklər), kürsi mələklərinə nisbətlə az qalırlar; sonra
~ bütün bunların hamısı, ərşin, sayı 70.000 olan pərdələrindən hər bir pərdəsində vəzifəli mələklərin 1/10-i qədərdir ki, hər bir pərdənin uzunluğu, genişliyi və yüksəkliyi ilə, göylər, yerlər və bunlar arasında mövcud olan şeylər qarşılaşdırıldığı vaxt, bütün bunlar, o pərdənin yanında çox az və kiçik qalırlar.
Göydə, addım atılacaq heç bir (boş) yer yoxdur ki, orda, ya səcdə edən, ya rükuda olan, yaxud da qiyamda duran bir mələk olmasın. Mələklərin, Allahı təsbih və təqdis etməkdən meydana gələn nəğmələri vardır. Sonra isə, bütün bunlar,
~ ərşin ətrafında dönən mələklərə nisbətlə dənizdəki tək bir damla qədərdir. Onların sayını da, ancaq Allah bilir. Sonra, bu mələklərdən başqa,
~ İsrafil (əleyhissəlam)'ın köməkçiləri olan "Lövh" mələkləri; və
~ Cəbrail (əleyhissəlam)'ın əskərləri olan mələklər vardır.
Bu mələklərin hamısı, Allahın əmrlərini dinləməkdə, Ona itaət etməkdə, heç bir tənbəllik göstərmədən, Haqq Taala'ya ibadət ilə məşğuldurlar. Dilləri, Allahı zikr və Ona təzimə davam etməkdə; Allahın onları yaratmasından bəri zikrdə yarışmaqda; və gecələr, gündüzlər boyunca, bezmədən, Ona ibadət etməkdədirlər. Onların nə cinsləri, nə ömürləri, nə də Allaha necə ibadət etdikləri bilinə bilməz. Bu, Haqq Taala'nın,
...وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ...
"...Rəbb'inin ordularını, Ondan başqa kimsə bilməz..." (Müddəssir/31) ayətində buyurduğu kimi, Onun mələkutunun həqiqətilə bağlıdır.
Not: Bu pilləkəndə, mələk, ruhanilər və (dolayısı ilə) cinlərin varlığı isbat edildi.
----------------------------
----------------------------
✓ İkinci basamak:
Zemin ile gökler, bir hükûmetin iki memleketi gibi birbirine alâkadardırlar. Ortalarında ehemmiyetli irtibat ve mühim muameleler vardır. Zemine lâzım olan ziya, hararet ve bereket ve rahmet gibi şeyler semâdan geliyor, yani gönderiliyor. Vahye istinad eden bütün edyân-ı semâviyenin icmâı ile ve şuhuda istinad eden bütün ehl-i keşfin tevatürüyle, melâike ve ervah semâdan zemine geliyorlar.
Bundan, hisse karib bir hads-i kat'î ile bilinir ki, sekene-i arz için, semâya çıkmak için bir yol vardır. Evet, nasıl herkesin akıl ve hayal ve nazarı her vakit semâya gider. Öyle de, ağırlıklarını bırakan ervâh-ı enbiya ve evliya veya cesetlerini çıkaran ervâh-ı emvat, izn-i İlâhî ile oraya giderler. Madem hiffet ve letafet bulanlar oraya giderler. Elbette cesed-i misalî giyen ve ervah gibi hafif ve lâtif bir kısım sekene-i arz ve hava, semâya gidebilirler.
Yəni:
İkinci pilləkən: Yer ilə göylər, bir hökumətin 2 diyarı kimi, bir-birilə əlaqəlidirlər. (haşiyə-1) Ortalarında, əhəmiyyətli bir irtibat və mühim muamələlər vardır. Yerə lazım olan ziya, hərarət, bərəkət və rəhmət (yağış və s. kimi) şeylər, səmadan gəlməkdə; yəni göndərilməkdədirlər.
~ Vəhyə istina edən bütün səmavi dinlərin icması; və
~ Şuhuda istinad edən bütün əhl-i kəşfin (haşiyə-2) təvatürü ilə, mələklər və ruhanilər, səmadan yerə gəlməkdədirlər.
Bundan isə, hissə yaxın qəti bir hads (sezgi, başlanğıcdan sona sürətli intiqal, keçid) ilə bilinir ki:
Yer sakinləri üçün də, səmaya çıxmaq üçün bir yol vardır.
Bəli, necə ki, hər kəsin ağıl, xəyal və nəzəri, hər vaxt səmaya gedər; elə də, ağırlıqlarını buraxan (maddi şeylərdən ən maksimum mərtəbədə sıyrılıb mənəviyyatda dərinləşən) nəbi və vəlilərin ruhları; və cəsədlərini çıxaran ölülərin ruhları, Allahın iznilə, ora (yəni, səmaya) gedərlər.
(Elə isə), madam ki, xiffət (xəfifliyi) və lətafəti olanlar ora gedirlər; əlbəttə, misali cəsəd (haşiyə-3) geyən və ruhanilər kimi xəfif və lətif bir qisim yer və hava sakinləri, səmaya gedə bilərlər.
----------------------
(• Haşiyə-1:
Çünki, diqqət edilsə, ayədə də, "Biz, dünya səmasını lampalar (ulduzlar)'la bəzədik və onları, şeytanlara atılan daşlama (vasitələri) qıldıq." buyurulmaqdadır. Bu, istər-istəməz insanı, "Səma ilə yer arasında nə cür bir münasibət vardır ki, ulduzlar, atılan daşlar qılınmışdır?" deyə düşündürməkdədir.
• Haşiyə-2:
Kəşf nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/k%C9%99sf-n%C9%99dir
• Haşiyə-3:
5 varlıq sinfi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/dunya-okuz-v%C9%99-baliq-uz%...
------------------------
Dəyərli oxuyucu! Bu qismin, yəni, "...necə ki, hər kəsin ağıl, xəyal və nəzəri, hər vaxt səmaya gedər; elə də, ağırlıqlarını buraxan (maddi şeylərdən ən maksimum mərtəbədə sıyrılıb mənəviyyatda dərinləşən) nəbi və vəlilərin ruhları; və cəsədlərini çıxaran ölülərin ruhları, Allahın iznilə, ora (yəni, səmaya) gedərlər." məsələsinin əqlən necə mümkün ola biləcəyi uzun gedəcəyi üçün, burda, hələlik izahı kəsirik. İləridə, inşallahu Taala, ruh və sifətləri haqqında xüsusi bir yazı hazırlayıb, bu yerə, bir link şəklində əlavə edəcəyik.
Sadəcə bu qədərini deyirik ki: İnsan, yuxuda ikən, gözləri bağlı olduğu halda, tanıdığı və ya tanımadığı aləmlərə, bu ruh ilə səyahət etməkdə və bu aləmləri, ruhun görmə sifətilə müşahidə etməkdədir. Ruhun bu fəaliyyəti, təbii ki, özündən xəbəri belə olmayan insana verilə bilməyəcəyinə görə, demək ki, ondan başqasına, yəni Allaha məxsusdur. Elə isə deyirik ki, insanın, yuxuda ikən belə bir fəaliyyətə sahib olması ağıldan uzaq görülmədiyinə görə, oyaq ikən də belə şeylərin mümkünlüyü, ağıldan uzaq görülməməlidir.
Not: İkinci pilləkəndə, səmaya yüksəlmək üçün bir yolun mövcud olduğu isbat edildi.
------------------------
------------------------
✓ Üçüncü basamak:
Semânın sükût ve sükûneti ve intizam ve ıttıradı ve vüs'at ve nuraniyeti gösterir ki, sekenesi, zeminin sekenesi gibi değiller; belki, bütün ahalisi muti'dirler. Ne emrolunsa onu işlerler. Müzahame ve münakaşayı icap edecek bir sebep yoktur. Zira memleket geniş, fıtratları safi, kendileri masum, makamları sabittir.
Evet, zeminde ezdad içtima etmiş, eşrar ahyara karışmış, içlerinde münakaşat başlamış. O sebepten ihtilâfat ve ıztırabat düşmüş. Ve ondan imtihanat ve müsabakat teklif edilmiş. Ve ondan terakkiyat ve tedenniyat çıkmış.
Yəni:
Üçüncü pilləkən: Səmanın sükut və sükunəti; və intizam və ittirad'ı (bir nizam içində davamı); və genişlik və nuraniliyi göstərir ki, sakinləri, yerin sakinləri kimi deyillər. Əksinə, bütün əhalisi, muti (itaətkar)'dırlar. Nə əmr olunsa, onu işləyərlər. Müzahəmə (zəhmət vermə, çəkişmə) və münaqişəni gərəkdirəcək bir səbəb yoxdur. Çünki, diyar, geniş; fitrətləri, saf; özləri, məsum; məqamları da, sabitdir.
Bəli, yerdə (isə), ziddlər cəm olmuş; şərlilər, xeyirlilərə qarışmış; (bu səbəbdən də) ---> içlərində münaqişə başlamışdır. Bu (münaqişə) səbəbindən də ---> ixtilaflar və izdirablar düşmüşdür. Və bundan da ---> imtahan və müsabiqələr təklif edilmişdir. Bundan da ---> tərəqqi və tədənni (geriləmə) çıxmışdır.
---------------------------
Beşer, şecere-i hilkatin en son cüz'ü olan meyvesidir. Malûmdur ki, bir şeyin semeresi en uzak, en cemiyetli, en nazik, en ehemmiyetli cüz'üdür.
Yəni:
Bəşər, "yaradılış ağacı"nın (yəni, kainatın) ən son cüz (parça)'sı olan meyvəsidir. Məlumdur ki, bir şeyin meyvəsi, ən uzaq, ən cəmiyyətli, ən nazik, ən əhəmiyyətli cüzüdür.
----------------------------
İşte bunun için, semere-i âlem olan insan en cami', en bedi', en âciz, en zayıf ve en lâtif bir mucize-i kudret olduğundan, beşiği ve meskeni olan zemin, asumana nisbeten maddeten küçüklüğüyle ve hakaretiyle beraber...
Yəni:
Bax bunun üçün, aləmin meyvəsi olan insan, ən cami (cəm edici), ən aciz, ən zəif və ən lətif bir qüdrət möcüzəsi olduğundan, beşiyi və məskəni olan yer, səmaya nisbətən maddi kiçiklik və həqirliyilə bərabər:
-----------------------------
1. "Mânen ve san'aten bütün kâinatın kalbi, merkezi"dir.
Burda "qəlb" kəliməsi, "mərkəz" mənasında istifadə edilmişdir. Kainatın yaradılış səbəbi və ən mükəmməl meyvəsi olan insan, yer kürəsindədir. Mərifətullah (Allahı tanıma) vəzifəsini ən mükəmməl mənada yerinə yetirən kamil insanlar, başda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) və s. peyğəmbərlər, hər zaman bu yer kürəsində yaşamış və vəzifələrini burda davam etdirmişlərdir.
Digər tərəfdən, qiyamətin kafirlər üzərinə qopacağı düşünülərsə, kainatın həyatının davamı da, yer kürəsindəki möminlərin varlığına bağlıdır. Necə ki, qəlb dayanınca və yaxud vəzifəsini icra edə bilməyincə, insan həyatı sonlanırsa; yer üzündə iman edənlərin qalmaması, yaxud tam məğlub hala gəlməsi halında da, qiyamət qopacaqdır.
Bu yönü ilə də, yer kürəsi, kainatın qəlbidir; və kainatın varlığının davamı, onda yaşayan insanların iman mərifət vəzifələrini yerinə yetirmələrinə bağlıdır.
2. "Bütün mucizât-ı san'atın (sənət möcüzələrinin) meşheri, sergisi"dir.
Allahın hər əsəri, bir möcüzədir. Yəni, başqaları onun mislini yaratmaqdan acizdirlər. Ulduzlar, bir sənət möcüzələri olduqları kimi; hər bir çiçək də, bir möcüzədir. Növ yönündən, bu möcüzələrin ən çox olduğu məkan isə, yer kürəsidir.
Hər bitki və heyvan, bir möcüzə olduqları kimi; onların hər bir cüzləri (parçaları) da, yenə ayrı bir möcüzədir. Məsələn, insan yaratmaq, Allaha məxsus olduğu kimi; göz, qəlb, ciyər, böyrək və s. yaratmaq da, yenə Allaha məxsusdur və bunların hər biri, İlahi bir sənət əsəridir və bir qüdrət möcüzəsidir.
Yer kürəsini bu mənada seyr etdiyimizdə, onun bir "meşher", yəni bir təşhir salonu, bir sərgi yeri olduğunu görərik. Sərginin özü də möcüzədir, onda sərgilənən hər şey də.
3. "Bütün tecelliyât-ı esmâsının (isimlərinin təcəllilərinin) mazharı (zahir olduğu məkan), nokta-i mihrakiyesi (hərəkət nöqtəsi)"dir.
Haqq Taala'nın bütün isimləri, dünyada yaşayan varlıqlarda, xüsusilə insanda, hətta insanın qəlbində təcəlli etməkdədir.
Səma aləmində isə, Allahın:
~ "əl-Xaliq/yaradan";
~ "əl-Malik/mülk sahibi";
~ "əl-Müzəyyin/bəzəyən";
~ "əl-Musavvir/təsvir verən";
~ "əl-Hakim/hikmət sahibi"
kimi bir çox isimləri təcəlli etməklə bərabər,
~ "əş-Şafi/şəfa verən";
~ "ət-Təvvab/tövbələri qəbul edən;
~ "əl-Ğaffar/bağışlayan";
~ "əs-Səttar/örtən"
kimi isimləri təcəlli etməzlər. Çünki, səmada xəstələnən varlıqlar yoxdur ki, Allah, onlara şəfa verməklə, Özünün "əş-Şafi" olduğunu göstərsin. Səmada günah işləyən varlıqlar yoxdur ki, Allah onları bağışlamaqla, Özünün "əl-Ğaffar" olduğunu göstərsin. Səmada çirkin, qüsurlu işlər cərəyan etmir ki, Allah onları örtməklə, Özünün "əs-Səttar" olduğunu göstərsin. Səmada günahlarından tövbə edən varlıqlar yoxdur ki, Allah onların tövbələrini qəbul etməklə, Özünün "ət-Təvvab" olduğunu göstərsin.
Demək ki, təcəlli yönündən dünyamız, səmalardan çox daha zəngindir.
Digər yandan, yer kürəsi, kainatdakı təcəllilərə də, "nokta-i mihrakiye/hərəkət nöqtəsi, mərkəz" olmuşdur. Yəni, havadan suya; aydan günəşə qədər bir çox varlıqda təcəlli edən isimlərin hərəkət nöqtəsi, yəni təcəlli səbəbləri, yer kürəsində yaşayan canlılar və xüsusilə insanlardır.
Məsələn:
~ "Günəş, niyə bu böyüklükdədir və bu xüsusiyyətlərə sahibdir?" sualının cavabı, açıqdır. Çünki, insana belə bir günəş lazımdır, onun üçün.
~ "Atmosfer, niyə başqa kürələri deyil, yer kürəsini əhatə etmişdir?" Çünki insana belə bir hava lazımdır, onun üçün.
Suyun tərkibindən bütün elementlərin xüsusiyyətlərinə qədər hər şeyin mihrək (hərəkət) nöqtəsi, insandır. Yəni, bütün bunlar, insanlara görə şəkillənmiş, insan üçün hazırlanmış, ona görə bu məziyyətlərə sahib qılınmışlardır. İnsanın xidmətinə verilən bütün bu varlıqlar, İlahi sifətlərin və isimlərin təcəllilərilə meydana gəldiklərindən, bütün bu təcəllilərin də hərəkət nöqtəsi, yer kürəsidir; yəni, onda qonaq olan varlıqlardır.
4. "Nihayetsiz faaliyet-i Rabbâniyenin mahşeri ve mâkesi (Rabbani fəaliyyətlərin toplandığı və əks etdiyi yer)"dir.
Yer kürəsi, canlıların onun içində yaşaya bilmələrinə ən münasib şəkildə tərbiyə edildiyi kimi; üzərində yaşayan hər canlı növü də, ayrı və xüsusi bir tərbiyədən keçmişdir. Arının və qoyunun tərbiyələri bir-birindən çox fərqli olduğu kimi; şirin tərbiyəsi də, ceyranın tərbiyəsinə bənzəməz.
Bax beləcə, bitkisindən heyvanına; daşından torpağına; havasından suyuna qədər bir çox fərqli tərbiyələrin yer üzündə sərgilənmiş olmasından dolayıdır ki, yer kürəmiz, “nihâyetsiz faaliyet-i Rabbâniyenin mahşeri ve ma'kesi” olmuştur.
Mətndəki "makes": "əks yeri", yəni "ayna" deməkdir. İlahi tərbiyənin hər növünə, yerdəki varlıqlar bir ayna olmuş; və bu tərbiyə fəaliyyətinin hər tərəfi istila etməsi cəhətilə də, yer kürəsi, “nihâyetsiz faaliyet-i Rabbâniyenin mahşeri” olmuşdur.
5. "Hadsiz hallâkıyet-i İlâhiyenin (İlahi yaradıcılığın), hususan nebatat (bitkilər) ve hayvanatın (heyvanların) kesretli (çoxlu) envâ-ı sağîresinde (kiçik növlərində), cevâdâne (comərdcə) icadın medarı (mədarı, dövr etdiyi yer) ve çarşısı (bazarı)"dır.
Yer üzündə, 3 milyondan çox canlı növü olduğu təsbit edilmişdir. Bunlar içərisində, kiçik heyvanlar, çox daha sürətlə çoxaldıqları üçün, müəllifimiz Ustad Nursi, “enva'-i sağîre / kiçik növlər” ifadəsilə, bu kiçik növlərə diqqət çəkməkdədir.
Digər yandan, bu kiçik varlıqlarda, çox incə sənətlər sərgilənməkdədir, ki, Ustad Nursi, bir risaləsində, “Bir sineğin hilkati (yaradılışı), hayret-fezâdır (daha heyrət vericidir) filden,” deməkdədir.
6. "Pek geniş âhiret âlemlerindeki masnuatın (sənət əsərlərinin) küçük mikyasta nümunegâhı (nümunələrin olduğu yer, məkan)"dır.
Sani (sənətkar) olan Allah, cənnətdəki nemətlərin nümunələrini və kiçik misallarını, dünyada da sərgiləməkdədir. Ta ki, bu kiçik və fane misallara baxanlar, o böyük və əbədi əsərlərə müştəri olsunlar. Bu kölgələrə baxanlar, bunların əsllərinə qovuşma şövqü duysunlar.
Heç dadmağımız bir meyvəni arzulamağımız, bəhs mövzusu ola bilməz. Allah rəsulu (sallallahu aleyhi və səlləm), cənnətdəki nemətləri "heç bir gözün görmədiyi; heç bir qulağın eşitmədiyi; və heç kimin qəlbindən keçirmədiyini" şəklində xəbər verməkdədir.
Dünyanın çayları, cənnət çayları yanında; dünyanın sarayları, cənnət sarayları yanında; dünyanın baxçaları, cənnət baxçaları yanında kölgə kimi zəif qalırlar.
7. "Mensucat-ı ebediyenin (əbədi toxumaların) sür'atle işleyen destgâhı (dəzgahı)"dır.
Yer kürəsi, öz orbiti ətrafında, saatda 1670 km sürətlə; günəş ətrafında isə, saatda 108.000 km sürətlə dönməkdədir. Bununla, hər an, əbədi aləm hesabına savab və günah "toxumaq"dadır. Bir anda, yer üzündə, sayıla bilməyəcək qədər çox gözəllik və yenə sayıla bilməyəcək qədər çox çirkinlik sərgilənməkdədir. Məsələn:
~ Küçəyə çıxan 2 gəncin qarşısına haram bir tablo çıxdığında, ona həvəslə baxan, cəhənnəm naminə; üz çevirən isə, cənnət naminə bir əməl işləməkdədir;
~ Müştəriyə muxatab olan 2 satıcıdan, yalan söyləyən və malını mədh edən, günah işləyərkən; ticarətinin halal dairəsində olmasına diqqət edən, savab meyvəsi alır;
~ Danışan 2 qrupdan qiybət edənlər, yalnış işlər planlayanlar, cəhənnəm naminə çalışarkən; xeyirli şeylər danışan və yenə gözəl işlərin məşvərətini edənlər isə, cənnətlərini inşa etməkdədirlər.
~ Bir dilənçi ilə qarşılaşan 2 nəfərdən biri, onu azarlayarkən; digəri sədəqə verib onun könlünü qazanmaqdadır.
Beləcə, bütün insanların bir anda etdikləri işlərdən saysız-hesabsız savab və günahlar "toxunduğuna" görə, zamanın bütün dilimləri və dünyaya imtahan olmaq üzərə gələn bütün insanlar birdən nəzərə alındığında, dünyanın cənnət və cəhənnəm naminə dayanmadan çalışdığı, daha yaxşı başa düşülür.
8. "Menâzır-ı sermediyenin (əbədi mənzərələrin) sür'atle değişen taklidgâhı (təqlid yeri)"dir.
Mətndəki "təqlid" kəliməsi, axirətin, əsl; bu dünyanın isə, ona nisbətlə kölgə aləm olması səbəbilə istifadə edilmişdir. Məsələn, dağ şəkli, dağın; heykəl də, insanın təqlidi olduğu kimi; axirətdəki əbədi mənzərələrə görə dünyanın keçici mənzərələri, təqlid qədər aşağı dərəcədə qalmaqda; və əbədiyyətə aşiq olan insan qəlbini tətmin etməməkdədir.
Yenə Ustad Nursi (rahiməhullah), "Sözlər" əsərində (10-cu Söz: "Haşr" risaləsi, 10-cu Surət, s. 52), belə deyir:
"Şu toplanmak, dağılmak ve şu hallerden anlaşılıyor ki, bu görünen süratli içtimâlar (toplanmalar), dağılmalar, teşkiller, tahripler içinde, başka bir maksat var. Bir saatlik içtimâ (toplanma) için, on sene kadar masraf yapılıyor.
Demek, bu vaziyetler, maksud-u bizzat (şəxsən qəsd edilənlər) değiller; bir temsildir, bir takliddirler. O zât (Allah Taala), mu'cize ile yapıyor. Tâ sûretleri alınıp terkib edilsin ve neticeleri hıfzedilip (qorunub) yazılsın."
9. "Besâtîn-i daimenin (daimi bostanların) tohumcuklarına sür'atle sünbüllenen dar ve muvakkat mezraası (tarlası) ve terbiyegâhı (tərbiyə yeri)"dır.
Bu dünya, çox geniş olan axirət aləmlərinə nisbətən, çox dar; və o əbədi mülkün yanında qısa bir zamana sıxışmış kimidir. Ancaq o geniş və əbədi aləmin bostanları, bu qısa dünya həyatındakı toxumlardan çıxmaqdadır. İşlənən hər gözəl əməl, qısa bir zamanda meydana gəlməklə birlikdə, sahibinə daimi bostanlar, daimi baxçalar qazandıran bir toxum kimidir. (haşiyə)
-------------------------
(Haşiyə:
Dünyanın, axirətin tarlası olması:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/dunya-axir%C9%99tin-tarlasid...)
---------------------------
"İşte, arzın (haşiye) bu azamet-i mâneviyesinden ve ehemmiyet-i san'aviyesindendir ki, Kur'ân-ı Hakîm, semâvâta nisbeten büyük bir ağacın küçük bir meyvesi hükmünde olan arzı, bütün semâvâta denk tutuyor. Onu bir kefede, bütün semâvâtı bir kefede koyuyor; mükerreren رَبُّ السَّمٰوَاتِ وَاْلاَرْضِ der."
Yəni:
Bax, yerin, bu mənəvi əzəmətindən və sənət cəhətindən əhəmiyyətindən dolayıdır ki, hikmətli Quran, səmalara nisbətən böyük bir ağacın kiçik bir meyvəsi hökmündə olan yeri, bütün göylərə bərabər tutmaqdadır. Yeri tərəzinin bir gözünə; bütün səmaları da digər bir gözünə qoyur; təkrar-təkrar "رَبُّ السَّمٰوَاتِ وَاْلاَرْ/ səmaların və yerin Rəbbi" deyir.
---------------------------
(Haşiye:
"Evet, küre-i arz, küçüklüğüyle beraber semâvâta karşı gelebilir. Çünki nasıl ki..."
Bəli, yer kürəsi, kiçikliyi ilə bərabər, səmalara müqabil gələ bilər. Çünki, necə ki:
1. "Daimî bir çeşme, varidatsız büyük bir gölden daha büyük denilebilir."
Daim axan bir bulaq, varidatı olmayan böyük bir göldən daha böyükdür, deyilə bilir;
2. "Hem bir ölçekle birşey ölçerek başka yere nakledilen ve onun elinden geçmiş ve ona girmiş çıkmış bir mahsulâtla, zahiren binler defa ölçekten büyük ve dağ gibi bir cisimle, o ölçek muvazeneye çıkabilir."
Dağ böyüklüyündə bir tərəzi düşünək. Fərz edək ki, bu tərəzi, bir ölçüdə, dağ böyüklüyündə məhsulatı ölçə bilir. Ancaq o, bunu yalnız bir dəfə edir.
Bir də, kiçik bir tərəzi düşünək, bir ölçüdə, az miqdar ölçə bilir, ancaq davamlı ölçür. O dağ böyüklüyündəki tərəzinin bir ölçüdə ortaya qoyduğunu, bu kiçik tərəzi, 10 ildə edir. İkinci 10 ildə isə, bu kiçik tərəzi, o dağ böyüklüyündəki tərəzinin 2 qatını ölçmüş olacaq.
İndi biri çıxıb, "Bu kiçik tərəzi, o böyük tərəzidən daha böyük işlər görür." desə, bu söz, yalan olmaz.
Eynilə, dünya ilə səmalar arasında da bənzər bir münasibət vardır. Səma, bir dəfədə yaradılmış böyük bir tərəzi ikən; dünya, kiçik bir tərəzidir.
Dünya, səmalara nisbətən kiçik görünsə də, onda daimi bir təbəddülat (dəyişikliklər)'lə məhsullar alınıb başqa aləmlərə boşaldıldığı, yerlərinə yeni varlıqların gətirildiyi düşünülərsə, yerin, səmalardan geri qalmadığı görülür.
3. "Aynen öyle de, küre-i arz, Cenâb-ı Hak, onu..."
Eynilə də, Cənabul-Haqq, yer kürəsini:
• "san'atına bir meşher"
Yəni, Allah, yer kürəsini, sənət əsərlərinin sərgiləndiyi bir yer hökmündə yaratmışdır.
• "icadına bir mahşer"
"Məhşər" deyilincə, ağlımıza, dərhal axirətdəki o böyük toplanma məkanı gəlir. Ustad Nursi, burda keçən məşhər ifadəsilə, hesab günündəki o toplanmanın kiçik nümunələrinin dünyada da sərgiləndiyinə işarət etməkdədir. Yer üzündəki bütün həyat sahibləri bərabər düşünüldüyündə, yerin Allahın icadına bir məşhər, toplanma yeri olduğu görüləcəkdir.
• "hikmetine medar"
"Mədar" kəliməsi, lüğətdə, "ətrafında dövr edilən məkan" deməkdir. Burda, Ustad Nursi, bunu məcaz olaraq istifadə etmişdir. Həm bir bütün olaraq dünyanın özündə, həm də üzərində yaradılan saysız-hesabsız bir-birindən fərqli hər varlıqda və hər hadisədə, hikmətin hakim olduğu mənası görünür. Bunların heç birində, hikmətin ziddi olan faydasızlıq və əbəsiyyət görülməməkdədir.
• "kudretine mazhar"
"Mazhar": "bir şeyin göründüyü, zahir olduğu yer, məkan" deməkdir. Məsələn, elm, bir mənadır, özünü kitabda göstərir. Beləcə, kitab, elmə mazhar olmuş olur. Eyni şəkildə, Allahın qüdrəti də, görünməz bir sifətdir. Məxluqatın yaradılmasında və asanca idarə edilməsində özünü göstərir.
Hər məxluq, Allahın qüdrətilə yaradılmaqla birlikdə, bu həqiqət, yer kürəsində daha yaxından müşahidə edilir. Dünyanın həm özü, həm də günəş ətrafında həssas bir nizamla hərəkət etməsində bu qüdrət göründüyü kimi; küləyin əsməsində, canlıların hərəkət etmələrində, toxumların ağac olmalarında, yumurta və nütfələrdən neçə-neçə canlıların çıxarılmasında da, müşahidə edilir. Ətrafımıza bu nəzərlə baxdığımızda, hər şeyin İlahi qüdrətə bir mazhar, bir ayna olduğunu, yəqinliklə görür və bilirik.
• "rahmetine mezher"
"Məzhər": "çiçəklik, çiçək baxçası" deməkdir. Dünyada həyat sürən hər varlıqda, Allahın rəhməti, bir çiçək kimi sanki təbəssüm etməkdədir. Məsələn, öz simamıza baxaq. Bir çiçək baxçasını xatırlatmaqdadır. Saçımız, qaşımız, gözümüz, burnumuz, qulağımız, ağzımız və s. bir rəhmət çiçəyi kimidirlər.
Bədənimizdəki bütün orqanlar, onları meydana gətirən bütün hüceyrələr, ruhumuzdakı bütün hislər də, ayrı bir çiçək hökmündədirlər.
• "Cennetine mezraa (tarla)"
Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir hədisində, belə buyurmuşdur:
"Dünya, axirətin tarlasıdır." (Nəvəvi, "əl-Əzkar", s. 129)
Ustad Nursi (rahmətullahi aleyh), "Risale-i Nur" külliyyatında, ömür dəqiqələrini, çəyirdəklərə, toxumlara bənzətməkdədir.
Demək ki, bizlər, bu dünya tarlasına, "zaman toxumları" əkməkdəyik. Xeyirli işlərdə keçən zamanlar, axirətdə cənnət meyvələri verirlər.
• "hadsiz (ucu-bucağı olmayan) kâinata ve mahlûkat âlemlerine ölçek"
Yuxarıdakı tərəzi misalına bax!
• "mâzi (keçmiş) denizlerine ve gayb âlemine akacak bir çeşme (bulaq)"
Bir əsr sonra gələcək bütün canlılar, hal-hazırda gələcəkdədirlər. Yaradıldıqlarında, indiki zamana uğramış olacaqlardır. Öldüklərində isə, artıq onlardan bəhs edilərkən, keçmiş zaman forması istifadə ediləcək. Nəvələr, gələcəkdə gözləyərkən; babalar keçmişə axmış olacaqlardır.
Demək ki, dünya, sanki bir bulaq kimidir. Hal-hazırda içində olanları "keçmiş dənizləri"nə və "qeyb aləmi"nə axıtmaqdadır (aparmaqdadır).
"Her sene kat kat ve katmerli, yüz bin tarzda masnuattan dokunmuş gömleklerini değiştirdiği ve çok defa dolup maziye boşaltarak gayb âlemine döktüğü bütün o müteceddid âlemleri ve arzın müteaddit gömleklerini nazara al. Yani bütün mazisini hazır farz et, sonra yeknesak ve bir derece basit semâvâta karşı muvazene et. Göreceksin ki, arz, ziyade gelmezse, noksan da kalmaz. İşte, رَبُّ السَّمٰوَاتِ وَالْاَرْضِ sırrını anla."
Hər il qat-qat, yüz min tərzdə sənət əsərlərindən toxunmuş libaslarını dəyişdirdiyi və çox dəfə dolub keçmişə boşaldaraq qeyb aləminə tökdüyü bütün o yenilənən aləmləri və yerin bir-birindən fərqli libaslarını nəzərə al. Yəni, yerin bütün keçmişini hazır fərz et, sonra monoton və bir dərəcə bəsit səmalara qarşı müvazinə et (qarşılaşdır). Görəcəksən ki, yer, artıq gəlməsə də, nöqsan da qalmır.
Bax, "رَبُّ السَّمٰوَاتِ وَالْاَرْضِ / göylərin və yerin Rəbbi"ndəki sirri, burdan başa düş.
------------------------------
"Hem arzın şu mezkûr hikmetlerden neş'et eden sür'atli tahavvülü ve devamlı tagayyürü iktiza eder ki, sekenesi de ona göre mazhar-ı tahavvülât olsun. Hem şu mahdut arz, hadsiz mucizât-ı kudrete mazhar olduğundandır ki, en mühim sekeneleri olan ins ve cinnin kuvâlarına, sair zîhayatlar gibi fıtrî bir had ve hulkî bir kayıt konulmadığı için, nihayetsiz terakki ve nihayetsiz tedennîye mazhar olmuşlar. Enbiyadan, evliya dan tut, ta Nemrutlara, ta şeytanlara kadar, uzun bir meydan-ı imtihanları peyda olmuştur. Madem öyledir; elbette firavunlaşmış şeytanlar, hadsiz şeraretiyle semâya ve ehline taş atacaklar."
Yəni:
Həm yerin bu məzkur (yuxarıda zikr edilən) hikmətlərindən doğan sürətli təhəvvülü (hal dəyişikliyi) və davamlı olaraq tağayyuru (dəyişməsi) gərəkdirir ki, sakinləri də, ona görə bu təhəvvülə mazhar (yəni, bu dəyişikliyin zahir olduğu yer) olsunlar.
Həm bu məhdud yer, hədsiz qüdrət möcüzəsinə mazhar olduğundandır ki, ən mühim sakinləri olan insan və cinlərin qüvvələrinə, sair həyat sahibləri kimi fitri bir hədd və yaradılışı ilə bağlı bir hədd qoyulmadığı üçün, sonsuz tərəqqi və nəhayətsiz bir tədənniyə mazhar olmuşlardır. Nəbilərdən, vəlilərdən tut, ta ki nəmrudlara, ta şeytanlara qədər uzun bir imtahan meydanları peyda olmuşdur.
Madam ki belədir, əlbəttə fironlaşmış şeytanlar, hədsiz şərləri (səbəbi) ilə, səmaya və əhlinə daş atacaqlardır. (Bu söz, təşbihdir. Yəni, zərər vermək istəyəcəkləri mənasındadır.)
Dəyərli oxuyucu! Belə bir qabiliyyət ilə yaradılıb, yaşadığı məkanın, yəni yerin də bu qüvvələrə tam qarşılıq verəcək bir məkan olmadığından dolayı səmaya çıxmaq istəyəcəkləri, belə qüvvə sahibləri üçün, ağıldan uzaq görülməməlidir. Çünki, necə ki, okeanlarda üzə biləcək bir balinanın, dar bir akvariuma həbs edilməsi, üzməsi üçün imkan verilməməsi, hikmətsizdirsə, elə də üstün qabiliyyətdə yaradılan varlıqların da dar bir dünya ilə məhdud qalmaları, bir o qədər hikmətsizdir. Yəni, digər qüvvələrin (məsələn, görmə, eşitmə və s. kimi qüvvələrin) açıldığı aləmlər (məsələn, şəhadət aləmi kimi) mövcud olduğu kimi, bu qüvvələrin də açıla biləcəyi, özünü görsədəcəyi bir aləm olacaqdır və bu qüvvələr, özlərini, bu aləmdə göstərmək istəyəcəklərdir. İnsan belə, artıq maddi vasitələr düzəldərək səmalara yüksəldiyi halda, səmaya qalxmağa yaradılışı etibarı ilə əlverişli olan belə bir varlığın ora yüksəlməməsi, mənasız olardı. Əqlə ən müvafiq olan da, məhz budur. Bu, kainatdakı ahəngə uyğunluqdur.
Not: Bu pilləkəndə, səma və yer əhli arasındakı fərqliliklərdən bəhs edilərək:
~ Səma əhlinin, muti, məsum və sabit məqam sahibləri olduğu; bunun səbəbi kimi isə, səmanın genişliyi, fitrətlərinin saf və münaqişəni gərəkdirəcək hər hansı bir səbəb olmadığı göstərildi.
~ Yer əhlinin isə, qüvvələrinə bir hədd qoyulmadığı üçün, sonsuz (yəni, səma əhlini keçə biləcək) bir tərəqqi və (şeytanları keçə biləcək) bir tədənniyə əlverişli olduğu; bunun nəticəsi olaraq da, (bu pilləkəndə, xüsusilə) şeytanların (kafir cinlərin), şərlərinin sadəcə dünya ilə məhdud qalmayacağı, bunun da fövqünə çıxmaq istəyəcəkləri göstərildi.
-------------------------------
-------------------------------
✓ Dördüncü basamak:
Bütün âlemlerin Rabbi ve Müdebbiri ve Hâlıkı olan Zât-ı Zülcelâlin, ahkâmları ayrı ayrı pek çok namları ve ünvanları ve Esmâ-i Hüsnâsı vardır.
Yəni:
Dördüncü pilləkən: Bütün aləmlərin Rəbbi və Müdəbbiri (tədbir edicisi) və Xaliqi (yaradanı) olan cəlal sahibi Zat'ın, hökmləri ayrı-ayrı olan bir çox namları, ünvanları və gözəl isimləri vardır.
Mətni başa düşmək üçün bax:
Tövhidin isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati
• İsmin nə olduğu:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9...
• İsimlərin təcəlli etmək istəyəcəyi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir
• Allahın 99 isminin kainatdakı təcəlliləri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-%C9%99xlaqi-il%C9%99...
-----------------------------
Biz burda, sadəcə, isimlərin, cəlal və camal ifadə etmək üzərə 2 qismə ayrıldığını zikr edib mətnin izahına davam edəcəyik. Belə ki:
Müəllfimiz Nursi (rahiməhullah), "İşaratu'l-İcaz" adlı təfsirində (s. 15-16), belə deyir:
"Evet, herbir âlemde emir ve nehiy, sevap ve azap; terğib ve terhib, tesbih ve tahmid, havf ve reca gibi pek çok füruat, celâl ve cemâlin tecellîsiyle teselsül edegelmektedir."
Yəni:
Bəli, hər bir aləmdə,
~ əmr və nəhy;
~ savab və əzab;
~ tərğib və tərhib;
~ təsbih və təhmid;
~ xof və ümid
kimi bir çox füruat, cəlal və camal (ifadə edən isimlər)'in təcəllisilə təsəlsül edərək gəlməkdədir.
~ Əmr və nəhy (çəkindirmək) xüsusunda: əmr, camal; nəhy cəlal təcəllisidir;
~ Savab vermək, camal; əzab vermək, cəlal təcəllisidir;
~ Tərğib (bir əmələ rəğbət etdirmə və cənnətlə müjdələmək), camal; tərhib (qorxutmaq), cəlal təcəllisidir;
~ Təhmid (həmd etmək), camal təcəllisidir. Çünki həmd, nemətə qarşı edilir ki, bu da, camaldan qaynaqlanır. Təsbih (Allahı nöqsan sifətlərdən tənzih etmək), cəlal təcəllisidir. Çünki təsbihdə, Allahın böyüklüyü və əzəməti görsənir. Bu da, cəlaldandır.
~ Rəca (Allahın rəhmətini ummaq), camalın qəlblərdəki təcəllisi; Xof (qəlblərə qorxu yerləşdirmək) isə, cəlal təcəllisidir.
Bax bunlar kimi, kimi bir çox füruat, cəlal və camal (ifadə edən isimlər)'in təcəllisilə təsəlsül edərək gəlməkdədir.
Yəni gördüyümüz hər bir fəaliyyət, hər bir əsər, hər bir iş və hər bir fel, ya cəlal ifadə edən isimlərin təcəllisilə varlıq meydanına çıxmışdır; ya da camal ifadə edən isimlərin təcəllisilə meydana gəlmişdir.
Aləmdə cəlal və camal, hər zaman, yan-yana və çiyin-çiyinə təcəlli etməkdədir.
--------------------------------
Müəllifimiz, belə davam edir:
"Meselâ, ashab-ı Nebî safında küffara karşı muharebe etmek için melâikeleri göndermesini iktiza eden hangi isim ve ünvan ise, o isim ve ünvan iktiza eder ki, melâike ile şeyâtin ortasında muharebe bulunsun ve ahyâr-ı semâviyyîn ve eşrâr-ı arzîn mabeynlerinde mübareze olsun."
Yəni:
Məsələn: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələri səfində, kafirlərə qarşı müharibə etmək üçün mələkləri göndərməsini gərəkdirən (Allahın) hansı isim və ünvanıdırsa, o isim və ünvan gərəkdirər ki, mələklər ilə şeytanlar arasında müharibə olsun və səmanın xeyirliləri (yəni, mələklər) ilə, yerin şərliləri (yəni, kafir cinlər) arasında mübarizə olsun.
Müəllifin qəsd etdiyi, bu ayələrdir:
إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُرْدِفِينَ • وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِۦ قُلُوبُكُمْ ۚ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ
"O vaxt siz, Rəbbinizdən kömək diləyirdiniz. O da: 'Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm.'– deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah, Əziz'dir, Hakim'dir." (Ənfal/9-10)
بَلَىٰٓ ۚ إِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـٰذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ ءَالَـٰفٍ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُسَوِّمِينَ • وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِۦ ۗ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
"O vaxt Sən, möminlərə demişdin: 'Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?' Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək, ancaq Əziz və Hakim olan Allahdandır." (Al-i İmran/124-125)
Biz, yuxarıda, Allahın gözəl isimlərinin kainatda təcəlli etmək istədiyindən bəhs etdik. Burdan yola çıxaraq deyirik ki:
Dünyada şirki, küfrü və fisqi hakim qılmağa çalışan müşriklərə qarşı, Allahın, "əl-Vahid", "əl-Əhəd" kimi isimləri, təcəlli etmək istəyəcəklərdir. Bununla bərabər, "əl-Qadir", "əl-Əziz", "əl-Hakim", "əl-Qahhar", "əl-Adil", "əl-Muntəqim/intiqam alan" kimi isimlərinin də gərəyidir ki, müşrikləri rəzil və məğlub etsin.
Ayələrdən də göründüyü kimi, Allah, tövhidin dünyada yerləşməsi və zalımların cəzalandırılması üçün, müşriklərə qarşı döyüşən müsəlmanlara, bu isimlərinin gərəyi olaraq, kömək etmişdir.
Daha dar bir dairədə, Özünü bu isimlərlə tanıdan Allah, heç mümkünmüdür ki, daha geniş bir dairədə (yəni, səmada) da, Özünü bu isimlərlə tanıtmasın və ya tanıtmaq istəməsin?! Əsla.
--------------------------------
Burda, möhtəməl belə bir sual ağla gəlir ki, "Elə isə, nə üçün, bir mübarizə olmadan, onları məhv etmir?"
Müəllifimiz, buna belə cavab verir:
"Evet, küffarın nüfus ve enfasları kabza-i kudretinde olan Kadîr-i Zülcelâl, bir emirle, bir sayha ile onları mahvetmiyor. Rububiyet-i âmme ünvanıyla, Hakîm ve Müdebbir ismiyle bir meydan-ı imtihan ve mübareze açıyor.
Yəni:
Bəli, kafirlərin nəfsləri və nəfəsləri "qüdrət ovucu"nda olan cəlal sahibi Qadir (olan Allah), bir əmr ilə, bir səsləniş ilə onları məhv etmir. Ümumi Rububiyyət ünvanı ilə, Hakim və Müdəbbir isimlərilə, bir imtahan və mübarizə meydanı açır.
• Rububiyyətin nə olduğu üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C...
• "İmtahan və mübarizə meydanı" kimi səbəblərin nə üçün var olduğu və bu səbəblərin, Rububiyyətin dəllalları olması üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s...
----------------------
Müəllifimiz, buna belə bir misal verir:
Temsilde hata olmasın, görüyoruz ki, nasıl ki bir padişahın daire-i hükûmeti itibarıyla ayrı ayrı pek çok ünvanları, isimleri bulunur. Meselâ daire-i adliye onu Hâkim-i Âdil ismiyle yad eder. Daire-i askeriye onu Kumandan-ı Âzam namıyla bilir.
Daire-i meşihat onu Halife ismiyle zikreder. Daire-i mülkiye onu Sultan namiyle tanır. Mutî ahali ona Merhametkâr Padişah derler. Âsi insanlar ona Kahhar Hâkim derler. Daha bunlara kıyas et. İşte, bazı vakit oluyor ki, bütün ahali onun elinde olan o padişah-ı âli âciz, zelil bir âsiyi bir emirle idam etmiyor. Belki Hâkim-i Âdil ismiyle onu mahkemeye gönderir. Hem muktedir, hem sadık bir memurunu taltife liyakatini biliyor. Fakat hususî ilmiyle, hususî telefonuyla onu taltif etmiyor. Belki, haşmet-i saltanat ve tedbir-i hükûmet ünvanıyla mükâfata istihkakını teşhir etmek için bir meydan-ı müsabaka açar, vezirine emreder, ahaliyi temâşâya davet eder. Bir istikbal-i siyasî yaptırır, muhteşem bir imtihan-ı ulvî neticesinde bir mecma-ı âlide onu taltif eder, liyakatini ilân eder. Daha başka cihetleri bunlara kıyas et.
Yəni:
Təmsildə xəta olmasın, görürük ki:
Necə ki, bir padşahın, -hökümət dairələri etibarı ilə- ayrı-ayrı bir çox ünvanları, isimləri vardır. Məsələn:
~ ədliyyə dairəsi, onu, adil və hakim namı ilə yad edir;
~ əskəriyyə dairəsi, onu, əzəmətli komandir ünvanı ilə yad edir;
~ din işləri dairəsi, onu, xəlifə ismilə zikr edir;
~ mülkiyyə dairəsi, onu, sultan namı ilə tanıyır;
~ muti (itaətkar) əhali, ona, mərhəmətli padşah deyir;
~ asi (üsyankar olan) insanlar, ona, qahhar/qəhr edən hakim deyirlər.
(Digərlərini) də, bunlara qiyas et.
Bax bəzi vaxtlar olur ki, bütün əhali əlində olan o ali padşah,
~ aciz, zəlil bir asini, bir əmr ilə edam etmir. Əksinə, adil bir hakim ismi (ünvanı) ilə, onu, məhkəməyə göndərir;
~ həm qüdrətli, həm sadiq bir məmurunun, təltifə layiq olduğunu bilir. Lakin, xüsusi ismilə, xüsusi telefonu ilə, onu təltif etmir. Əksinə, səltənətin ehtişamı və hökümətin tədbiri ünvanı ilə, onun mükafata layiqliyini təşhir etmək üçün, bir müsabiqə meydanı açır. Vəzirinə əmr edir, əhalini də tamaşaya dəvət edir. Siyasi bir qarşılama etdirir. Ehtişamlı uca bir imtahan nəticəsində, bir ali toplantıda, onu təltif edir. (Onun, bu mükafata) layiqliyini elan edir. Daha başqa cəhətləri (də), buna qiyas et...
----------------------------
İşte, وَلِلّٰهِ الْمَثَلُ اْلاَعْلٰى Ezel, Ebed Sultanının pek çok Esmâ-i Hüsnâsı vardır. Tecelliyat-ı celâliye ve tezahürat-ı cemâliye ile pek çok şuûnâtı ve unvanları vardır. Nur ve zulmet, yaz ve kış, Cennet ve Cehennemin vücudunu iktiza eden isim ve ünvan ve şe'ni ise, kanun-u tenasül, kanun-u müsabaka, kanun-u teâvün gibi pek çok umumî kanunlar misillü, kanun-u mübarezenin dahi bir derece tâmimini isterler."
Yəni:
"Ən uca misallar, Allaha aiddir."
Əzəl və əbəd Sultanı (olan Allahın), bir çox gözəl isimləri (yəni, ünvanları) vardır. Cəlal ifadə edən isimlərin təcəlliləri və camal ifadə edən isimlərinin təzahürlərilə, bir çox şanları və ünvanları vardır.
~ Nur və zülmət;
~ Yay və qış;
~ Cənnət və cəhənnəm'in
varlığını gərəkdirən isim, ünvan və şan isə,
[~ çoxalma qanunu;
~ müsabiqə qanunu;
~ yardımlaşma qanunu
kimi bir çox qanunlar kimi,]
~ mübarizə qanunun da,
bir dərəcə ümumiləşməsini istəyərlər. (O isim və ünvanlar), qəlb ətrafındakı ilhamlar və vəsvəsələrin mübarizələrindən tut, ta səma üfüqlərindəki mələk və şeytanların mübarizəsinə qədər, o (mübarizə) qanunun, (bu dairələrə də) şamil olmasını gərəkdirər.
Müəllif, bir çox risaləsində, insan üçün, "kainatın kiçildilmiş nümunəsi"; kainat üçün isə, "insanın böyüdülmüş nümunəsi" olaraq tərif verməkdədir. Yəni, insan açılsa, kainat; kainat açılsa, insan olar. Yəni, kainatda əzəmətli şəkildə mövcud olan şeylər, insanda kiçik nümunələr şəklində vardır. Aşağıdakı linkdə, bunun izahı vardır:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/malikul-mulk-isminin-s%C9%99rhi
Müəllifimizin qəsdi, budur ki:
İnsan qəlbi ətrafında gedən xeyir və şər mübarizəsi, daha əzəmətli şəkildə, kainatda da cərəyan etməlidir və edir də...
İlham üçünsə, bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ilham-n%C9%99dir-6
Not: Bu pilləkəndə, mahiyyəti şər və nəhs olan şeytanların səma əhli olan mələklərlə mübarizəsinin mövcud olduğu isbat edildi.
---------------------------
---------------------------
✓ Beşinci basamak:
Madem arzdan semâya gidip gelmek var. Semâdan arza inip çıkmak oluyor; ehemmiyetli levazımat-ı arziye oradan gönderiliyor. Ve madem ervâh-ı tayyibeler semâya gidiyorlar. Elbette, ervâh-ı habîse dahi, ahyârı takliden semâvât memleketine gitmeye teşebbüs edecekler. Çünkü vücutça letafet ve hiffetleri var. Hem şüphesiz tard ve red edilecekler. Çünkü mahiyetçe şeraret ve nuhusetleri vardır.
Yəni:
Beşinci pilləkən: Madam ki, yerdən səmaya gedib gəlmək var. Səmadan da yerə enib çıxmaq olur. Yerin əhəmiyyətli ləvazimatı (yəni, yerə lüzumlu olan şeylər), ordan (yəni, səmadan) göndərilir.
Madam ki, təmiz ruhlar, səmaya gedirlər.
Əlbəttə ki, xəbis ruhlar da, xeyirliləri təqlidən, səma diyarına getməyə təşəbbüs edəcəklərdir. Çünki, vücudca, lətafət və xiffətləri vardır. Həm, şübhəsiz ki, qovulub rədd ediləcəklərdir. Çünki, mahiyyətcə şərirlikləri və nəhsləri vardır.
--------------------------
Müəllifimiz, diqqət edilsə, bu pilləkəndə, bundan əvvəlki pilləkəndə isbat etdiyi məsələləri, mücməl olaraq zikr etdi. Burda isə, ağıla, möhtəməl belə bir sual gəlir ki, "Bəs yaxşı, belə bir mübarizə getdiyini bilmək üçün, buna bir əlamət vardırmı?"
Müəllif, buna belə cavab verir:
"Hem, bilâşek velâ şüphe, şu muamele-i mühimmenin, şu mübareze-i mâneviyenin, âlem-i şehadette bir alâmeti, bir işareti bulunacaktır. Çünkü, saltanat-ı Rububiyetin hikmeti iktiza eder ki, zîşuur için, bahusus en mühim vazifesi müşahede ve şehadet ve dellâllık ve nezaret olan insan için tasarrufat-ı gaybiyenin mühimlerine bir işaret koysun, birer alâmet bıraksın. (Nasıl ki, nihayetsiz bahar mucizatına yağmuru işaret koymuş ve havârık-ı san'atına esbab-ı zahiriyeyi alâmet etmiş.) Ta âlem-i şehadet ehlini işhad etsin. Belki o acip temâşâya, umum ehl-i semâvât ve sekene-i arzın enzâr-ı dikkatlerini celb etsin. Yani, o koca semâvâtı, etrafında nöbettarlar dizilmiş, burçları tezyin edilmiş bir kale hükmünde, bir şehir suretinde gösterip haşmet-i Rububiyetini tefekkür ettirsin.
Madem şu mübareze-i ulviyenin ilânı, hikmeten lâzımdır. Elbette ona bir işaret vardır."
Yəni:
Şəksiz-şübhəsiz, bu mühim muamələ (qarşılıqlı iş)'in, bu mənəvi mübarizənin, şəhadət aləmində, bir əlaməti, bir işarəti olacaqdır. Çünki, "Rububiyyət səltənəti"nin hikməti gərəkdirir ki, şüur sahibləri üçün, xüsusilə ən mühim vəzifəsi müşahidə, şəhadət, dəllallıq və nəzarət olan insan üçün, qeybi təsərrüflərin mühimlərinə, bir işarət qoysun, bir əlamət buraxsın. Necə ki:
~ sonsuz bahar möcüzələrinə, yağışı işarət qoymuş;
~ sənət xariqələrinə də, zahiri səbəbləri əlamət qılmışdır.
Ta ki, şəhadət aləmi əhlini, (bu fəaliyyətə) şahid tutsun. Hətta, o qeyr-i adi tamaşaya, ümum səma əhlini və yer sakinlərinin diqqətli nəzərlərini (bu fəaliyyətə) cəlb etsin. Yəni, o böyük səmaları, ətrafında növbətçilər düzülmüş, bürcləri bəzənmiş bir qala hökmündə, bir şəhər surətində göstərib, tərbiyə ediciliyinin ehtişamını, təfəkkür etdirsin.
Madam ki, bu ülvi mübarizənin elanı, hikmət gərəyi lazımdır. Əlbəttə, onun üçün bir işarət vardır.
--------------------------
"Halbuki, hadisat-ı cevviye ve semâviye içinde, şu ilâna münasip hiçbir hadise görünmüyor. Bundan daha ensebi yoktur. Zira, yüksek kalelerin muhkem burçlarından atılan mancınıklar ve işaret fişeklerine benzeyen şu hadise-i necmiye, bu recm-i şeytana ne kadar ensep düştüğü bedâheten anlaşılır. Halbuki, şu hadisenin, bu hikmetten ve şu gayeden başka, ona münasip bir hikmeti bilinmiyor. Sair hadisat öyle değil. Hem şu hikmet, zaman-ı Âdemden beri meşhurdur ve ehl-i hakikat için meşhuddur."
Yəni:
Halbuki, hava və səma hadisələri içində, bu elana münasib, heç bir hadisə görünmür. Bundan daha münasibi yoxdur. Çünki, yüksək qalaların möhkəm bürclərindən atılan mancanaqlar və işarət fişənglərinə bənzəyən bu ulduz hadisəsi, şeytanın bu daşlanma (hadisəsi)'nə nə qədər münasib düşdüyü, açıq bir şəkildə başa düşülür. Halbuki, bu hadisənin, bu hikmətdən və bu qayədən başqa, ona münasib bir hikməti, bilinmir. Sair hadisələr isə, belə deyillər.
Həm bu hikmət, Adəm zamanından bəri, məşhurdur və həqiqət əhli üçün (də), məşhud (şahid olunan, bilinən)'dir.
Not: Bu pilləkəndə, bu mübarizəyə bir əlamətin mövcud olduğu isbat edildi.
--------------------------
--------------------------
Bura qədərki pilləkənləri, belə xülasə edə bilərik:
• Birinci pilləkəndə: mələk, ruhanilər və cinlərin varlığı isbat edildi.
• İkinci pilləkəndə: səmaya yüksəlmək üçün bir yolun mövcud olduğu isbat edildi.
• Üçüncü pilləkəndə: Yer əhlinin isə, qüvvələrinə bir hədd qoyulmadığı üçün, sonsuz (yəni, səma əhlini keçə biləcək) bir tərəqqi və (şeytanları keçə biləcək) bir tədənniyə əlverişli olduğu; bunun nəticəsi olaraq da, (bu pilləkəndə, xüsusilə) şeytanların (kafir cinlərin), şərlərinin sadəcə dünya ilə məhdud qalmayacağı, bunun da fövqünə çıxmaq istəyəcəkləri göstərildi.
• Dördüncü pilləkəndə: mahiyyəti şər və nəhs olan şeytanların səma əhli olan mələklərlə mübarizəsinin mövcud olacağı və olduğu isbat edildi.
• Beşinci pilləkəndə: bu mübarizəyə bir əlamətin mövcud olduğu isbat edildi.
-----------------------------
-----------------------------
✓ Altıncı basamak:
Beşer ve cin, nihayetsiz şerre ve cühuda müstaid olduklarından, nihayetsiz bir temerrüd ve bir tuğyan yaparlar. İşte, bunun için, Kur'ân-ı Hakîm öyle i'cazkâr bir belâğatle ve öyle âli ve bâhir üslûplarla ve öyle gàli ve zahir temsiller ve mesellerle ins ve cinni isyandan ve tuğyandan zecreder ki, kâinatı titretir.
Yəni:
Altıncı pilləkən: Bəşər və cin, nəhayətsiz şərr və cuhuda (bilə-bilə inkara) istedadlı olduqlarından, nəhayətsiz bir inad və bir tüğyan (azğınlıq) edərlər. Bax bundan dolayıdır ki, hikmətli Quran, elə i'cazvari (möcüzəvi bir) bir bəlağat; elə ali və açıq üslublar; və qiymətli və zahir təmsillər və məsəllərlə, insan və cinləri, üsyandan və tüğyandan çəkindirir, ki, (bu üslub) kainatı titrədir.
Bu pilləkəndə, müəllifimiz Nursi'nin açıqladığı şey, budur:
Hikmətli Quranda, dəlalət əhlinə qarşı əzəmətli şikayətlər və çoxlu təhşidlər (yəni, üzərində çox durmaq, xüsusilə vurğulamalar) və çox şiddətli təhdidlər, ağlın zahirinə, (Quranın) ədalətli və münasibətli bəlağatına və üslubundakı etidalına və istiqamətinə münasib düşmür. Sanki, aciz bir adama qarşı, orduları təhşid edir. Və onun cüzi bir hərəkəti üçün, minlərlə cinayət etmiş kimi təhdid edir və müflis və mülkdə heç hissəsi olmadığı halda, mütəcaviz (təcavüz edən, həddini aşan) bir şərik kimi mövqe verib ondan şikayət edir.
------------------------
Müəllifimiz, bu təhdidlərə, bu ayələri misal verir:
Meselâ,
~ "Ey ins ve cin! Emirlerime itaat etmezseniz, haydi, hudud-u mülkümden, elinizden gelirse çıkınız" meseline işaret eden
يَا مَعْشَرَ الْجِنِّ وَاْلاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوا مِنْ اَقْطَارِ السَّمٰوَاتِ وَاْلاَرْضِ فَانْفُذُوا لاَ تَنْفُذُونَ اِلاَّ بِسُلْطَانٍ فَبِاَىِّ اٰلاَءِ رَبِّكُمَا تُكَذِّبَانِ يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلاَ تَنْتَصِرَانِ
âyetindeki azametli inzara ve dehşetli tehdide ve şiddetli zecre dikkat et. Nasıl ins ve cinnin gayet mağrurâne temerrüdlerini, gayet mucizâne bir belâğatle kırar. Aczlerini ilân eder. Saltanat-ı Rububiyetin genişliği ve azameti nisbetinde ne kadar âciz ve biçare olduklarını gösterir."
Yəni:
"Ey insan və cin! Əmrlərimə itaət etməzsəniz, gəlin, mülkümün hüdudundan, -əlinizdən gəlirsə- çıxın." məsəlinə işarət edən: "Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sizin üstünüzə atəşdən yalın bir alov və ərimiş mis (kimi) tüstü (duman) göndəriləcək və siz, bir-birinizə kömək edə bilməyəcəksiniz." (Rahmən/33-34-35) ayələrindəki əzəmətli inzar (qorxutmağ)'a və dəhşətli təhdidə və şiddətli zəcr (çəkindirmə)'yə diqqət et. İnsan və cinlərin məğrur inadlarını, necə çox möcüzəvi bir bəlağat ilə qırır. Aciz (olduqları)'nı elan edir. "Rububiyyət səltənəti"nin genişliyi və əzəməti nisbətində, (onların), nə qədər aciz və çarəsiz olduqlarını göstərir.
-------------------------
Güya şu âyetle, hem وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ âyetiyle böyle diyor ki:
"Ey hakareti içinde mağrur ve mütemerrid, ey zaaf ve fakrı içinde serkeş ve muannid olan cin ve ins! Nasıl cesaret edersiniz ki, isyanınızla öyle bir Sultan-ı Zîşânın evamirine karşı geliyorsunuz ki, yıldızlar, aylar, güneşler emirber neferleri gibi emirlerine itaat ederler."
"Hem tuğyanınızla öyle bir Hâkim-i Zülcelâle karşı mübareze ediyorsunuz ki, öyle azametli mutî askerleri var; faraza şeytanlarınız dayanabilseler, onları dağ gibi güllelerle recmedebilirler."
"Hem küfranınızla öyle bir Mâlik-i Zülcelâlin memleketinde isyan ediyorsunuz ki, ibâdından ve cünudundan öyleleri var ki, değil sizin gibi küçücük âciz mahlûkları, belki farz-ı muhal olarak dağ ve arz büyüklüğünde birer adüvv-ü kâfir olsaydınız, arz ve dağ büyüklüğünde yıldızları, ateşli demirleri, şuvazlı nuhasları size atabilirler, sizi dağıtırlar."
"Hem öyle bir kanunu kırıyorsunuz ki, o kanunla öyleler bağlıdır; eğer lüzum olsa arzınızı yüzünüze çarpar, gülleler gibi küreniz misillü yıldızları üstünüze yağdırabilirler."
Yəni:
Sanki, bu (yəni, Rahmən/33-34-35) ayətləri və bu (Mülk surəsindəki 5-ci) ayət ilə, belə deyir:
~ Ey həqirliyi içində, məğrur və inadçı; ey zəiflik və möhtaclığı içində, sərkəş və inadçı olan cin və ins! Necə cəsarət edərsiniz ki, üsyanınızla, elə bir şanlı Sultan'ın əmrlərinə qarşı gəlirsiniz ki, ulduzlar, aylar, günəşlər, (Onun) əmrə hazır əsgərləri kimi, (Onun) əmrlərinə itaət edərlər...
(yəni, səmalar və yerin sərhədlərini aşmağa gücünüz çatmadığı halda; səmalar və yerin şanlı Sultanının qanunlarına, yəni əmrlərinə qarşı gəlirsiniz. Ki, Onun qanunlarına, yəni, əmrlərinə ulduzlar, aylar, günəşlər itaət edirlər...)
~ Həm tüğyanınız ilə, elə bir cəlal sahibi Hakim (hökm edən)'ə qarşı mübarizə edirsiniz ki, elə əzəmətli, itaətkər əsgərləri var; -fərz edək- şeytanlarınız (qarşı) dura bilsələr, onları, dağ kimi güllələrlə rəcm edə bilərlər...
(yəni, səmalar və yerin sərhədlərini aşmağa gücünüz çatmadığı halda; səmalar və yerin Hakiminə qarşı mübarizə aparırsınız. Ki, Onun, hökmü altında, elə əzəmətli, itaətkar əsgərləri var ki, dağ kimi güllələrlə, sizi rəcm edə, daşlaya bilərlər...)
~ Həm küfrünüz ilə, elə bir cəlal sahibi Malik'in məmləkətində üsyan edirsiniz ki, qullarından və əsgərlərindən elələri vardır ki, deyil sizin kimi kiçik aciz məxluqları, hətta, -olmasa belə fərz edək- dağ və yer böyüklüyündə kafir düşmənlər olsaydınız, yer və dağ böyüklüyündə (olan) ulduzları, odlu dəmirləri, atəşdən yalın bir alov və ərimiş mis (kimi) tüstü (və ya duman)'ları, sizə ata, sizi pərən-pərən sala bilərlər.
~ Həm elə bir qanunu qırırsınız ki, o qanunla elələri bağlıdırlar ki, əgər lüzum olsa, yerinizi, üzünüzə çarpar, güllələr kimi, -kürəniz kimi olan- ulduzları, üstünüzə yağdıra bilərlər.
Not: Müəllifimiz, burda, təkvin ilə təklif(i qanunları) birləşdirməkdədir. İzahı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir
-------------------------------
"Evet, Kur'ân'da bazı mühim tahşidat vardır ki, düşmanların kuvvetli olduğundan ileri gelmiyor. Belki haşmetin izharı ve düşman şenaatinin teşhiri gibi sebeplerden ileri geliyor. Hem bazan kemâl-i intizamı ve nihayet adli ve gayet hilmi ve kuvvet-i hikmeti göstermek için, en büyük ve kuvvetli esbabı, en küçük ve zayıf birşeye karşı tahşid eder ve üstünde tutar; düşürtmez, tecavüz ettirmez."
Yəni:
Bəli, Quranda, bəzi mühim təhşidlər vardır ki, (bu təhşidlər), düşmənlərin qüvvətli olduğundan iləri gəlmir. Əksinə:
~ Ehtişamın izharı və düşmən pisliyinin təşhiri kimi səbəblərdən iləri gəlir.
~ Həm bəzən də, mükəmməl intizam, nəhayətsiz ədalət, hilm (yumşaqlıq) və hikmətin qüvvətini göstərmək üçün, ən böyük və qüvvətli səbəbləri, ən kiçik və zəif bir şeyə qarşı təhşid edər, üstündə tutar, düşürməz, təcavüz etdirməz.
Müəllifimiz Nursi (rahmətullahi aleyh), burda, Qurandakı bu təhşidlərin 3 hikmətinə diqqət çəkdi. Belə ki, onlardan:
1. Şiddətli təhdid və təhşidlərin, ehtişamın izharı üçün olması;
2. Şiddətli təhdid və təhşidlərin, düşmən pisliyinin təşhirindən dolayı olması;
3. Şiddətli təhdid və təhşidlərin, mükəmməl intizam, nəhayətsiz ədalət, hilm və hikmətin qüvvətini göstərməkdən dolayı olması.
İzahları:
1. Şiddətli təhdid və təhşidlərin, ehtişamın izharı üçün olması:
Müəllifimiz, bu xüsusu, bir risaləsində ("Ləmalar", 28-ci Ləma, 28-ci Nöqtə, s. 294), belə izah edir:
"...bazan da büyük tahşidat, düşmanın kuvvetine karşı değil, belki izhar-ı haşmet için yapılır. Meselâ, hadise-i Muhammediye (a.s.m.) ve vahy-i Kur'ân'ın hadise-i kudsiyesi, umum semâvat memleketinde, hattâ o memleketin her köşesinde en mühim bir hadise olduğundan, doğrudan doğruya çok uzak ve çok yüksek olan koca semâvâtın burçlarına nöbettarlar dizilip, yıldızlardan mancınıkları atarak casus şeytanları tard ve def ediyorlar vaziyetinde göstermek ve ifade etmekle, vahy-i Kur'ânînin derece-i haşmetini ve şâşaa-i saltanatını ve hiçbir cihette şüphe girmeyen derece-i hakkaniyetini ilâna bir işaret-i Rabbâniye olarak, o vakitte ve o asırda daha ziyade yıldızlar düşürülüyormuş ve atılıyormuş. Kur'ân-ı Mu'cizü'l-Beyan dahi, o ilân-ı tekvîniyeyi tercüme edip ilân ediyor ve o işaret-i semâviyeye işaret eder.
Yəni:
...bəzən də, böyük təhşidlər, düşmənin qüvvətinə qarşı deyil; əksinə, ehtişamın izharı üçün edilir. Məsələn:
Muhamməd (sallallahu aleyhi və səlləm) hadisəsi (yəni, Onun, peyğəmbərliyi) və Quran vəhyinin müqəddəs hadisəsi, ümum səmalar diyarında, hətta, o diyarın hər küncündə ən mühim bir hadisə olduğundan, doğrudan-doğruya çox uzaq və çox yüksək olan böyük səmaların bürclərinə nöbətçilər düzülüb, ulduzlardan mancanaqlar ataraq, casus şeytanları qovur və dəf edirlər vəziyyətində göstərmək və ifadə etməklə, Quran vəhyinin ehtişamındakı dərəcəsini və səltənətinin dəbdəbəsini və heç bir cəhətdə şübhə girməyən doğruluq dərəcəsini elana Rabbani bir işarət olaraq, o vaxtda, o əsrdə, daha çox ulduzlar düşürülürmüş və atılırmış. Bəyanı möcüzə olan Quran da, o təkvini elanı tərcümə edib, elan edir və o səmavi işarətə işarət edir.
Not:
• Vəhyin nə olduğu üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/k%C9%99lam-sif%C9%99ti-uz%C9...
https://archive.org/details/ilham1_202305/page/n36/mode/1up
Bununla bərabər, müəllifimiz, bir çox risaləsində, Quranı, "Bu böyük kainat kitabının əzəli tərcüməsi" olaraq tərifi vardır. Qəsdi budur ki: Kainat, sanki başqa dildə yazılmış bir kitabdır. Dili, anlaşılmır. Onu, Quran bizə tərcümə etməkdədir.
Kainat və içindəki əşyanın özünə məxsus danışığı və Quranın, bunu necə tərcümə etdiyi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...
-----------------
Müəllifimiz, belə davam edir:
Evet, bir melâikenin üfürmesiyle uçurulabilir olan casus şeytanları böyle bir işaret-i azîme-i semâviye ile, melâikelerle mübareze ettirmek, elbette o vahy-i Kur'ânînin haşmet-i saltanatını göstermek içindir. Hem bu haşmetli olan beyan-ı Kur'ânî ve azametli tahşidât-ı semâviye ise, cinnîlerin, şeytanların, semâvat ehlini mübarezeye ve müdafaaya sevk edecek bir iktidarları, bir müdafaaları bulunduğunu ifade için değil, belki kalb-i Muhammedîden (a.s.m.) tâ semâvat âlemine, tâ Arş-ı Âzama kadar olan uzun yolda, hiçbir yerde cin ve şeytanın müdahaleleri olmamasına işaret için, vahy-i Kur'ânî, koca semâvatta, umum melâikece medar-ı bahis olan bir hakikattir ki, bir derece ona temas etmek için, şeytanlar tâ semâvâta kadar çıkmaya mecbur olup, hiçbir şeye muvaffak olamayarak recmedilmesiyle işaret ediyor ki, kalb-i Muhammedîye (a.s.m.) gelen vahiy ve huzur-u Muhammediyeye (a.s.m.) gelen Cebrail ve nazar-ı Muhammedîye (a.s.m.) görünen hakaik-i gaybiye, sağlam ve müstakimdir, hiçbir cihetle şüphe girmez diye, Kur'ân-ı Mu'cizü'l-Beyan, mucizâne haber veriyor.
Yəni:
Bəli, mələklərin (hətta) üfürməsilə uçurula biləcək olan casus şeytanları, belə səmavi əzəmətli bir işarət ilə, mələklərlə mübarizə etdirmək, əlbəttə, o "Quran vəhyi səltənəti"ndəki ehtişamı göstərmək üçündür. Həm bu ehtişamlı olan Quranın bəyanı və səmavi əzəmətli təhşidlər isə, cinnilərin, şeytanların, səma əhlini mübarizəyə və müdafiəyə sövq edəcək bir iqtidarları, bir müdafiələri olduğunu ifadə üçün deyil; əksinə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in qəlbinin, ta səma aləminə, ta əzəmətli ərşə qədər olan uzun yolda, heç bir yerdə, cin və şeytanın müdaxilələri olmamasına işarət üçün, Quran vəhyi, böyük səmalarda, ümum mələklərcə bəhs mövzusu olan bir həqiqətdir ki, bir dərəcə ona təmas etmək üçün, şeytanlar, ta səmalara qədər çıxmağa məcbur olub, heç bir şeyə müvəffəq olmayaraq rəcm edilmələrilə işarət edir ki:
~ Muhamməd (sallallahu aleyhi və səlləm)'in qəlbinə gələn vəhy;
~ Muhamməd (sallallahu aleyhi və səlləm)'in hüzuruna gələn Cəbrail; və
~ Muhamməd (sallallahu aleyhi və səlləm)'in nəzərinə görünən qeybi həqiqətlər,
sağlam və müstəqim (istiqamətli)'dir. Ona, heç bir cəhətlə şübhə girə bilməz deyə, bəyanı möcüzə olan Quran, möcüzəvi bir şəkildə xəbər verir. ("Ləmalar", 28-ci Ləma, 28-ci Nöqtə, s. 294)
------------------------
2. Şiddətli təhdid və təhşidlərin, düşmən pisliyinin təşhirindən dolayı olması:
Müəllifimiz, bunu, "Ləmalar" adlı əsərinin 13-cü Ləma'sı olan: "Hikmətu'l-İstiazə" adlı risaləsində, belə açıqlayır:
"Ekseriyet-i mutlaka ile dalâlet ve şer, menfidir ve tahriptir ve ademîdir ve bozmaktır. Ve ekseriyet-i mutlaka ile hidayet ve hayır, müsbettir ve vücudîdir ve imar ve tamirdir. Herkesçe malûmdur ki, yirmi adamın yirmi günde yaptığı bir binayı, bir adam bir günde tahrip eder. Evet, bütün âzâ-yı esasiyenin ve şerâit-i hayatiyenin vücuduyla vücudu devam eden hayat-ı insan Hâlık-ı Zülcelâlin kudretine mahsus olduğu halde, bir zalim, bir uzvu kesmesiyle, hayata nisbeten ademî olan mevte o insanı mazhar eder. Onun için, "et-tahrîbü eshel" durub-u emsal hükmüne geçmiş." (1-ci İşarət, s. 71-72)
Yəni:
Mütləq əksəriyyətlə, dəlalət və şər, mənfidir, təxribdir, adəmi (yoxluğa aid bir iş) və pozmaqdır. Mütləq əksəriyyət ilə, hidayət və xeyir, müsbətdir, vücudi (varlığa aid bir iş)'dir, imar və təmirdir. Hər kəscə məlumdur ki, 20 adamın 20 gündə tikdiyi bir binanı, 1 adam 1 gündə təxrib edər. Bəli, bütün əsas əzaların və həyat şərtlərinin varlığı ilə varlığı davam edən insan həyatı, cəlal sahibi Xaliq'in qüdrətinə məxsus olduğu halda; bir zalımın bir üzvü kəsməsilə, -həyata nisbətən adəmi (yoxluğa aid bir iş) olan ölümə, o insanı mazhar (yəni, ölümün, üzərində zahir olduğu bir yer) edər. Bunun üçündür ki, "Təxrib, daha asandır." (sözü), atalar sözü hökmünə keçmişdir.
...Şeytanlar ve şeytanlara uyanlar, dalâlete sülûk ettikleri için, küçük bir hareketle çok tahribat yapabilirler. Ve çok mahlûkatın hukukuna, az bir fiil ile çok hasâret veriyorlar. Nasıl ki, bir sultanın büyük bir ticaret gemisinde, bir adam az bir hareketle, belki küçük bir vazifeyi terk etmekle, o gemiyle alâkadar bütün vazifedarların semere-i sa'ylerinin ve netice-i amellerinin mahvına ve iptaline sebebiyet verdiği için, o geminin sahib-i zîşânı, o âsiden, o gemiyle alâkadar olan bütün raiyetinin hesabına azîm şikâyetler edip dehşetli tehdit ediyor. Ve onun o cüz'î hareketini değil, belki o hareketin müthiş neticelerini nazara alarak ve sahib-i zîşânın zâtına değil, belki raiyetinin hukuku namına dehşetli bir cezaya çarpar.
Öyle de, Sultan-ı Ezel ve Ebed dahi, küre-i arz gemisinde ehl-i hidayetle beraber bulunan, ehl-i dalâlet olan hizbüşşeytanın zâhiren cüz'î hatîatlarıyla ve isyanlarıyla pek çok mahlûkatın hukukuna tecavüz ettikleri ve mevcudatın vezâif-i âliyelerinin neticelerinin iptal etmesine sebebiyet verdikleri için, onlardan azîm şikâyet ve dehşetli tehdidat, ve tahribatlarına karşı mühim tahşidat etmek, ayn-ı belâgat içinde mahz-ı hikmettir ve gayet münasip ve muvafıktır. Ve mutabık-ı mukteza-yı haldir ki, belâgatin tarifidir ve esasıdır. Ve israf-ı kelâm olan mübalâğadan münezzehtir. (3-cü İşarət, s. 73)
Yəni:
Şeytanlar və şeytanlara uyanlar, dəlalətə süluk etdikləri (yəni, dəlalət yolunda getdikləri) üçün, kiçik bir hərəkətlə, çox təxribat edə bilərlər. Və çox məxluqatın hüququna, az bir fel ilə, çox xəsarət verirlər. Necə ki, bir sultanın böyük bir ticarət gəmisində, bir adam, az bir hərəkət ilə, hətta kiçik bir vəzifəni tərk etməklə, o gəmi ilə əlaqəli bütün vəzifəlilərin səylərinin səmərələrinin və əməllərinin nəticələrinin məhvinə və ibtalına səbəbiyyət verdiyi üçün, o gəminin şanlı sahibi, o asidən (üsyankardan), o gəmilə əlaqəli olan bütün rəiyyətinin hesabına, əzəmətli şikayətlər edib dəhşətli təhdid edir. Və onun o cüzi hərəkətini deyil; əksinə, o hərəkətin dəhşətli nəticələrini nəzərə alaraq və şanlı sahibin zatına deyil, əksinə, rəiyyətinin hüququ naminə dəhşətli bir cəzaya çarpar.
Elə də, əzəl və əbəd Sultanı (olan Allah) da, "yer kürəsi gəmisi"ndə, əhl-i hidayət ilə bərabər olan dəlalət əhli olan şeytan tərəfdarlarının, zahirən cüzi xətaları və üsyanları ilə bir çox məxluqatın hüququna təcavüz etdikləri; və mövcudatın ali vəzifələrinin nəticələrinin ibtal etməsinə səbəbiyyət vetdikləri üçün, onlardan, əzəmətli şikayət və (onlara) dəhşətli təhdidlər etmək; və təxribatlarına qarşı mühim təhşidlər etmək, bəlağat içində hikmətin məhz özüdür və çox münasib və müvafiqdir. Və (bu), halın gərəyinə uyğundur ki, bəlağatın (da) tərifi və əsasıdır. (Və bu), kəlam israfı olan mübaliğədən, münəzzəhdir. (haşiyə)
----------------
(Haşiyə:
Məxluqatın vəzifəsi, nədir?
Hər bir varlığın, xüsusilə həyat sahibinin fitri (yəni yaradılışından gələn) ibadəti, Allahın o həyat sahibinə yükləmiş olduğu vəzifədir. O vəzifəni yerinə yetirməklə, Allaha ibadət etmiş sayılır. Çünki o vəzifəni ifa etməklə, Allahın əmrinə riayət etmiş olur. Allahın əmrinə riayət etmək isə, ibadətdir.
Məsələn, həyat sahibi bir varlıq olan arı, bal verməklə, ortaya bir fel qoymuşdur. Əslində bu fel və felin nəticəsi olan bal, arının əsəri deyildir. Allahın, onu bu işdə istixdam etməsi (çalışdırması)'dır. Geniş izah üçün bax:
İsra surəsi 44-cü ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...
Rahmən surəsi 6-ci ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-6-ci...)
--------------------
...Adem şerr-i mahz, ve vücud hayr-ı mahz olduğunu, ehl-i tahkik ve ashâb-ı keşif ittifak etmişler. Evet, ekseriyet-i mutlaka ile, hayır ve mehâsin ve kemâlât, vücuda istinad eder ve ona râci olur. Sureten menfi ve ademî de olsa, esası sübutîdir ve vücudîdir. Dalâlet ve şer ve musibetler ve mâsiyetler ve belâlar gibi bütün çirkinliklerin esası, mayası ademdir, nefiydir. Onlardaki fenalık ve çirkinlik, ademden geliyor. Çendan suret-i zâhirîde müsbet ve vücudî de görünseler, esası ademdir, nefiydir.
Yəni:
Yoxluq, mütləq şər; və vücud (yəni, var olmaq), xeyrin məhz özü olduğu (xüsusu)'nda, təhqiq əhli və kəşf sahibləri, ittifaq etmişlərdir. Bəli, xeyir(lər), gözəlliklər və kamilliklər, mütləq əksəriyyət ilə, vücuda (yəni, var olmağa) istinad edər və ona raci olar (yəni, ona qayıdar). Surətən mənfi və adəmi (yoxluğa aid) də olsa, əsası, sübuti (sabit olmaqla bağlı)'dır və vücudi (var olmağla bağlı)'dır. Dəlalət, şər, müsibətlər, günahlar və bəlalar kimi bütün çirkinliklərin əsası, mayası isə, adəm (yoxluq)'dur, nəfydir. Onlardakı pislik və çirkinlik(lər), adəm (yoxluq)'dan gəlməkdədir. Hərçənd, zahiri surətində müsbət və vücudi də görünsələr, əsası, adəmdir, nəfydir.
Hem bilmüşahede sabittir ki, bina gibi birşeyin vücudu, bütün eczasının mevcudiyetiyle takarrur eder. Halbuki onun harabiyeti ve ademi ve in'idâmı, bir rüknün ademiyle hasıl olur. Hem vücut, herhalde mevcut bir illet ister, muhakkak bir sebebe istinad eder. Adem ise, ademî şeylere istinad edebilir; ademî birşey, mâdum birşeye illet olur.
Yəni:
Həm müşahidə ilə sabitdir ki, bina kimi bir şeyin vücudu (yəni, var olması), bütün cüzləri (yəni, parçaları)'nın mövcud olması ilə qərar qılır. Halbuki, onun (yəni, bina kimi hər hansı bir şeyin) xarab olması, adəmi, yox olması, bir rüknün yox olması ilə hasil olur.
Həm vücud (yəni, var olmaq), hər halda, mövcud bir illət (yəni, səbəb) istər, şübhəsiz (yəni, qəti) bir səbəbə istinad edər. Adəm (yoxluq) isə, adəmi (yoxluğa aid) şeylərə istinad edə bilər; adəmi (yoxluğa aid) bir şey (isə), mədum (yoxluğa düşən) bir şeyə illət olar.
İşte bu iki kaideye binaendir ki, şeytan-ı ins ve cinnin kâinattaki müthiş âsâr-ı tahripkârâneleri ve envâ-ı küfür ve dalâlet ve şer ve mehâliki yaptıkları halde zerre miktar icada ve hilkate müdahaleleri olmadığı gibi, mülk-ü İlâhîde bir hisse-i iştirakleri olamıyor. Ve bir iktidar ve bir kudretle o işleri yapmıyorlar; belki çok işlerinde iktidar ve fiil değil, belki terk ve atâlettir. Hayrı yaptırmamakla şerleri yapıyorlar, yani şerler oluyorlar. Çünkü mehâlik ve şer, tahribat nev'inden olduğu için, illetleri, mevcut bir iktidar ve fâil bir icad olmak lâzım değildir. Belki bir emr-i ademî ile ve bir şartın bozulmasıyla koca bir tahribat olur. (4-cü İşarət, s. 73-74)
Yəni:
Bax bu 2 qaydadan dolayıdır ki, insi və cinni (yəni, insanlardan və cinlərdən olan) şeytanlar, kainatdakı dəhşətli təxribkar əsərlər, müxtəlif küfr (növləri), dəlalət, şər və həlak edici şeyləri etdikləri halda, zərrə miqdar icada və yaratmağa müdaxilələri (yoxdur.) Müdaxilələri olmadığı kimi; Allahın mülkündə, şəriklikdən bir hissələri də ola bilmir. Və (bunlar), bir iqtidar, bir qüdrətlə o işləri görmürlər. Əksinə, çox işlərində, iqtidar və fel deyil; əksinə, tərk və ətalət (var)'dır. Xeyri etdirməməklə şərləri edirlər; yəni, şər olurlar. Çünki, həlak edici şeylər və şər, təxribat növündən olduğu üçün, illətlərinin, mövcud bir iqtidar və fail bir icad olması, lazım deyildir. Əksinə, yoxluğa aid bir iş və bir şərtin pozulması ilə, böyük bir təxribat olur.
Dəyərli oxuyucu! Mövzumuz, bu məsələni (yoxluğun, mütləq şər olduğunu) isbat olmadığı üçün, burda qısa kəsirik. İstəyən, aşağıdakı linkdən bu məsələlərin geniş əqli izahlarına baxa bilər:
https://www.youtube.com/playlist?list=PLXiQicVnjxNNWh9S6fsp6j-mm4ASCrXfk
-----------------------------
Yenə, müəllifimiz Ustad Nursi (rahiməhullah), "Sözlər" adlı əsərinin 14-cü Söz'ündə (s. 161-162), belə deyir:
"...Ezel, Ebed Sultanı, şu âciz ve nihayetsiz zayıf ve nihayetsiz fakir ve nihayetsiz muhtaç ve yalnız cüz'î bir ihtiyarla, icada kabiliyeti olmayan zayıf bir kisble mücehhez benî Âdeme karşı şedid şikâyât-ı Kur'âniyesi ve azîm tehdidatı ve müthiş vaidleri ne hikmete binaendir ve ne vech ile tevfik edilir, ne suretle münasip düşer, demek olan derin ve yüksek hakikate kanaat getirmek için, şu gelecek iki temsile bak."
Yəni:
"Əzəl və əbəd sultanı (olan Allahın), bu aciz, sonsuz zəif, nəhayətsiz möhtac və yalnız, cüzi bir ixtiyar (yəni, iradə) ilə, icada qabiliyyəti olmayan zəif bir kisb (yəni, işə, sadəcə təşəbbüs edə bilmək) ilə mücəhhəz (yəni, sanki, sadəcə iradə ilə təchiz edilmiş) Adəm oğluna qarşı, şiddətli Quran şikayətləri və əzəmətli təhdidləri və dəhşətli vaid (qorxutmaları), nə hikmətdən dolayıdır? Və hansı cəhət ilə araları uzlaşdırıla bilər? Və nə surətlə münasib düşər?" demək olan dərin və yüksək həqiqətə qənaət gətirmək üçün, bu gələcək 2 təmsilə bax:
Birinci temsil: Meselâ, şahane bir bağ var ki, nihayetsiz meyvedar ve çiçektar masnular, içinde bulunuyorlar. Ona nezaret etmek için pek çok hademeler tayin edilmiş. Bir hizmetkârın vazifesi dahi, yalnız o bağa yayılacak ve içilecek suyun mecrâsındaki deliğin kapağını açmaktır. Ve şu hizmetkâr ise tenbellik etti, deliğin kapağını açmadı. O bağın tekemmülüne halel geldi veyahut kurudu. O vakit, Hâlıkın san'at-ı Rabbâniyesinden ve sultanın nezaret-i şahanesinden ve ziya ve hava ve toprağın hizmet-i bendegânesinden başka, bütün hademelerin o sersemden şekvâya hakları vardır. Zira hizmetlerini akim bıraktı veya zarar verdi.
Yəni:
• Birinci təmsil: Məsələn, şəhanə (şaha yaraşan) bir bağ vardır ki, içində, nəhayətsiz meyvəli və çiçəkli masnu (sənət əsərləri), mövcuddur. Ona nəzarət etmək üçün, bir çox xidmətçilər təyin edilmişdir. Bir xidmətçinin vəzifəsi də, yalnız, o bağa yayılacaq və içiləcək suyun məcrasındakı dəliyin qapağını açmaqdır. Bu xidmətçi isə, tənbəllik etdi, dəliyin qapağını açmadı. O bağın təkamülünə xələl gəldi və yaxud da (bağ) qurudu. O vaxt,
~ Xaliqin Rabbani sənətindən (başqa);
~ Sultanın şəhanə nəzarətindən (başqa);
~ Ziya, hava və torpağın nökərcəsinə xidmətindən (başqa); (bir də),
~ Bütün o xidmətçilərin,
o sərsəm (başı zəhərli adam)'dan şikayətə, haqları vardır. Çünki, xidmətlərini, nəticəsiz buraxdı və ya zərər verdi.
İkinci temsil: Meselâ, cesîm bir sefine-i sultaniyede, âdi bir adam cüz'î vazifesini terk etmesiyle, bütün gemideki vazifedarların netâic-i hidematına halel getirdiğinden ve bazı da mahvettiğinden, bütün o vazifedarlar namına gemi sahibi ondan şedit şikâyet eder.
Yəni:
• İkinci təmsil: Məsələn, sultanın iri bir gəmisində, adi bir adam, cüzi vəzifəsini tərk etməsilə, gəmidəki bütün vəzifəlilərin xidmətlərinin nəticələrinə xələl gətirdiyindən və bəzən də məhv etdiyindən, bütün o vəzifəlilər naminə, gəmi sahibi, ondan şikayət edər.
Kusur sahibi ise diyemez ki, "Ben bir âdi adamım; ehemmiyetsiz ihmalimden şu şiddete müstehak değilim."
Yəni:
Qüsur sahibi isə, (belə) deyə bilməz: "Mən, adi bir adamam. Əhəmiyyətsiz ehmalımdan (dolayı), bu şiddətə haqq sahibi deyiləm."
Çünkü, tek bir adem, hadsiz ademleri intaç eder. Fakat vücut kendine göre semere verir. Çünkü birşeyin vücudu bütün şerâit ve esbabın vücuduna mütevakkıf olduğu halde, o şeyin ademi ve intıfâsı, tek bir şartın intıfâsıyla ve tek bir cüz'ün ademiyle, netice itibarıyla mün'adim olur. Bundandır ki, "tahrip, tamirden pek çok defa eshel olduğu" bir düstur-u müteârife hükmüne geçmiştir.
Yəni:
Çünki, tək bir adəm (yoxluq), hədsiz yoxluqları nəticə verir. Lakin vücud (var olmaq), özünə görə səmərə verir. Çünki, bir şeyin var olması, bütün şərtlər və səbəblərin var olmasına bağlı olduğu halda; o şeyin yoxluğu və intifa (yox olma)'sı, tək bir şərtin yox olması və tək bir cüzün yoxluğu ilə, nəticə etibarı ilə yox olur. Bundan dolayıdır ki, "Təxrib, təmirdən çox dəfə asan olduğu", bilinən bir düstur hökmünə keçmişdir.
Madem küfür ve dalâlet, tuğyan ve mâsiyet, esasları inkârdır ve reddir, terktir ve adem-i kabuldür. Suret-i zahiriyede ne kadar müsbet ve vücutlu görünse de, hakikatte intıfâdır, ademdir. Öyle ise cinayet-i sâriyedir. Sair mevcudatın netâic-i amellerine halel verdiği gibi, esmâ-i İlâhiyenin cilve-i cemâllerine perde çeker.
Yəni:
Madam ki, küfr, dəlalət, tüğyan və masiyyət (asiliklər, günahlar)'ın əsasları, inkardır və rəddir, tərkdir və qəbulsuzluqdur. Zahiri surətində nə qədər müsbət və vücudlu görünsə də, həqiqətdə, yox olmaqdır, yoxluqdur. Elə isə, (başqalarına da) sirayət edən cinayətdir. Sair mövcudatın əməllərinin nəticələrinə xələl verdiyi kimi; Allahın isimlərinin gözəl camallarına (da) pərdə çəkər.
İşte bu hadsiz şikâyete hakları olan mevcudat namına, o mevcudatın Sultanı, şu âsi beşerden azîm şikâyet eder. Ve etmesi ayn-ı hikmettir. Ve o âsi, şiddetli tehdidata elbette müstehaktır ve dehşetli vaidlere, bilâşüphe sezâdır.
Yəni:
Bax, bu hədsiz şikayətlərə haqları olan mövcudat naminə, o mövcudatın Sultanı, bu üsyankar bəşərdən, əzəmətli şikayət edər. Və etməsi də, hikmətin məhz özüdür. Və o asi (üsyankar şəxs), şiddətli təhdidlərə, əlbəttə haqq sahibidir və dəhşətli vaid (qorxutma)'lara, şübhəsiz layiqdir.
-------------------------------
3. Şiddətli təhdid və təhşidlərin, mükəmməl intizam, nəhayətsiz ədalət, hilm və hikmətin qüvvətini göstərməkdən dolayı olması.
Müəllfimiz, buna, belə bir misal verir:
Meselâ şu âyete bak:
وَاِنْ تَظَاهَرَا عَلَيْهِ فَاِنَّ اللهَ هُوَ مَوْلٰيهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلٰۤئِكَةُ بَعْدَ ذٰلِكَ ظَهِيرٌ
Ne kadar Nebî hakkına hürmet ve ne kadar ezvâcın hukukuna merhamet var. Şu mühim tahşidat, yalnız hürmet-i Nebînin azametini ve iki zaifenin şekvâlarının ehemmiyetini ve haklarının riayetini rahîmâne ifade etmek içindir.
Yəni:
Məsələn, bu ayətə bax:
"Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər, Onun dostu və yardımçısıdır. Bunlardan başqa, mələklər də Onun yardımçılarıdır." (Təhrim/4)
Nə qədər Nəbi haqqında hörmət; və nə qədər zövcələrin hüquqlarına mərhəmət vardır. Bu mühim təhşidlər, yalnız Nəbinin hörmətinin əzəmətini və 2 zəif qadının şikayətlərinin əhəmiyyətini və haqqlarının riayətini, mərhəmətli bir şəkildə ifadə etmək üçündür.
Yəni, Müəllifimizin qəsdi, budur:
Kainatın hər tərəfində cərəyan edən:
~ mükəmməl intizam;
~ sonsuz ədalət;
~ geniş hilm (yumşaqlıq);
~ qüvvətli hikmət (yəni, əbəssizlik),
vardır. Heç bir şey, hətta insanların cüzi felləri belə, bunun xaricində deyildir. Bu 4 şeyin hər şeydə, hətta insanların cüzi fellərində belə mövcud olduğunu göstərmək üçün, ən böyük və qüvvətli səbəbləri, ən kiçik şeylərə qarşı təhşid etməkdədir.
Allah qatında, bu intizam, bu ədalət, bu hilm və hikmətin, böyük və kiçiyi yoxdur. Bunlar, kainatda əzəmətli şəkildə cərəyan edən bu 4 şey, insanlar arasında da cərəyan etməlidir.
Təhrim surəsi 4-cü ayənin əvvəli isə, belədir:
إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا
"Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir."
Ayətin bu qismi də, Allahın, bu 2 xanıma qarşı necə mərhəmətli olduğunu ifadə etməkdədir.
Not: Bu pilləkəndə: Quranın, şeytanların rəcmindən bəhs edərkən şiddətli bir üslub gətirməsinin, əbəs olmadığı izah edildi.
-------------------
-------------------
✓ Yedinci basamak:
Melekler ve semekler gibi, yıldızların dahi gayet muhtelif efradları vardır. Bir kısmı nihayet küçük, bir kısmı gayet büyüktür. Hattâ gökyüzünde her parlayana yıldız denilir. İşte bu yıldız cinsinden bir nev'i de, nazenin semâ yüzünün murassa ziynetleri ve o ağacın münevver meyveleri ve o denizin müsebbih balıkları hükmünde, Fâtır-ı Zülcelâl, Sâni-i Zülcemâl onları yaratmış ve meleklerine mesireler, binekler, menziller yapmıştır. Ve yıldızların küçük bir nev'ini de şeyâtînin recmine alet etmiş.
Yəni:
Mələklər və balıqlar kimi, ulduzların da, çox müxtəlif fərdləri vardır. Bir qismi, çox kiçik; bir qismi isə, çox böyükdür. Hətta göy üzündə hər parlayana, ulduz deyilir. Bax,
• Bu ulduz cinsindən bir növ də,
~ "nazlı səma üzü"nün murassa (daş-qaşla bəzədilmiş) zinətləri; və
~ o ağacın nurlanmış meyvələri; və
~ o dənizin müsəbbih (təsbih edən) balıqları
hökmündə cəlal sahibi Fatir (yaradan), camal sahibi Sani (sənətkar), onları yaratmış və mələklərinə seyr ediləcək yerlər, miniklər, mənzillər qılmışdır.
• Və ulduzların kiçik bir növünü də:
~ şeytanların rəcminə alət etmişdir.
Müəllifimiz, burda,
• Səmanı:
~ bir üzə;
~ bir ağaca;
~ bir dənizə
bənzətdi.
• Ulduzları isə:
~ üzün zinətinə;
~ ağacın meyvəsinə;
~ dənizin balıqlarına
bənzətdi.
Varlıqların təsbihləri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...
------------------------------
İşte bu recm-i şeyâtîn için atılan şahapların üç mânâsı olabilir:
Birincisi: Kanun-u mübareze en geniş dairede dahi cereyan ettiğine remiz ve alâmettir.
İkincisi: Semâvâtta huşyar nöbettarlar, mutî sekeneler var. Arzlı şerirlerin ihtilâtından ve istimâlarından hoşlanmayan cünudullah bulunduğuna ilân ve işarettir.
Üçüncüsü: Muzahrafat-ı arziyenin mümessilât-ı habiseleri olan casus şeytanları, temiz ve temizlerin meskeni olan semâyı telvis etmemek ve nüfus-u habise hesabına tecessüs ettirmemek için, edepsiz casusları korkutmak için atılan mancınıklar ve işaret fişekleri misillü, o şeytanları ebvâb-ı semâdan o şahaplarla red ve tarddır.
Yəni:
Bax, şeytanların daşlanması üçün atılan bu şahab (ulduzdan ayrılan atəş kütləsi)'nin, 3 mənası ola bilər:
1. Mübarizə qanununun, ən geniş dairədə (yəni, səmalarda) da cərəyan etdiyinə, bir rəmz və əlamətdir.
2. Səmalarda, diqqətli növbətçilər, itaətkar sakinlər var. Yerin şərli sakinlərinin (səmaya) qarışmasından və (səmanı) dinləmələrindən xoşlanmayan Allahın əsgərləri olduğuna elan və işarətdir.
3. Dünya pisliklərinin xəbis təmsilçiləri olan casus şeytanları, təmiz və təmizlərin məskəni olan səmanı kirlətməmək və xəbis nəfslər (kahinlər və s.) hesabına təcəssüs (casusluq) etdirməmək üçün, ədəbsiz casusları qorxutmaq üçün atılan mancanaqlar və işarət fişəngləri kimi, o şeytanları, səma qapılarından o şahablarla rədd və qovmaqdır.
İlk 2 maddə haqqında yuxarıda danışıldığından dolayı, burda, sadəcə 3-cü maddə üzərində duracağıq. Belə ki:
Müəllifimiz Nursi (rahiməhullah), "Şüalar" adlı əsərinin 11-ci Şüa'sı olan "Meyvə risaləsi"ndə (11-ci Məsələ, s. 223), belə deyir:
İşte, nasıl ki melekler ve umur-u hayriyede ve vücudiyede istihdam edilen zâhirî sebepler, güzellikleri görünmeyen ve bilinmeyen şeylerde kudret-i Rabbâniyeyi kusurdan, zulümden muhafaza edip takdis ve tesbih-i İlâhîde birer vesiledirler.
Aynen öyle de, cinnî ve insî şeytanlar ve muzır maddelerin umur-u şerriyede ve ademiyede istimalleri dahi, yine kudret-i Sübhâniyeyi gadirden ve haksız itirazlardan ve şekvâlara hedef olmaktan kurtarmakla takdis ve tesbihat-ı Rabbâniyeye ve kâinattaki bütün kusurattan müberrâ ve münezzehiyetine hizmet ediyorlar. Çünkü, bütün kusurlar ademden ve kàbiliyetsizlikten ve tahripten ve vazife yapmamaktan—ki birer ademdirler—ve vücudu olmayan ademî fiillerden geliyor. Bu şeytanî ve şerli perdeler o kusurata merci olup itiraz ve şekvâları bi'l-istihkak kendilerine alarak Cenâb-ı Hakkın takdisine vesile oluyorlar.
Yəni:
Bax, necə ki, mələklər; və xeyir və vücudi (var olmaqla bağlı) işlərdə xidmət etdirilən zahiri səbəblər, gözəllikləri görülməyən və bilinməyən şeylərdə, Rabbani qüdrəti, qüsurdan, zülmdən mühafizə edib təqdis və təsbihdə, bir vəsilədirlər.
Eynilə, cinni və insi şeytanlar və zərərli maddələrin şərr və adəmi (yoxluğa aid) işlərdə istifadə edilmələri də, yenə, sübhani qüdrəti, zülmdən, haqsız etirazlardan və şikayətlərə hədəf olmaqdan qurtarmaq ilə, (Onun), təqdisinə, Rabbani təsbihatına və kainatdakı bütün qüsurlardan bəri və münəzzəh olduğuna xidmət edirlər. Çünki, bütün qüsurlar, adəm (yoxluq)'dan və qabiliyyətsizlikdən və təxribdən və vəzifəni yerinə yetirməməkdən -ki, bunların hər biri, bir adəm/yoxluq'durlar- və vücudu/varlığı olmayan adəmi (yoxluğa aid) fellərdən gəlirlər. Bu şeytani və şərli pərdələr, o qüsurlara mərci/rücu edilən yer(lər) olub, etiraz və şikayətləri, haqq ilə üzərinə alaraq, Cənabu'l-Haqq'ın təqdisinə vəsilə olurlar.
Səbəblərin nə üçün var olduğu haqqında oxumaq üçün, bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s...
Bu linkdə, mövzu haqqında kifayət qədər izah var.
----------------------------
İşte, yıldız böceği hükmünde olan kafa fenerine itimad eden ve Kur'ân güneşinden gözünü yuman kozmoğrafyacı efendi! Şu Yedi Basamaklarda işaret edilen hakikatlere birden bak. Gözünü aç, kafa fenerini bırak, gündüz gibi i'caz ışığı içinde şu âyetin mânâsını gör. O âyetin semâsından bir hakikat yıldızı al, senin başındaki şeytana at, kendi şeytanını recmet.
Yəni:
Ulduz böcəyi hökmündə olan "baş/ağıl fanarı"na etimad edən və "Quran günəşi"ndən gözünü yuman kosmoqrafiyaçı bəy! Bu 7 pilləkəndə işarət edilən həqiqətlərə, birdən bax. Gözünü aç, "ağıl fanarı"nı burax, gündüz kimi i'caz (möcüzəlik) işığı içində, bu ayətin mənasını gör. O "ayətin səması"ndan bir "həqiqət ulduzu" götür, başındakı şeytana at, öz şeytanını rəcm et!
(Ustad Bədiü'z-zaman Said Nursi, "Sözlər", 15-ci Söz, s. 170-176)
---------------------
---------------------
Əlavələr:
• Göy, 7 qatdırmı?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/goy-7-qatdirmi
• Saffat surəsi 6-7-8-9-10-cu ayələr:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/saffat-sur%C9%99si-6-7-8-9-1...
• Rahmən surəsi 33-34-35-36-cı ayələrin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-33-3...
