Dörd məzhəbdən başqasına tabe olana rəddiyyə (ibn Rəcəb əl Hənbəli)

Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Bol, gözəl və mübarək həmd, Rəbbimizin sevib razı olduğu şəkildə, Ona olsun. Salat da:

• Onun qulu və elçisi;

• Peyğəmbərlərin sonuncusu;

• Müttəqilərin imamı;

• Müstəqim din və dəstəklənib qorunan şəriətlə göndərilən,

• içində, qiyamətə qədər haqq üzərə olub onları tərk edənlərin, özlərinə heç bir zərər verə bilməyəcəyi qrup mövcud olan bir ümmətə sahib olan (ibn Macə, Sünən, hədis no: 6)

Muhammədə olsun.

---------------------------

Günümüzdə,

• imam Əhmədin, ya da məşhur digər imamların məzhəblərinə mənsub bəzi kimsələrin, fərqli məsələlərdə, məzhəblərin xaricinə çıxmalarını qəribsədiyimin, bəzi kimsələr tərəfindən qərib qarşılandığı; və

• belə edən kimsənin qəribsənməməsi gərəkdiyi; və

• belə bir iş tutan şəxsin:

1. Özünə zahir olan haqqa (yəni öz ağlına haqq olaraq görünən hökmə); ya da

2. Başqa bir müctəhidə

tabe olan bir müctəhid ola biləcəyi,

dolayısı ilə də, qəribsənməməsi gərəkdiyi yönündə, qulağıma iddialar gəlib çatdı.

---------------------------

"Yardım, Allahdandır. Özündən yardım istənilən Odur. Təvəkkül Onadır. Güc və qüvvət ancaq Onunladır."

deyərək bunu söyləyirəm:

Heç şübhəsiz, Allah Taala, bu ümmətin dinini, başqa heç bir ümmətin dinində görülməmiş şəkildə qorumuşdur. Çünki bu ümmətdən sonra -daha əvvəlki peyğəmbərlərin dinlərində görüldüyü üzərə- dində pozulan şeyləri yeniləyəcək bir peyğəmbər gəlməyəcəkdir. Oysa, əvvəllər, hər bir peyğəmbərin dini pozulduğunda, ardından başqa bir peyğəmbər gəlib Onun dinini yeniləmişdir. Bu dinin qorunmasını isə, Allah Taala, şəxsən üstlənmiş, hər dövrdə, həddi aşanların təhriflərinə, yalançıların uydurmalarına və cahillərin təvillərinə qarşı duracaq din daşıyıcıları var etmişdir.

Allah Taala, belə buyurur:

إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ

"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq." (Hicr/9)

Allah Taala, kitabını qorumağı Öz öhdəsinə götürmüşdür. Onun ləfzlərinə hər hansı əlavələr etməyi, ya da ləfzlərindən əskiltməyi, heç kim bacara bilməmişdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Öz dövründə, ümmətə asanlıq olsun deyə; əzbərlənib öyrənilə bilməsi üçün, Quranı fərqli hərflər üzərə oxumuşdur. Çünki aralarında gənci-yaşlısı, qızı-oğlanı; heç kitab oxumamış olanları da var idi. Ubey b. Ka'b'ın hədisində və daha başqasında keçdiyinə görə, əzbərdə özlərinə 7 hərf üzərə oxutmaq üçün, ruxsat tələb etdi.

Sonra İslam geniş torpaqlara yayıldı. Müsəlmanlar bir-birilərinə çox uzaq olan ölkələrə dağıldılar. Onlardan hər bir qrup, Quranı, özlərinə çatan hərf üzərə oxuyurdular. Bax o vaxt, Quranın hərfləri üzərində ixtilaf etdilər. (Həcc) mövsümündə, ya da başqa bir vaxtda, bir araya gəldiklərində də, Quran xüsusunda çox ixtilafa düşdülər.

Nəbi (sallallahu aleyhi və səlləm)'in səhabələri, Osman'ın xilafəti dövründə, bu ümmətin də daha əvvəlki ümmətlərin öz kitabları mövzusunda ixtilafa düşdükləri kimi bölünməsindən duyduqları narahatlıq ilə, ümmətin tək hərf üzərində birləşməsi xüsusunda ittifaq etdilər. Maslahatın bunu gərəkdirdiyində, qərar qıldılar. Mushaflardan, bu hərf üzərə olanlar xaricindəkiləri yandırdılar. Bu, möminlərin əmiri Osman (radiyallahu anh)'ın etdiyi, Əli, Xuzeyfə və səhabənin iləridə gələnləri tərəfindən təriflənən gözəlliklərindən biridir.

• Ömər (radiyallahu anh), Nəbi (sallallahu aleyhi və səlləm) dövründə bir ayət mövzusunda, Hişam b. Hakim b. Hizam'ı çox sərt bir şəkildə qəribsəmişkən;

• Qurandakı (hərflə bağlı) ixtilaf səbəbilə, Ubey b. Ka'b, -özündən xəbər verdiyi üzərə şübhəyə düşmüşkən;

• Bəziləri Nəbi (sallallahu aleyhi və səlləm)'in vəhy katibliyini etdiyi halda, iman qəlblərində qüvvətli olmadığı üçün, bu hərf məsələsindən ötürü dindən dönüb mürtəd olaraq ölmüşkən;

• Bütün bunlar Nəbi (sallallahu aleyhi və səlləm)'in dövründə meydana gəlmişkən;

Quranın ləfzlərindəki ixtilaf mövcud qalsaydı, ümmət haqqında, görəsən nə umulardı?!

Bu səbəblə, alimlərin cumhuru, Osmanın müsəlmanlar üzərində birləşdirdiyi bu hərf xaricində bir hərflə oxumağı tərk etmişdir. İçlərindən ancaq bir qrup buna ruxsat vermişdir. Əhməd və Malikdən

-həm namazda, həm də namaz xaricindəmi, yoxsa sadəcə namazın xaricindəmi oxuna biləcəyi yönündəki ixtilafla bərabər-

bu yöndə rəvayət gəlmişdir

Hər halukarda:

Ümmət,

-əgər bir şəxs, ibn Məsud qiraəti, ya da üzərində icma edilmiş bu Mushafa müxalif başqa bir qiraətlə oxuyar, bu hərfin Osmanın, ümməti üzərinə toplamış olduğu Zeydin hərfilə oxumaqdan əvla olduğunu iddia edərsə,-

bu şəxsin, zalım, həddi aşmış, cəza üzərinə haqq olan biri olduğu xüsusunda ixtilaf etməmişdir. Bu, 2 müsəlmanın üzərində ixtilaf etmədiyi bir məsələdir.

İxtilaf mövzusu olan şey isə, bu nöqtədir:

İbn Məsudun, ya da başqa birinin hərfilə oxuyar, ancaq ibn Məsudun hərfinin, Osmanın mushafına müxalif olduğunu etiraf edərsə, nə olar?!

Nəbi (sallallahu aleyhi və səlləm)'in sünnətinə gəlincə, başlanğıcda, o da, Quranın əzbərləndiyi kimi əzbərlənirdi. Alimlərdən bəziləri, Mushaf kimi onu da yazarkən, bəzisi yazılmasını nəhy edirdi. Şübhəsiz ki, insanlar əzbərləməkdə çox fərqli səviyyədədirlər. Səhabə əsrindən sonra, bidətlər ortaya çıxdı. Dinə, dindən olmayan şeylər əlavə etdilər. Məqsədli olaraq Nəbi (sallallahu aleyhi və səlləm)'in üzərinə böhtan atdılar.

Allah Taala isə, sünnətin içinə girən yalanları, əslsiz şeyləri və yalnışları ayırd edən topluluqlar var etmişdir. Onlar ki, bu mövzunu (hədisləri, yalanları, uydurmaları və s.) ən mükəmməl şəkildə əzbərləmiş və qeydini tutmuşlardır.

Alimlər daha sonra, bu sahədə, əsərlər də təsnif etdilər. Hədis və elmləri sahəsində təlif edilmiş kitablar yayıldı. Səhih hədis mövzusunda insanlar, 2 imam:

• əbu Abdullah əl-Buxari; və

• əbu'l-Huseyn Muslim b. əl-Haccac əl-Quşeyri'nin

(Allah hər ikisindən razı olsun) kitablarına etimad etdilər. Onların ikisinin kitablarının arxasından da, xüsusilə:

• əbu Davudun "Sünən"i;

• əbu İsa Tirmizinin "Cami"i;

• Nəsainin "Sünən"i

ardından da, digər sünnət kitablarını qaynaq etdilər.

Səhih sahəsində, 2 şeyxin səhihləri xaricində, başqa səhihlər də təsnif edilmiş, ancaq bunlar, 2 şeyxin Səhihləri dərəcəsinə çata bilməmişlərdir. Bu səbəblə, alimlərin bəziləri, "Müstədrək" adını verdiyi kitabını, bu ikisinin dərəcəsində görəni qəribsəmişdilər. Hətta bəzi hafizlər, bu kitabda 2 şeyxin şərtinə uyğun tək bir hədis belə olmadığını müdafiə etmişdilər. Başqaları isə, bu iddiaya müxalifət edərək, belə demişlərdir:

"Onun içində, çoxlu səhih hədislər vardır."

İşin əsli isə, belədir:

"İçində çox sayda səhih hədis vardır. Ancaq bu hədislər, 2 şeyxin deyil, əbu İsa'nın və onun kimilərin şərtinə uyğundur."

Əslində, 2 şeyxin tərk etdiyi (səhih) hədis sayı, çox azdır. Tərk etdikləri bu hədislər də, içində gizli illət mövcud olan hədislərdir (yəni içində gizli illət olduğu üçün tərk etmişlərdir).

Ancaq illətləri onlar kimi bilib kontrol edə bilən kimsələrin azlığı və uzaq dövrlərdə də yaşamış olduqlarından dolayı, bu 2 şeyxin kitablarına etimad edilib güvənilən və müraciət edilən olmuşdur.

Bu ikisinin ardından da, daha əvvəl işarət edilən digərlərinə istinad edilmişdir. Bunlardan sonra isə, artıq bu sahədə, mütəxəssis olduğu, mövzuya vaqifliyi və məlumatları ilə məşhur kimsələr xaricində, -ki, onlar da çox azdırlar-, səhih də, zəif də qəbul edilmədi.

Qalan digər insanlara gəlincə, onlar da, işarət edilən kitablara etimad edib bu kitablara bağlı qalmaqla kifayətlənirdilər.

Hökmlər, haram və halal məsələlərinə gəlincə, səhabələrin, tabiinin və özlərindən sonra gələnlərin, bu məsələlərin bir çoxunda, daha çox ixtilaf etdikləri mövzusunda şübhə yoxdur. Əvvəlki əsrlərdə, elm və dinlə məşğul olan hər kəs, bu məsələlərdə özünə haqq görünən yöndə fətva verirdi. Ancaq içlərindən cumhura müxalifət edənlər də, alimlər tərəfindən yox sayılırdı. İbn Abbas (radiyallahu anh)'ın fərqli və ayrıldığı məsələlərdə, yox sayıldığı kimi.

İbn Abbasa tabe olanların görüşləri isə, (elm əhlincə) ibn Abbas'ın görüşlərindən daha çox yox sayılmış, qəbul görməmişdir. Hətta ibn Cureyc, Basraya gəldiyində, insanlar onun məscidə girdiyini gördüklərində, əllərini qaldırıb fərqli məsələlərdə, ibn Abbasın əshabından alıb mənimsədikləri görüşlərin müxalif görüşlər olmasından ötürü, ona (ibn Cureycə) bəd dua etmişlərdir. Hətta ibn Cureyc, onların yanından ayrılmadan, bu görüşlərin bəzilərindən dönmüşdür.

O vaxtlar, insanlarda din və təqva yönü daha qalib idi. İçlərindən birinin elmsizcə danışmasından, əhil olmadığı halda, özünü söz sahib qılmasındansa, belə kimsələr onları tətmin edirdi.

Daha sonra din və təqva azaldı. Din haqqında danışanlar və özlərini söz sahibi qılanlar artdı. Əgər sonrakı dövrlərdə də hal, başdakı hal üzərə davam etsə, yəni hər kəs özünə nə haqq görünürsə, o doğrultuda fətva versəydi, şübhəsiz dində intizam pozular, halal haram, haram da halal olar, hər kəs istədiyini söyləyərdi.

Nə var ki, Allah Subhənəhu və Taala'nın hikməti:

• sahib olduqları elm və dirayət;

• hökm və fətvalar mövzusunda, elm mərtəbələrindən çatılması məqsəd olan nöqtəyə çatdıqları

xüsusunda, haqlarında ittifaq olan, görüş və hədis əhlindən insanlara öndər təyin edilməsilə, dinin intizamlı şəkildə yazılıb zəbt edilməsini və qorunmasını gərəkdirmişdir.

Beləcə insanlar, fətvalar mövzusunda onlara etimad etmiş, hökmlərin bilinməsində onlara müraciət etmişlərdir. Allah, bu imamların məzhəblərini qeyd edib qaydalarını yazacaq, hətta içlərindən hər bir imamın məzhəbini, üsullarını, qaydalarını və mövzuların bölmələrini tənzim edəcək bəzi kimsələr var etmişdir. Ta ki, hökmlərə müraciət edilsin və halal-haram məsələlərində, söz yerində olsun.

Bu, Allah Taalanın, mömin qullarına bir lütfü və bu dinin qorunmasında gözəl yardımlarından biridir. Əgər belə olmasaydı, insanlar:

• hər bir axmaq;

• özündə olmayan bir şeyi özündə varmış kimi göstərən;

• öz görüşünü bəyənən;

• insanlara qarşı cürətkar;

• coşqun

kimsədən nə qəribəliklər görərdilər?!

Elə ki, belə bir kimsə, özünün:

• imamların imamı;

• ümmətin doğru yol göstəricisi;

• etimad edilməsi gərəkli olan tək mərcii (müraciət ediləcək yer)

olduğunu iddia edərdi. Nə var ki, Allahın lütf və kərəmilə, böyük bir məsələ olub təhlükəsi də çox olan bu mövzuda, qapılar bağlanmış, bu böyük məfsədətlərin qarşısı alınmışdır.

Bu, Allah Taalanın, qullarına lütfündən, gözəl yardımlarından və ümumi şəfqətlərindəndir. Ancaq buna rəğmən, ictihad dərəcəsinə çatdığını iddia edib, bu imamlardan heç birini təqlid etməyib nümunə almayaraq, elm sahəsində danışanlar, hələ də mövcuddur. İçlərindən bəziləri, belə bir kimsənin iddia etdiyi şeydə, haqlılığı ortaya çıxınca, ona cəvaz verir. Bəzisinin isə, sözü rədd edilib bu iddiasında yalanlanmışdır.

Bu dərəcə çatmayan digər insanlara isə, ancaq bu imamları təqlid etmək və ümmətin qalanının girdiyi çərçivəyə girmək düşər.

Özündə olmayan şeyi özündə varmış kimi göstərən bir axmaq, bir gün belə deyərsə:

"Necə ola bilər ki, insanlar, sadəcə bəlli alimlərin sözlərinə bağlı qalmağa məcbur tutulub ictihaddan ya da başqa din imamlarını təqliddən əngəllənə bilərlər?"

Ona belə deyilər:

Səhabələr (radiyallahu anhum), insanları, Quran hərflərindən bir hərf üzərə toplayıb bütün ölkələrdə bu hərf xaricində bir hərflə qiraəti qadağan etdikləri kimi əngəllənərlər. Çünki onlar, maslahatın ancaq bu şəkildə tamamlanacağı və insanların fərqli hərflər üzərə oxumağa tərk edilmələri halında, böyük təhlükələrə düşəcəkləri görüşü üzərində qərar qılmışlardır.

Eyni şəkildə, hökmlər, fətvalar, halal-haram məsələlərində də, əgər insanlar, bəlli imamların sözlərilə zəbt edilməzlərsə, bu, dində fəsada yol açar. Beləcə, nəfsi üçün liderlik tələb edən, özündə olmayan şeyi varmış kimi göstərən hər axmaq da, özünü müctəhidlər zümrəsindən sayar, bir söz törədib bunu, əvvəl yaşamış bəzilərinə ətf edər. Hətta bəlkə də, bəzi Zahirilərin çoxca etdiyi kimi, bu işi, onlara təhrif ətf edərək görər. Oysa, bu söz, müsəlman camaatının, tərki üzərə icma etmiş olduğu, sələfdən bəzilərinin yanılğısı ola bilər.

Allahın təqdir edib yazması ilə, maslahat, ancaq, insanların bu məşhur məzhəblər və imamlar (Allah onlardan raz olsun) üzərində birləşməsini gərəkdirir.

Əgər belə deyilərsə:

"İnsanların, Quranın 7 hərfindən bir hərf üzərinə toplanması ilə 4 məzhəb imamının sözləri üzərə toplanılması arasındakı fərq budur:

Bu 7 hərf haqqında, belə deyilməkdə idi:

Mənası tək, ya da yaxındır və bu məna, hər hərflə də hasil olur. Ancaq bu 4 fəqihin sözləri, bunun əksidir. Çünki onlar bir şey üzərində ittifaq etmişlərsə belə, haqq, onların görüşü xaricində bir şey də ola bilər."

Ona belə deyilər:

Alimlərin bir qismi, bunu əngəlləmiş və belə demişlərdir:

"Allah, bu ümməti, dəlalət üzərə birləşdirəcək deyildir. Bu sözü dəstəkləyən, bir çox hədis mövcuddur."

Dediklərinin doğruluğunu qəbul etsək belə, bu, ancaq nadir hallarda baş verməkdədir və ancaq onların çatdığı dərəcədən daha iləri səviyəyə çatmış bir müctəhid buna vaqif ola bilər ki, beləsi də, ya yoxdur, ya da nadirdir.

Bu müctəhidin -var olduğunu fərz etsək- özünə fərz olan, haqq gördüyü şeyə tabe olmaqdır. Ancaq digərlərinin üzərinə düşən, təqliddir. İmamları təqlid isə, şübhəsiz caizdir, onlara da, onları təqlid edənlərə də ...bəziləri...(haşiyə) də günah yoxdur.

(Haşiyə: Cəm'atu'l-Məcid Mərkəzi'nin nüsxəsində, yazıda qopuqluq vardır.)

Bu da, imamlara, xəta üzərə tabe olmağa səbəb olar. Haqq söz söyləməyən ...(haşiyə) biri tərəfindən, şübhəsiz pislənilməlidir.

(Haşiyə: Nüsxədə, qopuqluq vardır.)

Ümmət xətada ittifaq etməmişdir. Hətta daha çox xətanın baş verdiyini nəql edənlərdə və ...(haşiyə) olmuşdur.

(Haşiyə: Nüsxədə qopuqluq vardır.)

Müsəlmanların ümumi olaraq ehtiyac duyduqları məsələlərə gəlincə, İslamda, uzun əsrlər boyunca, nümunə alınan imamların, xəta üzərinə birləşdiklərinə inanmaq, caiz deyildir. Əksinə bu, ümməti qaralamaqdır ki, Allah, ümməti bundan qorumuşdur.

Əgər belə deyilərsə:

"İnsanların əksəriyyətinin ictihad yolunu izləməkdən əngəllənmələri mövzusunda, sizi başa düşürük. Çünku bu, ən böyük fəsada yol açar. Bu məşhur imamlar xaricində tabe olunan müctəhid imamlardan birinin belə təqlid edilməsinin əngəllənməsi xüsusunda isə, sizə qatılmırıq."

Ona belə deyilər:

Bunu əngəlləməyin səbəbinə diqqət çəkmişdik. Səbəb budur:

Bunlar xaricindəkilərin məzhəbləri, məşhur olmamış və məzhəbləri düzgün bir şəkildə qeydə keçməmişdir. Bəlkə də, onların demədikləri sözlər, özlərinə ətf edilmiş, ya da sözlərindən qəsd etmədikləri şeylər, başa düşülmüş ola bilər. Məşhur məzhəblərin əksinə, onların məzhəblərində, onları müdafiə edəcək və onlarda baş verən xətalara işarət edəcək kimsələr, mövcud deyildir.

Əgər belə deyilərsə:

"Onların xaricində məzhəbi yazılmış, intizamlı bir şəkildə qeyd edilmiş, onlar kimi əzbərlənmiş bir imamın məzhəbi haqqında nə deyirsiniz?"

Belə deyilər:

İlk əvvəl, elə birinin varlığı, hələ ki, bilinmir. Əgər indi var olduğunu fərz etsək, özünə tabe və mənsub olmağın caiz olması, ancaq:

• bəzilərinin ona mənsub olduğunu;

• ondan fətva aldığını; və

• məzhəbini müdafiə etdiyini ortaya qoymaları ilə,

caiz ola bilər.

Ancaq bəzi məşhur imamlara mənsub olduğunu ortaya qoyub əslində batinən başqasına mənsub olan, başqa bir məzhəbə inanan kimsə üçün isə, bu, əsla mübah deyildir. Çünki bu, bir növ nifaq və təqiyyədir.

Xüsusilə də, bu məşhur imamın əshabına xas olaraq vəqflərdə və digər yerlərdə mövcud olan pullardan da alır, ya da insanlara fətvasını verdiyi şey, əslində batinən tabe olduğu məzhəbin fətvalarından biri olmasına müqabil, o məşhur imamın fətvası imiş kimi görüntü bəxş edirsə! Bu, əsla caiz deyildir. Bu, ümməti aldatmaq, ümmətin alimləri üzərinə yalan atmaqdır.

Hər kim, İslam imamlarına, söyləmədikləri bir sözü ətf edər, ya da onların, bu sözün əksini söylədiklərini bildiyi halda, tərsini iddia edərsə, o, bir yalançıdır və bu etdiyindən ötrü, cəzaya haqq qazanmaqdadır.

Eyni şəkildə, bir şəxs, bəlli bir imamın məzhəbilə bağlı bir kitab təsnif edər və bu kitabda, batinən tabe olduğu məzhəbin sözü olan bir qövlü, (ki, buna etiqad etməkdədir) sahibinə ətf etmədən zikr edərsə, əgər musannifin (təsnif edənin) kitabı, bəlli bir məzhəbə xas deyil də, musannif, zahirən bəlli bir imamın məzhəbinə tabe olub batinən başqa cürdürsə və kitabında zahirən tabe olduğu məzhəbdən sözlər zikr edərsə, bunların hamısı şübhə olub caiz deyildir. Çünki bu, alimlərin məzhəblərinin bir-birinə qarışması və bir-birilə toqquşmasını gərəkdirir.

Bunu edərkən, ictihad iddiasında olarsansa, bu, daha böyük bir fəlakətdir. Bu, ən böyük fəsad və ən böyük inaddır. Bu:

• kitab və sünnəti;

• səhabələrin və tabiinin fətvalarını;

• icma və ixtilafı; və

• bilinən digər ictihad şərtlərini bilmək kimi,

ictihadın gərəkləri özündə toplanmış olan bir kimsə xaricində, heç kim üçün, caiz deyildir. Bu da (ictihad əhli ola bilmək də):

• sünnət mövzusunda çox məlumatlı olmağı;

• səhih olanla olmayan hədisləri bir-birindən ayırd edə bilməyi;

• səhabələrin və tabiinin məzhəblərini, bu xüsusda özlərindən nəql edilmiş əsərləri bilməyi gərəkdirir.

Bu səbəblə, imam Əhməd, fətva mövzusunda, çox şiddətli davranır, 100.000, 200.000 və ya daha çox hədis əzbərləyəni, bundan əngəlləyirdi.

Şəxsin iddiasının sihhətinin (doğruluğunun) əlaməti:

Digər imamlar kimi, məsələlərdə, onun da müstəqil sözünün mövcud olmasıdır. Sözünün başqa birindən alınmış olmamasıdır.

Ancaq gərək hökmdə, gərəksə hökm və dəlildə, sırf özü xaricində birinin sözünün nəqlinə etimad edən kimsənin bütün məqsədi, fəhmdir (yəni hökm və ya dəlili anlamaqdır). Hətta bəlkə də, yaxşı başa düşməmiş, ya da təhrif etmiş və dəyişdirmişdir. Bu şəxs, ictihad dərəcəsindən nə qədər də uzaqdır. Eynilə, bu sözdə keçdiyi kimi:

"Üzünü mürəkkəblə qaralasan da,

Əhli olmadığın yazını tərk et."

Əgər belə deyilərsə:

"Bəs imam Əhmədin və digərlərinin, özlərinin təqlid edilməsini və sözlərinin yazılmasını nəhy etmələri haqqında nə deyirsiniz? Elə ki, imam Əhməd belə demişdir:

'Mənim ya da filan şəxsin sözünü yazma. Ancaq bizim öyrəndiyimiz kimi öyrən."

Onların bu cür sözləri çoxdur. Belə deyilər:

Şübhəsiz ki, imam Əhməd:

• fəqihlərin görüşlərindən və onların görüşlərini əzbərləyib yazmaqla məşğuliyyətdən nəhy edər;

• kitab və sünnətin əzbərlənib fəhm edilməsini, yazılıb-oxudulmasını;

• səhabə və tabiinin əsərlərinin yazılmasını, digərlərinin yazılmamasını; və

• səhih hədisi, illətlidən; mə'xuz (alınmış, qəbul edilmiş, özü ilə əməl edilmiş) hədisi, şa'z olanından ayıra bilməyi əmr edərdi.

Şübhəsiz ki, bu, əhəmiyyət verilməli, digərlərindən əvvəl öyrənilməsilə məşğul olunması gərəkli olan bir məsələdir. Kim bunu bilər, mərifəti də, imam Əhmədin işarət etdiyi kimi, ən nəhayətinə vararsa, elmi, Əhmədin elminə yaxın olmuşdur, deməkdir. Bu, əngəllənməmişdir. Söz, bu mövzuda deyildir. Bəhs mövzusu olan, bu dərəcəyə çatmamış, ya da bu səviyyəyə yüksəlməmiş, bu sayılanlardan ancaq az, bəsit bir miqdarını anlamış olanların əngəllənməsidir. Eynilə, bu dövrdəkilərin halında görüldüyü kimi. Hətta uzun zamandır, çoxlarının halı da budur.

Bununla birlikdə, çoxu da, daha başlanğıc səviyyəni aşmamış olmasına baxmayaraq, işin sonuna, qayəsinə vardığını iddia edir.

Əgər bunu bilmək və mühakimə etmək istəyirsənsə, imam Əhmədin Kitab və sünnətdəki elminə bir bax. O, Qurana, onun fəhm edilməsinə və elmlərinə çox şiddətlə əhəmiyyət verirdi. Dostlarına da, özlərini zəmm edərək belə deyirdi:

"İnsanlar, Quranı fəhm etməyi tərk etdilər."

O, Quran üzərinə, bir çox kitab toplamışdır. Bunlar arasında:

• Nasix və Mənsux;

• əl-Muqaddim və'l-Muaxxir;

yer almaqdadır. Eyni şəkildə, "ət-Təfsiru'l-Kəbir"i toplamışdır ki, bu kitabı, səhabələrin və tabiinin təfsir sahəsindəki sözlərini ehtiva etməkdədir. Onun təfsiri:

• şeyxləri: Abdurrəzzaq, Vəki, Adəm b. əbi İyas və digərləri;

• müasirləri: İshaq və digərləri;

• özündən sonra gəlib özünün minvalı üzərə olan (yəni eynilə Əhmədin tərzi, yolu üzərə olan): Nəsai, ibn Macə, Abd b. Humeyd, ibn əbi Xatim və daha başqa hədis əhlinin təfsirləri kimi,

sələfdən nəql olunan təfsirlər cinsindəndir. Bunların hamısı təfsirdə, özlərindən heç bir söz əlavə etmədən, sələfdən rəvayət olunan əsərləri toplamışlardır.

Onun sünnət mövzusundakı elminə gəlincə, bu sahədəki elmi məşhur olmuş, hər tərəfə yayılmış, üzərində ittifaq və icma hasil olmuş bir məsələdir. Çünki o, sünnətin və hədisin sancağının (bayrağının) daşıyıcısıdır. Öz dövründə, Nəbi (sallallahu aleyhi və səlləm)'in əshabının və tabiinin sözlərini ən yaxşı biləndir. Müasirlərindən bu xüsusda fərqli vəsflərilə ayrılmaqdadır:

"Əzbər gücü və çoxluğu."

Onun haqqında belə deyilmişdir:

"300.000 hədis əzbərləyərdi."

Səhihi, zəifdən ayıra bilirdi. Bu:

• Bəzən siqaları məcruh olanlardan ayıra bilmə mərifətinə dayanırdı. Yəni cərh və tə'dil elmində, ən zirvə nöqtəyə çatmışdı.

• Bəzən də, hədis yollarını və ixtilafını bilmə yolu ilə ayırırdı. Bu da, hədisin illətlərini bilməkdir. Bu sahədə də, ən son nöqtəyə çatmışdı.

Mərfu hədislərin illətini bilməkdə, bir çox (hədis) hafizi olsa da, məvquf əsərlərin illətini bilməkdə, heç biri, onun elmi səviyyəsinə çata bilməmişdir. Kim onun bu mövzudakı sözünü dərincə düşünərsə, heyrətlər içində qalar və bu elmdə, onun fəhminə ancaq çox az kimsənin çatdığını qəti olaraq bilər.

Onu, müasirlərindən ayıran başqa bir özəlliyi də, hədis fiqhindəki fəhmi, halalını, haramını və mənalarını bilməsidir. Çağdaşlarından İshaq və əbu Ubeyd və digər imamların şəhadətilə, o, müasirləri arasında ən alim olanı idi.

Onun fiqhdəki kəlamını dərincə düşünən və qaynaqlarını, izlədiyi yolu fəhm edən bir kimsə, onun fəhminin və istinbat gücünün nə böyük olduğunu başa düşər. Onun bu sahədəki kəlamının incəliyi səbəbilə, öz məzhəbindən olan bir çox təsnif imamı belə, bəzən onun sözlərini başa düşməkdə çətinlik çəkmişlərdir. Bu səbəblə də, onun incə detallar ehtiva edən qaynağına baş vurmaq yerinə, onun məzhəbindən olmayan başqa qaynaqlara yönəlmişlərdir. Bu səbəblə də, onun sözünün başa düşülməsində, bir çox problem yaranmış və sözü, daşımadığı başqa mənalara həml edilmişdir. Bu haldan dolayı da, onun məzhəbinin tələbəsinin ehtiyacı olan şey, ancaq onun sözünü dərincə düşünmək və anlamaqdır.

Şafi, onun fiqhini və elmini tərifləmişdir. Bununla birlikdə, Əhməd, bu vaxtlarda, (bu elmə və fiqhə sahib olması səbəbilə təriflənərkən), hələ saqqalına ağ düşməmiş bir gəncdir.

Bilindiyi kimi, hər kim, bu elmlərin bütününü başa düşər və bunlarda üstün səviyyəyə çatarsa, hədisləri, intizamlı bir şəkildə qeydə keçirilmiş üsullara və bilinən qaynaqlara qiyas edib cavab verə bilmək, artıq bu şəxs üçün, çox bəsit olar. Bundan dolayı, əbu's-Sevr, onun haqqında belə demişdir:

"Əhmədə bir məsələ soruşulduğunda, dünyanın bütün elmləri, sanki gözləri önündə canlanardı."

Və ya belə demişdir:

"Nəbi (sallallahu aleyhi və səlləm)'dən səhih bir sünnət bilmiş olmayaq ki, o (imam Əhməd), o sünnəti, dərin bir elmlə bilmiş, elmi, onu əhatə etmişdir."

Əgər səhih olaraq gəlmişsə və ona qarşı zidd (görünən) çox güclü başqa bir hədis gəlməmişdirsə, sünnətə tabe olmaqda, ən şiddətli adamlardan biri idi.

• Səhih olmayanı; və

• Çox güclü zidd bir hədisin özünə qarşı gəldiyi hədisi isə,

tərk edərdi.

• Sələf dövrünün Nübüvvət zamanına yaxın olması;

• Səhabənin, tabiinin və onlardan sonra gələnlərin sözlərini çoxca ələ aldıqlarından

dolayı, özü ilə əməl edilməyən şaz hədisləri bilir, onu tərk edib sələfin tətbiq etdiyi hədislərlə əməl etməklə kifayətlənərdilər. Bunlardan da, özlərindən uzun zaman sonra gələn, aradan uzun zaman keçmiş olduğu üçün, sünnətlər, özlərinə ancaq hədis kitabları vasitəsilə çatmış olanların bilmədiklərini bilirdilər.

Ey bu imamın məzhəbinin tələbəsi! Əgər bunu fəhm edib bildinsə, sənə Allah Taala üçün bir nəsihət vermək istəyirəm. Çünki:

"Biriniz özü üçün sevdiyi şeyi, qardaşı üçün də sevmədikcə, iman etmiş sayılmaz."

Əsla və əsla, öz özünə, bu imamın vaqif olmadığı bir şeyə vaqif olduğunu, fəhminin, özündən sonra gələn fəhm əhlindən üstünlüyü ortada olan bu imamın çatmadığı bir fəhmə çatdığını düşünmə! Bütün himmətin, onun işarət etdiyi şeyləri anlamaq, Kitab və sünnətdən irşad etdiyi şeyləri, daha əvvəl şərhi keçdiyi şəkildə öyrənmə yönündə olsun.

Sonra da dərdin:

• İslami məsələlərdən bütün elmi məsələlərdə -bundan halal-haram məsələsini qəsd edirəm- və

• Afaqi elmlərdə -bundan da, Allaha, mələklərinə, kitablarına, rəsullarına, qiyamət gününə iman məsələlərini qəsd edirəm-

bu imamın sözünü anlamaq olsun.

Bu elm, alimlərdən bir çoxunun istilahında (terminologiyasında) "sünnət elmi" deyə keçir. Bu imam, bu elmdə də son nöqtəyə varmış, bu elmdən məsələlər səbəbilə imtahan olunmuş (yəni əziyyətlər görmüş) və bu imtahanda Allah üçün səbr etmişdir. Müsəlmanlar, onun söylədiyi sözdən razı olmuş, onun, "sünnətin imamı" olduğuna və o olmasaydı, insanların kafir olacaqlarına şahidlik etmişlərdir.

Sünnət elmində məqamı bu olan biri var ikən, necə olur ki, bu elmin, onun xaricində bir alimin sözündən alınmasına ehtiyac olsun?! Xüsusilə də, onun məzhəbinə tabe olan başqasından?! Çünki o, bu babın bütünündə, onun sözünə bağlı qalacaq, özündən sonra meydana gələn məsələlərə qarışmaqdan üz çevirəcəkdir. Bu halda da, müsəlmanların buna ehtiyacı yoxdur.

Əksinə bu, faydalı elmlə məşğul olmaqdan uzaq qoyar, düşmənlik və qəzəbə yol açar, dində çox mübahisələr və düşmənlik doğurar ki, bu, həm bu imam, həm də, digər sələf alimləri tərəfindən nəhy edilmişdir.

Eyni şəkildə, ihsan (Allahı görür kimi ibadət etmək) elmində: Bu, muraqabə (daxili aləmi, qəlbi təftiş etmək, qəlbin halına nəzər salmaq) və xaşyət (Allahdan qorxu) elmidir.

Bu imam, İslam və iman elmində bir ayət (dəlil) olduğu kimi, bu elmdə (ihsan elmində) də son nöqtəyə çatmışdır. Ancaq bu elmdə, özündə daha qalib olan tərəf, əhvalı bəzəmədən, əməlləri olduğu kimi tətbiq etməsi idi. Bu səbəblə də, sonradan gələnlərin, xələfdən aldıqlarını almaz, özündən, ancaq sələfdən gələn əsərlər sadir olardı.

Allah ondan razı olsun, bütün elmlərində sünnətə istinad edərdi. Xüsusilə də, iman və ihsan elmlərində olmaq üzərə, ümumi olaraq, sələfin söyləmədiyi sözləri söyləməyi uyğun görməzdi.

İslam elminə gəlincə:

Meydana gələn, daha əvvəl haqqında söz söylənməmiş hadisələr haqqında ehtiyac gərəyi cavab verərdi. Əshabını isə, (mövzu haqqında tabe olduqları) bir imamları olmayan bir məsələdə danışmaqdan nəhy edər, özü də əksəriyyətlə, daha əvvəl haqqında söz söylənməmiş ya da ehtiyac duyulan, baş verə bilməsi labüd olub hökmünün bilinməsi şərt olan məsələlərdə cavab verərdi. Fəqihlərin ortaya çıxartdığı, baş verməyən, ya da nadirən baş verməsi mümkün olan məsələlər haqqında danışmaqdan isə, bu məsələlərin faydasının az olması və bilinməsinə ehtiyac duyulan daha əhəmiyyətli şeylərdən əngəlləməsi səbəbilə, çox kərə nəhy edərdi.

Allah ondan razı olsun, çoxca münaqişə edib cədəlləşməyi münasib görməzdi. Elmlər, mərifətlər və əhvaldan bir şey haqqında, çox söz söyləməyi uyğun görməzdi. Əksinə, bu mövzuda sünnət və əsərlərlə kifayətlənərdi. Sözü uzatmadan, bunların mənalarının fəhm edilməsinə təşviq edərdi.

Çox sözü, Allaha həmd olsun ki, acizliyindən ya da cəhalətindən ötürü deyil, təqvasından, fəzilətindən və sünnətlə kifayətlənməsindən ötürü tərk etmişdir. Çünki bu, kifayətdir və bu şəkildə, səhabələrdən və tabiindən, saleh sələf nümunə alınmış olur. Onlar nümunə alınaraq da, hidayət hasil olur.

Əgər bu nəsihəti qəbul edər və doğru yolu izləyərsənsə, qayən:

Kitab və sünnətin ləfzini əzbərləmək, sonra da ümmətin sələfinin bildirdiyi üzərə, bunların mənaları üzərində durmaq, sonra səhabə və tabiin sözlərini, fətvalarını və fərqli torpaqlardakı imamların sözlərini əzbərləmək, imam Əhmədin sözünü bilmək, hərfləri və mənaları ilə, onu zəbtə keçirtmək, fəhm edib bilməkdə səy göstərmək olsun.

Bu dərəcəyə çatdığın təqdirdə də, sona vardığını zənn etmə! Elə ki, sən, öyrənməkdə olan tələbələr qrupundan bir tələbəsən. Və bütün bu bildiklərini öyrəndikdən sonra, əgər imam Əhməd zamanında yaşasaydın, o vaxt, tələbə qrupundan belə sayılmazdın. Əgər bundan sonra da öz özünə, sələfin çatdığı nöqtəyə çatdığını düşünürsənsə, bu zənnin necə də pisdir!

Əsla və əsla, bu elmlərdən özünə işarət edilənləri əzbərləməyi, nasları və özünə etimad edilən əsərləri zəbti, tərk etmə. Sonra çox düşmənlik və cədəllə, boş sözlərlə, ağlının gözəl gördüyü yöndə, bəzi sözlərin bəzi sözlərə qarşı tərcih edilməsilə məşğul olar, işin həqiqətində isə, o sözləri söyləyənlərin kim olduqlarını belə bilməzsən. Mötəbər sələfin sözlərindəndirmi, yoxsa mötədil olmayan kimsələrin sözlərindənmidir, bilə bilməzsən.

Əsla və əsla, Allahın kitabı, ya da Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir hədisi haqqında, imamının işarət etdiyi sələf sözü xaricində bir şey söyləmə! Yoxsa, faydalı elmi qaçırar, günlərini tələf edərsən. Faydalı elm, sinələrdə zəbt olunanlardır. O, Rəsuldan, ya da saleh sələfdən nəql edilmişdir. Yoxsa bu, "sənin görüşün nədir?" ilə olacaq iş deyildir. Özlərini nümunə aldığın təqdirdə, doğru yolu tapa biləcəyin səhabələr və onlardan sonra gələnlər, bundan nəhy etmişlərdir. Həm bir imama müxalifətdə israr edib elmindən, əməlindən və yolundan ayrılıb həm də ona tabe olduğunu necə iddia edə bilərsən ki?!

Allah səni müvəffəq qılsın. Bil ki:

• bu yolla məşğul olarsansa;

• Allaha, həqiqətə çatdıran yollara sarılarsansa;

• Xaşyət (Allahdan qorxu) üçün muraqabə (daxili aləmi, qəlbi təftiş etmək, qəlbin halına nəzər salmağı) istifadə edərsənsə;

• Sələfdən imamların hallarına, gözəl aqibətlərinə yaxşıca baxarsansa,

Allah və əmri haqqında elmin artar. Nəfsini də, daha alçaq və nöqsan görərsən.

Əgər belə edərsənsə, (yəni) səni müsəlmanlara müxalifət etməkdən uzaq tutacaq bir işlə, nəfsini məşğul etdiyin təqdirdə, sanki bütün mömin firqələr üzərində hökm sahibisən, sanki sənə elə bir elm verilmişdir ki, onlara verilməmişdir. Və yaxud da, elə bir məqama çatmısan ki, onlar hələ o məqama çatmamışdırlar.

• Öz elmini, əməlini və halını pis görüb sələf haqqında hüsn-ü zənn bəsləyən;

• Özündə nöqsan, sələfdə kamal olduğunu anlayan;

• Dinin imamlarına, xüsusilə də, imam Əhmədə -xüsusilə də, özü də ona tabedirsə- müxalifət edib hücum etməyən

şəxsə, Allah rəhmət etsin.

Əgər nəsihət almağı qəbul etməz, cədəlləşmək və düşmənlik yolunda getmək istəyər və nəhy edildiyin təqdirdə, bunları edərsənsə:

sinəni şişirdə-şişirdə, sözü uzadaraq, təfsilatına girərək söz danışarsansa və kəlimə oyunu oynayıb insanları təsir altına almağa çalışarsansa,

artıq sənin işin, müsəlman imamlarına cavab vermək, din imamlarının eyiblərini təftiş etmək halına dönər.

• Əgər elmin və fiqhin, sözləri nəql etməkdən, bu sözləri çoxca araşdırıb cədəlləşməkdən ibarət olduğunda; və

• Bu saydıqlarımızda özünü inkişaf etdirib nəzər və istidlal yolu ilə imamların eyiblərini araşdırmaqda,

• Özünü belə etməyənlərdən daha alim (elmli, məlumatlı) görüb kəlamı az olan kimsəni, əhil görməməkdə

israr edərsənsə, sənə belə deyərik:

Dəlalət əhlindən olan qruplar, xələfin çox kəlam edə bilmək özəlliyi səbəbilə, onların, sələfdən daha elmli (məlumatlı) olduqlarını zənn etdilər. Bizlər, bu sözlərdən bəriyik. Əgər iş, həqiqətən də belə olsaydı, Mötəzilə'nin və Rafizi'lərin şeyxləri, ümmətin sələfindən və alimlərindən daha alim olarlardı.

Abdu'l-Cəbbar b. Əhməd əl-Həməzani kimi Mötəzilə şeyxlərinin nə çox araşdırıb, nə çox cədəlləşdiyini və sözlərinin çoxluğunu bir düşün!

Bunun kimi:

• digər məzhəblərdən olan kəlam əhli;

• bəzən kəlam elmi sahəsindəki musanniflər; və

• fərqli məzhəblərdən fiqh alimləri,

bütün məsələlərdə, sözü ifrat dərəcədə uzatmaqdadırlar.

Buna müqabil, imamları, bu məsələlərin bəyanı və onların (musannif və alimlərin) bu məsələlərə dair sözləri haqqında danışmamışlardır.

Bu halda, onların:

• Səid əl-Musəyyib;

• Həsən;

• Ata;

• Nəxai;

• Sevri;

• Leys;

• Əvzai;

• Malik;

• Şafi;

• Əhməd;

• İshaq;

• əbu Ubeyd; və

onlar kimi İslam imamlarından daha fəzilətli olduqlarına inanmaq doğru olarmı?

Hətta tabiin, səhabələrdən çox daha artıq söz söyləmişlərdir. Bu halda, bir müsəlman, tabiinin, səhabələrin alimlərindən daha alim olduqlarını düşünə bilərmi?

Nəbi (sallallahu aleyhi və səlləm)'in bu qövlünü dərincə düşün:

"İman, Yəmənlidir; Fiqh, Yəmənlidir; Hikmət, Yəmənlidir." (Buxari, hədis no: 4389, 4390)

Bu sözü, Yəmən əhlini və fəzilətini tərifləmək üçün söyləmiş, onların fiqhinə və imanına şahidlik etmiş, fiqh, iman və hikmətdə ən üst səviyyəyə çatmış olduqlarından ötürü də, bunları (fiqh, iman və hikməti) onlara ətf etmişdir.

Müsəlman alimləri arasında sələfdən və xələfdən olub Yəmən əhlindən daha az danışan və daha az cədəlləşən heç bir tayfa (qrup) bilmirik. Bu da, Şarii'nin (şəriəti göndərən Allahın) lisanında ("dil"ində) özünə yer edən elmin və fiqhin:

• Allah sevgisinə;

• Məhəbbətinə;

• Ucaldılıb təzim edilməsinə çatdıran: Mərifətullah

olduğunu göstərir.

Hər hansı bir şəxs, bu ikisinin yanında, bir də:

• əbu Musa əl-Əşari;

• əbu Muslim əl-Havlani;

• Üveys (əl-Qarani)

və digərləri kimi, əvvəlki Yəmən əhli və üləması kimi, Allahın əmir və qadağalarından ehtiyacı olanları biləcək. Bunun üzərinə də, insanların sözlərini, bir-birilə çarpışdırmayacaq, onların qüsurlarını, xətalarını təftiş etməyəcək.

Fərz et ki, imamların çoxu, bəsit məsələlərdə, imamlıqlarına və elmlərinə kölgə salmayacaq dərəcədə kiçik xətalar etdilər. Bundan nə olacaq?! Əksinə bu:

• onların yaxşılıqlarında;

• doğruluqlarının çoxluğunda;

• məqsədlərinin gözəlliyində; və

• dinə xidmətlərində

itib batar.

Onların xətalarını incələməklə məşğul olmaq, xüsusilə də, içində xəta olsa da, zərəri olmayan, ya da içindəki xətanın ortaya qoyulması fayda gətirməyən məsələlərə qarışmaq, nə təriflənən, nə də təşəkkür edilən bir şeydir.

Eyni şəkildə:

• dinə bir faydası olmayan;

• Allahdan və Allahla məşğul olmaqdan uzaq qoyan;

• qəlbi, zikirdən uzaqlaşdırıb qatılaşdıran;

• üstünlük və insanlara lider olma sevgisi doğuran

elmlərə maraq salmaq da, təriflənən bir davranış deyildir.

Bunların heç biri, təriflənən şeylər deyildirlər. Çünki Nəbi (sallallahu aleyhi və səlləm), fayda verməyən elmdən Allaha sığınardı. Elə ki, özündən rəvayət edilən bir hədisdə belə buyurmuşdur:

"Allahdan faydalı elm istəyin, faydasız elmdən də, Allaha sığının." (ibn Macə, Sünən, 2/1263)

Bir başqa hədisdə də belə buyurmuşdur:

"Bilməmək, elmdəndir." (Əbu Davud, Sünən, 4/303)

Allah rəsulu (sallallahu aleyhi və səlləm), sözü uzatmaqdan, sözün çoxluğundan və gərəksiz yerə uzadılmasından xoşlanmaz, sözün qısasını tərcih edərdi. Bu mövzuda, Özündən çox hədis varid olmuşdur; ancaq bu hədislərin burda zikri çox yer alar.

Eyni şəkildə:

• imam Əhməd;

• Yəhya əl-Qattan; və

• ibn Mehdi

kimi hədis imamları və digərləri, bidət əhlinə cavab vermək üçün, kəlami qiyas və əqli dəlillər kimi onların kəlamı növündən sözlərin istifadə edilməsindən xoşlanmazdılar. Onlara, Kitab, sünnət və varsa da, ümmətin sələfinin sözlərilə cavab verilməsini, yoxsa da, susulmasını uyğun görərlərdi. İbn Mübarək və başqa imamlar, belə deyərdilər:

"Bizim nəzdimizdə əhl-i sünnət, həva əhlinə cavab verənlər deyildir. Əksinə, susanlardır."

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gətirdiyi elmin xaricində başqa bir şey ilə iştiğal etməyi və onunla əməl etməyi, kərih görərdilər. Oysa, onda kafi olan mövcuddur. Özünə bu kafi gəlməyənə, Allah da kafi gəlməsin!

Bilirəm ki, cidal və xüsumət (düşmənlik) əhli, burda bəhs etdiklərimi, ən sərt şəkildə münaqişə edir və bunlara ən sərt şəkildə etiraz edirlər. Ancaq:

• haqq açıq olduğunda, ona tabe olmaq;

• haqq mövzusunda çəkişən, fitnə çıxaran, düşmənlik edən, cədəlləşib təhrik edən kimsəyə yönəlməyi tərk etmək,

gərəkdir.

Burdan yola çıxaraq, bunu deyə bilərik:

İmam Əhmədin və imamlardan onun yolunu tutanların elmi, ümmətin elmlərinin ən ucası, ən üstünü və böyüyüdür. Onda, Allahın özünü haqqa çatdırdığı kimsə üçün kafi olan vardır. Allah kimə də nur verməzsə, ona bir nur yoxdur.

Bu mübarək, şəfalı risalə, tamamlanmış olub onun üzərində duran (yəni diqqətlə oxuyan), onu incələyən, onun içindəkilə əməl edən üçün kafidir.

Doğruya isabət etdirməkdə müvəffəq qılan, Allahdır. Dönüş, Onadır. Həmd, aləmlərin Rəbbi olan Allahadır. Gözəl son, müttəqilər üçündür. Allahın salatı, Muhammədin, əhlinin və bütün əshabının üzərinə olsun.

Read 14 times
In order to make a comment, please login or register