Peyğəmbərliyin əqli isbatı (1)

Mukaddeme

Eğer desen: Dibacede demiştin: Kelime-i şehadetin ikinci kelâmı birincisine şahit ve meşhuddur.

Yəni:

Müqəddimə:

Əgər desən: Dibacə (giriş bölməsi)'ndə demişdin ki, kəlime-i şəhadətin 2-ci kəlamı, yəni, "əşhədu ənnə Muhammədən Rasulullah" kəlamı, birincisinə, yəni, "əşhəhu ən lə iləhə illəllah" kəliməsinə şahid, yəni, şəhadət edəndir. Yəni, Peyğəmbərimiz, Uluhiyyət tövhidinə şahiddir, şəhadət etməkdədir. Peyğəmbərimizin risaləti də, Uluhiyyət tövhidi tərəfindən məşhud, yəni Özünə şəhadət ediləndir.

 

Not: Müəllifimiz Nursi (rahiməhullah)'ın "dibacə" ilə qəsdi, təfsir müqəddiməsi olaraq yazdığı bu "Muhakəmat" adlı əsərinin 3-cü Məqaləsi olan "Unsuru'l-Əqidə" adlı qisminin 1-ci Məqsədi'dir. Bu qisimdə, Tövhid, qəti əqli dəlillərlə isbat edilmişdir.

-----------------------------

Elcevap: Neam, evet. Mârifetullah denilen kâbe-i kemâlâta giden minhacların en müstakim ve en metini, Sahib-i Medine-i Münevvere Aleyhisselâtü Vesselâm yaptığı tarik-i hadid-i beyzâsıdır ki…

Yəni:

Cavab olaraq belə deyərəm: Bəli, bəli! Mərifətullah deyilən kamillik kəbəsinə gedən minhacların ən istiqamətli və ən mətini, Mədine-i Münəvvərə Sahibi olan aleyhissəlatu vəssəlam'ın qurduğu parlaq dəmir yoldur ki...

-------------------

Şərhi:

Müəllifimiz Ustad Nursi (rahiməhullah), bu cümləsində, kamilliyi, Kəbə'yə; ona gedişi də, Həccə bənzətdi. Kamillikdən murad isə, mütləq Kamil olan Haqq Taala'nın mərifətidir. Çünki, mərifətullah, Allahı bütün isimlərilə (haşiyə) bilməkdir.

------------------------

(Haşiyə:

Allahın isimləri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-99-ismi

------------------------

Kəbəyə (yəni, mərifətə) gedən yolların ən istiqamətli və mətini isə, Mədinə sahibi Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qurduğu yoldur, yəni İslam yoludur ki, bu yol, sanki dəmirdəndir. Yəni, dəmir kimi sağlamdır. Elə istiqamətli bir yoldur ki, məqsədə, ən asan və salamat bir şəkildə çatdırır. Həm bu yol, "təriq-i beyda"dır. Yəni, Musa (əleyhissəlam)'ın "yed-i beyda/parlaq əl"i kimi, parlaqdır. Yəni, bu yolda, nə vəhm qaranlıqları, nə dəhşət, nə də vəhşət vardır. Əksinə, yəqininin nurları, hər tərəfi işıqlandırdığından, vəhm və tərəddüdlərə heç bir imkan verməmişdir.

Bəli, Haqq Taala, Musa (əleyhissəlam)'a parlaq əl möcüzəsini verməklə göstərir ki, bu Şəxsin əlində elə bir (hidayət) nuru vardır ki, sizi, qaranlıqlardan nura çıxarar. Sanki, "O əli tutub biət edin və ayrılmayın." deyir. Eynilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnəti və istiqamətli yolu da, Onun parlaq əlidir ki, hidayətilə, qaranlıqlardan nura çıxarır.

Həm bu təşbih, mətndəki "hədid" (dəmir) kəliməsinin nüktəsi (incə mənasını) da işıqlandırmaqdadır. Sanki, mənən belə deyir: "Nəbi (sallallahu aleyhi və səlləm)'in təriqi olan sünnəti, necə nuraniyyət cəhətində parlaq əlin həqiqətini daşıyırsa; qüvvət cəhətilə də, Musanın əsası həqiqətini daşıyır. Ancaq, Musanın əsası, ağac ikən; Onun əsası, dəmirdir."

Müəllifin, burda, "Kamillik Kəbəsinə gedən yollar içində ən istiqamətlisi və mətini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yoludur." deməsi, ondan başqa yolların da mövcud olduğu mənasına gəlmir. Bu, bir nəsihət üslubudur. Quranın,

...فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ ...

"Əgər tövbə etsəniz, bu, sizin üçün daha xeyirlidir." (Tövbə/3) deməsi kimidir.

Tövbə etməməkdə, heç bir xeyir olmadığı; hətta şər olduğu, aşkardır. Dolayası ilə, bu ayənin, müxalif məfhumu yoxdur. Əksinə, insandakı nəfs, mənfəətinə tamahkar və həris olduğundan, hər vaxt ən xeyirli və mənfəətli olan şeyi istədiyi üçün və günahlarda nəfsani və yalançı bir mənfəət təvəhhüm etdiyi üçün, nəsihət və irşad üslubu ilə, "Bu, sənin üçün daha xeyirlidir." deyir.

Başqa bir misal üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hud-sur%C9%99si-78-ci-ay%C9%...

 

Müəllifimiz Ustad Nursi, belə davam edir:

-----------------------------

Ruh-u hidayet hükmünde olan Muhammed aleyhisselam.

Yəni:

Hidayətin ruhu hökmündə olan Muhamməd əleyhissəlam.

--------------------

Şərhi:

Yəni, necə ki, ruh, Rəbbin əmrindən olan və xarici vücud geyindirilmiş bir qanundur. Elə də, Muhamməd (sallallahu aleyhi və səlləm) də, İlahi əmr olan vəhy və hidayətin, sanki təcəssüm edib xarici vücud geyinmiş halıdır.

Bəli, hidayət və vəhy, sanki bir ruhdur. Çünki, onunla insan və kainat, dirilməkdədir. Çünki onunla, bütün kainatın, Allahı zikr və təsbih edən (haşiyə) bir canlı olduğu başa düşülür. Həm, ölü və mədum (yox) olan keçmiş və gələcək, onunla həyat qazanır.

--------------------------

(Haşiyə:

Kainatın təsbihi üçün bax:

https://suallarlaislam.com/.../isra-sur%C9%99si-44-cu-ay...

---------------------------

Bax, hidayətin ruhu hökmündə olan Muhamməd (sallallahu aleyhi və səlləm)'in -->

----------------------------

…avâlim-i gaybın mişkât ve zücacesi hükmünde olan kalbinin mâkes ve tercümanı makamında olan lisan-ı sâdıkı, berahin-i Sâniin en sadık bir delil-i zîhayat ve bir hüccet-i nâtıka ve bir burhan-ı fasihtir.

Yəni:

(Hidayətin ruhu hökmündə olan Muhamməd (sallallahu aleyhi və səlləm'in):

~ qeybi aləmlərin mişkatı; və

~ o mişkatın zücacəsi hökmündə olan qəlbinin əks etdiyi yeri və tərcümanı

məqamında olan sadiq lisanı/dili, Sani (usta) olan Allahın bürhanları/dəlilləri içində, ən sadiq canlı bir dəlil; danışan bir hüccət; və fasih/fəsahətlə danışan bir dildir.

----------------------

Şərhi:

Müəllifin bu cümləsindəki üslub,

...كَمِشْكَوٰةٍ فِيهَا مِصْبَاحٌ ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ...

Kə mişkətin fihə misbəhun. Əl-misbəhu fi zucəcətin.

Yəni:

"(Allahın nurunun misalı), içində lampa olan bir mişkat kimidir. (O) lampa da, şüşə içindədir." (Nur/35) ayətinə işarət etməkdədir.

Lakin, Müəllifin bu cümləsində, bir müşkil vardır. Belə ki:

"Mişkat/divardakı dəlik""zücacə/şüşə", qəlbin sifəti sayılsa, uyğun gəlməz. Çünki, ikisi, fərqli şeylərdir. Əgər ikisi birdən, mətndəki "lisan/dil"in sifəti olsa, yenə, eyni səbəbdən, uyğun olmaz. Əgər "mişkat", qəlbə; "zücacə", dilə verilsə, yenə olmaz. Çünki nur, "mişkat"dan "zücacə"yə deyil; zücacədən mişkata gəlir. Ən doğru məna, budur:

"Zücacesi" kəliməsində, zücacənin izafə edildiyi şey, "mişkat"dır; "avalim-i gayb/qeybi aləmlər" deyil. Yəni, "mişkatın zücacəsi" deməkdir. "Avalim-i gaybın zücacesi/qeybi aləmlərin zücacəsi" olması, məna olaraq uyğun düşməz. Hər halda, Müəllifimiz, "mişkat" kəliməsindəki "ı" şəkilçisini ehmal etmişdir ki, bu sifətin, qəlbə deyil; dilə aid olduğuna əlamət olsun. Bütün cümlə isə, mətndəki "lisan/dil" kəliməsini bildirmək üçündür. Buna görə, məna, belə olur:

"Qeybi aləmlərin mişkatı; və o mişkatın zücacəsi hökmündə olan qəlbinin əks etdiyi yeri və tərcümanı məqamında olan sadiq lisanı/dili."

Yəni, Onun sadiq lisanı/dilinin, 2 vəsfi vardır:

1. Bu dil: qeyb aləmlərinə mişkat'dır;

2. Bu dil: mişkatın zücacəsi olan qəlbinin makəsi və tərcümanı'dır.

Müəllif, dilin qəlbə tərcüman olmasını, zücacənin nuruna mişkat olmasına bənzətdi.

Hansı ehtimalla baxılarsa baxılsın, məna, belə olur:

Qeyb aləmləri (haşiyə), bizim üçün qaranlıq bir otaqdır. O aləmləri bilmirik. Peyğəmbərin bəlağatlı lisanı/dili, o aləmlər üçün bir mişkatdır. Peyğəmbərin zücacə hökmündə olan qəlbindəki nurlar isə, o mişkatda əks edib, qeyb aləmlərini, bizim üçün nurlandırır, işıqlandırır. Lisanı/dili isə, qəlbindəki nurlara tərcüman olub, onları bizə çatdırmaqdadır.

--------------------------

(Haşiyə:

Qeyb nədir?

https://suallarlaislam.com/m%C9%99qal.../qeyb-n%C9%99dir...

Allahın “ən-Nur” isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nur-isminin-s%C9%99rhi

-------------------------

Evet, hem Zâtı, hem lisanı, birer burhan-ı neyyirdir.

Yəni:

Bəli, (Onun) həm Zatı, həm dili, nurlu bir bürhandır.

 

Yəni, Muhamməd (sallallahu aleyhi və səlləm), 2 cəhətdən bürhandır:

1. Zatı etibarı ilə;

2. Lisanı/dili etibarı ilə.

-------------------

Neam.

Yəni:

Bəli.

 

Bu 2 cəhətdən olan dəlalət, belədir:

-------------------

• Birincisi:

Hilkat tarafından zât-ı Muhammed, burhan-ı bâhirdir.

Yəni:

Bəli, xilqət etibarı ilə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zatı, açıq dəlildir.

--------------------

Şərhi:

Qurandan sonra ən böyük möcüzə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zat'ıdır. Çünki, -iləridə izah ediləcəyi- və:

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

Və İnnəkə ləalə xuluqin azim.

Yəni:

"Şübhəsiz Sən, böyük bir yaradılış üzərəsən." (Qələm/4) ayətinin də ifadə etdiyi üzərə, Muhamməd (sallallahu aleyhi və səlləm), bütün kamillik növlərinin ən kamal mərtəbəsində xəlq edilmiş bir qüdrət möcüzəsidir.

------------------------

• İkincisi:

Hakikat canibinden lisanı, şahid-i sadıktır.

Yəni:

Həqiqət tərəfindən baxıldığında, Onun dili, sadiq şahiddir.

-----------------------

Şərhi:

Yəni, dili, daim haqqı və həqiqəti söyləyən; çaşmaz və çaşdırmaz; aldatmaz və aldanmaz bir dildir. Bu cəhətdən, sadiq şahiddir və natiq bürhandır. Belə ki:

Əslində, bürhanların dəlaləti, əqlidir. Yəni insan, ağlı ilə bürhana nəzər edər. Ordan nəticəyə intiqal edər (keçər). İntiqal edən, ağıldır, yoxda bürhan deyildir. Çox dəfə, insanlar, bürhana baxar; ancaq onun, nəyə bürhan olduğunu başa düşməz və nəticəyə intiqal edə bilməz. Ancaq, Muhamməd (sallallahu aleyhi və səlləm), danışan bir bürhandır. Nəyə dəlalət etdiyini, şəxsən Öz dililə ifadə etdiyindən, insanı düşünmə zəhmətinə girməkdən belə qurtarır.

Xülasə:

~ Zatı etibarı ilə, bahir/açıq bir bürhan olduğu kimi;

~ Dililə də, sadiq şahiddir. Digər təbirlə, natiq bürhandır.

------------------------

Evet, Muhammed Aleyhisselâtü Vesselâm hem Sânie, hem nübüvvete, hem haşre, hem hakka, hem hakikate bir hüccet-i katıadır. Tafsili gelecektir.

Yəni:

Bəli, Muhamməd (sallallahu aleyhi və səlləm):

~ həm Sani (olan Allah)'a;

~ həm nübüvvətə/peyğəmbərliyə;

~ həm haşra/yenidən dirilişə, axirət həyatına;

~ həm haqqa;

~ həm həqiqətə,

qəti bir hüccətdir. Təfsili gələcəkdir.

-------------------------

-------------------------

(Tenbih)

Bu tənbehdə, Müəllifimiz, müqəddər (yəni, ləfzən zikr edilməsə də, məna olaraq mövcud olan) bir suala cavab verməkdədir. Yəni:

"Sən deyirsən ki, Muhamməd (sallallahu aleyhi və səlləm), Sani olan Allahın bir bürhanı, dəlilidir. Halbuki, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, Allahın rəsulu olduğunu bilmək üçün, ilk əvvəl, Allahın bilinməsi lazımdır. Əgər Allahın bürhanı da Muhamməd (sallallahu aleyhi və səlləm) olarsa, bundan, dövr meydana çıxır. Ki, bu da muhal/imkansızdır."

 

Dövr nədir?

Dövr: "varlığı mümkün olan bir şeyin, mümkün olan başqa bir şeyi varlıq meydanına çıxarması yolunda edilən yalnış bir təsəvvür" deməkdir.

Buna, belə bir təmsillə izah gətirək. Məsələn:

A məktəbinə qeyd olmaq üçün müraciət edirsən. A məktəbi də deyir ki: "Bizim qeyd şərtimiz, B məktəbinə qeyd olmaqdır." Sən də, B məktəbinə gedirsən, onlar da deyir ki: "Bizim qeyd şərtimiz, A məktəbinə qeyd olmaqdır."

Belə bir halda, sənin, hər 2 məktəbə də qeyd olmağın, əbədiyyən imkansız bir hala gəlir.

----------------------

"Devir" lâzım gelmez. Zira, sıdkının delâili, Sâniin delâiline tevakkuf etmez.

Yəni:

Dövr lazım gəlmir. Çünki, (Onun) sidqi/doğruluğunun dəlilləri, (yalnızca) Sani (olan Allah)'ın dəlillərinə bağlı deyildir.

------------------

Şərhi:

Yəni, Onun sadiqliyinin/doğruluğunun, başqa dəlilləri də vardır. Öz Zatı və tərifli əxlaqı və -bunun kimi- iləridə zikr ediləcək dəlilləri vardır.

Yenə, Sani olan Allahın dəlilləri də, yalnız Peyğəmbərin dəlillərinə bağlı deyildir. Bu "Muhakəmat" adlı əsərin 3-cü Məqaləsi olan "Unsuru'l-Əqidə"nin 1-ci Məqsədi'ndə zikr edildiyi üzərə, Allahın, bir çox varlıq dəlilləri vardır.

Xülasə: Kəlime-i şəhadətin hər 2 kəlamı, müstəqil dəlillərlə, Özlərini günəş kimi göstərirlər. Sonra, bir-birilərinə də dəlil olurlar.

----------------------

----------------------

(Temhîd)

Yəni:

Təmhid: "zəmin hazırlamaq" deməkdir. Müəllif Ustad Nursi, bu mövzunu (yəni, Peyğəmbərimizin doğruluğu mövzusunu), hansı zəmin üzərində işləyəcəyini göstərir.

---------------------

Peygamberimiz Aleyhisselâtü Vesselâm, Sâniin bir burhanıdır. Öyleyse --->

Yəni:

(Peyğəmbərimizin risalətini isbatdan məqsədimiz, Sani olan Allahı isbat etməkdir. Bu məqsədlə Ona nəzər edirik. Madam ki) Muhamməd (sallallahu aleyhi və səlləm), Sani olan Allahın bürhanıdır. O halda, ilk əvvəl:

---------------------

şu burhanın ispat-ı sıdkını...

Yəni:

Bu bürhanın doğru olduğunu isbat etmək lazım gəlir.

----------------

ve intacını...

Yəni:

Uyğun qiyas müqəddimələri gətirib, o müqəddimələrdən, "Muhamməd (sallallahu aleyhi və səlləm), sadiq/doğrudur." nəticəsini çıxarıb isbat etmək lazımdır. Yəni:

~ Əvvəla, "Muhamməd (sallallahu aleyhi və səlləm), sadiq/doğrudur." nəticəsini intac edəcək (yəni, nəticə verəcək) şəkildə müqəddimələr gətirməliyik.

~ Sonra da, çıxan nəticəni, yeni bir qiyasa müqəddimə qılıb, Sani olan Allahın varlığını nəticə olaraq çıxarmalıyıq.

----------------------

ve sureten ve maddeten sıhhatini ispat etmek gerektir...Nahu.

Yəni:

Qiyasın surətinin və maddələrinin sihhətini təsbit etmək lazım gəlir. Başlayırıq.

------------------------

Şərhi:

Burda:

1. Qiyasın surəti; və

2. Qiyasın maddəsi'nin

nə demək olduğu üzərində dayanmaq lazımdır. Belə ki:

1. Qiyasın surətindən məqsəd: məntiq elmindəki qiyasın iki növü və bunların şəkilləridir.

Qiyaslar, surət etibarı ilə, 2 qisimdir:

1.1. İqtirani qiyas;

1.2. istisnai qiyas.

1.1. İki qəziyyə/hökmün iqtiranı (yəni, bərabər olması) surətilə edilən qiyaslara, "iqtirani qiyas" deyilir. Məsələn: "Hər insan, heyvandır (yəni, canlıdır) və hər heyvan, ölür." surətində edilən qiyas, iqtiranidir.

1.2. Qiyasın birinci müqəddiməsi şərt cümləsi olan qiyaslara isə, "istisnai qiyas" deyilir. Məsələn, "Gün hər doğduğunda, gündüz mövcud olur." qəziyyəsilə qiyas edilmək istənildiyində, ikinci müqəddimənin "lakin" kəliməsilə istisna edilərək gətirilməsi lazımdır. Məsələn, "Lakin gün, doğmamışdır." və yaxud "Lakin gündüz yoxdur." kimi bir istisna gətirilir. Ancaq, bu surətdə nəticə təhsil edilə bilir.

Burda, Ustad Nursi'nin dediyi "qiyasın surətinin sihhətini isbat etməkdən" murad: bu surət və şəkillər etibarı ilə, qiyasın səhih olmasıdır. Yoxsa qiyas, fasid olacaq.

2. Qiyasın maddələrindən murad isə: müqəddimələri olan suğra və kubradır.

Məntiqdə, qiyasın:

~ 1-ci müqəddiməsinə: "suğra";

~ 2-ci müqəddiməsinə: "kubra";

~ Bu iki müqəddimədən çıxan şeyə də: "nəticə"

deyilir. Məsələn:

"Hər insan, heyvan (canlı)'dır. Hər heyvan ölür. O halda, hər insan ölür."

Bu qiyasda:

~ 1-ci cümlə: "suğra";

~ 2-ci cümlə: "kubra";

~ 3-cü cümlə isə: "nəticə"dir.

Xülasə:

Əgər qiyasın surət və maddələri səhih olarsa, o vaxt, intac edilən nəticə də, səhih olar.

Bax Müəllifimiz deyir ki:

Sani olan Allahın bürhanı, Muhamməd (sallallahu aleyhi və səlləm) olduğundan:

• ilk əvvəl, Onun sidqi/doğruluğunu isbat etmək lazımdır. Onun sidqini isbat üçün də --->

• bunu (yəni bu doğruluğu) intac edən (nəticə verən) bir qiyas etməyimiz lazımdır. Bu qiyas üçün də --->

• ilk əvvəl, qiyasın maddəsi olan müqəddimələrinin sihhətini və qiyasın surətinin sihhətini isbat etməyimiz lazımdır.

-------------------------

-------------------------

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدِنِ الَّذِى دَلَّ عَلٰى وُجُوبِ وُجُودِكَ

Yəni:

Bismilləhi'r-Rahməni'r-Rahim. Allahım! Sənin varlığının vacib olmasına dəlalət edən Muhammədə, salət et!

------------------

Emma ba'dü

Yəni:

Amma, bundan sonra.

-------------------

Şərhi:

Bu sözə, fəsl/ayırıcı kəlimə deyilir. Bəlağatçıların və ədiblərin çoxca istifadə etdiyi bu sözü, Allah rəsulu (sallallahu aleyhi və səlləm) də istihsən etmiş (bəyənmiş) və çoxca istifadə etmişdir. Yəni, bu söz, sünnətdir.

Bu sözü, ilk, Davud (əleyhissəlam)'un istifadə etdiyi nəql edilir.

...وَءَاتَيْنَـٰهُ ٱلْحِكْمَةَ وَفَصْلَ ٱلْخِطَاب...

Və ətəynəhu'l-hikmətə və fəslə'l-xitab.

Yəni:

"Biz, Ona (yəni, Davuda) hikmət və fəsl edici (ayırıcı) xitab (danışmaq) verdik." (Sad 20)

ayətindən bir muradın, bu "əmmə bə'd" kəliməsi olduğu söylənmişdir. Bunun faydası isə, Allahın həmdini və Rəsulunun salavatını, sonra gələn bütün bölmələrdən ayırmaqla, Allah və rəsulunu təzim etməkdir.

Xülasə: Ən mühim və əsli məqsəd olan Allahın həmdi və Rəsulunun salavatını gözəlcə əda etdikdən sonra, indi də, bunu deyirəm:

-----------------------

-----------------------

Ey hakikatin aşığı!

Müəllifimiz Ustad Bədiü'z-zaman, burda, tərəfgirlik və inaddan sıyrılmış haqpərəst və həqiqət aşiqi olan insanları muxatab almaqdadır. Çünki, digərləri, xitaba layiq deyildir. Bununla, Müəllifimiz, həqiqətin kəşfinə mane olan arizələrdən təcərrüd edilməsi gərəkdiyini xatırlatmaqdadır.

--------------

Eğer vicdanımı mütalâa etmekle hakikatleri rasad etmek istersen...

Yəni:

Əgər vicdanımı mütaliə etməklə həqiqətləri rəsəd etmək istəyirsənsə...

----------------

Şərhi:

"Kitabımı mütaliə etmək" yerinə, "vicdanımı mütaliə etmək" deməsinin səbəbi: bu kitabda, vicdanındakı (haşiyə) həqiqətləri bildirdiyinə tənbeh üçündür. Vicdan, həqiqətlərin məhəllidir. Onda, yalan yoxdur.

Həm: "Bunlar, müşahidələrim olan həqiqətlərdir. Şəxsən vicdanımda, hads/sezgi ilə müşahidə etdiyim və təsdiq etdiyim həqiqətlərdir." deməkdədir. Yəni:

"Tərəddüd etmə! Məndə qənaət yaradan bir həqiqət, səndə də qənaət yaradacaqdır."

Müəllifin "rəsəd" təbirini istifadə etməsi isə, zikr ediləcək həqiqətlərin, günəş kimi parlaq, ulduzlar kimi yüksək və səma kimi geniş olduğuna ixtar/xatırlatma üçündür.

------------------

(Haşiyə:

• Vicdan: "Nəfs və nəfsin daxili qüvvələri" olaraq yayğınlıq qazanmışdır.

Deyilmişdir ki:

Vicdan: "daxili qüvvələr"dir.

~ Vicdani isə: -yayğın görüşə görə- "hər kəsin, istər, öz nəfsinin halları kimi saf bir şəkildə əqli olaraq; istərsə də, daxili bir qüvvə vasitəsilə idrak edilmiş şəkildə, özündə tapdığı şey"dir.

• Yayğın olmayan bir görüşə görə isə, vicdan: "daxili bir qüvvə vasitəsilə idrak edilən şey"dir.

Vicdaniyyat, zəruri (oxuyub öyrənməklə əldə edilməyən) elmlərin/biliklərin qisimlərindən olsa da, elmlərdə faydası azdır. Çünki, vicdaniyyat, başqasına qarşı dəlil ola bilməz. Çünki, başqası, bizim əldə etdiyimiz şeyi, öz nəfsindən əldə etməyə bilər. Ancaq, vicdaniyyatın səbəbləri xüsusunda, -eynilə zatımızın varlığını bilməyimizdə olduğu kimi- bir müştərəklik mövcud olduğunda, başqasına qarşı dəlildir. Bu səbəbdən, vicdan ilə məsələlərə dəlil gətirilər. Ancaq bu, nadirdir.

Vicdaniyyat, "etibari qəziyyələr (hökmlər)" olaraq da adlandırılır. Vicdaniyyat və etibari qəziyyələr ilə məhsusat (hiss edilə bilənlər) mənasındakı müşahədat (müşahidə edilənlər) arasındakı fərq, bir cəhətdən ümumilikdir. Çünki, zahiri (toxunmaq, qoxlamaq, eşitmək, dadmaq, görmək) hisslərilə hiss etdiyimiz şeylər, yalnız müşahədatdır. Nəfsimizlə əldə etdiklərimiz isə, sadəcə vicdaniyyatdır. Yəni, əgər bir qəziyyədə, hökm batini hisslər vasitəsilə olursa, buna “vicdaniyyat” deyilir.

Nəfsin batini/daxili 5 hissi isə, bunlardır:

1. Müştərək hiss: Bu, elə bir hisdir ki, digər hislər özündən yayılır. Təsirləri ona qayıdır və onda toplanır. Müştərək hiss, digər hislərin sanki toplanma yeridir. Çünki əgər bizim, ağ rəngi və səsi özündə toplayan bir hissimiz olmasaydı, bu bəyazın; və səsini eşitdiyimiz şeyin müğənni olduğunu bilə bilməzdik. Çünki rəng və səsi bir araya toplamaq, nə qulağın, nə də gözün işidir. Və ya biz, sarı bir şey gördüyümüz vaxt, daha əvvəl onu dadmış olmasaydıq, yəni, bal yeməsə idik, şirin olduğunu idrak edə bilməzdik. Çünki göz hissi, şirinliyi; dadma hissi də sarılığı idrak edə bilməz.

Buna görə, sarı əşyanın şirin olduğuna hökm edə bilmək üçün, 2 halı da özündə toplayan bir hakimə/hökm verənə ehtiyac vardır. Hökm vermək, nə dadmaq, nə də görmək hissinə aiddir. Bu qərar, zahiri 5 hissin xaricində başqa bir qüvvəyə, yəni batini qüvvətə aiddir.

2. Təsəvvür etmə qüvvəsi: Bu, müştərək hisdə intiba (nəqş ediləni, iz buraxılan)'ı qorumaqdan ibarətdir. Çünki qoruma, intiba və qəbuldan başqa bir şeydir. Bundan dolayı, su, surət və şəkli qəbul edir; lakin bunları qoruya bilmir.

Mum, gecənin qüvvətilə şəkli qəbul edir və quruluğun qüvvətilə şəkli mühafizə edir. Hər nə zaman ki, beynin ön tərəfində bir zədələnmə olarsa, xəyalda onların mühafizəsi batil olur və surətlərin unudulması meydana gəlir.

3. Vəhm etmə qüvvəsi: Hiss ediləndən, hiss edilməyəni idrak etməkdir. Keçinin, qurdun düşmənliyini idrak etməsi kimi. Bu, gözlə deyil, əksinə, başqa bir qüvvətlə idrak edilməkdədir. Bu qüvvət, heyvanlar üçün, insanlardakı ağıl kimidir.

4. Xatırlama qüvvəsi: Vəhm etmə qüvvəsinin idrak etdiyi mənaları hifz etməkdən ibarətdir. Təsəvvür etmə qüvvəti, necə ki, müştərək hisdə intiba edilmiş surətləri qoruyur və surətlərin xəzinəsidirsə; eyni şəkildə, xatırlama qüvvəti də, mənalar xəzinəsidir.

Vəhm etmə və xatırlama qüvvətləri, beynin arxa tərəfində; müştərək hiss və təsəvvür qüvvəti isə, beynin ön qismindədir.

5. Xəyal etmə qüvvəsi: Beynin ortasında yer alan bir qüvvədir. Bunun işi, idrak deyil; hərəkət etdirməkdir. Mən (Ğazzali), bununla, xəyal etmə gücünün, surət və məna xəzinələrində yer alan şeyləri təftişini qəsd edirəm.

Çünki xəyal etmə qüvvəsi, ikisinin ortasındadır. Orda sadəcə birləşdirmə və təfsil işlərini yerinə yetirir. Məsələn, bir insanın uçduğunu; bir insanın yarısının insan, digər yarısının at olduğunu və bənzərlərini təsəvvür edər. Daha əvvəl keçmiş bir misal olmadan, özü bir surət icad edə bilməz; əksinə, xəyalda dağınıq duranları birləşdirər və toplu olanları bir-birindən ayırar. Bax buna, insandakı "təfəkkür qüvvəti" adı verilir.

---------------------

Kalp dedikleri latife-i Rabbaniyenin pası ve zengarı hükmünde olan...

Yəni:

Qəlb dedikləri Rabbani lətifənin pası və zəngarı (pası) hökmündə olan...

-------------------

Şərhi:

"Rabbani lətifə" nə deməkdir?

Lüğətdə, "incə, dərhal fərqinə varıla bilməyən şey" mənasına gələn "lətifə": "ifadə edilə bilməyən, ibarələrə nəql edilə bilməyəcək qədər incə olan məna və həqiqətlər" deməkdir. (Kaşani, "İstilahatu's-Sufiyyə")

Tasavvuf əhli, insanın həqiqətini meydana gətirən cövhərə, "Rabbani, yəni Rəbb olan Allahın tərbiyəsindən keçmiş lətifə" və ya "ruh-u mənfuh/üflənən ruh" adını vermişlərdir.

Müəllifin qəsdi, budur:

Yəni, sənin qəlbin də, teleskop hökmündə bir rəsəd alətidir. Bu idrak aləti olan qəlb, saf olduğunda, teleskop aynası kimi həqiqətin ziyası, onda əks edər. Ancaq pas tutduğunda, həqiqət nə qədər parlaq olsa da, idrak edə bilməz.

Xülasə:

Ey həqiqət aşiqi! Bu kitabım üzərindən vicdanımı mütaliə etmək istəyirsənsə, bu gələcək pasları, qəlbindən təmizləməyin lazımdır.

Bu paslar isə, bunlardan ibarətdir ---->

--------------------

• Arzu-yu hilaf; ve

Yəni:

Müxalifət arzusu.

Nəfispərəst adamlar, daim müxalifət etməyi arzu edərlər. Çünki, təxrib asan olduğundan, etiraz edən, özündə bir məziyyət varmış kimi göstərər. Həm, müxalif olaraq cəmiyyətdən ayrılmaq, nəzəri daha çox cəlb edər. Necə ki, deyilmişdir:

"Hiss etdirməyin şərti, müxalifət etməkdir."

----------------------

• İltizam-ı taraf-ı muhalif; ve

Yəni:

Müxalif tərəfi iltizam etmək.

Yəni, müxalif tərəfi əvvəlcədən doğru qəbul edib, məsələyə ona görə nəzər etmək. Halbuki, dinə müştəri olan kimsənin, tərəfsiz baxması lazımdır. Müxalif tərəfi iltizam etmək, insafdan deyildir. Bununla bərabər, iman ilə küfrün ortası yoxdur ki, həqiqi tərəfsizlik mümkün olsun. Əksinə, həqiqət aşiqi üçün tərəfsizlik, ancaq və ancaq, dəlilləri qarşılaşdırmaq mənasında nisbi ola bilər.

-------------------

• mazur tutulmak için, kendi evhamına bir hak vermek ve bir asla irca etmek; ve

Yəni:

Üzrlü sayılmaq üçün, öz vəhmlərinə bir haqq vermək və (məsələni) bir əslə qaytarmaq.

Mətndəki "vəhm": "bir şey haqqında heç bir dəlil olmadığı; heç bir əslə söykənmədiyi; əksinə, dəlil, əksini göstərdiyi halda, o şeyi təsdiq etmək" deməkdir.

Bax bu adam, bu əslsiz vəhmində, özünü üzrlü göstərmək üçün, guya özündəki vəhm, vəhm deyil; bir əsl və dəlildən doğan bir fikirmiş kimi göstərməyə çalışar. Çünki, nəfispərəst adamlar, arzu və vəhmlərini, fikir kimi göstərməyə çalışarlar. "Belə olduğunu düşünürəm." deməsi, əslində, "Belə olmasını arzu edirəm." deməkdir.

-----------------------

• mecmuun neticesini her bir fertten istemek ki, zafiyeti sebebiyle neticenin reddine bir istidad-ı seyyie verilir. (dikkat lazımdır!)

Yəni:

Və məcmuunun nəticəsini hər bir fərddən istəmək ki, zəifliyi səbəbilə, nəticənin rəddinə pis bir istedad verilmiş olur.

---------------------

Şərhi:

Bir dəlil sənə zəif göründüyü vaxt, nəticənin rəddinə getmə! Çünki, bəşər zehni, həqiqətlərə, silsilə və tədrici olaraq yönəlir. Əsl məqsədə çatana qədər, müxtəlif yollardan keçərək və müxtəlif arzulara ehtiyac duyaraq gedər. Əsl məqsəd və qayə, ən sonunda, kəlamın cəmində mövcud olur. Nəhayətdə və cəmdə təzahür edən həqiqət, kəlam əsnasında, hər bir mərtəbədə tamamilə görünməz. Nəhayətdəki hökmü, tələskənliklə, hər bir mərtəbədə axtarmaq və yaxud zehnin cüziliyi xəstəliyilə cəmi mülahizə etmədən hər bir cüzdə o həqiqəti axtarmaq, həqiqəti sətr edər/örtər.

------------------------

• hem de bahanali çocukluk tabiatı hem de mahaneli düşman seciyyesi

Yəni:

Həm də, bəhanəli uşaqlıq təbiəti; həm də məhanəli düşmən səciyyəsi

------------------

Şərhi:

Necə ki, bir səbəbdən dolayı ağlamaq istəyən bir uşaq, əsl səbəbi söyləyə bilmədiyində, bəhanə-məhanələrlə: "Mən, bunun üçün ağlayıram." deyər. Əsl dərdi isə, başqadır.

Müəllif də, muxatabına: "Əgər sən də inkar etmək və ya İslama hücum etmək istəyib uşaq kimi özünə bəhanə tapmaq istəyən din düşmənlərindənsə, sözlərimi doğru başa düşməzsən." demək istəyir.

 

Not: Müəllif, 3-cü Məqalə'nin 1-ci Məqsədində, "uşaq təbiəti""düşmən səciyyəsi"ni bərabər zikr etdiyi üçün, biz də, burda, tək maddədə zikr etdik.

-------------------------

• Hem de yalnız ayıbı görmek şanında olan müşteri nazarı gibi

Yəni:

Həm də yalnız eyibi görmək şanında olan müştəri nəzəri kimi

------------------

Şərhi:

Necə ki, müştərinin nəzəri, alınacaq malın eyiblərinə yönəlir. Ta ki, qiyməti öldürsün. Eynilə də, belə müştəri nəzərilə, İslamın həqiqətlərinə baxan adam da, əslində İslamda olmayan; ancaq xaricdən girmiş eyibləri və ya iddia ilə əlaqəsi olmayan şəxsi və ya füzuli qüsurları bəhanə edərək, İslam həqiqətlərini zəif görmək istəyər. Bu da, həqiqətin kəşf edilməsini örtür. Bax, belə ---->

-----------------------

emirlerden o mir'âtı taskîl ve tasfiye et. Muvazene ve mukabele eyle, ekser emârâtın imtizacından tezahür eden hakikatın şule-i cevvalesini karine-i münevvire et; tâ ekaldeki evham-ı muzlimeyi tenvir ve def edebilesin.

Yəni:

(Yuxarıdakı 6) şeydən, o (qəlb) aynasına cila vur və saflaşdır. Müvazinə və müqabilə et. Əksər əmarələrin birləşməsindən təzahür edən həqiqətin cəvval (daim hərəkət edən) şöləsini, nurlandıran bir qərinə qıl. Ta ki, azlıqdakı qaranlıq vəhmləri nurlandıra və dəf edə biləsən.

----------------

Şərhi:

Müəllifimizin qəsdi, budur:

Yuxarıdakı 6 şeydən, o qəlb aynasını təsqil et (yəni, sayqal, cila vur) və təsfiyə et (saflaşdır). Sonra, müvazinə və müqabilə et. Yəni, necə ki, teleskopun aynası saflaşdırıldıqdan sonra, hədəfə doğru müvazinə və müqabilə ilə yönəlinirsə; sən də, burda zikr ediləcək dəlillərin ümumuna, birdən müvazinə və müqabilə ilə yönəl! Yəni, dəlillərin ümumuna baxaraq, dəlillər arasında müvazinə qur və bir-birinə müqabilə etdirərək, birləşdir. Yalnız, cüzi parçalara baxma. Ta ki, məcmuundakı qüvvət, sənə görünsün. Cüziyyətdəki zəiflik, ortadan qalxsın. Çünki, bir dəlildəki zəiflik, dəlillərin cəmindən gələn qüvvətlə ortadan qalxır. Məcmu dəlilləri müvazinə və müqabilə etdiyində, dəlillərin əksəriyyəti, sənin fikrində birləşəcəyindən dolayı, sanki bu birləşmə, kimyəvi bir müamələ kimi olacaq. O birləşmədən, bir atəş çıxar, ki, bu, həqiqətin şöləsidir. Bu həqiqət şöləsini, nurlandıran bir qərinə qıl. Yəni, azlıqda qalan dəlillərdəki vəhm qaranlıqlarını ortadan qaldırıb işıqlandıracaq bir qərinə.

----------------------

Hem de munsıfane ve müdakkikane ile dinle, kelâm tamam olmadan itiraz etme. Nihayete kadar bir cümledir, bir hükümdür. Tamam olduktan sonra bir vehmin kalırsa söyle.

Yəni:

Həm də, insafla və diqqətlə tədqiq edərək dinlə. Kəlam tamamlanmadan, etiraz etmə. Sona qədər, 1 cümlədir, 1 hökmdür. Tamamlandıqdan sonra bir vəhmin qalsa, de.

------------------------

------------------------

(Tenbih)

Şu burhanın suğrâsı, nübüvvet-i mutlakadır. Kübrası ise, nübüvvet-i Muhammed'dir (aleyhissalâtü vesselâm). İşte başlıyoruz.

Yəni:

Tənbeh:

Bu burhanın suğrası, mütləq nübüvvətdir. Kubrası isə, Muhamməd (aleyhissəlatu vəssəlam)'ın nübüvvətidir. Başlayırıq.

-------------------

Şərhi:

Müəllifimiz Ustad Nursi, burda, qiyasın surət və maddəsini söyləməkdədir. Belə ki:

Bu burhanın:

~ Suğrası, yəni, birinci müqəddiməsi: mütləq nübüvvətdir. Yəni, mütləq peyğəmbərlik həqiqətidir. Yəni, tək-tək, hər bir Peyğəmbəri bir tərəfə qoyaq, aləmdə, bir nübüvvət həqiqəti vardır.

~ Kubrası, yəni, qiyasın ikinci müqəddiməsi isə: Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətidir.

Bu ikisinə görə, qiyasın nəticəsi də: Allah (azimuş-şan)'ın varlığı və birliyidir. Yəni:

Qiyasın surəti, budur: "Madam ki, bu aləmdə mütləq bir nübüvvət var və nəbilər haqdır." (Ki, bu, suğradır). Və: "Bu mütləq nübüvvət həqiqətini Özündə ehtiva edən və onların nübüvvətlərinin varisi olan Muhamməd (sallallahu aleyhi və səlləm), Allah (azzə və cəllə)'dən xəbər vermişdir." (Ki, bu, kubradır). O halda, nəticə verir ki: "Bütün nəbilərin icma və ittifaqla xəbər verdiyi Allahın varlıq və birliyi, haqdır."

 

Not: Diqqət edilsə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvəti, zahirdə, mütləq nübüvvət həqiqətindən bir cüz/parça ikən, müəllifimiz, burda, Muhamməd (sallallahu aleyhi və səlləm)'i, kubra; mütləq nübüvvəti isə, suğra qıldı. Çünki, həqiqət cəhətində, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvəti, bütün nəbilərin həqiqətlərini ehtiva edən kubra/böyük bir həqiqətdir. Madam ki, qiyasda, suğra, kubranın altına daxil olur. Məsələn: "Hər insan, heyvandır. Hər heyvan, tənəffüs edir." qiyasında, suğra olan insan, heyvan olan kubranın altına daxil olur. Ta ki, nəticə olan: "Hər insan, tənəffüs edir." hökmünü nəticə olaraq versin. Bax, mütləq nübüvvət, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvəti altına daxil olunca, Muhamməd (sallallahu aleyhi və səlləm)'in (Allahın varlıq və birliyinə) şəhadəti, bütün nəbilərin şəhadəti olduğu nəticəsi çıxır.

Ustad Nursi, bu "İkinci Məqsəd"də:

~ ilk əvvəl: mütləq nübüvvəti nəticə verəcək bürhanları zikr edəcək;

~ sonra: mütləq nübüvvəti burhan qılıb, əvləvi qiyas ilə, ondan, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini çıxaracaq;

~ sonra da: Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini, kubra; mütləq nübüvvəti də suğra qılaraq, tövhidi isbat edəcək.

-----------------------

-----------------------

(İşaret)

Sâniin hikmeti ve ef'âlindeki adem-i abesiyet ve kâinattaki en hasis ve en kalîl şeyde nizamın müraatı ve adem-i ihmali ve nev-i beşerin mürşide olan ihtiyac-ı zarurîsi, nev-i beşerde vücud-u nübüvvet, kat'an istilzam ederler.

Yəni:

İşarət:

~ Sani (olan Allah)'ın hikməti və fellərindəki əbəsiyyətsizlik; və

~ kainatda ən xəsis (əhəmiyyəti az) və ən kiçik bir şeydə (belə) nizama riayət edilməsi və ehmal edilməməsi; və

~ bəşər növünün mürşidə olan zəruri ehtiyacı,

bəşər növündə, nübüvvətin/peyğəmbərliyin varlığını, qətiyyən istilzam edər (gərəkdirər).

----------------------

Mətnin şərhinə keçmədən əvvəl, bəzi sözlərin izahı:

• Sani ismi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sani-isminin-s%C9%99rhi

• Hakim ismi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hakim-isminin-s%C9%99rhi-0

• Əbəs:

~ Lüğət mənası ilə, "qətiliklə hər hansı bir fayda ilə nəticələnməyən fel" deməkdir.

~ Örfdəki mənası isə, "Failin nəzərində, bir fayda ilə nəticələnməyən fel", yəni, "Failin etiqadında, diqqətə layiq olsun və ya olmasın, qətiliklə hər hansı bir fayda ilə nəticələnməyən fel" deməkdir.

Yaxud, "Nəfsu'l-əmr'də (yəni, işin özündə), diqqətə layiq olsa da, failin etiqadında, diqqətə layiq olmayan (yəni, əhəmiyyətsiz) bir fel ilə nəticələnən fel" mənasına gəlir. Necə ki, yayğın mənasına görə, Fail, öz məqsədini nəticə verməyən bir işlə məşğul olduğu zaman, "İşin faydası olsa da, o, əbəslə iştiğal etdi (məşğul oldu)." deyilir.

• "Nizam və intizam":

a. İşlərin yerli-yerində olması; ahəng içində olmaq;

b. Bir biri içinə qoymaq/yerləşdirmək.

c. İnci və mərcan kimi şeyləri, bir ipdə toplamaq.

---------------------

Mətnin şərhi:

Sani olan Allah, hər şeyi hikmət və nizam içində qılan; intizama riayət edən olduğu; və bu insan növü də, mövcudat içində ən mühim və kainatın nizam və hikmətinin mədarı (yəni, ətrafında dönülən yer) və mövcudat üzərində təsərrüfü və rəisliyi olan, bu cəhətdən də, əməlləri, sadəcə özünə məxsus qalmayıb bütün kainata təmas edən bir tayfa olduğu halda onun ehmal edilməsi, öz başına buraxılıb nizamdan xaric qalması, təsəvvür edilə bilməz.

İnsanın imtiyaz səbəbi olan ağlı isə, özündəki və kainatdakı hikməti idrak və əhatə etməkdən, çox nöqsandır. Onun üçün də, bir mürşidə (irşad edənə, doğru yolu göstərənə) ehtiyacı vardır ki, Allah onu nə üçün xəlq etmiş və ondan güdülən hikmət və intizamının nə olduğuna, bəşəri irşad etsin. Madam ki, bəşərin ağlı, bu xüsusda kifayət etmir. O halda, əlbəttə, O Sani olan Allah, bunu, Şəxsən Özü bildirəcəkdir. Bu da, vəhy deməkdir. Elə isə, O, bəşər içindən ən kamil olanlarla danışacaq və onlar vasitəsilə ağılları irşad edəcək, bəşərin fikirlərini, fellərini intizama salıb, bütün kainatın hikmətinə müvafiq hərəkət etdirəcəkdir.

---------------------

Eğer desen: "Bu icmaldeki mânâyı anlamadım, tafsil et"

Derim: İşte dinle. Görüyorsun ki, maddiye ve mâneviye olan nev-i beşerdeki nizamatın, hem de hasiyet-i aklın kuvvetiyle taht-ı tasarrufuna alınan çok envâın ahvaline verildiği intizamatın merkezi ve madeni hükmünde olan nübüvvet-i mutlakanın...

Yəni:

Əgər: "Bu icmaldakı mənanı başa düşmədim, təfsil et." desən, belə deyərəm:

Dinlə! Görürsən ki, (həm) bəşər növünün maddi və mənəvi olan nizamlarının; həm də ağıl xüsusiyyətinin qüvvətilə təsərrüfü altına alınan çox növlərin (məsələn, yerdəki cansızlar, bitki və heyvan növlərinin) hallarına (insan vasisətilə) verilən intizamların mərkəzi və mədəni hökmündə olan mütləq nübüvvət...

-----------------

Şərhi:

Yəni, mütləq nübüvvət, 2 nizamın mərkəzi və mədəni hökmündədir:

1. Nübüvvət, insanın öz maddi və mənəvi nizamının mərkəzi və mədənidir. Çünki nübüvvət, insanın ixtiyari fellərinə bir nizam və mizan verərək, onları intizam altına alır. Nübüvvət, yalnız maddi intizamı təmin etməz. Əksinə, mənəvi intizamı da təmin edər ki, həqiqi intizamın mənşəi də, bu mənəvi intizamdır.

2. Nübüvvət, mövcudatın da intizamının mərkəzi və mədənidir. Çünki, o mövcudatda təsərrüf edən, insandır. İnsan intizama girdiyində və yaradılış hikmətinə müvafiq hərəkət etdiyində, kainat da intizama girir. O fəsada girdiyində, aləmi də ifsad etmiş olur. Yəni, Sani olan Allahın bu mövcudatı yaratmasındakı hikmət və tərbiyə ediciliyindəki məqsədlər, nübüvvətlə gerçəkləşir. Belə ki:

İnsana və aləmə baxıldığında, açıq bir şəkildə görünür ki, bu aləmin cəlal sahibi Sani'si, insanı, Özünə anlayışlı bir muxatab və ehsanlarının bütün növlərinə nail mütəşəkkir (təşəkkür edən) bir qul olmaq üçün xəlq etmişdir. Onun üçün, insana ağıl vermişdir. Ta ki, kainatdakı hikmət və sənəti başa düşsün. Həm ona, hədsiz ehtiyaclar və iştahlar vermişdir. Ta ki, nemətinin növlərini ona daddırsın. Bu ehtiyac və iştahların sövqü və ağıldan gələn hikmətin qüvvətilə, bir sultan və xəlifə olaraq, sair mövcudat üzərində təsərrüf etməyə səlahiyyət vermiş; mövcudatı da, onun əmrinə boyun əydirmişdir.

Bax, insan, ağlın bu qüvvətilə və fərqli ehtiyacların sövqü ilə, yerdə təsərrüf edərək, sənət əsərlərini, öz həvəsinin həndəsəsi və ehtiyaclarının düsturları ilə gözəlcə tənzim, təşhir, təzyin etmək xidmətində çalışdırılmaqdadır.

Əgər insan, nübüvvətə tam təslim olaraq yaradılış hikmətinə (yuxarıda zikr edilən mənaya) müvafiq olarsa, təsərrüf etdiyi mövcudat da, intizama girər və yaradılış hikmətini göstərmiş olarlar.

Xülasə:

Həm bəşərin maddi və mənəvi intizamının mədəni; həm də onun ağlının qüvvətilə hökm və təsərrüf etdiyi mövcudatın intizamının mədəni, mütləq nübüvvətdir. Bu mütləq nübüvvətin --->

------------------------

bürhanı, insanın hayvaniyyetden 3 noktada olan terakkisidir.

Yəni:

(Mütləq nübüvvətin) bürhanı isə, insanın, heyvaniyyətdən 3 cəhətdən olan tərəqqisidir.

-----------------

Şərhi:

Sani olan Allahın bir şeydə qəsd etdiyi hikmətin nə olduğunu başa düşmək üçün, o şeyin, yaradılış etibarı ilə sair əşyadan nə kimi fərqlərinin olduğuna baxmaq lazımdır. Şirin pəncəsinə baxan adam, onun, qələm tutmaq üçün deyil; parçalamaq üçün yaradıldığını başa düşər. Elə də, insanın yaradılışında, Sani'nin tələb etdiyi hikmətin nə olduğunu başa düşmək üçün, onu, həmcinsi olan heyvanlar (canlılar)'dan ayırd edən və üzərinə fəzilət verən nöqtələrə, cəhətlərə baxmaq lazımdır. Bu cəhətlərə baxdığımızda, görəcəyik ki, o hikmətlərin təhəqqüqü/gerçəkləşməsi, ancaq, mütləq nübüvvət ilə mümkündür. Əgər nübüvvət olmazsa, bəşərin heyvandan fərqi qalmaz. Hətta, deyil heyvandan üstün olmaq; əksinə, əsfəl-i safilində (aşağıların ən aşağısında) ən bədbəxt və zərərli bir məxluq olar. Bu isə, insanın yaradılış hikmətinə müxalifdir. O halda, bəşəri bu surətdə xəlq edən hikmət sahibi Sani, əlbəttə o hikmətlərin təhəqqüqünə səbəb olan Nəbiləri göndərməsi, hikmətin muqtəzası/gərəyidir.

Bax, bəşəri heyvaniyyətdən tərəqqi etdirərək ayırd edən və bütün heyvanlar üstündə bir mahiyyət qazandıran şeylər, ümum etibarı ilə, bu 3 nöqtə/cəhətdən ibarətdir --->

-------------------------

Birincisi: "Fikrin evveli amelin âhiri, amelin evveli fikrin âhiri" olan kaidesinin zımnındaki sırr-ı aciptir.

Yəni:

✓ Birincisi: "Fikrin əvvəli, əməlin axırı; əməlin əvvəli, fikrin axırı" olan qayda içindəki qeyr-i adi sirdir.

---------------------

Şərhi:

Bu qayda, insandakı elm/bilmək və sənət qabiliyyətinin əsasını göstərir. -Müəllifimizin aşağıda izah edəcəyi üzərə- insan sənəti:

~ ilk əvvəl, fikrən təhlil;

~ sonra da, əmələn tərkibdən

ibarətdir.

İnsan xüsusiyyəti olan ağıl, əşya arasında tərtib edilən (sıra ilə düzülən) illətlər (səbəblər) silsiləsini, fikir və nəzər ilə kəşf edərək təhlil edər. Yəni, mürəkkəb və mürəttəb olanları (sıra ilə düzülənləri) ayırar. Məsələn, fikrən deyər:

"Mənim, çörək bişirməyim lazımdır. Çörək isə, bişirilmiş xəmirdir. Bişirmək üçün, atəşə; xəmir üçün də, un, su və duza ehtiyacım var. Su ilə duzum var. Ancaq, unum yoxdur. Un üçün, buğdamın olması lazımdır."

Buğdanı əldə etmək üçün baxar. Aləmdə buğdanın necə meydana gəldiyini kəşf edər. Səbəblər silsiləsinin sonundan başa doğru fikrən təhlil edərək, ilk əvvəl, toxum əkilməsi gərəkdiyinə çatar. Bax bu, elm qabiliyyətidir.

Fikir, bu elmi qabiliyyətlə, sondan başa doğru təhlil etdikdən sonra; bu səfər də, arzu etdiyi qayəyə çatacaq şəkildə, başdan-sona doğru, bu cüziyyatı, bir tərtibə daxil edər. Yəni, kainatda kəşf etdiyi qanunlara uyğun hərəkət edib, o cüziyyatı (sıradakı hər bir səbəbi), tərkib və tərtib edər. Bu da, ona, sənət qabiliyyəti verər.

Görüldüyü üzərə, fikir, mürəkkəb şeylərin son halından başlayıb, təhlil edə-edə, ta ən kiçik cüz/parçasına; və mürəttəb səbəblər silsiləsinin də nəhayətindən başlayıb bidayətinə (başlanğıcına) çatır. Fikrin sonda çatdığı bu nöqtə, əməldə ilk olaraq edəcəyi şeydir. Bax bundan dolayı: "Fikrin əvvəli, əməlin axırıdır; əməlin əvvəli isə, fikrin axırıdır." deyilmişdir. Çünki fikir, sondan başlayıb geriyə doğru təhlil etdiyindən, əməlin axırı olan mürəkkəbat (mürəkkəb, tərkib edilmiş şeylər), fikrin başlanğıc nöqtəsidir. Fikrin təhlil sonunda çatdığı son cüz/parça isə, əməlin başlanğıc nöqtəsidir. Yəni, əməldə, ilk əvvəl, nəyin edilməsi gərəkdiyini kəşf edər. Məsələn: "Ən başda, toxumu tarlaya əkməliyəm." deməsi kimi...

Yenə, bu sirrdən dolayı: "Qayə, vücudən (varlıq olaraq), ən axır; fikrən isə, ən əvvəldir." deyilmişdir. Çünki, fikrin işi, qayəyə çatmaq üçün, gedilməsi lazım gələn yolu kəşf etməkdir. Onun üçün, ilk əvvəl, qayəni düşünər.

Bu sirr, Müəllif (rahiməhullah)'ın da dediyi kimi, həqiqətən əcaib bir sirdir. Allahın ən qeyr-i adi sənətlərindən və ən böyük ehsanlarından biri olan ağlın, çalışma sistemidir.

Xülasə:

Ağıl:

~ ilk əvvəl, təhlil;

~ sonra da, tərkib

edər.

-------------------

Şöyle:

Nur-u nazarla ilel-i müterettibe-i müteselsilenin meyanında olan terettübü keşfederek umum kemâlât-ı insaniyenin tohumu hükmünde olan mürekkebatı, besaite tahlil ve ircâ etmekle hâsıl olan kabiliyet-i ilim ve terkip dedikleri kavanîn-i cariyeyi istimal edip, san'atıyla tabiatı muhakât olan kabiliyet-i san'attan nazarının kusurunu ve evhamın müzahameti ve sevk-i insaniyetin adem-i kifayeti cihetiyle bir mürşid-i nebîye ihtiyaç gösteriyor—tâ, âlemdeki nizam-ı ekmelin muvazenesi muhafaza olunsun.

Yəni:

Belə ki (yəni, mütləq nübüvvəti iqtiza edən/gərəkdirən sirr, budur):

Nəzər nuru ilə, (bu kəşf edilir):

Zəncirin xalqaları kimi silsilə olaraq sıralanmış illətlər arasındakı tərəttübü (yəni, o illətlərin, nə keyfiyyətdə bir-birilərilə tərtib edildiklərini) kəşf edərək, ümum insan kamilliyinin toxumu hökmündə olan:

~ mürəkkəbləri, bəsitlərə təhlil və irca etməklə (yəni, mürəkkəb şeyləri ən bəsit cüzlərinə qədər ayırıb təhlil etməkdən) hasil olan elm qabiliyyəti; və

~ tərkib dedikləri (bu şey ki): kainatda cari olan qanunları, (öz məqsədinə çatmaq üçün) istifadə etmək surətində, (bir növ) sənətilə təbiəti təqlid etmək demək olan sənət qabiliyyətindən,

insan nəzərinin qüsurlu olması; və vəhmlərin onu sıxışdırması; və insan olmağın verdiyi fitri sövqün kifayət etməməsi cəhətilə, Nəbi olan bir mürşidə ehtiyac göstərir. Ta, aləmdəki mükəmməl nizamın müvazinəsi, mühafizə olunsun.

---------------------

Şərhi:

Sani olan Allah, insanı, elm və sənətə qabil bir surətdə xəlq etmişdir. Bununla, əlbəttə, onun, felən bu kamilliyə çatmasını qəsd etmişdir. Halbuki, bu kamilliyə çatmaq, ancaq Nəbilərin göndərilməsilə mümkün ola bilər. Çünki, insandakı elm və sənət qabiliyyəti, ağlın nəzər və fikrinin nəticəsidir. Lakin, ağlın nəzəri, qüsurludur. Necə ki, göz, görmək üçün günəşə möhtacdır. Tək başına görə bilməz və qaranlıqlardan qurtula bilməz. Həm, hər şeyi də görə bilməz. Məsələn, çox uzağı, çox kiçiyi və ya çox böyüyü görə bilməz. Elə də, ağlın nəzəri də, qüsurludur. Yardım almadan, hər həqiqəti tapa bilməz. Həm, vəhmlərin hücum və onu sıxışdırmasından da qurtula bilməz. Çox dəfə vəhmlər, ağla qələbə çalaraq, haqqı batil, batili də haqq zənn edər. O halda, necə ki, gözü görmək üçün xəlq edən Sani, inayəti/yardımı ilə günəşi də xəlq etmişdir. Elə də, ağlı, nəzər və fikir üçün xəlq edən o Sani, əlbəttə, inayətilə, nəbiləri də göndərib ağla nur verəcəkdir. Bu xüsusda, insan olmağın verdiyi fitri sövq, kifayət etməz.

Bəli, Sani olan Allah, bəzi şeylərə, fitri sövq ilə hidayət edir. Məsələn, o şeyə, bir kamal nöqtəsi üçün istedad verir və o istedaddan ---> bir ehtiyac doğur. Bu ehtiyac və istedadın fitri sövqü ilə, o şey ---> kamalına doğru hidayət və sövq edilir. Lakin, bu fitri sövq, insan üçün kifayət etmir.

Bəli, insana verilən elm və sənət istedadı və onu buna cəbr edən və təbiətinin cəm ediciliyindən qaynaqlanan sonsuz ehtiyac və arzuları; həm insanca yaşamaq; rifah içində olmaq; və zinətə düşgünlüyü; və fitrətində dərc edilən şiddətli maraq və həqiqəti axtarma meyli kimi insan olmağın gərəyi olan saiqlər (sövq edici səbəblər), onun namizəd olduğu elm və sənətə felən çata bilməsinə kifayət etmir. Çünki, bu saiqlər, onu, sadəcə təhrik edər; lakin yolunu tapmaqda və istiqaməti qorumaqda kifayət etməz. Çünki, ağlın nəzərində, qüsur vardır; və vəhmlərin onu sıxışdırmasından da, insan, qurtula bilmir. Heyvan kimi məhdud bir neçə ehtiyac üçün bir neçə kiçik sənət üçün hazırlanmamışdır ki, yalnızca fitri bir sövq (fənn dilində instinkt) ilə sövq edilə bilsin. Mütləq, Nəbilərin təlim və irşadına möhtacdır.

Zatən, fitri sövqün insana kifayət etmədiyi, açıqdır. Bir heyvan, fitri sövq ilə vəzifəsini və həyat şərtlərini bilib rahat yaşayarkən; insan, təlim və təhsilə ehtiyac duyur. O halda, bəşərə ediləcək təlimin əsası, toxumu, məbdəsi, ancaq Nəbilər vasitəsilə Allah tərəfindən edilən bir təlim ola bilər. Doğru və istiqamətli təlim də, ancaq Onların təlimidir.

Demək, Nəbilər olmasaydı, bu insan növü, heyvaniyyətdə qalardı. Hətta, heyvanın ən aciz, səfil və pərişanı; həm də ən zalım və qəddarı olardı. Bu da, kainatdakı mükəmməl nizamın müvazinəsini pozardı. Çünki, insanın, heyvandan sənət və cihazları etibarı ilə 100 dərəcə üstün olduğu halda, həyat etibarı ilə ondan 100 dərəcə aşağı düşməsi, bir müvazinəsizlikdir və kainatda müşahidə edilən mükəmməl nizama uyğun gəlmir. Çünki, müvazinənin olmadığı yerdə, nizam yoxdur.

Burdan da başa düşülür ki, bu gördüyümüz maddi və mənəvi, dünyəvi və uxrəvi (axirətə aid) bütün kamillik və gözəlliklərin səbəbi, Nəbilərin təlim və irşadlarıdır.

İxtar (xatırlatma):

Bəli, insan növünün yaradılış hikməti və heyvanlardan fəzilət cəhəti və yerin xəlifəsi olmasının əsası olan bu elmlər və fənnlərə sövq və irşad edilmələri, Nəbilər ilədir. Lakin, bu elm və fənnlər, 2 qisimdir:

• Biri: dünyəvi və maddi;

• Digəri isə: uxrəvi və mənəvidir.

Yəni:

• Biri: bu maddi aləmə baxan həqiqi fənlərdir;

• Digəri: bu həqiqi fənlərin də əsası olan Allahın isimlərini bilmək, yəni, Allahın, sənət əsərləri üzərində göstərdiyi isimlərini və sifətlərini müşahidə edib, Onun mərifətini qazanmaq və bu sənət əsərlərinin nə tərzdə ibadət və təsbih etdiklərini dərk edib, yekununu Allahın dərgahına təqdim etməkdir.

Bu ikinci elm, yəni, mərifətullah və ibadətullah, çox əhəmiyyətli olması ilə bərabər, birinci qisim olan maddi və dünyəvi fənlərin də əsasıdır. Çünki, bu fənlər, Allahın isimlərinin kainatdakı təzahürləridir. Həm də, o fənlərdən mətlub olan qayə və kamal nöqtə də, yenə o isimlərdir. Yəni, həm fənlərin məbdəsi (başlanğıcı), həm də müntəhası (sonu)'dur. Məsələn, tibb elmi, Allahın əl-Hakim, əş-Şafi kimi isimlərinə istinad edir. Riyaziyyat və həndəsə, əl-Adl, əl-Muqtədir, əl-Musavvir kimi isimlərinə istinad edir və kamalları da, yenə o isimlərdir.

Bax, bütün elmlər və fənlərin əsası və kamal nöqtəsi, uxrəvi və mənəvi elmlər olduğu; və mənəvi elmlər, hədd-i zatında, daha əhəmiyyətli olduğu üçün; və dünyəvi elmlər və fənnlər, ancaq tədrici bir surətdə, zaman içində, bəşərin fikrinin birləşməsilə yardımlaşaraq təkamül etməsi, mənəvi elmlərin isə ani olaraq əldə edilməsi və hər fərddə şəxsən nöqsansız olması lazım gəldiyi üçün, Nəbilər, təlimlərində, uxrəvi və mənəvi elmləri, xüsusən mərifətullahı bir başa əsas qılıb, açıq bir surətdə və ən kamal mərtəbədə dərs verdilər. Lakin, dünyaya baxan və ancaq fikirlərin birləşməsilə təkamül edə bilən və fərdi deyil ancaq növ olaraq əldə edilə bilən və hər fərdin möhtac olmadığı maddi fənləri bir başa deyil, bəlkə, o fənlərin çəyirdəkləri hökmündə olan əsaslarını bəşər ağlının əlinə verib, çəyirdəklərin inkişaf edib sünbül verməsini, bəşərin öz istedadı və ictihadına və təcrübələrinə həvalə etdilər. (haşiyə) Bunun üçün də, İlahi elmlərdə, təfsil və təsrih edib (çox açıqlama verib); kövni (kainatla bağlı) elmlərdə, icmal etdilər. Əgər kövni elmlərdə də təfsil və təsrih etsələrdi, həm kainatın nizamı altüst olardı. Çünki, bu fənlərdə, tədricilik əsasdır. Həm də, bəşərin sənət istedadı inkişaf etməzdi. Çünki, sənət istedadı, təcrübə ilə inkişaf edər. Açıqca təlim etmək, təcrübəyə manedir.

------------------------

(Haşiyə:

Bu qismin misalları üçün, bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9%99si-31-ci-ay%C9%99-1-0

Bir müəllim kimi Peyğəmbərimiz:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99n-boyuk-mu%C9%99llim-peyg%C9%99mb%C9%99r

------------------------

İkincisi: Gayr-ı mütenahi olan beşerin istidadı, gayr-ı mahsur olan âmâl ve müyûlâtı ve gayr-ı mazbut olan tasavvurat ve efkârı, gayr-ı mahdut olan kuvve-i şeheviye ve gazabiyesidir.

Yəni:

Bəşərin:

~ sonsuz olan istedadı;

~ həsr edilməyən arzu və əməlləri;

~ zəbt edilməyən təsəvvürləri və fikirləri;

~ məhdud olmayan şəhvət və qəzəb qüvvəsidir.

 

Mətnin izahından əvvəl bəzi istilahların açıqlaması:

• "İstedad": "əşyada, bəzi şərtlərin və səbəblərin gerçəkləşməsi və bəzi əngəllərin qalxması ilə meydana gələn şey"dir.

"Şərhu'l-Qanunçə"də isə, istedad, belə tərif edilir: "Nütfə, bi'l-quvvə/potensial olaraq insandır. Yəni, insan surətinin özündə meydana gəlməsi, nütfənin xüsusiyyətidir. Əngəllərin qalxması və şərtlərin meydana gəlməsi cəhətindən, nütfədə, bəhsi keçən bu surəti hazırlayan bir keyfiyyət meydana gəlir. Bax bu keyfiyyət, istedad deyə adlandırılır. Onun gərəyi olan qəbul/qabiliyyət isə, istedadi imkan və yenə qüvvə deyə adlandırılır."

Buna görə, istedad, 2 mənaya gəlir:

a. Hazırlayıcı keyfiyyət;

b. Bu keyfiyyətin gərəyi və feli müqabili olan qəbul (qabiliyyət).

İstedad və qabiliyyət arasındakı fərq, budur:

Qabiliyyət, xaricdən gələn təsirləri götürə bilmə gücü, qəbul edə bilərlik mənası daşıyır. Halbuki istedad, ruhda potensial olaraq var olan, inkişafa əlverişli bütün xüsusiyyətlərdir. Məsələn:

Hər insanın ruhunda, rəssamlıq istedadı, potensial olaraq vardır. İnsan, rəssamların təcrübələrini götürə bilmə gücünə (qabiliyyətinə) kifayət qədər sahib olarsa, onları, bu qüvvə ilə götürə və ruhundakı rəssamlıq istedadını inkişaf etdirə bilər.

 

• Meyl: Filosoflara görə, meyl, kəlam alimlərinin "etimad" adını verdiyi şeydir. ibn Sina, meyli: "cismə müdafiəni (yəni, müqaviməti) zəruri qılıb, onun, bir yönə hərəkətini əngəlləməyən şey" olaraq tərif etməkdədir. Bu tərifə görə, meyl, bu müqavimətin illəti (səbəbi)'dir.

Meylin, bu müqavimətin özü olduğu da deyilmişdir.

Mötəzilə, Qadı əbu Bəkr əl-Baqillani kimi bir çox Sünni/Əşari alim, meylin varlığının zəruri olduğunu; və yoxluğunu iddia etməyin, hissi zərurətə qarşı bir inad olduğunu söyləmişlərdir. Çünki:

Ağır bir daş daşıyan kimsə, o daşdan, aşağıya doğru bir meyl hiss etməkdə; suyun içərisində şişirilmiş bir tuluma əlini basan, onun, yuxarıya doğru meylini hiss etməkdədir. Bütün bunlar, meylin, müqavimətin özü olaraq açıqlandığı zamandır.

Birinci görüşə (yəni, meylin müqavimətin illəti olduğu) görüşünə görə isə, müqaviməti gərəkdirən şey olmasa, eyni əldən, eyni qüvvətlə, eyni məhəldə atılan 2 daşın böyüklük cəhətindən fərqli olduqları vaxt, sürətlərində bir fərq olmaması lazım gələrdi. Çünki, bu təqdirdə, o daşlarda, atılma yönünə zidd bir müqavimət və müqavimətin məbdəsinin mövcud olmayacağından, hərəkətlərində bir fərq olmaması lazım gəlir. Çünki, failin eyni olmasından dolayı, fail etibarı ilə, bir fərq yoxdur; xarici əngəl etibarı ilə də fərq yoxdur. Çünki, eyni məsafədə atıldığı fərz edilmişdir. Daxili əngəl etibarı ilə də fərq yoxdur. Çünki, bu 2 daşda müqavimət və müqavimətin məbdəsinin olmadığı fərz edildi və bu ikisinin xaricində də, daxili bir əngəl yoxdur. Bütün bunlardan dolayı, o 2 daşın sürətlərinin, eyni olması lazım gəlir.

Bu istidlala, imam Fəxrəddin ər-Razi, daşların təbiətinin, qasri hərəkətə müqavimət göstərdiyini söyləyərək cavab vermişdir.

Təbiətin, cismə nüfuz etmiş və cismin bölünməsilə bölünə bilən bir şey olması səbəbilə, böyük olan daşda, təbiətin daha qüvvətli olduğu xüsusunda, bir şübhə yoxdur. Bax, bu səbəbdən, böyük daşın hərəkəti, yavaş olur. Bundan dolayı, iddia edilən müqavimətin təbiətdən fərqli bir məbdəsi olduğu lazım gəlmir ki, meyl və etimad olaraq adlandırılsın. Dolayısı ilə, o ikisilə adlandırılması, olduqca uzaq bir ehtimaldır.

Bilməlisən ki, müqavimət, hərəkətdən fərqlidir. Çünki, müqavimət, sükun halında da mövcuddur. Şübhəsiz, havada, zorla hərəkətsiz tutulan bir daşda, aşağıya doğru yönəlmiş bir müqavimət; şişirilmiş bir surətdə suyun içində hərəkətsiz bir şəkildə tutulan tulumda da, yuxarıya doğru yönəlmiş bir müqavimət görürük.

Filosoflara görə, meyl:

1. Təbii;

2. Qasri;

3. Nəfsani

olmaq üzərə, 3 qismə ayrılır. Çünki:

~ Meyl, ya məhəllin xaricindən bir səbəbdən, yəni, meylin məhəllindən, işarət və mövqe cəhətindən fərqli bir səbəbdən qaynaqlanır; ya da, xarici bir səbəbdən qaynaqlanmaz. Birincisi, qasri meyldir. Buna nümunə olaraq, yuxarıya atılmış daşın meylidir.

~ İkinci halda isə, ya şüurla bərabərdir və iradədən meydana gəlir; ya da şüur və iradə yoxdur. Şüurla bərabər olub, iradədən meydana gələn meyl, nəfsani meyldir. Buna misal, insanın iradi hərəkətindəki meylidir. (Yəni, insan, bir şeyi iradə etməmişdən əvvəl, onda öz iradəsilə bir meyl meydana gəlir. Daha sonra, istəsə meylin gərəyinə yönəlir.)

~ Şüur və iradənin mövcud olmadığı meyl, təbii meyldir. Buna nümunə, daşın, təbiəti gərəyi aşağıa yönəlmiş meylidir.

 

Təsəvvür: “Müfrəd (yalnız 1şeyə və ya 1 şəxsə işarət edən) bir ifadənin dəlalət etdiyi zatların, təfhim (fəhm etmə) və təhqiq yolu ilə idrak edilməsidir. "Cisim, ağac, mələk, cin, ruh və bənzəri ləfzlərdən qəsd edilən mənanı idrak etmək kimi...

--------------------

Mətnin şərhi:

İnsanı heyvandan üstün qılan və ancaq mütləq nübüvvət ilə gerçəkləşə biləcək olan ikinci fəzilət cəhəti: insan istedadlarının sonsuz olmasıdır.

Yəni, onun, çox istedadları olub, bunlara fitri bir hədd qoyulmamışdır. Onun sonsuz istedadlarından ---> sonsuz arzular və meyllər doğmuşdur. Çünki, bir şeyin nəyə istedadı varsa, ona qarşı bir arzu və meyli olur. Arzular və meyllərdən isə ---> təsəvvürlər və fikirlər meydana gəlir. Təsəvvür və fikirlər də nəyə gözünü dikirsə, o, mətlub bir mənfəət olur və şəhvət, yəni, mənfəəti təmin qüvvəsi, onu cəlb etmək istəyir. Bu təsəvvür və fikirlərə mane olan hər şey də, bir növ düşmən olduğu üçün, qəzəb, yəni, zərərləri dəf qüvvəsi də, bu zərərləri dəf etmək istəyir.

Lakin, bu istedad, arzu, fikir, şəhvət və qəzəbin nəhayətsizliyinin insan üçün bir kamal və fəzilət ola bilməsi, ancaq cəvəlan edəcək (yəni, sanki gəzib dolaşa biləcək) bir meydan tapmasına; və üzünün, o meydana çevrilib sövq və irşad edilməsinə; və o istedadına münasib və kamalını nəticə verəcək bir təlim və tərbiyə görməsinə bağlıdır. Yəni, bu insanı yaradan Zat, insanın istedadına münasib; və inkişafına zamin və kəfil olan şəri hökmlərini ona göndərməsinə bağlıdır. Necə ki, istedadlı və zəkalı bir uşaq, əgər ona münasib bir irşad və təlim və tərbiyə görməzsə; və ona, istedadının cəvəlan edəcəyi meydanlar və maddi imkanlar verilməzsə, inkişaf etməsi, mümkün deyildir. Elə də, istedadlarında hüdud olmayan bu insan növü, əgər Nəbilər vasitəsilə təlim və tərbiyə görməzlərsə; və şəri hökmlərlə istiqamətə sövq edilməz; və cəvəlan edəcəkləri geniş axirət aləmlərinə nəzərləri çevrilməzsə, namizəd olduqları kamilliyə çata bilməzlər. Dar dünyanın fane işləri içində, ən səfil bir dərəcəyə düşərlər.

Həm, belə nəhayətsiz istedadlar, arzular və fikirlərin səadət və kamalı, ehtiyaclarını tətmin edəcək bir istimdad (yardım alacaq) nöqtə və qorxduqlarından əmin qılacaq bir istinad nöqtəsi olmasına bağlıdır. Yoxsa, bu nəhayətsizlik, onu, heyvanların (həyat sahiblərinin) ən pərişan, çarəsiz, kədərli və ən səfil dərəcəsinə düşməsinə səbəb olar.

Bu istinad və istimdad nöqtəsi isə, Allahın rəhmət və qüdrətidir. İstedadların cəvəlan meydanı isə, əbədi və geniş cənnət həyatıdır. İnsanın üzünü kəsrətdən (çoxluqdan) vəhdətə çevirərək, istinad və istimdad nöqtəsini göstərəcək və onun üzünü fane və dar həyatdan əbədi və geniş olan axirət həyatına yönləndirəcək şəxslər isə, Nəbilərdir. Və insanın istedadına münasib və inkişafına əlverişli olan tərbiyə qanunları da, ancaq və ancaq, O Nəbilərin gətirdiyi və təklifi (yəni, insanların ixtiyari fellərinə bağlı qanunları) təkvinə (kainatdakı fitri qanunlara) bağlayan və fitrətə müvafiq olan şəriət hökmləridir. Yoxsa, bütün o nəhayətsiz istedadlar, arzular, meyllər, fikirlər və təsəvvürlər, əbəs və israf olar.

Not: Müəllifimiz Ustad Bədiü'z-zaman Said Nursi, bu ikinci fəzilət cəhətinin digər 2 cəhətlə bərabər mütləq nübüvvəti necə istilzam etdiyini (gərəkdirdiyini), iləridə, bərabər izah edəcək. Hərçənd, 1-ci cəhətdə, o dəlalətə, qısa bir işarət var idi. Lakin, bu 2-ci cəhətdə, heç işarət yoxdur. Bundan dolayı, biz, burda, istihzar (hazırlama) üçün, qısa bir izahı əvvəlcədən verdik. Çünki, bu 2-ci cəhətdəki məqsəd, yalnış başa düşülə bilər. Sanki, burdakı məqsəd, insan istedadının nəhayətsizliyinin, insanı, zülmə və təcavüzə sövq etməsi səbəbilə, Nəbilər vasitəsilə o təcavüzlərə sədd çəkilə bilər kimi məna başa düşülə bilər. Halbuki, bu cəhətdəki məqsəd, bu deyildir. Bu məqsəd, bir az sonra gələn 3-cü fəzilətdəki mizacın etidalı məqsədidir. Bu 2-ci cəhətdəki məqsəd isə, insanın, istedad cəhətindəki kamalını və səadətini qazanmasının, ancaq, Nəbilərin irşadlarına və gətirdikləri şəri hökmlərə bağlı olmasıdır. Yəni:

~ 2-ci cəhətdə, məqsəd: insan istedadlarına təkamül vermək;

~ 3-cü cəhətdə məqsəd isə: insanın təcavüzlərinə sədd çəkməklə, etidallı olmasını təmin etməkdir.

Həm, insanın, bu 2-ci fəzilət cəhəti olan sonsuz istedadlar və meylləri, axirət həyatının da ən açıq ənfusi (nəfsi) dəlili olduğu üçün; Müəllif, indi, istidradi (bir sözdə, əsl məqsəddən bəhs edərkən, əlaqəli olaraq, ikinci dərəcəli mövzulardan bəhs etmək) olaraq, haşra (axirət həyatına) dair bir bəhs açır. Belə ki:

--------------------

--------------------

(İşaret)

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), indi, istidradi bir bəhs olaraq, insan istedadlarındakı bu nəhayətsizliyin, əbədi həyata necə dəlalət etdiyinə bir işarət edir. Bunun üçün, ilk əvvəl, insanın istedadlarının sonsuz olduğunu isbat edir. Belə ki:

---------------------

Bir adama milyonlarca sene ömürle bütün lezaiz-i dünyeviye ve her cihetten tasallut-u tâm verildiği halde, istidadındaki lâyetenâhîliğin hükmünce bir "Ah, ah, leyte"yi çekecektir.

Yəni:

Bir adama, milyonlarla il ömür ilə bütün dünyəvi ləzzətlər və hər cəhətdən tam (yəni, hər şeyə) təsəllüt (hökm etmək, istila etmək) gücü verildiyi halda (yəni, verilməsi fərz edilsə), istedadlarının sonsuzluğu səbəbilə, bir "Ah, ah, kaş ki!" deyəcəkdir.

Yəni, insan, bununla da tətmin olmayacaq, "Daha yoxdurmu?" deyəcəkdir. Sonsuz bir istedad, əlbəttə, sonlu bir şeyə razı olmaz və bununla tətmin ola bilməz. Əgər razı olsaydı, istedadın bir hüdudu olduğunu göstərərdi. Halbuki, insan, fitrətini dinləsə, milyonlarla il və ən məsud bir ömür ona verildiyini xəyal etsə, o ömrün sonunu təsəvvür etdiyi anda, "ah" çəkər və daha artığını istəyər. Bir düşün, xəyal belə, bir hüdud və son qəbul etmək istəmir. Elə isə, ağıl, qəlb, ruh kimi ülvi cihazlar, bir sonla necə tətmin ola bilər?!

-------------------------

Güya o adem-i rıza ile remz ve işaret ediyor ki, insan ebede namzettir ve saâdet-i ebediye için halk olunmuştur. Tâ gayr-ı mütenahi bir zamanda, gayr-ı mahdut ve geniş bir âlemde, gayr-ı mahsur olan istidadatını bilfiile çıkarabilsin.

Yəni:

Sanki o (sonlu və fane olana) razı olmamaqla, rəmz və işarət edir ki, insan, əbədə namizəddir və əbədi səadət üçün xəlq edilmişdir. Ta ki, sonsuz bir zamanda, məhdud olmayan və geniş bir aləmdə, həsr edilməyən istedadlarını, felə çıxara bilsin.

----------------------

Şərhi:

Bir şeyin necə təchiz edildiyinə baxıldığında, onda əsli məqsədin nə olduğu, başa düşülür. Məsələn, bir kimsə, bir çox ərzaq və silah və minik ilə təchiz edildiyində, təchizatı nisbətində, onun, uzaq və mühim bir məqsədə göndərildiyi başa düşülür. Əks təqdirdə, təchizatdakı hikməti ibtal olub əbəs və israf olar. Halbuki, təchizatın varlığı, hikmətin varlığına dəlalət edir. Elə də, Sani olan Allah'ın, insanı, bu dünyaya sığmayan və nəhayəti olmayan istedadlar və meyllər və arzular və fikirlər ilə təchiz etməsi, sonsuz və geniş bir aləm və həyat üçün yaradıldığına bir rəmz (gizli işarət)'dir. Əks təqdirdə, bütün bu təchizat, hikmətsiz, əbəs və israf olar. Halbuki, belə bir təchizat, Sani'nin, çox hakim (hikmət sahibi) olduğuna, açıq bir şəkildə dəlalət etməkdədir.

Həm, umum kainatda, hər bir şeydə görünən hikmət, əbəssizlik və israfsızlıq da, Sani olan Allahın hikmətinə dəlildir. Məsələn, Sani, göstəbəklərə, görmə istedadı verməmişdir. Çünki, torpaq altında yaşayacağı üçün, ona görmə istedadının verilməsi, əbəs və faydasız; hətta, göstəbək üçün əzab və izdirab olardı. Bəs yaxşı, bu insanın, belə nəhayətsiz istedadlar, arzular və meyllərlə təchiz edilməsindən,

-ki, nəhayətsizlikləri səbəbilə, bu dünya, ona, torpaq altında dar bir göstəbək yuvası kimi gəlir. Darlıqdan nəfəsi kəsilib, "ah, vah, of" deyir. Yuvanın xaricində, hüdudsuz bir aləmə çıxıb cəvəlan etmək istəyir-

başa düşülmürmü ki, bu insan, bu dünya üçün yaradılmıyıb?! Əksinə, hüdudsuz bir meydanda, hüdudsuz bir ömürdə, əbədi bir səadət üçün xəlq edilmişdir?!

Demək, insan, əbədə namizəddir və əbədi səadət üçün xəlq edilmişdir!

Müəllifimiz Nursi (rahiməhullahu Taala): "Əbədə namizəddir." dedi. Yəni, əbədiyyəti qazanmaq üçün lazımi hər şeylə təchiz edilmişdir; və hər fərdin, onu qazanması mümkündür; ancaq, felən hər kəs, o səadəti qazana bilmir, deməkdir.

"Əbədi səadət üçün xəlq edilmişdir." sözündən muradı isə: "İnsaniyyətin yaradılışındakı əsli məqsəd, budur." deməkdir. Yoxsa, "Hər bir fərd, səadətə nail olacaqdır." demək deyildir. Kafirin cəhənnəmə getməsi, təbəi (dolaylı)'dır. Ancaq, insaniyyətin xilqətindəki əsli qayə deyildir. Necə ki, bir insan, gözəl və faydalı bir mal istehsal etmək üçün fabrik qurur. Bundan əsli qayəsi, külli və kəsrətli (çoxlu) xeyir və maslahatlardır. Lakin, bu xeyir və maslahatların varlığı, dolaylı olaraq, bəzi şərlərin və qüsurların da varlıq qazanmasını istilzam edir. Məsələn, bir az gurultu olur; çalışanlar, yorulur; və ya bəzi füzuli maddələr ortaya çıxır. Ancaq bunlar, təbəi və cüzi nəticələrdir. Əlbəttə, bu təbəi nəticələr də, fabriki quranın elmi və iradəsi daxilindədir. Lakin, fabrikin inşasındakı əsli qayə, deyildir. Əgər o təbəi və cüzi nəticələrin varlıq meydanına çıxmaması istənsə, bu, ancaq, fabrikin heç inşa edilməməsilə bərabər ola bilər ki, bu da, kəsrətli və külli xeyir və maslahatların varlıq qazanmamasını istilzam edər. Çox xeyirlərin yoxluğu isə, çox şərr olar. Bu sirrdən dolayı, təbəi və cüzi şərlərin varlığı da, hikmətən qəbul edilir.

Elə də, Sani olan Allahın, insanı, əbədi səadətə görə təchiz etməsi göstərir ki, əsli məqsəd etibarı ilə, insanı, əbədi səadət üçün xəlq etmişdir. Onun üçün, "Hər bir fərd, əbədi saədətə namizəddir." deyilir.

------------------------

------------------------

(Tenbih)

Müəllifimiz Ustad Nursi, yuxarıda, insan istedadlarındakı nəhayətsizliyin, inkişaf edə bilmək və kamal nöqtəsinə çata bilmək üçün, nəhayətsiz bir aləmi gərəkdirdiyi; dolayısı ilə, Sani olan Allahın, hər şeydə görünən hikmət və inayəti (yardımı)'nın, axirətin varlığına və insanın da ona namizəd olduğuna işarət etdiyi haqqında danışınca, indi, əgər belə bir aləm olmazsa, yəni, insan, yalnız bu dar və qısa və məhdud dünya üçün yaradılmışdırsa, ona verilən bütün bu geniş və nəhayətsiz istedadların əbəs olacağını və bunun da, fitrətdəki əbəssizliyə zidd olacağını; əbəs olduğu təqdirdə də, gözümüzlə gördüyümüz həqiqətləri inkar etməyimiz lazım gələcəyi haqqında danışacaq. Belə ki:

---------------------

Adem-i abesiyet ve hakaik-i eşyanın sübutiyetleri imâ ediyor ki: Bu dar ve mahsur ve herbir lezzetinde çok a'razın müzahametiyle keşmekeş ve tehasüdden halî olmayan şu dünya-yı deniyye içinde kemâlât-ı insaniye yerleşmez.

Yəni:

(Fitrətdə) əbəsiyyətin olmaması və əşyanın (şeylərin) həqiqətlərinin sabit olması (yəni, bu aləmin, batil bir xəyal deyil; həqiqət olması) ima edir ki:

Bu dar və həsr edilə bilən; və hər bir ləzzətində çox qərəzlərin (haşiyə) müzahəmətilə keşməkeş (olan, yəni, bir ləzzətə, çox əllər uzandığından, minlərlə qərəz və tələb vaqe olduğundan, müzahəmət və sıxışıqlıq vaqe olur. Bu da, keşməkeşə səbəbiyyət verir) və təhasüddən xali olmayan (yəni, bir-birinə həsəd etməkdən bəri olmayan; çünki, bir mənfəət, hər kəsə kifayət etmədiyindən, birinin əldə etməsi, digərinin məhrumiyyətini gərəkdirdiyi üçün, həsəd etməkdən xali olmaz) bu dəyərsiz dünya içinə, insan kamilliyi yerləşməz.

Yəni, bu dünya, insan kamilliyinə dar gəlməkdədir. Necə ki, böyük bir ağac olmağa istedadlı bir çəyirdəyi, dar bir saxsıda, qidası az bir torpaq içində yetişdirmək olmur. Elə də, bu dar və məhsur və keşməkeş və dəyərsiz "dünya saxsısı"nda, insan istedadı inkişaf edib kamilliyini tapa bilməz.

--------------------

(Haşiyə:

Osmanlıca mətndə "a'raz" deyə keçən kəlimə, bu əsərin ilk yazıldığı dil olan ərəbcəsində, qərəzin cəm halı olan "ağraz" şəklindədir. Ancaq latın hərfli nüsxələrdə, ğayn hərfindəki nöqtənin hazf edilməsilə, arazın cəm halı olan "a'raz" şəklində oxunmuşdur. Bu isə, mənaya uyğun gəlmir.

---------------------

Belki geniş ve müzahametsiz bir âlem lâzımdır. Tâ insan hakkıyla sümbüllensin ve ahval ve kemâlâtına nizam vermekle, nizam-ı âleme hem-dest-i vifak olabilsin.

Yəni:

Əksinə, geniş və müzahəmətsiz (sıx olmayan, zəhmət verməyən) bir aləm lazımdır. Ta insan, haqqı ilə sünbüllənsin (yəni, istedadlı olduğu həqiqi səadət və kamalına, orda qovuşsun) və (ta ki, elə bir aləmin varlığı, insanın üzünü, dünyadan özünə çevirərək, ona qayə olsun və axirət meyvələrini nəticə verən iman və saleh əmələ çalışsın və bu şəkildə, insanın) halları və kamilliyinə nizam verməklə, aləmə müvafiqlik əlini uzadaraq, əl birliyi edə bilsin. Yəni:

Bütün mövcudat, əl birliyilə, Sani olan Allaha biət edərək və əmrlərinə itaət edərək, fitri vəzifələrini yerinə yetirdiklərindən, bu kainat diyarında, bir nizam hasil olmuşdur. İnsan da, Allaha iman və itaət edərək, Allahın özü üçün təqdir etdiyi fitri vəzifəsini və yaradılış hikməti olan axirət yurdu üçün səy göstərərsə, halı və kamalı, nizama girmiş olar.

---------------------------

---------------------------

Tenbih ve işaret

İstitradî olarak haşre imâ olundu. İleride zaten burhan-ı kat'iyle ispat edilecektir. Fakat burada istediğim nokta: İnsandaki istidat ebede nâzırdır. Eğer istersen insaniyetin cevherine ve natıkıyetin kıymetine ve istidadın muktezasına teemmül ve tetkik et.

Yəni:

(Tənbeh) və (İşarət):

İstitradi olaraq (yəni, bu məqamın mövzusu olmadığı halda, kəlam münasibətilə təbəi, dolaylı bir bəhs olaraq), haşra ima edildi. İləridə (yəni, 3-cü Məqsəd olan: "Cismani haşr" bəhsində), zatən qəti bürhan ilə isbat ediləcəkdir. (haşiyə) Lakin, burda (açıqlamaq) istədiyim nöqtə, (budur):

İnsandakı istedad, əbədə namizəddir. (Yəni, istedadı, gözünü, əbədi dikmişdir. Demək, o istedad, ora üçün verilmişdir.)

Əgər (bu həqiqəti başa düşmək) istəyirsənsə:

~ insaniyyətin cövhərinə və natiqiyyətin qiymətinə (yəni, insanın cövhəri, onun mahiyyətidir. Ki, bu da, onun natiq/danışan, düşünən olmasıdır. Ki, bu da, çox qiymətlidir. Yəni, faneliyə atılmaz və qiymətsiz dünya malı ilə mübadilə edilməz); və

~ istedadın muqtəzasına (yəni, istedada qayə olmağa və sərf edilməyə layiq olan şeyləri)

təəmmül və tədqiq et. (Yəni, fane dünyanın qırılacaq şüşə parçaları, o istedadların muqtəzası, gərəyi deyildir. Diqqətlə təəmmül edildiyində, bu, görülür.)

-------------------

(Haşiyə:

Axirətin isbatı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/axir%C9%99t-h%C9%99yatinin-%...)

-----------------------

Sonra da o cevher-i insaniyetin en küçük ve en hasis hizmetkârı olan hayale bak, gör, yanına git ve de: "Ey hayal ağa!"

Yəni:

Sonra da, o insaniyyət cövhərinin ən kiçik və ən xəsis (aşağı dərəcəli) xidmətçisi olan xəyala bax, gör. Yanına get və de: "Ey xəyal ağa!"

-----------------------

Şərhi:

Müəllifin, xəyala "ağa" deyə xitab etməsi, çox lətifdir. Çünki, xəyalın, ən kiçik və xəsis bir xidmətçi olduğunu söylədiyi halda, ona, "ağa" dedi. Demək, xəyalın kiçiklik və xəsisliyi, ağıl, qəlb kimi cihazlarına və insaniyyət cövhərinə nisbətəndir. Yoxsa, onu, həqiqətən, kiçik şeylərə razı olub tətmin ola bilən xəsis bir xidmətçi zənn etmə. İnsaniyyət cövhərinin ən xəsis bir xidmətçisi olan xəyal belə, elə bir ağadır ki, ona, belə bir maaş təklif etsən, bax gör nə deyəcək? Ta ki, xidmətçi belə, ağa olarsa; padşah olan insanlıq cövhəri, necə olar bir qiyas et!

--------------------

Beşaret sana! Dünya ve mâfîhânın saltanatı, milyonlar sene ömürle beraber sana verilecektir. Fakat âkıbetin dönmemeksizin fenâ ve ademdir." Acaba hayal sana nasıl mukabele edecek? Ayâ, istibşar ve sürur veyahut telehhüf ve tahassürle cevap verecektir? Ecel, neam, evet, cevher-i insaniyet a'mak-ı vicdanın dibinde enîn ve hanîn edip bağıracak: "Eyvah, vâ hasretâ saâdet-i ebediyenin fıkdanına!" diyecektir. Hayale zecr ve ta'nif ederek, "Yahu! Bu dünya-yı faniyeyle razı olma!"

Yəni:

"(Ey xəyal ağa!) Müjdə sənə! Dünya və içindəkilərin səltənəti, milyonlar il ömür ilə bərabər sənə veriləcəkdir. Lakin, aqibətin, dönməmək üzərə fəna və yoxluqdur."

Görəsən, xəyal, sənə necə qarşılıq verəcəkdir? Görəsən, müjdələnmə və sevinc və yaxud üzüntü və həsrətlə (mi) cavab verəcəkdir?

Bəli, bəli, bəli.

İnsaniyyət cövhəri, vicdanın dərinliklərinin dibində, ənin (yəni, ağrı və izdirabdan dolayı inləyib) və hənin (həsrətdən dolayı inləyib) bağıracaq: "Əbədi səadətin itirilməsindən dolayı, eyvah və hasrəta!" deyəcəkdir. Xəyalı zəcr edib (çəkindirib ona) tə'nif edərək (yəni, şiddətlə qəzəblənərək): "Bu fane dünya ilə razı olma!" (deyəcəkdir).

---------------------

İşte ey birader, hînâ bu saltanat-ı faniye, sultan-ı insaniyetin en hakîr hizmetkârı veyahut şairi veyahut san'atkâr ve tasvircisini işbâ ve razı edemezse, nasıl o hayal gibi çok hizmetkârların sahibi olan sultan-ı insaniyeti işbâ edebilir?

Yəni:

Bax ey qardaş! Vaxta ki, bu fane səltənət, insaniyyət sultanının:

~ ən həqir xidmətçisini; və yaxud

~ şairini (yəni, şairlər xəyalpərəst olduğu və xəyal vermək də şeirin şanından olduğu üçün, xəyal, şair kimidir); və yaxud

~ sənətkar və təsvircisini (xəyal, surətləri rəsm etdiyi üçün, sanki rəssam və heykəltaraş kimidir)

belə doyura və razı sala bilmirsə; o xəyal kimi çox xidmətçilərin sahibi olan insaniyyət sultanını, necə doyura bilər?!

--------------------

Kella! Neam.

---------------

Şərhi:

"Kəlla" kəliməsi:

1. "Etmə!" demək kimi zəcr üçün istifadə edildiyi kimi;

2. "Xeyr" mənasında da istifadə edilir;

3. "Həqiqətən" mənasında da istifadə edilə bilir.

Bu 3 məna da, bura uyğundur. Belə ki, əgər:

1. Zəcr mənasındadırsa, "İnsaniyyət sultanına, belə bir təklif etmə!" deyə zəcr edir.

2. "Xeyr" mənasında olarsa, "Xeyr! İnsaniyyət sultanını, fane səltənət doyura bilməz." demək olur.

Bu 2 ehtimala görə, "kəlla", əvvəlki cümləyə baxır və arxasında "bəli" mənasına gələn "nəam" deməsi, izah üçündür. Yəni, insaniyyətin nə ilə doyacağını izah üçündür.

3. "Həqiqətən" mənasında olarsa, özündən sonra gələn cümləyə baxır və onun, həqiqət olduğunu ifadə edir. "Nəam" ilə də, təkid edir.

---------------------

Onu işbâ edecek, yalnız haşr-ı cismânînin sadefinde meknun olan saâdet-i ebediyedir.

Yəni:

Onu doyuracaq, yalnız cismani haşrın sədəfində gizlənmiş olan əbədi səadətdir.

--------------------

Şərhi:

Müəllifimiz, burda:

~ əbədi səadəti, bir inciyə;

~ cismani haşrı da, bu incinin sədəfinə

bənzətdi. İnsan cövhəri, ancaq belə bir inci ilə doya bilər.

-----------------------

Not: İndi, Müəllifimiz, dolaylı olaraq haşr bəhsini bitirincə, əsas mövzuya qayıdır. Ustad Nursi, belə davam edir:

---------------

---------------

Üçüncüsü: İnsanın itidal-i mizacı ve letafet-i tab'ı ve zînete olan meylidir. Yani, insanın insaniyete lâyık bir suret-i taayyüşe olan meyl-i fıtrîsidir.

Neam. İnsan hayvan gibi yaşamamalıdır. Ve yaşamaz. Belki şeref-i insaniyete münasip bir kemâl ile yaşamak gerektir.

Yəni:

Üçüncüsü (yəni, insanı, heyvandan üstün qılan və ancaq mütləq nübüvvət ilə gerçəkləşə biləcək üçüncü fəzilət cəhəti):

İnsanın:

~ mizacı (temperament, anadan gəlmə xüsusiyyətləri)'ndəki etidal; və

~ təbiətindəki lətiflik; və

~ zinətə olan meyli, yəni, insanın, insanlığa layiq bir yaşayış surətinə olan fitri meylidir.

Bəli. İnsan, heyvan kimi yaşamamalıdır. Və yaşamaz. Əksinə, insanlıq şərəfinə münasib bir kamal ilə yaşamaq lazımdır.

--------------------

Şərhi:

İnsanı heyvandan ayırd edən və üstün qılan bir cəhət də, mizacındakı etidaldır. Yəni, mizacının, balanslı; və ifrat və təfritdən uzaq olmasıdır. Heyvanlara baxdığımızda isə, onlarda, insandakı kimi bir etidal görünmür. Bir vəsf, digərlərinin ya üstündə, ya ifratda, ya da təfritdədir. Məsələn, şirdə, hiddət ifratdır. Qoyunda isə, həlimlik ifratdır. Bir vəsfin etidaldan çıxıb ifrat dərəcəsində olması, digər bir vəsfin təfritinə və ya mövcud olmamasına səbəb olur. İnsanın isə, hər növ istedadında, fitri bir etidal vardır. Bu etidal, onun hər şeyi cəm ediciliyinin bir lazımıdır. Əgər etidal olması idi, cəm ediciliyi olmazdı. Hətta insan, boyu etibarı ilə belə mötədildir. Ən kiçik mikroskopik bir canlıdan, ən böyük fil və balina kimi heyvanlara baxdığımızda, insan boyunun mötədil olduğu görünür. Heyvanların hər bir növü, məxsus bir vəzifə üçün xəlq edildiyindən, o vəzifəyə münasib olan vəsflərdə, bir ziyadə, əlavə görünməkdədir. İnsan isə, bir çox vəzifələrlə vəzifələndirilən bir "xəlifə" olduğu üçün, cəm edici bir şəkildə yaradılmış və bunun üçün də, ona, fitri bir etidal verilmişdir.

Ancaq, bəhs etdiyimiz bu etidal, yaradılış etibarı ilə olan etidaldır və nisbidir. Yəni, əvvəla, bu etidal, ixtiyari fellərindəki etidal deyildir. Çünki, onun istedadlarına bir hədd qoyulmadığından və iradəsinə bir növ sərbəstiyyət verildiyindən, ixtiyari fellərində istiqamət və mizandan çıxıb, ifrat və təfritə girə bildiyindən, etidal göstərməyə bilir. Zatən, mövzumuz da, budur. Mizacındakı etidalı mühafizə etmək üçün, ixtiyari fellərinə bir hədd və mizan/ölçü qoymaq məqsədilə Nəbilərin göndərilməsi, hikmətən lazımdır!

Həm bu etidal, nisbidir. Yəni, insanın, heyvana nisbətlə olan etidalıdır. Bir-birinə nisbətlə deyil. Yəni, hər bir insan fərdi, eyni dərəcədə tam etidallı bir fitrət üzərə deyildir. İnsan fərdləri, bir-birilələrilə müqayisə edildiklərində, birinin, bir vəsfdə iləri, digər bir vəsfdə geri olduğunu görə bilirik. Bəziləri, çox əsəbi; bəziləri, çox həlim; bəziləri, çox zəkalı və s. ola bilir. Burda, insan fərdləri içində maddi və mənəvi bütün xüsuslarda həqiqi və tam mötədil, ancaq:

"Şübhəsiz Sən, böyük bir yaradılış üzərəsən." (Qələm/4)

ayətinin hökmü gərəyincə, Muhamməd (sallallahu aleyhi və səlləm)'dir. Onun üçün, bütün tərifə layiq əxlaqın əsaslarını cəm edən şanı əzəmətli Quran, o kamil İnsana nazil edilmişdir. Fitrətən tam mötədil olduğundan, ixtiyari fellərində də etidal və istiqaməti tam mühafizə edə bilmiş və Qurana tam muxatab olmuşdur. Bizim isə, o dərəcə etidallı olmağımız, mümkün olmamaqdadır. Əlbəttə, insan növünə imam və rəhbər olacaq bir Şəxs də, ancaq belə bir kamil İnsan olmalıdır!

İnsanın mizacındakı bu etidal isə ---> onun təbiətinə, bir lətiflik vermişdir. Belə desək, insan, heyvan kimi kobud və qaba deyildir. Məsələn, heyvan kimi torpağa bulaşmış şeyləri yeməz; yaşadığı yer, gözəl olacaq; yatağı, yumşaq; libası, gözəl olacaq və s.

Təbiətindəki bu lətiflik də ---> ona, zinətə qarşı bir meyl vermişdir. Bəli, lətiflik, zinətə bir meyl verir. Lətif cins olan qadınların, kişilərdən daha çox zinətə meylləri də, bundan qaynaqlanır.

Xülasə:

İnsan mizacındakı etidal; bu etidaldan gələn ---> təbiətindəki lətiflik; və bu lətiflikdən gələn ---> zinətə qarşı meyl (yəni, insana layiq bir surətdə yaşamaq istəməsi), mütləq nübüvvəti iqtiza edir (gərəkdirir)!

----------------------------

Binaenaleyh, beşer mesken ve melbes ve me'keli, sanayi-i kesîreyle taltif etmesine muhtaçtır. Bu san'atlarda yalnızca kudretinin adem-i kifayetine binaen ebnâ-yı cinsiyle imtizac etmek, o da iştirak etmek, o da teâvün etmek, o da sa'yin semeratını mübadele etmesini iktiza etmekle beraber, kuvâ-yı insaniyedeki inhimak ve tecavüz sebebiyle adalete ihtiyaç, o da her aklın adalete adem-i kifayetine binaen, onu muhafaza edecek kavanîn-i külliyenin vaz'larına ihtiyaç, o da tesirini muhafaza etmek için icra edecek bir mukannine, o mukannin dahi zahiren ve bâtınen hâkimiyetini muhafaza etmek için maddeten ve mânen tefevvuka, hem de Sâni-i Âlemin tarafından bazı umûr ile muhassas olmasıyla bir imtiyaz ve kuvvet-i nispete, hem de evamirine olan itaati temin ve tesis eden azamet-i Sâniin tasavvurunu zihinlerde idame edecek bir müzekkire-i mükerrere olan ibadete muhtaçtır. O ibadet dahi Sâniin canibine efkârı tevcih eder. O teveccüh ise, inkıyadı tesis, o inkıyad dahi nizam-ı ekmele îsal eder. O nizam-ı ekmel dahi, sırr-ı hikmetten tevellüd eder. Sırr-ı hikmet dahi ademü'l-abesiyeti ve Sâniin hikmeti, masnudaki teennuku kendine şahit gösterir.

Yəni:

Bundan dolayı (yəni, mizacındakı etidal, təbiətindəki lətiflik və zinətə olan meyli ilə insanca yaşamaq arzu etdiyi üçün), insan --->

• Məskəni, paltarı və yeyəcəyi şeyləri, bir çox sənayə ilə lətifləşdirməsinə möhtacdır. Bu sənətlərdə tək başına qüdrəti kifayət etmədiyindən dolayı da --->

• Öz cinsi (yəni, digər insanlar) ilə imtizac etməyi (qaynayıb qarışmağı gərəkdirir). Bu da --->

• İş bölgüsü etməyi; bu da --->

• Bir-birinə kömək etməyi (gərəkdirir). Bu da --->

• Səyin səmərələrini mübadilə etməsini (yəni, çalışmasının meyvələrini, yəni, xüsusi sənətilə istehsal etdiyi şeyləri, bir-birilərilə dəyişdirməyi, yəni ticarəti) gərəkdirir.

Bununla bərabər, insan qüvvələrindəki tamahkarlıq (ki, bu, şəhvət qüvvəsindən gəlir) və təcavüz (yəni, həddini aşıb başqasının hüduduna girmək, ki, bu da qəzəb qüvvəsindən gəlir. Bu tamahkarlıq və təcavüz) səbəbilə --->

• Ədalətə ehtiyac (duyar. Çünki, ədalət təsis edilməzsə, şəhvət və qəzəb qüvvələrinin ifsad və təcavüzləri, haqları zay edər. Çünki, bir mənfəətə, çox əllər uzanmışdır. Bu da, fəsad və zülmə səbəb olur. Demək, ictimai həyatın həyatı, ancaq ədalət ilədir. Şəhvət və qəzəb qüvvələrini ifsad və təcavüzdən əngəlləyib ədalətə sövq edəcək qüvvə isə, ağıldır). Hər bir fərdin ağlı isə, ədalətin hansı şey olduğunu idrak etməyə kifayət etmədiyi üçün --->

• Onu (yəni, ədaləti) mühafizə edəcək külli qanunların qoyulmasına ehtiyac (duyar. Külli qanunlar, bir növ külli ağıl hökmündə olub, hər bir fərd, ondan kömək almaqdadır. Necə ki, bir fənnin qanununu öyrənib tabe olan bir insan, o qanunun təkamülündə çalışan keçmiş bütün insanların ağıllarından istifadə etmiş olur. Yoxsa, tək başı ilə o qanunun mərtəbəsinə ağlı ilə çıxa bilməkdən acizdir. Elə də, insan ağlı, ədaləti idrakdan aciz qaldığından, külli ağıl hökmündə olan qanunlardan kömək alması lazımdır.) Qanunların qoyulması da --->

• Təsirini mühafizə etmək üçün, icra edəcək bir muqannin'ə (yəni, qanun qoyub tətbiq edən kimsəyə ehtiyac duyar. Çünki, qanunlar, etibari, nisbi şeylərdir. İnsanlar üzərində təsiri yoxdur. Hökmü icra edərək təsiri təmin edəcək bir Muqannin lazımdır.) O Muqannin də, zahirən və batinən öz hakimiyyətini mühafizə etmək üçün --->

~ maddətən və mənən təvəffuqa (üstünlüyə ehtiyac duyar. Çünki onların, insanlar üzərində hökm edə bilmək və hökmlərini davam ilə mühafizə edə bilmək üçün, həm maddi, həm də mənəvi olaraq sair insanların fövqündə olmaları lazımdır);

~ həm də, aləmin Sani'si tərəfindən, bəzi şeylər (vəhy və möcüzələr) ilə təxsis edilmələrilə bir imtiyaz və mənsubiyyət qüvvətinə (ehtiyacları vardır);

~ həm də, əmrlərinə olan itaəti təmin və təsis edən (yəni, peyğəmbərlərin, Allahdan aldığı əmrlərə, insanların itaətini təmin və təsis edən şey isə) --->

• Sani'nin əzəmətinin təsəvvürünü zehnlərdə davam etdirəcək təkrarla xatırladıcı olan ibadətə möhtacdır. O ibadət də --->

• Fikirləri, Sani (olan Allah) tərəfə təvcih edər (yönləndirər). O təvəccüh (yəni, Sani olan Allaha yönəlmək isə) --->

• İnqiyadı (yəni, Sani'nin əmrlərinə itaəti) təsis (edər). Bu inqiyad da --->

• Mükəmməl nizama çatdırar. (Çünki insan, Allahın hökmlərinə itaət etdiyində, kainatdakı ümumi nizama daxil olmuş olur.)

Bu mükəmməl nizam da, hikmətdən doğur (yəni, bir şeydə nizamın olması, onda, hikmətin olması ilə olur. Əgər hikmət yoxdursa, ona nizam deyilməz. Nizam: "bir şeyin, bir hikməti nəticə verəcək şəkildə vəziyyət alması"na deyilir. Bunun üçün, nizam, hikmətdən doğar.)

(Aləmdəki) hikmət sirri də ---> əbəsiyyətsizliyi; və Sani (olan Allah)'ın hikməti də ---> məsnu (sənət əsərin)'dəki camal və hüsn-ü sənəti, özünə şahid göstərir.

-------------------------

İşte, eğer insanın hayvandan şu cihat-ı selâseyle olan temayüzünü derk edebildin; bizzarure netice veriyor ki: Nübüvvet-i mutlaka, nev-i beşerde kutup, belki merkez ve bir mihverdir ki, ahval-i beşer onun üzerine deveran ediyor.

Yəni:

Bax, əgər insanın heyvandan bu 3 cəhətlə olan təmayüzünü dərk edə bildinsə, (bu 3 cəhət) zəruri olaraq nəticə verir ki:

Mütləq nübüvvət, bəşər növündə qütb, hətta mərkəz və bir mihvər (orbit)'dir ki, bəşərin halları, bu nübüvvət üzərinə dövr edir.

--------------------

Şərhi:

~ Bu 3 cəhətin hər biri, qiyasın suğrasıdır.

~ Mütləq nübüvvətin hər bir cəhətin qütb, mərkəz və mihvəri olması isə, qiyasın kubrasıdır.

İndi, Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bu kubranı göstərəcək.

~ Bu suğra və kubra, zəruri olaraq nəticə verir ki, mütləq nübüvvət, bəşərin halları, üzərinə dövr etdiyi qütb, mərkəz və mihvəridir.

Yəni:

Qiyasın surəti, budur:

~ Bəşərin kamalı, ancaq bu 3 cəhətdəndir.

~ Bu 3 cəhətin qütbü və mərkəzi, mütləq nübüvvətdir.

~ O halda, nəticə verir ki, bəşər kamalının qütbü və mərkəzi, mütləq nübüvvətdir.

----------------------

Şöyle ki:

Cihet-i ûlâda dikkat et. Bak, nasıl sevkü'l-insaniyet ve meyl-i tabiînin adem-i kifayeti ve nazarın kusuru ve tarik-i akıldaki evhamın ihtilâtı, nasıl nev-i beşeri eşedd-i ihtiyaçla bir mürşid ve muallime muhtaç eder. O mürşid, peygamberdir.

Yəni:

Belə ki:

Birinci cəhətdə (yəni, insanı heyvandan təmyiz edən ağlın xüsusiyyəti olan elm və sənət qabiliyyətinə) diqqət et. Bax, necə insan olmağın ona verdiyi fitri sövq və təbii meylin (ağla təlim edib istiqamətə yönəltməsinin) kifayətsizliyi; və nəzərin qüsurlu olması (yəni, ağlın, hər şeyi başa düşə bilməməsi); və ağlın yolunda vəhmlərin qarışıb ağlı qarışdırması, bəşər növünü, necə şiddətli ehtiyacla, bir mürşid (irşad edən) və müəllimə möhtac edir. O mürşid isə, Peyğəmbərdir.

Burda, qiyasın surəti, budur:

~ Madam ki insan, elm və sənət qabiliyyəti üzərinə yaradılmışdır.

~ Elm və sənət qabiliyyətinin mihvər və mərkəzi, mütləq nübüvvətdir.

~ O halda, insanın bu halında mihvər və mərkəz, mütləq nübüvvətdir.

----------------------

İkinci cihette tedebbür et.

Yəni:

İkinci cəhətdə (yəni, insanın istedadlarında nəhayətin olmamasını) tədəbbür et (diqqətlicə düşün)!

-Yuxarıda haqqında danışıldığı kimi, Sani olan Allah, insanı, sonsuz tərəqqi etməsi və geniş axirət aləmində hədsiz həyat səadətinə nail olması üçün xəlq etmişdir ki, ona görə onu təchiz etmişdir. Bu dar və sıx və fane və məhdud dünya isə, o istedadın böyüyüb inkişaf etməsinə əlverişli deyildir. Onun üçün, üzünün, axirət həyatına çevrilməsi lazımdır. Həm, istedadları, doğru və layiq təlim və tərbiyə görməzsə, inkişaf etməz, çürüyüb gedər. Onun üçün, doğru yola hidayət edilməsi və istedadlarını harda istifadə edib tərəqqi edəcəyinin, ona təlim edilməsi lazımdır. Bu da, nübüvvətlə gələn şəri hökmlərlə ola bilər. Nübüvvət hökmləri, insanın, nə şəkildə və nə məqsədə doğru çalışdırılacağını göstərən təlimlərdir. O təlimlərə tabe olan, istedadlarını inkişaf etdirər.

Müəllifimiz, bunu belə izah edir:

-----------------------

Şöyle: İnsandaki lâyetanâhîlik ve tabiatındaki meylü't-tecavüz ve kuvâ ve âmâlindeki adem-i tahdid ve âlemdeki meylü'l-istikmalin dalı hükmünde olan insandaki meylü't-terakkinin semeresi hükmünde olan kamet-i nâmiye-i istidad-ı insanîsine intibak etmeyen, belki camid ve muvakkat olan kanun-u beşer ki, tedricen tecarüple hâsıl olan netaic-i efkârın telâhukuyla vücuda gelen o kavanin-i beşer, şu semere-i istidadın çekirdeklerinin terbiye ve imdadına adem-i kifayetinin sebebiyle maddeten ve mânen iki âlemde saâdet-i beşeri temin edecek, hem de kamet-i istidadının büyümesiyle tevessü edecek, zîhayat ve ebediye bir şeriat-ı İlâhiyeye ihtiyaç gösterir. İşte, şeriatı getiren, peygamberdir.

Yəni:

Belə ki:

~ İnsan (istedadlarındakı) sonsuzluq; və

~ təbiətindəki təcavüz meyli (yəni, hüdudlara sığmamaq və hüduddan daşmaq meyli); və

~ (şəhvət və qəzəb) qüvvələri və arzularındakı sərhədsizlik; və

~ aləmdəki kamal mərtəbəsinə çatma meylinin bir budağı hökmündə olan insandakı tərəqqi meylinin səmərəsi hökmündə olan insan istedadının nami (böyüyən) qaməti (yəni:

İnsan istedadlarının bir boyu vardır ki, bu boy, nami'dir. Yəni, getdikcə böyüməyə və uzanmağa istedadlıdır. Necə ki, insanın boyu uzandıqca, libası ona dar gəlir. Çünki, libası, cansızdır. Bunun üçün, insan libasları müvəqqətidir. Lakin insan cildi, belə deyildir. Canlı olduğundan, boyu uzandıqca, cild də ona uyğunluq göstərir. Hətta, deyil yalnız uyğunluq göstərmək; hətta, vücud və cildin həyatiliyi, uzanmanın şəxsən səbəbidir. Elə də, Allahın şəriəti, insan istedadı üçün canlı bir cild kimi; hətta, o istedadı bəsləyib kamalına sövq və irşad edən bir qəlib kimidir. Bəşər ağlı isə, sadəcə hazır zamana və mövcud şərtlərə baxaraq, bəlkə bir neçə il sonrasını zənn və təxmin edərək, camid/cansız və müvəqqəti bir libas tikər. Bu gün tikdiyi, sabah üçün dar gələr.

Bax, bəşərin belə istedad qamətinə) uyğunluq göstərməyən; əksinə, camid və müvəqqəti olan bəşər qanunu, ki: Tədrici təcrübələrlə əldə edilən fikri nəticələrin bir-birilərinə əlavə edilməsilə meydana gəlir. Bəşərin belə qanunları, bu "istedad meyvəsi"nin çəyirdəklərinin tərbiyə və imdadına kifayət etməməsi səbəbilə, maddətən və mənən 2 aləmdə bəşərin səadətini təmin edəcək, həm də istedad qamətinin böyüməsilə genişləyəcək canlı və əbədi (yəni, axirət aləmində belə bəşərə yoldaş olub yol göstərək) İlahi bir şəriətə ehtiyac göstərir. Bax, şəriəti gətirən də, Peyğəmbərdir.

 

Burda, qiyasın surəti, budur:

~ Madam ki bəşərin istedadı, heyvanların əksinə, nəhayətsiz və hüdudsuzdur.

~ Hüdudsuz istedadların təlim və tərbiyəsinin mərkəz və mihvəri isə, mütləq nübüvvətdir.

~ O halda, bəşərin bu halının mərkəz və mihvəri, mütləq nübüvvətdir.

---------------------------

Eğer desen: "Biz görüyoruz ki: Dinsizlerin veya sahih bir dini olmayanların ahvalleri muaddele ve munazzemedirler."

Yəni:

Əgər: "Biz görürük ki, dinsizlər və səhih bir dini olmayanların halları, tədil (düzəldilmiş) və tənzim edilmişlərdir." desən...

----------------------

Şərhi:

Yəni, sual budur ki:

Sən deyirsən ki, insanların hallarını tədil və tənzim edərək kamilliyinə sövq edən, ancaq şəriətdir. Vəhyə qulaq verməyən bəşər ağlı, bunu idrak edə bilməz. Halbuki, bu əsrdə görürük ki, dinsizlər və ya xristiyanlar kimi fasid bir dinə mənsub olanların dünyəvi halları, vəhyə tabe ola Müsəlmanların hallarından daha ədalətli və müntəzəm görünür.

Yəni, bəs buna nə deyirsən?

----------------------

Elcevap: O adalet ve intizam, ehl-i dinin ikazat ve irşadatıyladır. Ve o adalet ve faziletin esasları, Enbiyanın tesisleriyledir.

Yəni:

Cavab olaraq belə deyərəm:

~ O ədalət və intizam, əhl-i dinin tənbehləri və irşadları ilə; və

~ O ədalət və fəzilətin əsasları da, Nəbilərin təsisləri ilədir.

--------------------

Şərhi:

Dinsizlər və fasid dinə inananların mədəniyyətlərində qismən görülən ədalət və intizam, vəhyə müxalif olan əsasların nəticəsi və muqtəzası (gərəyi) deyil; əksinə, (onlarda görünən bu ədalət və intizam), Adəm zamanından bəri davam edib gələn; İsanın dinindən pozulmamış, təhrif edilməmiş bəzi əsaslar; və xüsusilə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in bütün dünyaya şamil təlimatlarıdır ki, zamanın keçməsilə, hər kəsin bildiyi və təslim olduğu şeylər hökmünə keçmiş olan bu təlimləri qəbul edib, istifadə etməyin nəticəsidir.

Dəyərli oxuyucu! Bir Müsəlmanın hər bir sifətinin müsəlman olması lazım gəlmədiyi kimi; bir kafirin də hər bir sifətinin kafir olması, lazım gəlməz. Və kafirin hər bir sifəti də, onun küfründən doğmamışdır. Təəssüf ki, Müsəlmanlar, Peyğəmbərlərinin hökmündən qəflət edib qeyr-i İslami əxlaqlara girdikləri üçün, zəlil olub, halları nizam və ədaləti itirdiyi kimi; kafirlər də, bəzi xüsuslarda, Peyğəmbərlərin təlimatlarını -iman etməsələr belə- felən və surətən iltizam etdikləri (tərəfdar olduqları) üçün, hallarında, surətən nizam və ədalət göründü. Qeyr-i mömin bir muslim kimi (yəni, iman etmədikləri halda; Peyğəmbərlərin hökmlərinə təslim) oldular. Yəni onlar, iman edərək və ya o təlimatlara uyduğunun şüurunda olaraq belə etmədilər. Lakin, o təlimlər, əhl-i dinin tarix boyunca etdiyi tənbeh və irşadlar nəticəsində hər kəs tərəfindən təslim edilən şeylər hökmünə keçdiyindən, bunları doğru görərək iltizam etdilər.

------------------------

Demek enbiya, esas ve maddeyi vaz etmişlerdir. Onlar da o esas ve fazileti tutup, onda işlediklerini işlediler.

Yəni:

Demək, Nəbilər, əsas(ları) və maddəni qoydular. Onlar (yəni, qeyr-i müsəlmanlar) da, o əsas və fəziləti tutub, onda işlədiklərini işlədilər (yəni, o maddələri işləyə bildikləri qədər işləyib, buanki surəti verdilər).

-------------------------

Bundan başka nizam ve saadetleri, muvakkattır. Bir cihetten kaime ve müstakime ise, çok cihattan mâile ve münhaniyedir. Yani, ne kadar sureten ve maddeten ve lâfzan ve maâşen muntazamadır; fakat sîreten ve mâneviyaten ve mânen faside ve muhtelledir.

Yəni:

Bundan başqa, (onların) nizam və səadətləri, müvəqqətidir. Bir cəhətdən qaimə (ayaqda duran, sağlam, əsaslı) və istiqamətlidirsə də, çox cəhətdən mailə (meyilli) və əyridir. Yəni, nə qədər surətən, maddətən, ləfzən və maaş olaraq (yəni, cismani və dünyəvi yaşayış etibarı ilə) intizamlıdırsa da; lakin, sirətən (yəni, əxlaqən) və mənəviyyətən və mənən, fasid və muxtəllə (nizam və sihhətinə xələl gəlmiş; ölmək üzərə olan bir xəstə kimi)'dir.

-------------------------

Ey birader! İşte sıra üçüncü cihete geldi. İyi tefekkür et. Şöyle:

Ahlâktaki ifrat ve tefrit ise, istidadatı ifsad ediyor. Ve şu ifsad ise, abesiyeti intaç eder. Ve şu abesiyet ise, kâinatın en küçük ve en ehemmiyetsiz şeylerinde mesalih ve hikemin riayetiyle âlemde hükümfermalığı bedihî olan hikmet-i İlâhiyeye münakızdır.

Yəni:

Ey qardaş! İndi sıra, üçüncü (yəni, insanın mizacındakı etidalı) cəhətinə gəldi. Yaxşı təfəkkür et. Belə ki:

Əxlaqdakı (yəni, insanın ixtiyari fellərindəki) ifrat və təfrit isə, istedadları (yəni, mizacındakı etidalı) ifsad edir. (Yəni, insan, fitrətən etidallı yaradılmışdır. Lakin, onun ixtiyari fellərində göstərdiyi etidalsızlıq, mizacındakı etidalı ifsad edir.) Və bu ifsad isə --->

Əbəsiyyəti (yəni, insana verilən bütün istedad və cihazların əbəs olmasını) nəticə verir.

Və bu əbəsiyyət isə, kainatın ən kiçik və ən əhəmiyyətsiz şeylərində (belə) maslahatlar və hikmətə riayət edilməsilə aləmdə hökmranlığı açıq olan İlahi hikməti nəqz etməkdədir. Yəni:

Kainatda ən kiçik və ən əhəmiyyətsiz şeylərdə belə maslahat və hikmətlərə riayət edilməsindən, bu aləmdə İlahi hikmətin hökmran olduğu, açıq bir şəkildə görülür. Aləmin (mənən) ən böyük və şərəfli məxluqunun əbəs olması isə, əlbəttə, o hikmətin hökmranlığını nəqz etməkdədir. O halda, Sani olan Allah, nəbilər göndərərək, insanı, ixtiyari fellərində etidala sövq edəcək və onu, əbəs etməyəcəkdir. (haşiyə)

------------------------

(Haşiyə:

Əbəs:

~ Lüğət mənası ilə, "qətiliklə hər hansı bir fayda ilə nəticələnməyən fel" deməkdir.

~ Örfdəki mənası isə, "Failin nəzərində, bir fayda ilə nəticələnməyən fel", yəni, "Failin etiqadında, diqqətə layiq olsun və ya olmasın, qətiliklə hər hansı bir fayda ilə nəticələnməyən fel" deməkdir.

Yaxud, "Nəfsu'l-əmr'də (yəni, işin özündə), diqqətə layiq olsa da, failin etiqadında, diqqətə layiq olmayan (yəni, əhəmiyyətsiz) bir fel ilə nəticələnən fel" mənasına gəlir. Necə ki, yayğın mənasına görə, Fail, öz məqsədini nəticə verməyən bir işlə məşğul olduğu zaman, "İşin faydası olsa da, o, əbəslə iştiğal etdi (məşğul oldu)." deyilir.

--------------------------

--------------------------

(Vehim) ve (Tenbih)

"Meleke-i mârifet-i hukuk" dedikleri her fenalığın maddeten zararını ihsas ede ede ve efkâr-ı umumiyeyi ikaz etmekle hâsıl olan "meleke-i riayet-i hukuk" dedikleri emri, şeriat-ı İlâhiyeye bedel olarak dinsizlerin tasavvuru ve şeriatten istiğnaları bir tevehhüm-ü bâtıldır. Zira dünya ihtiyarlandı. Öyle bir şeyin mukaddematı da zahir olmadı. Bilâkis, mehasinin terakkisiyle beraber mesâvî dahi terakki edip daha dehşetli ve aldatıcı bir şekle giriyor.

Yəni:

Vəhm (insanların, öz təcrübələrilə ağıllarını inkişaf etdirərək, qanun və dövlətə ehtiyac duymayacaqları; ağlın, ədalət və hüququ idrakda kifayət etdiyi; Nəbilərə ehtiyac olmadığı vəhmi) və Tənbeh:

Dinsizlərin, "haqq və hüququ bilmə mələkəsi" (yəni, insanın, çoxlu təcrübələr vasitəsilə bir şeyə qabiliyyət qazanması, ki, artıq o şeyin müqəddimələrini düşünmədən, sanki refleks kimi və yaxud fitri bir şey kimi onu edə bilən olması) dedikləri, hər pisliyin maddətən zərərini hiss edə-edə və ümumi fikirlərə tənbeh etməklə hasil olan hər kəsdə hüquqa riayət etmək mələkəsi dedikləri şeyi, Allahın şəriətinə alternativ görərək şəriətdən istiğna etmələri (özlərini tox, zəngin saymaları), batil bir təvəhhümdür. Çünki dünya, qocaldı. Elə bir şeyin müqəddimələri də, zahir olmadı. Əksinə, gözəlliklərin tərəqqisi ilə bərabər, pisliklər də tərəqqi edib daha dəhşətli və aldadıcı bir şəklə girməkdədir.

---------------------

Evet, nasıl ki nevâmis-i hikmet, desâtir-i hükûmetten müstağni değildir. Öyle de, vicdana hâkim olan kavanin-i şeriat ve fazilete eşedd-i ihtiyaçla muhtaçtır.

Yəni:

Bəli, necə ki, hikmətin qanunları, hökümət düsturlarından müstağni (zəngin, tox) deyildir. (Yəni, dövlətsiz qanun olmaz. Qanunu icra və tətbiq edəcək bir dövlət olmazsa, insanların özlüyündən: "Qanun, belədir və ya işin doğrusu, budur." deyə hərəkət etməsi, mümkün deyildir. Ancaq, dövlət olduğunda, qanun nafiz/nüfuz edən olur.) Elə də, vicdana hakim olan şəriət qanunları və fəzilətə, (insanlar) şiddətli ehtiyac ilə möhtacdır(lar). (Yəni, Allahın şəriəti vicdanlarda hakim və müəssir olduğundan, o, dövlət və hökümət qanunları kimidir. O olmadan, insanların özü-özlüyündən haqqa riayət etməsi, mümkün deyildir.

Dövlətsiz bir millət olmadığı kimi; heç bir dövlət də, öz əhalisini, qanunsuz və öz başına buraxmaz. Sani olan Allah da, bu "kainat höküməti"nin Padşahıdır. İnsanı, öz başına buraxmaz. Əlbəttə, vəzifəli məmurları olan nəbilər ilə, vicdanlarda müəssir olan nafiz qanunlarını göndərəcək və yer üzündə, ədaləti təsis edəcəkdir.)

-------------------------

İşte, şöyle mevhume olan meleke-i tâdil-i ahlâk, kuvâ-yı selâseyi hikmet ve iffet ve şecaatta muhafaza etmesine kâfi değildir.

Yəni:

Bax, belə mövhum (yəni, sadəcə həqiqətsiz bir vəhmdən ibarət olan və: "İnsanlar, özləri, öz əxlaqlarını, yəni ixtiyari fellərini ədalətli qılıb istiqamətli edə bilmələri qabiliyyəti qazanmaları" deyə adlandırdıqları şey), 3 qüvvəni (yəni, ağıl, şəhvət və qəzəb qüvvələrini), hikmət, iffət və şücaətdə mühafizə etməsinə, kifayət etmir. (haşiyə)

------------------

(Haşiyə:

Müəllif, “Fatihə” surəsinin təfsirində, bu 3 qüvvə haqqında deyir:

"Sirata'l-mustəqim/istiqamətli yol"

Bil ki: "Sirat-ı mustəqim", ədalətdir. O isə, insandakı 3 qüvvənin hər birinin 3 mərtəbəsindən vasat (orta) mərtəbələri ifadə edən:

~ hikmət;

~ iffət; və

~ şücaət'in

xülasəsidir. Belə ki:

Allah (azzə və cəllə), haldan hala çevrilən, ehtiyacları olan və təhlükələrə məruz qalan insan bədənində ruhu yerləşdirdiyində, onun bədəndə davamı üçün, 3 qüvvə buraxdı:

1. Mənfəətləri cəzb edici bəhimi (heyvani) şəhəvi qüvvə;

2. Zərərləri və təxribkar şeyləri dəf edici heyvani qəzəb qüvvəsi;

3. Fayda və zərəri bir-birindən ayıran mələki əqli qüvvə.

Lakin Allah Taala, müsabiqə sirrilə, bəşərin təkəmmülünü gərəkdirən hikmətilə, hər nə qədər şəriətlə bunları bir hədd altına almışsa da, heyvanların qüvvələrini məhdudlaşdırdığı kimi; insanın bu qüvvələrini, fitri olaraq məhdudlaşdırmadı. Çünki şəriət, ifrat və təfriti qadağan edər; vasatı isə əmr edər.

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ

Fəstəqim, kəmə umirtə.

Yəni:

"Əmr olunduğun kimi, istiqamətli (doğru) ol." (Hud/112) ayəti, bunu elan etməkdədir.

Bunların fitri olaraq təhdid edilməməsilə, 3 mərtəbə hasil olur:

1. Nöqsan mərtəbəsi. Yəni, təfrit;

2. Ziyadə mərtəbəsi. Yəni, ifrat.

3. Vasat mərtəbəsi. Yəni, ədalət və etidal.

~ Ağıl qüvvəsinin təfriti, qabavət (anlayışsızlıq) və axmaqlıqdır. İfratı, aldadıcı cərbəzə və dəyərsiz işləri tədqiqdir. Vasatı isə, hikmətdir.

وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًا كَثِيرًا ۗ

Və mən yu'tə'l-hikmətə, fə qad utiyə xayran kəsira.

Yəni:

"Kimə hikmət verilmişdirsə, doğrusu, ona çox xeyir verilmişdir." (Bəqərə/269)

(ayəti, buna işarət etməkdədir).

 

Mətnlə bərabər şərh, aşağıdakı linkdə mövcuddur:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/fatih%C9%99-sur%C9%99sinin-t%C9%99fsiri

-------------------

Binaenaleyh insan bizzarure vicdan ve tabiatlara müessir ve nâfiz olan mizan-ı adalet-i İlâhiyeyi tutacak bir nebîye muhtaçtır.

Yəni:

Bundan dolayı, insan, zəruri olaraq, vicdan və təbiətlərə müəssir və nüfuz edən İlahi ədalət mizanını (əlində) tutacaq bir Nəbiyə möhtacdır.

---------------------

Şərhi:

Müəllifimiz Ustad Nursi, burda, şəriətin 2 məziyyətini zikr etdi:

1. Vicdan və təbiətlərdə müəssir olması;

2. Mizan olması.

 

• Mizan olması cəhətinə gəlincə:

Şəriət, insan qüvvələrinə bir ölçü qoyub ədalət və istiqamətə çatdırır ki, Nəbilər də, bu mizanı/tərəzini, ölçünü əllərində tutan Şəxslərdir. Bu ayə, bunun dəlilidir:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِٱلْبَيِّنَـٰتِ وَأَنزَلْنَا مَعَهُمُ ٱلْكِتَـٰبَ وَٱلْمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلْقِسْطِ

"And olsun ki, Biz, rəsullarımızı, bəyyinə (açıq dəlillər, möcüzələr) ilə göndərdik və bərabərlərində, Kitabı və mizanı endirdik. Ki, insanlar, ədaləti yerinə gətirsinlər." (Hədid/25)

Təfsiri üçün bax:

https://suallarlaislam.com/.../h%C9%99did-sur%C9%99si-25...

 

• Ancaq, şəriətin vicdanlarda və təbiətlərdə müəssir olmasına gəlincə:

Bu məziyyət, şəriətin mümtaz bir xüsusiyyətidir. Bəşəri qanunlar, vicdanlarda və təbiətlərdə müəssir olmadığından, nafiz deyildir və fəsadı da ortadan qaldırmır. O halda, əgər bəşər, deyil ədalətin həqiqətindən uzaq və zülmlü olan bu qanunlarını; hətta eynilə şəriətdəki qanunları da tətbiq etsə, lakin Allah naminə və İlahi bir qanun olaraq deyil, bəşərin qanunu olaraq tətbiq etsə, yenə də müəssir olmaz və fəsad da ortadan qalxmaz. Çünki, bəşər qanunu olduğu üçün, vicdanlarda müəssir olmaz. Bununla bərabər, bütün insanlar, bərabər olaraq Allahın qulları olduğundan və bir-biriləri üzərində hökm etmə səlahiyyətləri olmadığından, Allaha aid olmayan bir qanunla öz adlarına hökm etdiklərində, zülm etmiş olarlar. Demək, şəriət naminə olmayan bir hökm, dəstəmazsız və qibləsiz namaz kimidir. Qulların haqqları, Allahın haqqlarını ehtiva etməzsə, zülm olar. Hüququllahı (Allahın haqqlarını) ehtiva etmək demək: "o qanunun, Allah naminə və Allahın əmri olaraq tətbiq edilməsi" deməkdir. Məsələn, oğrunu cəzalandırmaq, qul haqqıdır. Bunun ədalətli və günah ilə münasibətli cəzası isə, əlinin kəsilməsidir. Ancaq bu cəza, Allahın əmri olan bir hədd cəzası olduğundan, tətbiqi, eyni zamanda, Allahın da haqqıdır. Əgər bu cəza, şəriət naminə, Allah hesabına tətbiq edilərsə, qullarln haqqları yerinə gətirildiyi kimi; Allahın haqqları da ifa edilmiş olar. Dolayısı ilə, qul haqqı, Allahın da haqqını ehtiva etmiş olar. Allahın haqqlarını ehtiva etməsi isə, qanunun, vicdanlar və təbiətlər üzərində təsirli olmasına səbəb olur. Vicdanlar üzərində təsir sahibi olmaq da, cəzalarda ən mühim xüsusiyyət olan çəkindiricilik xüsusiyyətinin qaynağıdır. Mühim olan, günahın işlənməsinə, başından etibarən əngəl olmaqdır. Həm şəriətin cəzaları, günahı işləyən şəxs üçün də rəhmətdir. Çünki cəza, Allahın cəzası olduğundan və bir günaha 2 dəfə cəza verilməyəcəyindən, onun, axirət cəzasından qurtulmasına səbəb olar və onu, o günahdan təmizləyər. Bundan dolayıdır ki, "Şəriətin kəsdiyi barmaq, incitməz." deyə, xalq arasında atalar sözü olmuşdur. Bir hədisdə də, belə buyurulmuşdur:

"Bu günahlardan birini işləyib dünyada onun cəzası ilə cəzalandırılan kimsə üçün, o cəza, kəffarətdir."

Bu mühim həqiqəti, Müəllifimiz Ustad Said Nursi, "Xutbə-i Şamiyyə" adlı əsərində, belə izah edir:

Bəli, İslam milləti (yəni, müsəlmanlar)'ın səadət səbəbi, yalnız və yalnız, İslam həqiqətlərilə ola bilər. Və ictimai həyatı və dünyəvi səadəti, İslam şəriətilə ola bilər. Yoxsa, ədalət, məhv olar. Əmin-amanlıq, zir-ü zəbər olar. Əxlaqsızlıq, pis xislətlər, qələbə çalar. İş, yalançıların, yaltaqların əlində qalar.

Sizə, bu həqiqəti isbat edəcək minlər hüccətdən bir kiçik nümunə olaraq, bu hekayəni, diqqətli nəzərinizə göstərirəm:

Bir zaman, bir adam, bir səhrada, bədəvilər içində, həqiqət əhli bir şəxsin evinə qonaq olur. Baxır ki, onlar, mallarının mühafizəsinə əhəmiyyət vermirlər. Hətta, ev sahibi, evinin bir küncündə, pulları, orda açıqda buraxıb.

- Qonaq, ev sahibinə deyir: "Oğurluqdan qorxmursunuzmu ki, belə malınızı, bir küncə atıbsınız?"

- Ev sahibi deyir: "Bizdə oğurluq olmaz."

- Qonaq deyir: "Biz, pullarımızı, kassalarımıza qoyduğumuz və qıfılladığımız halda, çox dəfə oğurluq baş verir."

- Ev sahibi deyir: "Biz Allahın əmri naminə və şəri ədalət hesabına, oğrunun əlini kəsirik."

- Qonaq deyir: "Elə isə, çoxunuzun bir əlinin olmaması lazımdır."

- Ev sahibi deyir: "Mən, 50 yaşıma girdim. Bütün ömrümdə, bir tək əl kəsildiyini gördüm."

- Qonaq təəccüb edib deyir: "Bizim diyarımızda, hər gün 50 adamı, oğurluq etdikləri üçün, həbsə atırıq. Sizin burdakı ədalətinizin 1/100-i qədər təsiri olmur."

- Ev sahibi deyir: "Siz, böyük bir həqiqətdən və qeyr-i adi və qüvvətli bir sirdən qəflət edib tərk etmişsiniz. Onun üçün, ədalətin həqiqətini itirirsiniz. Bəşəri maslahat yerinə, ədalət pərdəsi altında, qərəzlər, zalımanə və tərəfgiranə cərəyanlar müdaxilə edər; hökmlərin təsirini qırar. O həqiqətin sirri isə, budur:

Bizdə, bir oğru, əlini başqasının malına uzatdığı dəqiqədə, şəri həddin icrasını xatırlayar. İlahi ərşdən nazil olan əmr, xatirinə gələr. İmanın xüsusiyyəti və qəlbin qulağı ilə, əzəli kəlamdan gələn və: "oğru əlinin edamına" hökm edən:

وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا

"Oğru kişi və oğru qadının əllərini kəsin." (Maidə/38)

ayətini hiss edib eşidər kimi, iman və etiqadı həyəcana və ülvi hissiyyatı hərəkətə gələr. Ruhun ətrafından, vicdanın dərin yerlərindən, o oğurluq meylinə hücum kimi bir ruhi hal hasil olar. Nəfs və həvəsdən gələn meyl parçalanar, çəkilər. Get-gedə, o meyl, bütün-bütün kəsilər. Çünki, yalnız vəhm və fikir deyil; bəlkə, mənəvi qüvvələri -ağıl, qəlb və vicdan- birdən, o hissə, o həvəsə hücum edər. Şəri həddi xatırlamaqla, ülvi zəcr və vicdani bir qadağaçı, o hissin qarşısına çıxar, (onu) susdurar.

Bəli, iman, qəlbdə, başda, daimi bir mənəvi "qadağaçı" buraxdığından, pis meyllər, hisdən, nəfsdən çıxdıqca, "Qadağandır!" deyər, qovar, qaçırar.

Bəli, insanın felləri, qəlbin, hissin təmayüllərindən çıxır. O təmayüllər, ruhun ixtisasatından və ehtiyacından iləri gəlir. Ruh isə, iman nuru ilə hərəkətə gəlir. Xeyirdirsə, edər; şərdirsə, özünü çəkməyə çalışar. Daha, kor hisslər, onu yalnış yola sövq edib məğlub etməz.

Xülasə: Hədd və cəza, İlahi əmr və Rabbani ədalət naminə icra edildiyi vaxt, həm ruh, həm ağıl, həm vicdan, həm insaniyyətin mahiyyətindəki lətifələri, mütəəssir və əlaqədar olarlar. Bax, bu məna üçündür ki, 50 ildə, bir cəza, sizin, hər gün çoxlu həbsinizdən çox bizə fayda verir.

Sizin ədalət namı altındakı cəzalarınız, yalnız vəhminizi mütəəssir edər. Çünki, sizdən biri oğurluğa niyyət etdiyi vaxt,

~ (ona), millət, vətən maslahatı və mənfəəti hesabına cəzalandırılmaq vəhmi gələr. Yaxud,

~ əgər insanlar bilsələr, ona pis nəzərlə baxarlar.

~ Əgər əleyhində təbəyyün etsə (bəyyinə, dəlil üzə çıxsa), hökümətin də, onu həbs etmək ehtimalı xatirinə gələr.

O vaxt, yalnız vəhm qüvvəsi, cüzi bir təəssür hiss edər.

Halbuki, nəfs və hissindən çıxan -xüsusilə ehtiyacı da varsa- qüvvətli bir meyl, qələbə çalar. Daha, o pislikdən vaz keçmək üçün, o cəzanız, fayda verməz.

Həm də İlahi əmr ilə olmadığından, o cəzalar da, ədalət deyil. Dəstəmazsız, qibləsiz namaz qılmaq kimi, batil olar, pozular.

Demək, həqiqi ədalət və təsirli cəza odur ki: Allahın əmri naminə olsun.

Yoxsa, təsiri, 100-dən 1-ə enər.

Bax, bu cüzi oğurluq məsələsinə, sair külli və şamil İlahi hökmlər qiyas edilsin. Ta, başa düşülsün ki: Bəşəri səadət, dünyada, ədalət ilə; ədalət isə, bir başa, Quranın göstərdiyi yol ilə ola bilər.

Əsər, aşağıdakı linkdən oxunula bilər:

https://www.erisale.com/#content.tr.15.568

-----------------------

-----------------------

(İşaret)

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bura qədər, mütləq nübüvvətin lüzumunu əqli dəlillərlə isbat etdikdən sonra; indi də, nübüvvətin vaqe olduğunu isbat üçün, peyğəmbər möcüzələrini dəlil gətirir. Belə ki, O, deyir:

--------------------

Binlerce enbiya, nev-i beşerde nübüvveti iddia ederek binlerce mucizatla müddeayı ispat etmişlerdir. İşte, o enbiyanın cemi mucizatları lisan-ı vâhidle nübüvvet-i mutlakayı ilân eder. Bizim şu suğrâmıza dahi bir burhan-ı kàtı'dır. Buna tevatür-ü bilmânâ veya ne tâbirle diyorsanız deyiniz, metin bir delildir.

Yəni:

Minlərlə Nəbi, bəşər növündə, nübüvvət iddia edərək, minlərlə möcüzə ilə, müddəanı (iddia edilən şeyi, yəni, nübüvvəti) isbat etmişlərdir.

O nəbilərin cəmi möcüzələri, bir tək dillə, mütləq nübüvvəti elan edər. Bizim bu suğramıza (yəni, qiyasımızın birinci müqəddiməsi olan: mütləq nübüvvət həqiqətinə) də, qəti bir burhandır. Buna, məna ilə təvatür və ya nə təbir ilə deyirsinizsə deyin, mətin bir dəlildir!

--------------------

Şərhi:

Təvatür: "yalan üzərində ittifaq etmələri mümkün olmayacaq qədər çox olan topluluğun, eyni xəbəri nəql etmələri"dir. Əgər bu:

~ eyni ləfzlərlə olarsa, ləfzi təvatür;

~ ləfzlər fərqli, lakin məna birdirsə, mənəvi təvatür

olur.

Adəm (əleyhissəlam) zamanından bəri minlərlə nübüvvət iddia edən Şəxslərin minlərlə möcüzə göstərdiyinin bu qədər kəsrətlə (çoxluqla) nəql edilməsi, bir növ mənəvi təvatür olduğundan, inkar edilməsi mümkün olmayan zəruri bir elmi nəticə verir.

Burda, belə bir tədqiq gətirilə bilər:

Təvatür: "məhsusatda, yəni, hisslərlə müşahidə edilən şeylərdə verilən xəbərlər"dir. Məqulat (yəni, ağılla bağlı olan şeylər)'də, təvatür olmaz. Möcüzələr, məhsusatdan olduğu üçün, ona dair xəbərlərdə, təvatür, caridir və nəticədə, belə qeyr-i adi möcüzələrin vaqe olduğu, yəqinliklə sabit olur. O halda, təvatür, möcüzənin vaqe olması haqqındadır. Ancaq, möcüzələrin kainatın Xaliqi tərəfindən o nəbinin təsdiqinə bir hüccət olması və məcmuunun mütləq nübüvvəti isbat etməsi, ağlın, bu möcüzələrdə fikir və nəzər etməsilə çatdığı bir nəticədir. Bunun üçündür ki, Müəllifimiz, alimlərin, burda, "fihi nəzərun / onda nəzər vardır (yəni, düşünmək lazımdır)" deməməsi üçün, "Buna, məna ilə təvatür və ya nə təbir ilə deyirsinizsə deyin, mətin bir dəlildir!" dedi. Yəni:

~ istər "təvatürdür" deyin;

~ istər "yəqini əqli bir bürhandır" deyin;

~ istər "möcüzələrlə təsdiq edilən şəxslərin bir növ icmasıdır" deyin,

dəlillərin hansı qisminə girərsə girsin, nəticədə, mətin bir dəlildir! (haşiyə)

-----------------------

(Haşiyə:

Möcüzə və qisimləri üçün bax:

https://suallarlaislam.com/.../mocuz%C9%99-v%C9%99-qisiml...

-----------------------

-----------------------

(Tenbih)

Müəllifimiz Ustad Bədiü'z-zaman, burda, bütün mövzuya bir xülasə gətirməkdədir. Belə ki:

---------------------

Şu muhâkemat'ın cihetü'l-vahdeti budur ki: Eğer cemi' fünun ele alınırsa ve fünunların kavaidinin külliyetleriyle keşfettikleri ittisak ve intizama temaşa edilirse...

Yəni:

Bu mühakimələrin (yəni, -yuxarıda zikr edilən- insandakı 3 məziyyətin, mütləq nübüvvəti istilzam etməsində, hamısının) birləşdiyi ortaq cəhət, budur ki:

Əgər bütün fənlər ələ alınsa və fənlərin qaydalarının külliyyətlərilə kəşf etdikləri ittisaq (yəni, ahəng, koordinasiya) və intizama tamaşa edilsə...

---------------

Şərhi:

Bu mövzu, daha əvvəl, 1-ci Məqsəd'in müqəddiməsində izah edilən: "kainatda intizamın mövcud olduğu"na dair dəlilin xülasəsidir.

Bəli, bu kainatda, hər bir növə aid bir fənn, ya təşəkkül etmiş və ya edə bilər. Fənnlər isə, külli qaydalardan ibarətdir. Qaydaların külliyyəti isə, bütün o növə şamil olan bir ittisaq (ahəng, koordinasiya) və intizamın var olduğunu göstərir.

İndi, Müəllif (rahiməhullah), bu intizamın nə dərəcə mükəmməl olduğuna; Allahın, nə dərəcə intizampərvər olduğuna; və inayətkar olan kərəminin, ən cüzi və və pərişan şeyləri belə intizamdan xaric və inayətindən məhrum buraxmadığına, bir hüccət gətirir.

Müəllifin gələcək ifadələri, çox mücməl olduğundan, əvvəlcədən bir izah vermək lazım gəlir ki, cümlələr təhlil edilə bilsin. Belə ki:

Kainata baxdığımızda görürük ki, həyat sahiblərini vəzifələri üçün çalışdıran şey, o işdəki xüsusi ləzzət, məhəbbət, şəfqət və ya iştah kimi şeylərdir. Yoxsa, gördükləri işə hansı maslahat tərəttüb etdiyini, bilmirlər. Lakin, gördükləri o işə nəzər etdiyimizdə, görürük ki, kainatın ümumi nizamı ilə bağlı və ona bitişik, bir çox maslahat və hikmətlər, o vəzifələrə tərəttüb edir. Məsələn, arı, bal düzəldərkən, nə etdiyini bilərək və ya bir məqsəd güdərək bal düzəltmir. Əksinə, sadəcə özünə məxsus bir ləzzəti izləyir və iştah etdiyi şeyi edir. Yenə, məsələn bir heyvan, yeməyini yeyərkən və yaxud öz cinsilə izdivac edərkən, sadəcə ləzzətini düşünür. Halbuki, o yediyi şeyin növü, vücudundakı hüceyrələrin ayrı-ayrı ehtiyacları üçündür. Bu surətdə, şəxsinin davamı təmin edildiyi kimi; öz cinsilə izdivacı da, növünün davamına yönəlmişdir. Lakin heyvanlar, bu maslahatların heç birini düşünməz və qəsd etməz.

Demək, onların üstündə, hamısını əhatə edən və ümum kainatın nizamına nəzər edən bir elm və şüur, bir qəsd və hikmət onlarda hökm edir ki, onları bu işdə şövqlə çalışdırmaq üçün, əməlləri içinə ləzzət və ya məhəbbət kimi şeylər dərc edərək, vəzifələrinə sövq edir.

Bu hala diqqət edildiyində deyilə bilər ki:

Bu dərc edilən xüsusi ləzzət və məhəbbət kimi şeylər, sanki, Sani olan Allahın hikmət və qəsdində mövcud olan və ümumi nizama baxan ayrı-ayrı bir çox maslahatdan süzülmüş bir maya kimidir. Sani və Hakim olan Allah, ümumi nizamdan alınan o mayanı həyat sahibləri aləminə atıb; hərəkət və halları, bu maslahatları nəticə verəcək şəkildə bir qəlibə salıb intizam verir.

Elə də, həyat sahibinin cüzi hərəkət və halları da, bu ləzzət və məhəbbət kimi mayaların onlara atılması ilə, bir intizam qazanıb çox müxtəlif maslahatları nəticə verir. Məsələn, ləzzət, heyvana, həm yemini yedirir; həm izdivac etdirir; həm balasına baxdırır və s. O ləzzət, bütün bu maslahatları nəticə verən və heyvanların hal və hərəkətlərini intizama salan bir maya hökmündə olur.

Və yaxud, bu ləzzət və məhəbbət kimi şeylər, bir çəyirdək kimidir. Çəyirdək, necə ki, içində, ona məxsus təkvini əmirlərin bir nüsxəsini ehtiva edən bir proqram daşıyır və ondan çıxacaq ağacın həyat düyümünü ehtiva edir. Elə də, bu ləzzət və məhəbbət kimi şeylər də, o heyvanın müxtəlif vəzifələrinin proqramını içində ehtiva edən bir çəyirdək kimidir. Heyvanın yeməsi, öz cinsilə izdivacı və sair bütün işləri, bir budaq kimi, o çəyirdəkdən çıxıb, ayrı-ayrı maslahat meyvələrini verir.

Xülasə: Bu ləzzət, məhəbbət, şəfqət, iştah, ehtiyac kimi şeylər, heyvanların fel və hallarını intizam altına alır və kainatın ümumi mükəmməl nizamı içinə daxil edir.

 

Not: Dəyərli oxuyucu! Bu mövzu, Müəllifin "Ləmalar" adlı əsərinin 17-ci Ləma'sının 8-ci Nota'sında, təfsilən izah edilmişdir. Oxumaq üçün daxil ol:

https://www.erisale.com/#content.tr.3.215

Halbuki, heyvanların yeməsi, içməsi, nəslini davam etdirməsi kimi maslahatlar, cüzi maslahatlardır. Çünki, Allahın xüsusi rububiyyətinə (haşiyə-1) təmas edən və bir dərəcə dünya həyatına baxan maslahatlardır. İnsanın iman, itaət, mərifətullah və muhabbətullahı; məxluqata "kommandirlik", onların ibadət və təsbihlərinə (haşiyə-2) nəzarət və bilərək və şüurlu Allahın dərgahına təqdim etmək kimi vəzifələri isə, külli maslahatlardır. Yəni, ümumi rububiyyətə təmas edən və bütün məxluqatın hüquqları ilə əlaqəli olan vəzifələrdir.

------------------------

(Haşiyə-1:

Rububiyyət üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C9%99t-n%C9%99-dem%C9%99kdirl%C9%99r?fbclid=IwY2xjawQCEUNleHRuA2FlbQIxMQBicmlkETJvODZvOGtlOUJGVzBPQWI1c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHh3zHSyvA7ydHHrWiuva9qifVn7u1oaWQ2rhRv6OfKiGajG9Kf4mbHuv9bqw_aem_S-O-sysEgOaM5TbcYFoX9Q

Haşiyə-2:

Məxluqatın təsbihləri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9%99tin-t%C9%99fsiri

------------------------

Sair həyat sahibləri, bu ləzzət və məhəbbət kimi şeylərlə, öz vəzifələrində çalışdırıla bilərlər. Lakin bu, insana kifayət etmir. Çünki:

~ insanda hökm edən şey ağıl olduğundan, ağlına xitab edilərək sövq edilməsi lazımdır;

~ həm, insan, heyvani vəzifələrə (yeyib, içib, çoxalmaq kimi şeylərə) əlavətən, elm və şüurla ixtiyari bir surətdə ibadət etmək kimi vəzifələrlə vəzifələndirilmişdir. Bunun üçün, ixtiyarı əlindən alınmadan, təklifi bir surətdə, ağlının sövq və hidayət edilməsi, təlim və tərbiyə edilməsi lazımdır;

~ həm, insanın istedadlarına, -heyvanlardan fərqli olaraq- fitri və təkvini bir hədd qoyulmadığından, təklifi hüdudlarla, zülm və təcavüzlərdən əngəllənməsi lazımdır.

Bax, bu 3 səbəbdən dolayı:

~ onun ağlına xitab edən; və

~ ixtiyari ibadətini təmin edən; və

~ istedadlarına ixtiyari bir hədd qoyan

təklifi əmrlərlə, intizam altına alınması lazımdır. Bunun üçün də, əlbəttə Nəbilərin göndərilməsi, zəruridir.

Bu zərurət qəbul edildiyində, bir düşün:

Bütün bəşər tarixində, bu təlim və tərbiyyəni, Nəbilərdən başqası gətirmişdirmi?! Əlbəttə ki, xeyr!

İndi, görəsən, heyvanların cüzi maslahatlarını belə intizam altına alan; və onları, pərişan və intizamsız buraxmayan; ehtimam göstərən bir Sani; heç mümkünmüdür ki, insan kimi əhsən-i təqvimdə yaradılmış; sonsuz istedadlar verilmiş; sair mövcudata zabitlik mərtəbəsinə gətirilmiş; hərəkət və halları, ümumi rububiyyətə və külli maslahatlara yönəlmiş bir məsnu (sənət əsəri)'ni, Öz intizamından məhrum etsin?! Onu, öz başına, pərişan, intizamsız buraxsın?! Haşa və kəlla!

Elə isə, əlbəttə, onlara, əllərində şəriətlər olan Nəbilər göndərəcək və fel və hallarını intizam içinə alacaqdır!

İndi, Müəllifimiz Ustad Nursi, geniş bir surətdə izah etdiyimiz bu mənanı, belə ifadə edir:

-------------------------

Hem de mesalih-i cüz'iye-i müteferrikanın mâyesi ve ukde-i hayatiyesi hükmünde olan bir lezzeti veya bir muhabbeti veya bir emr-i âhari içine atılmakla-ekl ve nikâhtaki gibi-perişan olan umur ve ef'al o mâye ile irtibat ve ittisal ettiklerini, inayet-i İlâhiye nokta-i nazarında nazar-ı dikkate alınırsa...

Yəni:

(Bütün fənlərə və o fənlərdəki qaydaların külli olmasının göstərdiyi intizama diqqət edilərsə); və həm də, (heyvanların) bir-birindən ayrı cüzi maslahatlarının mayası və həyatı düyümü hökmündə olan bir ləzzəti və ya bir məhəbbəti və ya digər bir şeyi (məsələn, şəfqət, ehtiyac, iştah kimi başqa şeyləri) içinə atmaqla, -yemək və nikahdakı kimi- pərişan olan işlər və fellər (yəni, hədd-i zatında, insanınkı qədər əhəmiyyətli olmayan və əgər o maya və çəyirdəklər olmasaydı, pərişan və intizamsız olacaq olan hallar və işlər), o maya ilə irtibat və ittisal etdiklərini (yəni, o müxtəlif vəzifələrin və fellərin bir-birilə bağlanaraq intizama girdikləri), İlahi bir inayət (yardım) nəzər nöqtəsilə diqqətə alınarsa...

------------------

Şərhi:

Yəni, belə muamələ edən İlahi bir inayət olduğunu görmək nəzərilə və məqsədilə bu təsərrüfə diqqət edilərsə, bu görülər:

Hikmət sahibi Sani, təkvini əmrlərindən gələn ləzzət və məhəbbət kimi şeylərlə, bu heyvanlar aləmini belə pərişanlıqdan və öz başınalıqdan qurtarıb, onların cüzi hal və fellərinə belə intizam verərkən, insan aləmini, pərişan və öz başına buraxmaz.

Hikmət sahibi Sani, heyvanların növlərinə, belə təkvini əmrlə (kainatdakı qanunlar) ilə intizam verdiyi kimi; qəbilələrinə də, bir rəis və lider təyin etməklə, intizam altına almaqdadır. Müəllifimizin, "Həqiqət çəyirdəkləri" adlı risaləsində dediyi kimi:

"Karıncayı emirsiz, arıyı yâsupsuz bırakmayan kudret-i ezeliye, elbette beşeri nebîsiz bırakmaz."

Yəni:

"Qarışqanı, əmirsiz; arını da, yasub (arı bəyi)'siz buraxmayan əzəli qüdrət, əlbəttə, bəşəri, Nəbi'siz buraxmaz."

------------------------

Hem de hikmetin şehadetiyle sabit olan adem-i abesiyet ve adem-i ihmali mutalâaya alınırsa, istikra-i tamla netice veriyor ki...

Yəni:

Həm də hikmətin şəhadətilə sabit olan əbəsiyyətsizlik və ehmalsızlıq (yəni, heç bir şeyin öz başına və vəzifəsiz buraxılmaması həqiqəti) mütaliə edilərsə, tam istiqra (haşiyə) ilə nəticə verir ki --->

--------------------

(Haşiyə:

İstiqra: "induktivlik" deyilən bir istidlal metodudur. Yəni, bir növün fərdlərinə baxa-baxa, nəticədə bütün fərdləri əhatə edən külli bir qaydaya intiqal etmək/keçməkdir. Əgər:

~ o növün bütün fərdlərinə baxaraq qayda istixrac edilərsə, buna: "tam istiqra";

~ əksər qismində araşdırma aparılarsa, buna da: "naqis istiqra"

deyilir.

Tam istiqra, yəqinlik; naqis istiqra isə, zənn verir.

-----------------------

Mesalih-i külliyenin kutup ve mihveri ve maden-i hayatı hükmünde olan nübüvvet, nev-i beşerde zarurîdir.

Yəni:

Bəşər növündə, (insanın, bütün kainatla əlaqədar olan maslahatlarının) qütb və mihvəri (orbiti) və həyat mədəni hökmündə olan Nübüvvət, zəruridir.

---------------------

Faraza olmazsa, perişan olan nev-i beşer, güya muhtel bir âlemden şu muntazam âleme düşüp cereyan-ı umumînin ahengini ihlâl ettiği kabul olunursa, biz insanlar sair kâinata karşı ne yüzümüz kalacaktır?

Yəni:

Fərz edək ki, (nübüvvət) olmazsa, pərişan olan bəşər növü, guya, intizamsız və qarmaqarışıq olan bir aləmdən, bu müntəzəm aləmə düşüb, (bu intizamlı aləmin) ümumi cərəyanının ahənginə xələl verdiyi qəbul edilərsə, biz insanlar, sair kainata qarşı, nə üzümüz qalacaqdır?!

---------------------

Şərhi:

Mətn, 2 şəkildə başa düşülə bilər:

Müəllifin, bu mətnlə qəsdi:

1. Nübüvvətin gerçəkləşməsi cəhətilədir. Yəni: "Əgər Sani və Hakim olan Allah, nəbilər göndərməsəydi, belə olardı. Onun üçün də, Allahın nəbilər göndərməsi, hikmət və inayətinin gərəyidir. Madam ki, belədir. Elə isə, Nəbilər göndərəcək və göndərmişdir."

2. İddia və etiqad cəhətilədir. Yəni: "Əgər bir insan, Allahın nəbilər göndərmədiyini iddia etsə, etiqadının gərəyi olaraq, insanın, bu müntəzəm aləmə aid olmayan və başqa intizamsız bir aləmə aid avara, tüfeyli bir varlıq olduğunu qəbul etməsi və belə etiqad etməsi lazımdır. O vaxt, bu kainatdakı intizam içində olan mövcudata, hansı üzlə baxacağıq?!"

------------------------

------------------------

Tenbih

Ey birader! Eğer burhan-ı Sâniin suğrâsı senin sahife-i zihninde intikaş etmiş ise, hazır ol. Kübrâsı olan nübüvvet-i Muhammed'in bahsine geçiyoruz.

Yəni:

Tənbeh:

Ey qardaş! Əgər Sani (olan Allahın varlıq və birliyini nəticə verən qiyasın) suğra (deyilən birinci müqəddiməsi olan mütləq nübüvvət həqiqəti), sənin zehn səhifəndə nəqş oldusa, (indi) hazır ol! (Qiyasın) kubrası olan Muhammədin nübüvvəti bəhsinə (yəni, bunun isbatına) keçirik.

 

Not:

Dəyərli oxuyucu! Bu "İkinci Məqsəd"in başında da dediyimiz kimi; müəllif, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini, Allahın varlıq və birliyi burhanına, kubra qılır.

Lakin, ilk əvvəl, bu kubranı (yəni, Peyğəmbərimizin nübüvvətini) isbat etmək lazım gəlir. Bunu isbat edən dəlillərdən biri də, mütləq nübüvvətdir.

Buna görə də, müəllif, ilk əvvəl, mütləq nübüvvəti suğra qılıb; əvləvi qiyas ilə Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini ondan çıxarıb isbat edir.

Sonra, nəticədə çıxan Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini götürüb, Sani'nin varlıq və birliyini nəticə verən yeni bir qiyasın kubrası qılır. Mütləq nübüvvəti də, yenə suğra olaraq istifadə edir. Yəni:

Mütləq nübüvvət, həm Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvəti qiyasının suğrasıdır; həm də Sani'nin varlıq və birlik qiyasının suğrasıdır.

Müəllif, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətinin isbatında, 2 növ dəlil gətirir. Bunlardan:

1. Mütləq nübüvvətin, Onun nübüvvətinə olan dəlalətidir. -Aşağıda gələcək olan işarət və irşad qismində-, bax bu dəlili mücməl olaraq işləyir.

Bundan sonra gələn bölmə də isə,

2. Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini, 5 məslək içində isbat edir.

-----------------------

-----------------------

(İşaret) ve (İrşad)

Kübrâ sadıktır. Zira sahife-i itibar-ı âlemde menkuş olan âsâr-ı enbiyayı mütalâa etsen...

Yəni:

(İşarət və İrşad):

Kubra (yəni, Peyğəmbərimizin nübüvvəti), sadiqdir. Çünki:

~ Aləmin ibrət səhifəsində nəqş olunan Ənbiya (Nəbilər)'in əsərlərini mütaliə etsən...

----------------------

Şərhi:

Mətndə keçən "itibar": "ibrət almaq" deməkdir. İbrət isə ---> "qiyas etmək" deməkdir. Qiyas isə: "bir şeydəki illəti təsbit edib, eyni illəti daşıyan digər şeylərə də, eyni hökmü vermək" deməkdir. İbrət almağın mənası, bax budur.

Bax, bu aləm, hikmət gözü ilə baxıldığında, mənalı yazılarından ibrətlər alına biləcək bir kitab kimidir. Hətta, hər səhifəsində çox kitablar yazılmış böyük bir kitabdır. Bu ibrət səhifələrinin biri də: "içində Nəbilərin əsərlərinin yazılı olduğu səhifə"dir.

“Əsər” isə: "iz" deməkdir. Xəbərə də, "əsər" deyilir. Çünki o da, buraxılan bir izdir. Kitaba da, "əsər" deyilir.

Mətndə keçən "Nəbilərin əsərləri" sözündən məqsəd: "Nəbilərin, gələcəyə buraxdığı izlər; cəmiyyətdəki təsirləri; və Nəbilərə dair xəbərlər"dir.

İbrətlə baxıldığında bu əsərlər mənalı olduğundan, Müəllif, bunu, kitaba bənzətdi. Bax, bu səhifədə nəqş edilmiş olan Nəbilərin əsərlərini mütaliə etsən...

------------------------

Ve lisan-ı tarihte cereyan eden ahvallerini dinlesen...

Yəni:

~ Və (Nəbilərin) tarixin dilində cərəyan edən hallarını dinləsən.

 

Not:

Aləmin ibrət səhifəsini mütaliə və tarixi dinləmək, tam istiqra metodudur.

-----------------------

Ve hakikatı, yani cihetu'l-vahdeti tesir-i zaman ve mekan ile girdiği suretlerden tecrid edebilirsen...

Yəni:

~ Və həqiqəti, yəni, (Nəbilərdə) ortaq olan cəhəti, zaman və məkanın təsirilə girdiyi surətlərdən təcrid edə bilsən...

----------------------

Şərhi:

Müəllifin qəsdi, budur:

Bütün Nəbilərdə ortaq olan cəhət ki, buna "müştərək illət" və ya "mənat" deyilir. Onu, zaman və məkanın təsirindən təcrid edə bilsən...Bu da, tənqihu'l-mənat'dır. Tənqihu'l-mənat: "hökm üçün illət olmağa əlverişli olan vəsfi, hökmlə bağlı olan digər vəsflər arasından seçib, ayırıb ortaya qoymaq"dır. Məsələn, ramazanda cima edən bədəvi və kasıb və saçı-baçı dağınıq bir adam haqqında, Peyğəmbər (sallallahu aleyhi və səlləm), kəffarətlə hökm etdiyində; bu adamın şəxsində olan bədəvi olmaq və ya saçının-başının dağınıq olması kimi vəsflər, xüsusi vəsflərdir. Hökmün illəti olmağa salih (əlverişli) deyildir. Yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm), o adama, bədəvi olduğu üçün və ya saçı-başı dağınıq olduğu üçün elə hökm etmiş deyildir. Çünki, bunların, hökmə uyğunluğu yoxdur. Əgər bu vəsflər ayırd edilməzsə, qiyas yalnış edilər. Eynilə bunun kimi:

Tam istiqra ilə Nəbilərdə araşdırma apardığımızda, onlara Nəbi dedirdən və Nübüvvətlərinə mənat olan müştərək vəsflərini təsbit, təxric etmək istədiyimiz vaxt, -ki, buna da, "təxricu'l-mənat" deyilir- hər bir Nəbinin halında, o zaman və məkanın təsirindən gələn xüsusi vəsflər və surətlərin ayıqlanması lazımdır. Bu da, "tənqihu'l-mənat"dır. Çünki, bir həqiqətin, fərqli surətləri ola bilər. Heç bir Nəbi'nin halındakı surət, başqasına bənzəməz; xüsusidir və bu cəhətdən, qiyas edilə bilməz. Nəzərini surətlərə həsr edən, ibrəti itirər. (haşiyə)

----------------

(Haşiyə:

İllət haqqında daha geniş oxumaq üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ill%C9%99t-n%C9%99dir

Qiyas:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qiyas-n%C9%99dir

-----------------

Bax, bu "tənqihu'l-mənat"ı etdiyində --->

-----------------

Göreceksin ki...

Yəni:

Tənqihi edib, xüsusiyyəti ayırdığında, mənat, özünü sənə gösətərəcəkdir. Yəni, təxricu'l-mənat etməyə müvəffəq olacaqsan və bütün Nəbilər arasındakı müştərək illət, yəni, Onlara Nəbi dedirdən və Nübüvvətlərinə səbəb olan vəsflərin, bunlar olduğunu görəcəksən:

----------------------

İnayet-i İlâhiyenin ziyası olan mehasin-i mücerredenin şulesi olan hukukullah ve hukuk-u ibadı, enbiya düstur-u hareket ettiklerini...

Yəni:

(Nəbilərin 1-ci vəsfi): İlahi inayətin ziyası olan mücərrəd hüsnün şöləsi olan Allahın və qulların hüququnu, Nəbilər, hərəkət düsturu etdiklərini...

----------------------

Şərhi:

Bu, Nəbilərin ədalət sifətidir. Ədalət isə, Allahın və qulların hüquqlarına riayət etməkdir. Nəbilərin ən mühim bir sifəti, bu ədaləti, hərəkət düsturu etməkdir. Yəni, həm Allahın haqqına, həm də qulların haqqına riayət etmək, zülm və təcavüz etməmək və edilməsinə imkan verməməkdir. Bu da, Onların haqq olduğunu isbat edir. Haqq və ədalət isə ---> mücərrəd hüsnün şöləsidir. Yəni, saf bir gözəllikdir. Çünki hüsn və gözəllik, haqq və ədalətdən çıxır. Əgər haqq və ədalət olmazsa, müvazinə və balans pozular. Müvazinə və balansın pozulması da, gözəlliyə xələl gətirər. Haqq və ədalət harda olsa, oranı gözəlləşdirər. Bu hikmətdən dolayı, haqq və həqiqət, mücərrəd hüsndür. Yenə, bir şeydə həqiqi bir hüsn varsa, bu, onun haqq olduğunun əlamətidir. Harda həqiqi bir çirkinlik varsa, bu da, onun batil olduğunun əlamətidir. Bunun üçün də, mücərrəd hüsn, İlahi inayətin ziyasıdır. Çünki inayət: "etina və ehtimam göstərmək"dir. Hər bir şeydə görünən hüsn və camal, Sani olan Allahın nə dərəcə kamalda bir inayət göstərdiyini isbat edir. Sanki inayət, bir ziyadır ki, hər bir şeydə, hüsn və camalı parlatmışdır. İnayət, etina göstərmək olduğundan, ehmal etməməyi və vəzifəsiz və öz başına buraxmamağı gərəkdirir. Bu isə, onu nizama salmaqdır. Nizam isə, ədalət üzərə təsis edilmişdir. Ədalət və nizamdan da, tənasüb çıxır. Tənasüb isə, hüsn və camalın mənbəyidir. Demək:

Hüsn, ədaləti, hikməti və rəhməti ehtiva edən İlahi inayətin ziyasıdır ki, bu kainatı, mükəmməl və gözəl bir nizama daxil etmişdir. O nizama müvafiq olan hər şey isə, gözəlləşər. Ona müxalif olan hər şey də, batildir, dəlalətdir, çirkindir.

-----------------------

Ve nev-i beşer tarafından enbiyaya karşı keyfiyet-i telâkkileri…

Yəni:

✓ (Nəbilərin 2-ci vəsfləri): bəşər növü tərəfindən, Nəbilərə qarşı tələqqi (yəni, onlara baxış; onları qəbul, sayma) keyfiyyətləri...

--------------------

Şərhi:

Dost və düşmən bütün bəşər növü, Nəbiləri, kamilliyin ən yüksək mərtəbəsində görmüşlərdir. Nəbilərdə, nübüvvətə yaraşmayan; o məqamın izzət və şanına xələl verəcək heç bir ayıb və qüsur görülməmişdir. Nəbiləri, ən yaxından izləyən hər kəs, Onların, bu məqama layiq olduqlarını görmüşdür. Müəllifimiz Ustad Nursi'nin dediyi kimi:

"...nasıl ki bir yıldız böceği bin sene tekellüfsüz, hakikî bir yıldız olarak rasat ehline görünsün? Hem bir sinek, bir sene tamamen tavus suretini tasannusuz temâşâ ehline göstersin? Hem sahtekâr, âmi bir nefer, namdar, âli bir müşirin tavrını takınsın, makamında otursun, çok zaman öyle kalsın, hilesini ihsas etmesin? Hem müfteri, yalancı, itikadsız bir adam, müddet-i ömründe daima en sadık, en emin, en mutekid bir zâtın keyfiyetini ve vaziyetini en müdakkik nazarlara karşı telâşsız göstersin, dâhilerin nazarında tasannuu saklansın? Bu ise yüz derece muhaldir; ona hiçbir zîakıl mümkün diyemez. Ve öyle de farz etmek, bedihî bir muhali vaki farz etmek gibi bir hezeyandır."

Yəni:

Necə (ola bilər) ki:

~ bir ulduz böcəyi, 1000 il, təkəllüfsüz, həqiqi bir ulduz olaraq rəsəd əhlinə görünsün?! Həm;

~ bir milçək, 1 il, tamamilə tovuz quşu surətini, təsənnu etmədən (yəni, süni olmadan), (özünü) tamaşa əhlinə göstərsin?! Həm;

~ Saxtakar, avam bir nəfər, adlı-sanlı, ali bir generalın davranışına bürünsün, məqamında otursun, çox zaman da elə qalsın, hiləsini hiss etdirməsin?! Həm;

~ Müftəri (iftiraçı), yalançı, etiqadsız bir adam; ömür müddətində, daim ən sadiq, ən etiqadlı bir şəxsin keyfiyyətini və vəziyyətini, ən müdəqqiq nəzərlərə qarşı, təlaşsız göstərsin; dahilərin nəzərində, (öz) süniliyi gizlənsin?!

Bu isə, 100 dərəcə muhal/imkansızdır. Ona, heç bir ağıl sahibi, mümkün deyə bilməz. Elə də; fərz etmək də, bədihi/açıq bir muhalı, vaqe fərz etmək kimi bir həzəyandır. ("Məktubat", 26-cı Məktub, 1-ci Məbhas)

 

Elə də, O Nəbiləri, əgər Onlar haqq olmasaydılar, bəşərin Onları bu surətdə tələqqi etmələri, mümkün olmazdı.

Kafirlər, hər nə qədər Peyğəmbərləri təkzib etsələr (yalanlasalar) da, Onların Zatlarına qarşı, hər hansı bir ittiham gətirməmişlərdir. Ancaq, "Bizim kimi yemək yeyən, bazara gedən, evlənən bir insan, Nəbi ola bilməz. Əgər Allah, nəbi göndərsəydi, mələk göndərərdi." kimi, boş bəhanə və safsatalara sığınmışlardır. Bu dedikləri vəsflər isə, qüsur və eyib deyildir. Onların, "Bu, şairdir və ya kahindir və ya sehrbazdır." kimi sözləri də, Peyğəmbərlik vəsflərini inkar etməkdir. Yoxsa, Nəbilərin Zati kamilliklərini inkar üçün deyildir. Çünki Onlar yanında, şeir, kahinlik və sehr, məqbul olan şeylərdən idi. Ancaq, Nəbilərə "məcnun/dəli" demələri isə, ya onlara gələn şeyin, mələk deyil; şeytan olduğunu söyləmək üçündür. Yəni, onlara, həqiqətən bir şeyin gəldiyini; lakin, gələnin mələk deyil, cin olduğunu söyləyirdilər. Dolayısı ilə, yenə "Yalançıdır." deyə bilmirdilər. Və yaxud, Nəbilərin gətirdiyi xəbərləri dar ağılları fəhm edə bilmədiyi üçün, heyrətlərindən doğan safsata və həzəyanlardır. Yoxsa, Nəbilərin ağlına, kimsə etiraz etməmişdir.

----------------------

Ve ümeme karşı suret-i muameleleri...

Yəni:

✓ (Nəbilərin 3-cü vəsfləri): ümmətlərə qarşı, muamələ surətləri...

----------------------

Şərhi:

Müəllifimizin qəsdi, budur:

Nəbilər, Onların dəvətlərinə icabət edən ümmətlərə qarşı, fədakar, şəfqətli və mərhəmətlə muamələ etmiş; dəvətlərinə icabət etməyən, inkar edənlərə qarşı da, heç bir qorxu və təlaş göstərmədən, əmin, haqdan heç bir taviz vermədən davranmışlardır.

-------------------

Ve terk-i menafi-i şahsiye...

Yəni:

✓ (Nəbilərin 4-cü vəsfləri): Şəxsi mənfəətləri tərk(dir)...

--------------------

Şərhi:

Quranda, belə buyurulur:

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ

"Mən, bunun əvəzinə, sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım, ancaq aləmlərin Rəbbinə aiddir." (Şüəra/109, 127, 145, 164, 180)

ٱتَّبِعُوا۟ مَن لَّا يَسْـَٔلُكُمْ أَجْرًا وَهُم مُّهْتَدُونَ

"Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan Şəxslərin ardınca gedin!" (Yasin/21)

Bu ayələr, Nəbilərin, vəzifələrindən dolayı, xalqdan maddi-mənəvi heç bir mənfəət tələb etməmələrinin; Onların, mükəmməl ixlas və səmimiyyətlə sırf Allah üçün xidmət etmələrinin dəlilləridir.

----------------------

Ve sair umurlar...

Yəni:

(Onların) Və sair işləri (yəni, sifətləri)...

---------------------

Şərhi:

Bu sifətlərə:

~ ismət sifətini, yəni onların, Allah (azimu'ş-şan)'ın mühafizəsi altında olub, xüsusilə günahlardan və xətalardan qorunmalarını;

~ həm möcüzə göstərmələrini;

~ həm də vəhyin nuru ilə nail olduqları elm və hikmət kimi

digər bir çox vəsflər, nümunə verilə bilər.

Bax, bütün bu vəsflər --->

-------------------

Ki onlara nebi dedirmiş ve nübüvvete medar olmuş olan esaslar ise...

Yəni:

Ki, Onlara, Nəbi dedirtmiş ve Nübüvvətə mədar (ətrafında dövr edilən yer) olan əsaslar isə...

---------------------

Şərhi:

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), burda, təhqiqu'l-mənata başlayır. Təhqiqu'l-mənat isə: "qiyas edilən şeydə də eyni illətin mövcud olduğunu, yəni təhəqqüq etdiyini təsbit etmək"dir. Yəni, bu, illətin tətbiq edilməsindən ibarətdir.

Müəllif, Nəbilərə nəbi dedirdən və Onların nübüvvətlərinin mədarı olan məzkur (yuxarıda zikr edilən) əsasların, eynilə və daha zahir bir surətdə, Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm)'də təhəqqüq etdiyini göstərərək, təhqiqu'l-mənat etməkdədir. Belə ki --->

------------------------

Evlâd-ı beşerin sinn-i tekemmül ve kühûlette olan üstadı...

Yəni:

~ Bəşər övladının təkəmmül və kühulət yaşındakı Ustadı...

--------------------

Şərhi:

Mətndəki "kühulət": "insanın bütün qüvvələrinin kamal mərtəbəyə çatdığı 40 yaş və ondan sonrakı dövrü"dür.

Yəni, necə ki, ibtidai və orta məktəbdə müəllimi ilə bir universitet müəllimi və ya onun da müəllimi olan professor, eyni dərəcədə deyildir. Elə də, keçmişdəki Nəbilər, bəşərin uşaqlıq və gənclik dövrünün ustadları (müəllimləri) ikən; Allah rəsulu (sallallahu aleyhi və səlləm), kamal yaşı olan kühulət dövrünün Ustadıdır. Bunun üçün də, Onun dərs və təlimi, hamısının fövqündədir.

-------------------------

...ve medrese-i Ceziretü'l-Arapta menba-ı ulûm-u âliye ve muallimi olan Zat-ı Muhammed'de (a.s.m.) daha ekmel ve daha azhar bulunur.

Yəni:

~ "Ərəb yarımadası mədrəsəsi"ndə, ali elmlərin mənbəyi və müəllimi olan Muhamməd (sallallahu aleyhi və səlləm)'də, (nəbilərin bütün vəsfləri), daha kamil və daha zahir bir surətdə mövcuddur.

------------------------

Şərhi:

Müəllifimiz Ustad Nursi, burda, əvləvi qiyas gətirməkdədir.

Əvləvi qiyas: "qiyas edilən şeydə, illətin, özünə qiyas edilən şeydən daha qüvvətli bir surətdə mövcud olması"dır. Məsələn:

...فَلَا تَقُل لَّهُمَآ أُفٍّ...

"Onlara (yəni, ata və anana), of belə demə." (İsra/23)

ayətində, ata-anaya of demək, haram qılınmışdır. Bunun illəti, əza olmasıdır. Onları döymək isə, daha çox əza verici olduğundan, ata və ananı döymənin haram olması, əvləvi qiyas ilə sabit olur. Buna görə:

Nəbilərə nəbi dedirdən və nübüvvətlərinə mədar olan hər şey, Muhamməd (sallallahu aleyhi və səlləm)'də, daha kamil və daha zahir olduğundan, əvləvi qiyas ilə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in risaləti və daha kamil rəsul olduğu, açıq bir şəkildə zahir olur.

Müəllifin, "Daha zahir bir surətdə mövcuddur." deməsi, bu əvləvi qiyasın, eyni zamanda, cəli/açıq qiyas olduğuna işarət üçündür.

Qiyaslar, illətin açıqlıq dərəcəsinə görə, 2 qismə ayrılır:

1. Cəli/açıq qiyas: bu, illət zahir olduğunda;

2. Xafi/gizli qiyas isə: illət zahir olmadığı

vaxtdır.

~ İllətin zahir olması isə: "bir-birinə qiyas edilən əsl və fər (haşiyə) arasındakı fərqliliklərin təsiri olmadığına, qətiyyətlə hökm edilə bilməsi"dir. Məsələn, nökər kişinin azadlığı caiz olunca; cariyə (nökər qadın)'ının ona qiyas edilməsi, cəli/açıq qiyasdır. Çünki, burda, aralarındakı fərqlilik olan kişilik və qadınlığın, azadlığın sirayətinə hər hansı bir təsirinin olmadığı, açıqdır.

-------------------------

(Haşiyə:

ƏslFər üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99sl-v%C9%99-f%C9%99r-n%C9%99-dem%C9%99kdirl%C9%99r

--------------------------

~ Ancaq, kəskin bir alətlə öldürməyə, ağır bir cisimlə öldürməyi qiyas etmək istədiyimizdə, aralarındakı fərqin, öldürmə üzərində hökmü dəyişdirəcək bir təsirinin olmadığını, dərhal, qətiyyətlə deyə bilmirik. Burda, fikir lazımdır. Müctəhidin, bu fərqin təsirinin olmadığını isbat etməsi lazımdır. Dolayısı ilə, bu da, xafi/gizli qiyas olur. Görüldüyü üzərə, xafi qiyasda, tənqihu'l-mənat etmək (yəni, illəti, sair vəsflərdən ayırmaq) və bunun üçün də, fikir və nəzər lazımdır.

Buna görə:

~ Nəbilərin nübüvvətlərinə mədar olan şeylər təsbit edildikdən sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ona qiyas edilməsi, cəli/açıq qiyasdır. Çünki, əvləvi qiyasdır.

~ Lakin, Nübüvvətin mədarlarının təsbiti, zaman və məkanın təsirlərinin verdiyi ayrı-ayrı xüsusi surətlərin təcrid və tənqihinə bağlı olduğu cəhətlə də, xafi/gizli qiyasdır. Bu xafi qiyas --->

Müəllifin, az sonra söyləyəcəyi üzərə, muttarid (kəsintisiz, daimi) bir intizam üzərinə müəssis (təsis edilmiş)'dir. Çünki, xafi qiyas, surətən bir-birindən fərqli görünən müxtəlif əşya arasında, həqiqət cəhətində, muttarid bir qanun və müştərək bir nöqtə olduğunu; yəni, xafi bir intizam ilə cərəyan etdiyini görmək və bu qanun və intizama istinad edərək hökm etməkdir. İntizamsız və qarışıq görünən əşyada, əslində muttarid bir intizam var olduğu üçün, xafi qiyas edilə bilməkdədir.

İndi, bütün bu nöqtələrə diqqət edildiyində görülür ki, Müəllif (rahiməhullah), bu qiyasda, fiqh üsulunun 7 maddəsini istifadə edib cəm edir. Belə ki:

1. Tam istiqradır. Çünki, ilk əvvəl, bütün Nəbilərin hallarını tək-tək təftiş edib, külli qayda istixrac etdi.

2. Tək bir növdə olan istiqradır. Yəni, əgər istiqra, çox növləri ehtiva edən bir cinsin fərdlərində deyil; sadəcə tək növ haqqında edilirsə, tək növün fərdləri, bir-birilə eyni mahiyyəti daşıdıqları üçün, hökmün illətini də ehtiva etmiş olduğundan, tək növdəki naqis istiqra da, yəqin ifadə edər. Yəni, o növün bütün fərdlərini tək-tək tətəbbu etməsə (araşdırmasa) belə, əksəriyyətində tətəbbu etmək, yəqin ifadə edər. Nəbilər üzərində edilən bu tətəbbu da, bir cəhətdə tək növdə edilən istiqra olduğundan, tək-tək bütün Nəbiləri tətəbbu etməyə, ehtiyac qalmır. Bunun üçün, Müəllif, bu "Mühakəmat" adlı əsərinin ərəbcə əslində, belə tək növdə, naqis istiqranın belə yəqinlik ifadə etdiyini bildirmişdir.

3. Zaman və məkanın təsirinin verdiyi surətlərdən təcrid ilə, tənqihu'l-mənat etdi.

4. Bu tənqihu'l-mənat cəhətilə, xafi qiyasdan kömək aldı.

5. Bu istiqra nəticəsində, Nübüvvətin mədarı olan vəsfləri istixrac etdiyindən, təxricu'l-mənat etdi.

6. Təxric etdiyi mənatı, Muhamməd (sallallahu aleyhi və səlləm)'də tətbiq edərək, təhqiqu'l-mənat etdi.

7. Bu mənat, Muhamməd (sallallahu aleyhi və səlləm)'də, daha kamil və daha zahir olduğu cəhətilə, əvləvi qiyas oldu.

----------------------

Demek oluyor ki, istikrâ-i tam ile, hususan nev-i vahidde, lâsiyyema intizam-ı muttarid üzerine müesses olan kıyas-ı hafînin iânesiyle ve kıyas-ı evlevînin teyidiyle nübüvvet-i Muhammed'i (a.s.m.) netice vermekle beraber tenkihü'l-menat denilen hususiyattan tecrit nokta-i nazardan, cemi' enbiya, lisan-ı mu'cizatlarıyla, vücud-u Sâniin bir burhan-ı bâhiresi olan Muhammed'in (a.s.m.) sıdkına şehadet ederler.

Yəni:

Demək olur ki, tam istiqra ilə, xüsusilə tək növdə, xüsusilə muttarid intizam üzərinə təsis edilən xafi qiyasın ianəsi (köməyi) ilə və əvləvi qiyasın dəstəyilə (edilən bu qiyas), Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini nəticə verməklə bərabər; tənqihu'-mənat deyilən xüsusiyyatdan təcrid nöqte-yi nəzərindən (yəni, hökmə təsiri və onunla əlaqəsi olmayan xas vəsflərdən illəti soyub ayırmaq nöqte-yi nəzərindən), bütün Nəbilər, möcüzə (göstərmələri) dililə, Sani (olan Allah)'ın varlığının bahir/açıq bir bürhanı olan Muhamməd (sallallahu aleyhi və səlləm)'in sadiqliyinə şəhadət edərlər.

---------------------

Şərhi:

Yəni, ilk əvvəl, Nəbilərin nübüvvətlərini və sidqlərini isbat edən şeylər, Onların möcüzələridir. Bu möcüzələrlə Nübüvvətləri sabit olunca; nübüvvətlərinə mədar olan və onlara Nəbi dedirən vəsflərin eynilə və daha mükəmməl olaraq

 

Muhamməd (sallallahu aleyhi və səlləm)'də mövcud olması, Onun, daha kamil nəbi olduğunu isbat etdiyi üçün, O Nəbilərin təsdiqi olan möcüzələri, dolayısı ilə Muhamməd (sallallahu aleyhi və səlləm)'in də sidqinə şəhadət etmiş olur. Muhamməd (sallallahu aleyhi və səlləm) isə, Sani olan Allahın bir burhanıdır. Dolayısı ilə, məcmu dəlillər, Sani'nin varlıq və birliyini isbatda, birləşir.

------------------------

------------------------

(İtizar)

Yəni:

Üzrxahlıq.

----------------

Kısa cümlelerle söylemiyorum, muğlakça oluyor. Zira, şu hakaik her tarafa derin köklerini attıklarından mesele uzunlaşıyor.

Yəni:

Qısa cümlələrlə danışmıram, qapalı olur. (Yəni, nə üçün cümləni uzadıb qısa söyləmirəm), çünki, bu həqiqətlər, hər tərəfə dərin köklərini atdıqlarından (yəni, çox məsələyə təmas etdiyindən və onlardan kömək aldığından), məsələ uzunlaşır.

-----------------

Suret-i meseleyi bozmak ve parça parça etmek ve hakikati incitmek istemiyorum.

Yəni:

Məsələnin surətini pozmaq, parça-parça etmək və həqiqəti incitmək istəmirəm.

-----------------

Şərhi:

Müəllifin qəsdi, budur:

Əgər məqsudum olan o həqiqətləri, bütün kökləri və budaqları ilə, bütünü birdən əhatə edilməzsə, həqiqətlərin surətləri pozular, görülməz olar. Onun üçün də, həqiqətin vəhdətinə işarət etmək və onu mühafizə etmək üçün, uzun tək bir cümlə qururam. Lakin bu da, anlaşılmasını bir dərəcə çətinləşdirir. Ancaq bunda, məzuram.

-------------------

Hem de hakikatin etrafına bir daireyi çekmek istiyorum. Ta hakikat mahsur kalıb kaçmasın.

Yəni:

Həm də həqiqətlərin ətrafına, bir dairə çəkmək istəyirəm. Ta həqiqət, məhsur qalıb qaçmasın.

-----------------

Şərhi:

Yəni, həqiqət, sanki bir quş kimidir. Uçub-qaçmasın deyə, ətrafına bir dairə çəkmək və qəfəs düzəltmək istəyirəm.

----------------

Ben tutmazsam, başkası tutsun.

Yəni:

İçindəki həqiqəti, əgər Mən, bir başa açıqlamaz, şərh etməzsəm, başqası etsin. Ancaq, o həqiqətlərin zəbt və qeyd edilməsi üçün, ətrafını çevirmək lazımdır.

---------------------

Beni mazur tutsanız, febiha.

Yəni:

Məni məzur görsəniz, (üzrüm), bax budur.

-----------------

Ve illa hürriyet var, tahakküm yoktur. Keyfinize.

Yəni:

Yox əgər üzrlü görməzsəniz, azadlıq var, təhəkküm (basqı, təzyiq) yoxdur. Keyfinizə.

-------------------

-------------------

(Mukaddime)

Müəllifimiz Ustad Said Nursi (rahmətullahi aleyh), mütləq Nübüvvət'i isbat etdikdən sonra; indi də, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini isbata başlayır. Belə ki:

------------------------

Peygamberin (a.s.m.) delil-i sıdkı, herbir hareket, herbir hâlidir.

Yəni:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sidq/doğruluq dəlili, hər bir hərəkət, hər bir halıdır.

--------------------

Şərhi:

Hal: “hərəkətin ziddi olan sükun halı”dır. Yəni, Peyğəmbərin hər bir hərəkəti, Onun sidqinə dəlil olduğu kimi; sükunu da, dəlildir. Bax, bundan dolayı, Müəllif (rahiməhullah), bir başa, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hərəkət və halından, Onun sidqini isbata gedir.

Ustad Nursi, bu cümlə ilə mövzunun əsasını bəyan etdiyi kimi; iləridə söyləyəcəyi bir həqiqətə də təriz edir (sözlə toxundurur). Peyğəmbərin sidq dəlilinin, yalnız möcüzələrə aid olmadığını xatırladır. Halbuki, kəlam kitablarında, sidqin dəlili olaraq, sadəcə möcüzələr zikr edilməkdədir. Bəli, əlbəttə, möcüzələr, kainatın Xaliqi tərəfindən bir təsdiqdir. Lakin, möcüzələrin sidqə dəlil olması, sidqin tək dəlilinin möcüzələr olması mənasına gəlmir. Ancaq, kəlam kitablarında, sidq dəlili olaraq, yalnız möcüzələrin zikr edilməsi; və avamın da bunu belə başa düşməsi:

~ Ya sair dəlillərin ehmal edilməsinə, ki, bu da, Peyğəmbərin sidqinin nə dərəcə qüvvətli olduğunun görünməməsinə səbəb olmuşdur;

~ Ya da daha da pisi, avam: "Madam ki, sidq dəlili, ancaq möcüzələrdir. O halda, Peyğəmbərin hər hal və hərəkətində, bir möcüzəlik olmalıdır." kimi bir zənn meydana gəlməsinə səbəb olmuşdur. Guya möcüzə olmayan bir hal və hərəkət, Peyğəmbərə yaraşmaz deyə zənn edirlər. Elə bir şey gördüyündə də, tərəddüdə düşürlər.

Bu nöqtəyə təriz üçün, Müəllif: "Peyğəmbərin hər hal və hərəkəti, möcüzə deyildir. Lakin, Onun sidqinə dəlildir. Sidqini isbat üçün, o hal və hərəkətin möcüzə olması, lazım gəlməz."

İndi, hər halında necə sidq dəlili olduğuna, bir neçə misal verir. İləridə təfsili gələcəkdir.

------------------------

Evet, herbir hareketinde adem-i tereddüt ve muterizlere adem-i iltifat ve muarızlara adem-i mübalât ve muhalif olanlardan adem-i tahavvüfü, sıdkını ve ciddiyetini gösteriyor.

Yəni:

Bəli!

~ Hər bir hərəkətində tərəddüdsüzlüyü; və

~ Mutəriz (Onun sidqinə etiraz edən)'lərə iltifat etməməsi; və

~ Muarız (Onun qarşısında ziddinə hökm edən)'lərə əhəmiyyət verməməsi; və

~ Müxalif olanlar (yəni, düşmənlərin)'dən qorxusuzluğu,

(Onun) sidqini və ciddiyyətini göstərir.

-------------------

Şərhi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bütün hərəkət və halına baxan, görər ki, O:

~ söylədiyi şeyləri; və

~ gördüyü işləri,

son dərəcə itminan (mutmain, qəlb rahatı) və əminliklə, doğruluğundan heç bir şübhə olmadan buyurur və edir. Məsələn:

~ Gördüyü bir işdə, "Görəsən bu, doğrudurmu, yoxsa yalnışdırmı?" Və yaxud: "Bu, maslahata uyğundurmu? Aqibətdə xeyirli bir nəticə verərmi?" deyə, tərəddüd etmir.

~ Buyurduğu şeylərdə də: "Təxminim, belədir. Zənnimcə doğru olan, budur." demir.

Halbuki, hərəkət yolları, çox; və hansının haqq və maslahat olduğu və nə nəticə verəcəyi, bəlli deyil. Xəbər verdiyi mövzular isə, ağılla bilinə bilməyəcək qeybi xəbərlərdir. Məsələn:

~ İlahi həqiqətlərə dair verdiyi xəbərlərdə, əksər insan, Ona müxalifdir.

~ Keçmişə dair verdiyi xəbərlərdə, məsələlər, çox qarışıq; və qarşısında da, Onun xətasını axtaran kitab əhlinin məlumatı, Onun yanında məchuldur; üstəlik, onların düşmənçilikləri də, şiddətlidir.

~ Gələcəyə dair verdiyi xəbərlər isə, ağılla bilinəcək şeylər deyil. Tam əksinə, ağlın zahiri, Onun xəbərlərinin tərsinə hökm edir. Məsələn, Özü, tək başına, zahirən qüvvət və iqtidarı olmadığı və Ona tabe olanlar da az olduğu halda, Sasani, Bizans və Həbəşistan'ın fəth ediləcəyini və İslamın qalib gələcəyini xəbər verir. Bunlar, ağlın ala biləcəyi şeylər, deyildir.

Halbuki, bütün bu mövzularda elə bir heysiyyət mövcuddur ki, məqam, ən kiçik bir xətanı belə qaldırmır. Çünki, Nübüvvət iddiası ilə çıxış edir. Nübüvvət heysiyyəti isə, ən kiçik bir yalanı və yalnışlığı, qəbul etməz. Ancaq, hər bir mövzu, xətaya son dərəcə qabil; və ağıl sahibinin ehtiyat göstərməsi lazım gələn şeylərdir. Onun ağıl və fətanəti isə, -dost və düşmən- hər kəsin qəbul etdiyi bir şeydir. Deyil Onun kimi ağıllı biri; ən kiçik ağlı olan belə, belə təhlükəli mövzularda, ehtiyat edər. Bu xəbərlərin çoxu, Özündən tələb edilmədiyi; və Ona iman edənlərin də belə bir gözləntisi olmadığı halda; və ən kiçik bir xilaf, iddiasına və məqamın heysiyyətinə zərər verəcəyi halda, belə qeybi xəbərlər vermək və son dərəcə mutməin və əminliklə bunları söyləmək, ancaq, sağlam bir məsnədə kürəyini söykədiyində mümkün ola biləcək şeylərdir. Həm, çox düşmənlərin və şiddətli inkarların və mütəcaviz (təcavüz edən) düşmənlərin qarşısında, zahirən heç bir qüvvətə istinad etmədən, tək başına belə bir iddiaya girişmək və meydan oxumaq; üstəlik, heç bir mənfəət tələb etmədən, əksinə, sıxıntı və məşəqqətlərə, əziyyət və zülmlərə Özünü atmaq; və o qədər təhlükələr və mütəcaviz çoxlu düşmənlərə qarşı ən kiçik bir qorxu və təlaş göstərməmək, ancaq haqq olmağın və haqqa istinad etməyin bir nəticəsi ola bilər. Ən təhlükəli, həm də səbəblərin tamamilə düşdüyü yerlərdə, məsələn, mağarada çətinə düşdükləri zamanda:

...لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا ۖ...

Lə təhzən! İnnəllahə məanə.

Yəni:

"Hüznlənmə! Şübhəsiz Allah, bizimlədir." (Tövbə/40) buyurması, Onun, nə dərəcə haqqa sarıldığını göstərir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, bu surətdə olan hərəkətləri və sözləri, daha nəticə vaqe olmadan belə, ağıl sahibləri üçün, Onun haqq olduğunu göstərərkən; bir də, nəticədə hər zaman haqlı və isabətli çıxması, ayrı bir dəlildir. Bunun üçün, Müəllif Ustad Bədiü'z-zaman, belə deyir --->

--------------------------

Hem de evamirinde hakikatın ruhuna olan isabeti, hakkıyyetini gösterir.

Yəni:

Həm də, əmrlərində, həqiqətin ruhuna olan isabəti, (Onun) haqq olduğunu göstərir.

------------------

Şərhi:

Onun heç bir əmri, yalnış və xətalı çıxmamış; hər zaman, həqiqətin ruhuna isabət etmişdir. Bu qədər vaxt keçdiyi və bəşər, çox inqilab keçirdiyi və tərəqqi etdiyi halda, zaman, Onu təkzib etmədiyi kimi; haqqlılığını göstərib, təsdiq etmişdir.

Elə isə, heç bir sözü, yalan və yalnış olmayan bir insana, -haşa- necə yalançı deyilə bilər?!

----------------------

Elhasıl: Tahavvüf ve tereddüt ve telâş ve mübalât gibi hile ve adem-i vüsuku ve itminansızlığı imâ eden umurlardan müberrâ iken, bilâ perva ve kuvvet-i itminanla en hatarlı makamlarda olan hareketi ve nihayette olan isabeti ve iki alemde semere verecek olan zihayat kaideleri harekatıyla tesis ettiğine binaen her bir fiil ve her bir tavrının iki taraftan yani bidayet ve nihayetten ciddiyyet ve sıdkı nazar-ı ehl-i dikkate arz-ı didar ediyor.

Yəni:

Xülasə:

~ Qorxu, tərəddüd, təlaş və əhəmiyyət vermək kimi (-ki, bunlar), hilə, güvənsizlik və qəlbin mutmain olmamasını ima edən şeylər(dir. O, belə şeylərdən) təmiz və pak ikən; (bunlarla bərabər),

~ Qorxmadan və qəlbin mutmain olmasının verdiyi qüvvətlə, ən təhlükəli məqamlarda (məsələn, mağarada) olan hərəkəti və nəhayətdə olan isabəti; və

~ 2 aləmdə səmərə verəcək olan canlı qaydaları (yəni şəriəti), Öz hərəkətlərilə təsis etdiyindən dolayı...

~ Hər bir fel və hər bir davranışının, 2 tərəfdən, yəni, bidayət (başlanğıc) və nəhayət (son)'dan ciddiyyəti və sidqi (yəni, fel və davranışlarının başlanğıcı və çıxış nöqtəsi etibarı ilə göstərdiyi mutməinlik, əminlik və digər vəsflərdən gələn ciddiyyəti; və sonunda da haqqa olan isabəti və haqlı çıxması mənasına gələn sidqi),

diqqət əhlinin nəzərinə, özünü ərz etməkdədir.

------------------

Şərhi:

Müəllif Ustad Nursi, bütün izahlarını, 2 kəlimə ilə xülasə etdi:

1. Ciddiyyət; və

2. Sidq.

• Ciddiyyət, məbdə/başlanğıc etibarı ilədir. Onun mutməin, güvən içində, tərəddüd etmədən, əhəmiyyət vermədən və s. bütün söylədiklərinin hamısına birdən, "ciddiyyət" dedi. Bax, ciddiyyətin tərifi də, budur.

• Axırda isə, haqlı çıxması; söz və fellərinin həqiqətə müvafiq olmasına da, "sidq" dedi.

----------------------

Bahusus mecmu-u harekâtının imtizacından ciddiyet ve hakkıyet şule-i cevvale gibi; ve in'ikâsatından ve muvazenatından sıdk ve isabet, berk-i lâmi' gibi tezahür ve tecellî ediyor.

Yəni:

Xüsusilə hərəkətinin:

~ cəminin imtizacından (yəni, birləşməsindən), ciddiyyət və haqqlılıq, cəvval (ətrafa sıçrayan) şölə kimi; və

~ bir-biri içinə əks edib müvazinə edilməsindən də, sidq və isabət, parlaq bir şimşək kimi

təzahür və təcəlli edir.

-------------------

Şərhi:

Yəni, Onun hər bir hərəkəti, ciddiyyət və sidqini isbat etdiyi kimi; məcmu hərəkəti nəzərə alınsa, dəlillərin bir-birinə istinad edərək bir-birinə qüvvət verməsilə, elə bir qüvvətli və nurani bir dəlil təşkil edər ki, bütün vəhm və şübhələri qovacaq parlaqlıqdadır.

Bu dəlillərin məcmuuna baxmaq, fikri istidlalda, mühim bir üsuldur. Təəssüf ki, bundan çox qəflət edilir. Çünki, məcmuda olan qüvvət və məna, fərddə yoxdur. Bəli, hər bir fərd, ayrı bir dəlildir. Lakin məcmusu, başqa bir dəlildir. Necə ki, su, hidrogen və oksigenin cəmindən meydana gəlir. Lakin, hidrogendən də, oksigendən də ayrı bir mahiyyətdədir. Həm, necə ki, bir-birilə ittihad və təsanüf edən 4 əlif, 4 deyil, 1111'dir. Elə də, dəlillərin məcmuundan hasil olan dəlil də, qüvvət və məna etibarı ilə, fərdlərindən fərqlidir. Onun üçün, Müəllif, bunu, zikr etməkdədir.

Məcmu'nun ayrı bir dəlil olması, 2 cəhətlədir:

1. Məcmuda, dəlillər bir-birinə istinad edərək, başqa bir qüvvət qazanırlar. Hər biri, öz zati qüvvətindən daha çox qüvvəti, bir-birinə istinad etməkdən qazanır. Hətta, zehnlərində, bu təsanüdü imtizac dərəcəsinə gətirməyə müvəffəq olanlar, cəvval bir şölə kimi sadiq bir hadsı (yəni, sezgini), ondan əldə edə bilərlər. Necə ki, bəzi kimyəvi maddələr, -məsələn, karbon ilə oksigen- bir-birilərilə imtizac etdiklərində, atəş çıxarırlar və cəvval bir şölə meydana gəlir. Çünki, imtizacdan, hərarət doğur. Elə də, hər biri sidq dəlili olan Peyğəmbərin hərəkətlərinin cəminə nəzər edildiyində, dəlillərin imtizacından, cəvval bir şölə kimi ortaya çıxan hads, Peyğəmbərin ciddiyyət və haqqaniyyətini göstərir və o atəşlə, şübhə və etirazlar, ortadan qaldırılır.

2. Bir məcmunun fərdləri arasında, müvazinə vardır. Çünki, əgər fərdlərdə müvazinə olmasaydı, bir arada ola bilməzlərdi. O halda, müvazinə, ancaq məcmu üzərində görülən bir vəsfdir. Tək-tək hər bir fərdə baxıldığında, müvazinə görülməz.

Buna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hər bir hərəkəti, sidq və isabətinə, bir dəlildir. Ancaq bütün bu sadiq və isabətli olan müxtəlif hərəkətlərin eyni Şəxsdə birləşmiş olması və aralarına heç bir yalan və yalnışın girməməsinə nəzər edildiyində, bütün o hərəkətlər arasında mövcud olan müvazinə görünür. Bu müvazinənin görülməsilə, sanki, hər bir dəlildən, digərlərinə bir nur əks edər və ortada birləşər. Necə ki, bir-birinə paralel qoyulmuş aynaların ortasında bir lampa yandırılmış olsa, hər bir aynadan gələn nur, sairləri içində də əks etməklə, ortalarından böyük bir işıq parlayar. Elə də, dəlillərin bu şəkildə əks etməsi və müvazinəsindən də, elə göz alıcı bir işıq çıxar ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sidq və isabətini, parlaq bir şimşək kimi ağlın gözünə göstərər.

 

Not: İndi, Müəllif Ustad Said Nursi, bu müqəddiməni, təfsilla izaha və Muhammədin risalətini isbata başlayır.

-----------------------

-----------------------

(İşaret)

Müəllif, gələcək bütün nübüvvət dəlillərinə, bir cümlə ilə işarət edir. Ta ki, zehn, təfsilat içində dağılmasın və -yuxarıda dediyimiz kimi- dəlillərin məcmuuna birdən baxa bilməyi təmin etsin. Bu dəlillər isə, 5 qisimdir:

-----------------------

Zaman-ı mâzi ve zaman-ı hal, yani, Asr-ı Saadet ve zaman-ı istikbal tazammun ettikleri berahin-i nübüvvet, lisan-ı vahidle maden-i ahlâk-ı âliye olan zât-ı Muhammed'de (aleyhissalâtü vesselâm) dâî-yi sıdkı ve dellâl-ı nübüvveti olan burhan-ı zâtînin nidasına cevap ve hem-dest-i vifak olarak nübüvvetini i'lâ ve ilân ettiklerini kör olmayanlara gösterdiler.

Yəni:

• (Birincisi): keçmiş zaman (yəni, Allah rəsulundan əvvəlki zaman);

• (İkincisi): hal-hazırdakı zaman, yəni, səadət əsri (haşiyə)

-------------------

(Haşiyə:

İndiki zamandan muradın, səadət əsri olduğunu açıqlamaqla; keçmiş və gələcəkdən muradın da: Allah rəsuluna nisbətlə olduğunu bildirmiş oldu.)

----------------------

• (Üçüncüsü): gələcək zaman (yəni, Allah rəsulundan sonrakı zaman)'ın,

ehtiva etdikləri Nübüvvət burhanları, vahid bir dillə (yəni, bu 3 zamanın Muhammədin nübüvvətinə dair ehtiva etdikləri dəlillər, tək bir dil ilə, yəni, bu dəlillər ittihad edərək, "Muhammədun Rasulullah" deyərək),

• (Dördüncü dəlil olan): ali əxlaq mədəni olan Muhamməd (aleyhissəlatu və səlləm)'in Zatında, Onu sidqə sövq edən və dəllal kimi nübüvvətini elan edən Zati burhanın (yəni, sidqi gərəkdirən tərifli əxlaqı ilə Muhammədin Zatı günəş kimi Öz-Özünə dəlalət edərək, mənən, "Mən, Allahın rəsuluyam. Mənə iman edin." deyərək etdiyi) nidasına cavab (yəni, keçmiş, Onun yaşadığı dövr və gələcək: "Bəli! Muhamməd, Allahın rəsuludur. İman etdik." deyə, Onun Zati burhanının nidasına cavab) verərək, əl-ələ verib Ona biət edərək, nübüvvətinin nə qədər uca olduğunu və bunu elan etdiklərini, kor olmayanlara göstərdilər.

 

Not: Müəllif Ustad Nursi, burda, nübüvvətin dəlillərindən 4-ünü saydı. Dəlillərin əsası, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Öz Zatıdır. Tərifli əxlaqı, günəş kimi, Öz-Özünü göstərir. Hər şeyi göstərən günəş, özünü, hər şeydən çox göstərər. Başqalarına ehtiyac yoxdur.

• Burda 5-ci dəlil isə: möcüzə dəlilidir. Bu, zatən məlum və məşhur olduğundan, Müəllif, onu, ayrıca söyləyəcək.

--------------------

Şu halde, kitab-ı âlemden olan fasl-ı zamanın sahife-i selâsesini mütalâa edeceğiz.

Yəni:

Bu halda (yəni, madam ki, Muhammədin risaləti bu 4 şey üzərindən isbat edilir. O halda, biz də, indi) "aləm kitabı"ndan olan "zaman fəsli"nin 3 səhifəsini mütaliə edəcəyik.

-----------------------

Şərhi:

Kitab, bablardan; bablar ---> fəsllərdən; fəsllər də ---> məsələlərdən meydana gəlir. Məsələn, bir fiqh kitabında, təharət mövzusu, "Təharət kitabı" ünvanı ilə açıqlanır. Bunun içində, məsələn suların hökmü, dəstəmaz, qüsl kimi mövzular, bir bab olur. Bab da, fəsllərdən meydana gəlir. Məsələn, dəstəmaz babında, dəstəmazın fərzləri, bir fəsldir. Bu da, öz içində, məsələlərə ayrılır. Bax, elə də --->

Aləm, sanki bir kitabdır. Biz, o kitab içində, zaman fəslinə baxacağıq. Bu fəsl isə, 3 səhifədən mütəşəkkildir. O da: keçmiş, hal və gələcəkdir. Bu 3 səhifəni mütaliə edəcəyik.

-----------------------

Hem de o kitaptan mesele-i uzmâ ve münevvere olan zât-ı Muhammed'i (a.s.m.) temaşa ve ziyaret edeceğiz.

Yəni:

Həm də o kitabdan, ən böyük və münəvvər (nurlu) olan Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zatını tamaşa və ziyarət edəcəyik.

------------------

Şərhi:

Yəni, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zatı, aləm kitabının ən böyük və nurlu məsələsidir. Onu da mütaliə edəcəyik. Yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in mənəvi Şəxsiyyətini yaxından tanıyıb tədqiq etməklə, Onu, mənən ziyarət edəcəyik. Fikrən və xəyalən, bu əsrdən təcərrüd edib, mənən səadət əsrinə gedib, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zatını, vəzifə başında görəcəyik. Bu 4 şey ilə --->

--------------------

Müddeâmız olan burhanın kübrâsını onunla ispat edeceğiz.

Yəni:

Müddəamız olan burhanın kubrasını, onunla isbat edəcəyik.

---------------------

Şərhi:

Yuxarıdakı 4 burhanla, Muhammədin risalətini isbat etdikdən sonra; Muhammədin risalətini, Allahın varlıq və birliyini nəticə verən bu burhanın kubrası; mütləq nübüvvəti də, suğrası qılacağıq.

------------------

İşte, bu noktaya binaen, mesalik-i nübüvvet dörttür. Beşincisi meşhur ve mesturdur.

Yəni:

Bax, bu nöqtədən dolayı, nübüvvəti (isbat) məsləyi (yolu, metodu), 4-dür.

• Beşincisi (yəni, möcüzə ilə risaləti isbat məsləyi isə, məşhur və məstur (kitablarda yazılı)'dır.

---------------

Şərhi:

Mətndəki "məstur" kəliməsi, ط hərfilədir. Yəni, "yazılmış" mənasında olan (مسطور/məstur)'dur. Yəni, möcüzə dəlili, həm insanlar arasında məşhur; həm də kitablarda yazılı olduğundan, onun bəyanı, kitablara həvalə edilmiş və insanlar arasında məşhur olmasına qənaət edilmişdir. Məlum olan bir şeyi bildirmək; məzkur (zikr ediləni) isə zikr etmək əbəs olduğundan, Müəllif, belə məsələləri, kitablara həvalə edib, əlavə bəzi cəhətlər söyləmişdir.

----------------------

----------------------

(Birinci Meslek)

Bu qisim, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zat'ıdır. Müəllifimizin, "Məktubat" adlı əsərinin 19-cu Məktub'unun 17-ci İşarətində dediyi kimi:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Qurandan sonra ən böyük möcüzəsi, Öz Zatıdır. Yəni, Onda ictima etmiş (toplanmış) ali əxlaqdır."

-------------------------

Yani, mesele-i âliye-i zâtiyeyi temaşa etmekte dört nükteyi bilmek lâzımdır:

Birincisi: لَيْسَ الْكُحْلُ كَالتَّكَحُّلِ kaidesine binaen sun'î ve tasannuî olan şey, ne kadar mükemmel olsa da, tabiî yerini tutmadığından, heyetinin feletatı, muzahrefiyeti imâ edecektir.

Yəni:

Zatinin ali məsələsini tamaşa etmək (xüsusun)'da, 4 nüktə (incə məna)'nı bilmək lazımdır:

• Birincisi: "Fitri olaraq sürməli olmaq, süni sürmə çəkmək kimi deyildir." qaydasından dolayı, süni və təsənnui olan şey, nə qədər mükəmməl olsa da, təbiinin yerini tutmadığından, heyətinin (yəni, ümumi halının) qırıntıları, müzahrafiyətini (yəni, çölünün bəzəkli olub içinin elə olmadığını) ima edəcəkdir.

-----------------------

Şərhi:

Kirpikləri fitrətən qalın, uzun və qara olanın halı, sürmə çəkərək gözünü süni bir şəkildə elə edənin halı kimi deyildir.

~ Süni: "bir şeyi, öz sənət və ixtiyarı ilə etmək"dir. Fitrətən özünə verilməyən bir şeyi, sun (yəni, sənət) və ixtiyarı ilə kəsb etməkdir. Süni, pis olmaya bilər. Lakin, yenə də, bir şey suni olsa, fitrisi kimi olmaz. Özünü bəlli edər.

~ Təsənnui isə: "(dilimizdəki) sünilik, riyakarlıq və hilə"dir. Arxasında pis bir niyyət vardır. Fərq edilməsi, çox asandır.

Hər kim, süni və təsənnui olan hala baxsa, ümumi halın qırıntılarından və künclərindən, onun, fitri və təbii olmadığını fərq edər. Bax, bu sirdən dolayı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i yaxından tamaşa edən dost və düşmən hər kəsin, Onu ən yüksək əxlaqda görüb hər hansı bir hilə və təsənnu hiss etməməsi, Onun sidqini isbat edər. Çünki, əgər O, nübüvvət iddiasında yalançı olsaydı, Ondakı bütün gözəl əxlaq, süni və təsənnui olduğu üçün, o qədər diqqətli gözlərdən qaçıb fərq edilməməsi, mümkün olmazdı.

Həm O, nübüvvət iddiasında ciddi və sadiq olmasaydı, Onda gözəl əxlaqın olduğunu söyləmək də, mümkün olmazdı.

İndi Müəllif, 2-ci qaydada, bunu izah edir. Belə ki --->

------------------------

İkincisi: Ahlâk-ı âliyenin, hakikatin zeminiyle olan rabıta-i ittisali ciddiyettir.

Yəni:

• İkincisi: Ali əxlaqın, həqiqətin zəmini ilə olan bağlantı rabitəsi, ciddiyyətdir.

---------------------

Şərhi:

Yəni, uca əxlaq, ağacın meyvəsi kimidir. Onun, həqiqət zəminilə olan bağlantı kökü isə, ciddiyyət və səmimiyyətdir. Əgər bu kök, yəni, ciddiyyət olmaz; hilə, yalan və sünilik olarsa, həqiqətdən kömək ala bilməyəcəyindən dolayı, meyvə verməz. Əksinə, zəqqum kimi pis əxlaq meyvələrini verər. Məsələn, bir adam, sənə, gülər üzlə və yaxşılığını istəyər bir tərzdə nəsihət etsə və ya xoş davransa, əgər bu davranışında ciddi deyilsə, yəni, əslində səni heç sevmədiyi və zərərini arzu etdiyi halda, belə edirsə, bu davranışları, səni aldatmaq və tələyə salmaq üçün bir hilə olar. Etdiyi, nə qədər surət-i haqdan görünsə də, qəlbindəki xəstəlik, bütün hal və hərəkətini də xəstəlikli edər. Məgər görülmürmü ki, münafiqlər, zahirən iman izhar etdikləri, namaz qılıb oruc tutduqları halda, Quran, bunları, saleh əməl deyil; əksinə, hilə saymışdır?! Çünki, ciddiyyətsiz, süni və təkəllüflə edilən şeylər, həqiqətsizdir. Demək, bütün ali əxlaqı həqiqi qılan və həqiqət zəminilə bağını təmin edən şey, ciddiyyətdir. O halda, ciddiyyət və səmimiyyəti açıq olan bir əxlaq da, əlbəttə həqiqətdir.

Bax, bu sirdən dolayı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, -dost və düşmənin ittifaqı ilə sabit olan- tərifli əxlaqın bütün növlərinə fitri bir surətdə ən kamal mərtəbədə sahib olması; və açıq görünən ciddiyyət və səmimiyyəti, həqiqət zəminilə bitişik olduğunu isbat edər. Əgər, nübüvvət iddiasında -haşa- haqlı olmasaydı, Ondakı bütün tərifli əxlaqı inkar etmək lazım gələrdi. Yəni kafirlər, məsləkləri etibarı ilə: "Muhamməd, gözəl əxlaqlı idi." deməzdilər. Əksinə, -haşa- insanların ən yalançısı, ən saxtakarı, Allahdan qorxmaz ən pis əxlaqlı insan demələri, məsləklərinin gərəyi olaraq lazımdır. Lakin, dünyada heç bir kafir və şeytan, bunu deməmiş və deyə bilməz. Halbuki, uca əxlaqın həqiqət zəminilə bağlantısı, ancaq ciddiyətlədir.

Necə olur ki, Ona, həm gözəl əxlaqlı deyib, həm də nübüvvət iddiasında ciddi olmadığını və yalançı olduğunu söyləyə bilirlər?!

--------------------------

Ve deveran-ı dem gibi hayatlarını idame eden ve imtizaçlarından tevellüd eden haysiyete kuvvet veren, heyet-i mecmuasına intizam veren yalnız sıdktır. Evet, şu rabıta olan sıdk ve ciddiyet kesildiği anda o ahlâk-ı âliye kurur ve hebâen gidiyor.

Yəni:

~ Qan dolaşımı kimi (ali əxlaqların) həyatlarını davam etdirən;

~ (Ali əxlaqların) bir-birilə imtizacından doğan heysiyyətə qüvvət, bütününə intizam verən,

yalnız sidq (doğruluq)'dur.

Bəli, bu rabitə olan sidq və ciddiyyət kəsildiyi anda, o uca əxlaq quruyar və boş-boşuna gedər.

-----------------------

Şərhi:

Necə ki, bədəndə bütün hüceyrələri və əzaları bəsləyərək, onların həyatlarını davam etdirən şey, qan dövranıdır. Qan olmazsa, onlar da quruyar və ölər. Elə də, uca əxlaqın qanı da, sidqdir, doğruluqdur. Hər gözəl əxlaq, sidqdən bəslənir. Bəli, sidq, hədd-i zatında, gözəl əxlaqlardan biridir. Lakin, eyni zamanda, hər gözəl əxlaqın da əsasıdır. Bir adamda, doğruluq əsaslı bir surətdə varsa, bütün gözəl əxlaq da, onda mövcud olar. Yalan da, pis əxlaqlardan biridir. Lakin, eyni zamanda, hər pis əxlaqın da anasıdır. Bir adamda yalan varsa, hər pis əxlaq da, onda mövcud olar. Hətta deyilə bilər ki, nə qədər gözəl əxlaq varsa, mahiyyəti doğruluqdan ibarətdir. Hər gözəl əxlaq da, bir doğruluq növüdür. İman da, bir sidqdir. Hər pis əxlaqın da əsli mahiyyəti, yalandır. Yalanın bir növüdür. Yalnızca, surətləri fərqlidir. Küfr və nifaq da, bir yalandır.

Bundan dolayı, madam ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'də, bütün gözəl əxlaqlar vardır. O halda, sadiqdir. Həm sadiq olduğu üçün, bütün gözəl əxlaq da, Onda toplanmışdır.

Ayrıca, hər gözəl əxlaq, insana bir heysiyyət verir. Hətta, məsələn, bir adamda, cəsarət kimi bir əxlaq olsa, bu əxlaq, ona bir heysiyyət verər ki, heysiyyətini ləkələməmək üçün, yalan söyləməkdən çəkinər. Hətta, fiqh və hədis üsulunda, şahidlərin və ravilərin ədalət şərti, bu heysiyyət üzərinə qurulmuşdur. Çünki ədalət, haramlardan və mürüvvəti zədələyəcək rəzilliklərdən ictinab edən bir adamda mövcud olan heysiyyətin adıdır ki, bu heysiyyət, o adamı, yalan söyləməkdən əngəlləyəcəyi üçün, şəhadəti qəbul edilər. Demək, o adamın haramlardan və rəzilliklərdən ictinab etməsindən, bir heysiyyət və izzət doğar. Yalan isə, o heysiyyəti qıran və izzəti ləkələyən ən alçaq bir haldır. Belə bir heysiyyət, əlbəttə, elə bir yalanla ictima etməz.

Madam ki, hər gözəl əxlaq, insana bir heysiyyət verir. Buna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'də bütün tərifli əxlaqların birdən imtizac edib ictima etməsinin, Ona nə qədər yüksək bir heysiyyət verdiyi, bir qiyas edilsin. Bax, bu heysiyyətə qüvvət verən şey isə, sidqdir. Yalan, heysiyyəti qırar və onunla ictima etməz.

Müttəqi (təqvalı) və əxlaqlı bir adamın şəhadəti belə məhkəmədə hüccət tutularkən; bütün bəşərin təqvanı və gözəl əxlaqı Özündən öyrəndiyi Muhamməd (sallallahu aleyhi və səlləm)'in sidqində ən kiçik bir tərəddüd etmək, ağıldan nə qədər uzaq bir şey olduğunu, bir düşün!

Həm ali əxlaqın ümumuna intizam verən də, sidqdir. İntizam, müxtəlif əşya arasında olan vəhdətdir. Müxtəlif əşya, bir qanun altına girməklə, vəhdət və intizam kəsb edərlər. Bax, müxtəlif ali əxlaqın nizam və vəhdətini təmin edən qanun da, sidqdir. Əvvəldə dediyimiz kimi, hər gözəl əxlaq, bir növ sidqdir və sidqdən doğar. Bir adamda, əsaslı bir surətdə sidq mövcud olduğunda, sair gözəl əxlaq da, intizam içində onda mövcud olar. Necə ki, intizamlı bir diyarın muti/itaətkar əhalisi, qanunlarına müxalif olan anarxistlərin aralarına girib bütününə xələl verməyə razı olmazlar. Elə də, bir insanda ictima edən gözəl əxlaqlar da, nizamlarına müxalif olan anarxist yalanın aralarına girib, ümumunun intizamını pozmasına və ona xələl verməsinə, icazə verməzlər.

----------------------------

Üçüncüsü: Umur-u mütenasibede temayül ve tecazüb ve mütezâdde olan eşyalarda tenâfür ve tedafü kaide-i meşhuresi, maddiyatta nasıl cereyan ediyor; mâneviyat ve ahlâkta dahi cereyan eder.

Yəni:

• Üçüncüsü:

~ Bir-birinə münasib olan şeylər arasında bir meyl və cazibə olması; və

~ Bir-birinə zidd olan şeylər arasında da bir nifrət və dəf etmə (itələmə) olması

məşhur qaydası, maddiyyatda necə cərəyan edirsə; mənəviyyat və əxlaqda da cərəyan edir.

------------------------

Şərhi:

Necə ki, maddiyyatda 2 zidd şeyin bir məhəldə ictima etməsi, muhal/imkansızdır. Mənəviyyat və əxlaqda da, 2 zidd şey, ictima edə bilməz. Necə ki, müttəqi və saleh insanlar, fasiq və səfehlərlə dostluq etməz; elə də, doğruluq ilə yalan; xəyanət ilə əmin-amanlıq kimi zidd əxlaqlar da, həqiqi mənada, bir adamda bərabər mövcud olmaz. Biri varsa, mütləq digərini dəf edər.

Ziddlər, bir-birilərini belə dəf etdikləri kimi; mütənasib olan şeylər də, bir-birini çəkərlər. Kişi ilə qadın arasındakı tənasüb və bir-birinin nöqsanını tamamlamaqdan doğan məhəbbət və cəzb etmə kimi; mütənasib olan əxlaqlar da, bir-birini çəkərlər. Sidq, bütün gözəl əxlaqın mənşəi olduğu kimi; bütün gözəl əxlaqlar da, sidqi cəzb edərlər.

Madam ki, həqiqət, budur. O halda, Muhamməd (sallallahu aleyhi və səlləm)'də bütün tərifli əxlaqların cəm etməsinin, necə şiddətli bir cazibə ilə, sidqi Özünə çəkəcəyi; və ziddi olan yalanı, nə dərəcə qüvvətli bir dəf ilə qovacağı, başa düşülür.

Sual:

Müəllifimiz Ustad Nursi, bu qaydanın, maddiyyatda da cari olan məşhur bir qayda olduğunu zikr etməkdədir. Halbuki, maddiyyatda məşhur olan qayda: "Eyni qütblər, bir-birini itələyər; zidd qütblərsə, bir-birini çəkər." qaydasıdır.

Cavab:

Müəllifin də qəsd etdiyi, zatən o qaydadır. Lakin Müəllif, "zidd qütblər" yerinə, "umur-u mütenasibe/bir-birinə mütənasib olan şeylər" təbirini istifadə edir. Çünki, mənfi və müsbət qütblərin, bir-birinin ziddi olmaları, məfhumları etibarı ilədir. Bu qayda, "2 zidd şeyin ictima etməsi" qaydası ilə qarışdırılmamalıdır. 2 zidd şeyin cəmi: "bir şeyin, öz ziddinə çevrilməsi; və ya eyni aynda o olması"dır ki, bu, muhaldır. Yoxsa, 2 ziddin bir-birilə tənasüb və mizan içində ittifaq etməsi və bir vəhdət göstərmələri, 2 zidd şeyin cəmi deyildir.

Xülasə:

Müsbət və mənfi qütblər, bir-birini təkmil edən 2 mütənasib şeydir. Zövc və zövcə kimidir. Bir-birinə müqabil dayanarlar və aralarında bir tənasüb vardır. Müsbət ilə müsbət; mənfi ilə mənfi arasında isə, tənasüb deyil; təmasül vardır. Bu misliyyətdən dolayı, bir-birilərinə müqabil durmadıqlarından, aralarında müzahəmət meydana gəlir. Bu da, dəfi meydana gətirir. Müəllif'in, "Həqiqət Çəyirdəkləri" adlı risaləsində:

"Təmasül, təzadın səbəbidir. Tənasüb, təsanüdün əsasıdır." sözü, buna işarət edir.

Necə ki, insan da, öz növü içində, misli ilə deyil; müqabili ilə ünsiyyət edə bilir. Onun üçün, kişi, kişi ilə deyil; qadın ilə ünsiyyət edə bilir. Demək, bir-birinə mütənasib olmaq, bir-birinin eyni olmaq demək deyildir. Hətta, bu nöqtədə, nə qədər bir-birindən uzaq və fərqli olarlarsa, aralarındakı cazibə, o qədər artar. Çünki, daha çox bir-birinin əskiyini tamamlayar və nöqsanlarını təkmil edərlər.

----------------------

Dördüncüsü: لِلْكُلِّ حُكْمٌ لَيْسَ لِكُلٍّ

Yəni:

• Dördüncüsü: "Küll'ün bir hökmü vardır ki, hər bir cüzündə yoxdur."

--------------------------

Şərhi:

Küll: "cüz/parçalardan mürəkkəb olan şey"ə deyilir. Bütün küllün hökmü, hər bir cüzündə mövcud olmaz. Bu, məntiq elmində, bir qaydadır. Məsələn, bir ağac, kök, budaq, yarpaq, meyvə kimi cüzlərdən mürəkkəb olan bir küll'dür. Küllün hökmünü isə, hər bir cüzündə tapmaq mümkün deyil. Məsələn, "Ağac, meyvəlidir." deyirik; ancaq, "Kök, meyvəlidir." deyə bilmirik.

Müəllifimiz Ustad Nursi'nin burdakı məqsədi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'də bütün gözəl əxlaqın toplanmasının hökmünü bildirməkdir. Yəni, bütün gözəl əxlaqın Onda toplanmasından hasil olan bir hökm vardır ki, bu hökm, hər bir fərdində yoxdur. Yəni, bir insan, bir gözəl əxlaq ilə müttəsif olduğunda, o əxlaq, sidqi özünə cəzb edərkən; bütün gözəl əxlaqın bir Şəxsdə toplanması, necə o Şəxsə bambaşqa bir heysiyyət verər, qiyas edilsin demək istəyir.

 

Not: Burda, əslində, 5-ci Müqəddimə də vardır. Lakin Müəllif, onu, "4-cü Məslək"in axırına qeyd etmişdir.

------------------

Şimdi gelelim maksada: İşte âsâr ve siyer ve tarih-i hayatı... Hattâ a'dânın şehadetleriyle, zât-ı Peygamberde (a.s.m.) vücudu muhakkak olan ahlâk-ı âliyenin kesret ve ihata ve tecemmu ve imtizacından tevellüd eden izzet ve haysiyetten neşet eden şeref ve vakar ve izzet-i nefs ile ferişteler, devlerin ihtilât ve istiraklarından tenezzühleri gibi sırr-ı tezada binaen, o ahlâk-ı âliye dahi hile ve kizbden tereffu ve tenezzüh ve teberri ederler.

Yəni:

İndi, məqsədə gələk:

Bax, əsərlər, siyər və həyat tarixçəsi...Hətta, düşmənlərin şəhadətlərilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Zatında, varlığı şübhəsiz olan ali əxlaqın kəsrət, əhatə, cəm və imtizacından (birləşib qarışmasından) doğan izzət və heysiyyət; (bunlardan) meydana gələn şərəf və vüqar və nəfsi izzət ilə,- fəriştələrin, divlərin (onlara) qaynayıb-qarışmaq və oğurluq etməyə çalışmaqlarından tənəzzühləri kimi (olan) təzad sirrindən dolayı-, o uca əxlaq(lar) da, hilə və yalandan, tərəffu, tənəzzüh və təbərri edərlər.

-----------------------

Şərhi:

Yəni, Onda mövcud olan gözəl əxlaqın növləri o qədər çoxdur ki, əhatə etmədiyi gözəl bir əxlaq buraxmamışdır. Yəni, nə qədər gözəl əxlaq varsa, hamısını Özündə, həm də ən kamal mərtəbədə cəm etmişdir. Və bütün bu əxlaqlar, Onun Zatında toplanmaqla qalmamış; imtizac etmək dərəcəsində birləşmişdir.

İndi, cəmi gözəl əxlaq, belə kamal həddə Onun Zatında imtizac etməsindən --->

-(2-ci qaydada bildirildiyi üzərə)-, bir gözəl əxlaq belə, sahibinə bir izzət və heysiyyət; və o da, bir şərəf və vüqar verərkən; -(4-cü qaydada bildirildiyi üzərə)- belə cəmi gözəl əxlaqın, kəsrət (çoxluq), əhatə, cəm və imtizacla bir Şəxs'də mövcud olması, Ona elə bir izzət və heysiyyət, şərəf və vüqar verər ki --->

...fəriştələrin, divlərin qaynayıb-qarışmaq və oğurluq etməyə çalışmaqlarından tənəzzühləri kimi...

Yəni:

Fəriştə (və ya fəriştah): "mələk";

Div isə: "cinni şeytan" deməkdir. Xüsusilə, cinnilərin güclü və əzəmətli yaradılışlı olan ifritləridir.

İstiraq: "gizlicə dinləmək; oğurluq etməyə çalışmaq" deməkdir.

Müəllifimiz, burda, şeytanların, səmada cəsusluq edərək; mələklərdən xəbər oğurlamağa çalışmalarını qəsd etməkdədir. Necə ki, göydəki mələklər, bu şeytanların səmaya girib onlarla bərabər olmasından; hətta deyil bərabər olmaları, sözlərinə qulaq asıb oğurluq etmələrindən belə narahat olub tənəzzüh edərlər.

Tənəzzüh: "özünə yaraşdırmadığı üçün, pislikdən çəkinib, təmizliyini mühafizə etmək" deməkdir.

Elə də, bu uca əxlaq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in izzət və heysiyyətinə elə bir yüksəklik vermişdir ki, səmadakı mələklər kimi olan o izzət və heysiyyət, şeytanlar kimi xəsis olan yalan və hilədən tənəzzüh edər və --->

...təzad sirrindən dolayı...

Yəni, yalan və hilə, uca əxlaqa zidd olduğundan, -3-cü qaydadakı zidlər arasındakı tənafür və tədafu (dəf etmə) sirrilə- --->

...o uca əxlaq da, hilə və kizbdən tərəffu, tənəzzüh və təbərri edərlər...

Tərəffu: "alçaq vəsfləri, özündəki yüksəkliyə yaraşdırmadığından, onlardan uzaq durub yüksəkliyini münafizə etmək" deməkdir.

Təbərri isə: "eyb və qüsurlardan, özünü bəri tutmaq"dır.

---------------------

Hem de hayat ve mâyeleri makamında olan sıdk ve hakkıyeti tazammun ettiklerinden, şule-i cevvale gibi nübüvveti aleniyete çıkarıyor.

Yəni:

Həm də, -2-ci qaydada bildirildiyi üzərə- (uca əxlaqın) həyat və mayaları məqamında olan sidq və haqqaniyyəti ehtiva etdiklərindən dolayı, cəvval (ətrafa sıçrayan) bir şölə kimi, Nübüvvəti açıqlığa çıxarar.

---------------------

(Tenbih)

Ey birader! Görüyorsun ki, bir adam yalnız şecaatle meşhur olursa, o şöhret ona verdiği haysiyeti ihlâl etmemek için, kolaylıkla yalana tenezzül etmez. Nerede kaldı ki, cemî ahlâk-ı âliye birden tecemmu ede..

Evet, mecmuda bir hüküm bulunur, fertte bulunmaz.

Yəni:

(Tənbeh)

Ey qardaş! Görürsən ki, bir adam, yalnız bir şücaətlə məşhur olsa, o şöhrətin ona verdiyi heysiyyətə xələl gətirməmək üçün, asanlıqla yalana tənəzzül etməz. Qalsın, cəmi ali əxlaq, birdən (o kimsədə) cəm ola...

Bəli! Cəmdə bir hökm mövcuddur ki, fərddə mövcud olmaz.

-------------------------

Şərhi:

Müəllif, bununla da, 4-cü qaydanın məqsədini bəyan etdi.

Burda, mühim bir məsələni bəyan etmək lazımdır. Ta ki, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zatının, necə möcüzə olduğu başa düşülsün. Bu da, müəllifin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Zatında, bütün ali əxlaqın cəm olduğunu söyləməklə işarət etdiyi bir incəlikdir. Lakin, Müəllif, burda, sadəcə işarətlə kifayətlənir.

Bəli, ali əxlaqın Onun Zatında cəm olması, Onun sidqinə bir dəlildir. Lakin bu, bu cəmin, möcüzə olduğu mənasına gəlməz. Lakin Müəllif, "Məktubat" adlı əsərinin 19-cu Məktubunda (bax: 17-ci Nüktəli İşarət), belə deyir:

Allah rəsulu (aleyhissəlatu vəssəlam)'ın Qurandan sonra ən böyük möcüzəsi, Öz Zat'ıdır. Yəni, onda toplanmış ali əxlaqdır ki, hər bir xislətdə ən yüksək təbəqədə olduğuna, dost və düşmən ittifaq edirlər...

Müəllif, mətndən də göründüyü kimi, uca əxlaqın Onun Zatında toplanmasının bir möcüzə olduğuna işarət edir. Lakin, niyə möcüzə olduğunu bəyan etmir.

Ancaq, "Şuaat" adlı əsərində, bu möcüzəliyin hansı cəhətdən olduğunu, izah etmişdir. Bu risalədə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in möcüzələrini sayarkən, Qurandan sonra ikinci möcüzəsinin, Onun Öz Zatı olduğunu söyləyib belə deyir:

İkincisi:

Muhammədin möcüzəsi, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Özüdür. Cəlal sahibi Zat (yəni, Allah), ona, belə demişdir:

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

Və İnnəkə, ləalə xuluqin azim.

Yəni:

"Şübhəsiz Sən, böyük bir yaradılış üzərəsən." (Qələm/4)

Bütün ümmət, -hətta düşmənləri də daxil- icma etmişlərdir ki, (O), bütün həsən/gözəl əxlaqı (Özündə) cəm etmişdir.

Nübüvvətdən əvvəl, Ondakı tərifli əxlaqın kamalına tərcüməçi olan "Muhammədu'l-Əmin" ünvanı ilə məşhurlaşmışdır.

Hz. Aişə (radiyallahu anha), hər zaman deyərdi:

"Xuluquhu'l-Quran."

Yəni:

"Onun əxlaqı, Qurandır." (Muslim, "Səhih", Fədail/43)

Demək, Quranın ehtiva etdiyi bütün həsən əxlaqı, (O, Özündə) cəm etmişdi. Bax, O kərəm sahibi Zat'da, ümmətin icması ilə, mənəvi təvatür qətiyyətilə sabitdir ki:

(O), insanların, sirətən (daxilən) və surətən ən cəmili (gözəli); və ən həlimi; və ən sabiri (səbr edəni); və ən şakiri (şükr edəni); və ən zahidi; və ən mütəvazisi; və ən əfifi (iffətlisi); və ən cavadı; və ən kərimi; və ən rəhimi; və ən adili, hər kəsdən çox mürüvvət, vüqar, əfv, fəhmdəki sihhət, şəfqət kimi nə qədər ali səciyyələr varsa, ən mükəmməl nurani bir fehristidir.

Bunların içindəki i'caz (möcüzəlilik) nöqtəsi, budur:

Həsən əxlaq, hərçənd bir-birinə müxalif deyil; lakin, kamal dərəcədə, (bunlar), bir-birinə müzahəmət edərlər (əziyyət verərlər). Biri qələbə çalsa, digəri zəifləyər. Məsələn:

~ hilm (yumşaqlıq)'dakı kamal ilə şücaətdəki kamal;

~ həm, təvazudakı kamal ilə şəhamətdəki kamal;

~ həm, ədalətdəki kamal ilə mərhəmət və mürüvvətdəki kamal;

~ həm, tam iqtisad və etidal ilə tam kərəm və səxavət;

~ həm, çox vüqar ilə sonsuz həya;

~ həm, çox şəfqət ilə nəhayət "Allah üçün düşmənlik etmək";

~ həm, çox əfv ilə nəhayət nəfsi izzət;

~ həm, çox təvəkkül ilə nəhayət ictihad

kimi bir-birinə zəhmət verən əxlaqların cəmi, birdən, ali dərəcədə bir Şəxsdə ictima etməsi (toplanması), bir-birini sıxışdırıb əngəl olmayan inkişafları, möcüzələrin möcüzəsidir.

Mətni oxumaq üçün, aşağıdakı linkə daxil ol:

https://www.erisale.com/?fbclid=IwY2xjawQJ1zFleHRuA2FlbQIxMQBicmlkETIwSUszbnlUVGdZR3dYZFdMc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHrRIlEU_f3rU-24nMp-cVzTpU6yQjXb-JesWOksgQjPey7HdEMeNkbicZn9z_aem_ZN-DH4dYfLZpQ3v4r7IE8g#content.tr.15.261

 

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), burda, tərifli əxlaqın bütün növlərinin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Zatında ictima etməsindəki möcüzəlilik cəhətinin: "hər bir əxlaq növünün ən kamal mərtəbədə ictima etməsi; bir-birinin mükəmməlliyini pozmaması; və aralarında müzahəmətin vaqe olmaması" deyə izah edir.

Bu yer, mühimdir. Yuxarıdakı qaydalarda, ali əxlaq, bir-birini cəzb edər dedi. Aralarında da, bir meyl və cəzb vardır. Bir-birilərinə zidd və müxalif deyillər. Lakin, kamal mərtəbə cəhətindən, aralarında müzahəmət vardır. O halda, kamal mərtəbədə ictima etmələri, adətə görə, örfi imkanda mümkün olmadığından, burdan, bir möcüzəlilik görülür. Allah rəsulundan başqa heç bir insan, bütün gözəl əxlaqlarda, ən kamal mərtəbədə olmamışdır. Bu nöqtədən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Zatı, bir xilqət möcüzəsidir. Və ağıl sahibləri üçün, ayın yarılması möcüzəsindən daha parlaq bir möcüzədir. Hətta diqqətlə təhqiq edən görər ki, necə ki, İsa (əleyhissəlam), atasız yaradılmaqla, Onun Zatı, bir möcüzə olmuşdur. Allah rəsulu da, nəbilərin xatəmi olduğu üçün, Nəbilərin hər növ möcüzəsinin bir mislini daha mükəmməl bir surətdə izhar etdiyindən, İsa (əleyhissəlam)'ın bu Zati möcüzəsinə bir nazirə olaraq, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Zatı, xilqət cəhətilə, İsanın xilqətindən daha böyük və parlaq bir möcüzə olmuşdur.

 

Not: Müəllif (rahiməhullah), bura qədər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Zatında toplanmış ali əxlaqın, Onun sidq və haqqaniyyətini necə gərəkdirdiyi haqqında danışdıqdan sonra; indi də, məsələni gücləndirəcək və nurlandıracaq 2 mühim nöqtəyə, 2 işarət ünvanı altında rəmz edir. Belə ki:

• Birincisi:

Yalançı bir adamın, hər kəsi yalançı zənn etməsi kimi; əqli mühakiməni ifsad edən bir şey də, nəfsi qiyas ilə, hər kəsi, özünə və ya aşinə olduğu insanlara qiyas etmə xəstəliyidir. İçində yaşadığımız yalançı əsr, yalana rəvac verdiyindən, səadət əsri insanlarındakı sidq və sədaqəti və o əsrə bu məziyyəti verən Muhamməd (sallallahu aleyhi və səlləm)'in siqdini, başa düşə bilmirlər. Necə ki, nəzih insanlar, pis bir şeydən şiddətlə ikrah duyub tiksinərlərkən; pisliyə aşina olan adam da, zaman içində, o tiksintini itirər. Pislik, artıq, ona, normal gəlməyə başlayar. Belə bir adama: "Filan insan, bu pislikdən çox ikrah duyur. Onun nəzahəti, belə bir şeyin, öz yanına yaxınlaşmasına icazə verməz." deyildiyində, bunu başa düşməsi, mümkün olmur. Şübhələrdən də qurtula bilmir.

Eynilə bunun kimi, bu yalançı əsrin insanlarının; səadət əsri Əhalisinin Quran və sünnət ilə tərbiyələrinin, onların cəmiyyətlərində hakim olmasından doğan nəzih hallarından dolayı, saf fitrətlərində sidqə qarşı incizablarını (cəzb edilmələrini) və yalana qarşı -yalnız fikrən deyil; hətta hissən və maddətən- tiksinti və ikrahlarını hiss etmələri, mümkün deyildir. Bu əsrin insanı, əgər yalandan uzaqlaşsa belə, tiksindiyindən dolayı deyil, ancaq ağlı və qəlbi, onun yalnış bir şey olduğunu söylədiyi üçün uzaqlaşar. Hissiyyatı isə, onu bundan əngəlləməz. Əksinə, yalanı arzu edər. Əgər yalan və günah, bir cəmiyyətdə mənfi bir qarşılıq və etiraz görmürsə; doğruluq da, eyni şəkildə, o cəmiyyətdə müsbət bir qarşılıq və dəyər qazanmırsa, insanların yalan və günaha meyl etmələri, təəccüb ediləcək bir şey deyildir. Hələ, bir də, yalan və günah qiymət görürsə; doğruluq da, təhqir və xəyanət görürsə, yalandan uzaq durmaq və doğruluqda mətanət göstərmək, əlində oddan bir köz tutmaq kimi çətin olur. Səadət əsrində isə, yalanın çirkinliyi, maddətən belə hiss edilirdi. Yəni, yalanın çirkinliyi, sadəcə ağıllarda və nəzəriyyələrdə qalmırdı. Əksinə, ictimai həyatda və toplum yanında da, çirkin və ikrah yaradan bir şey idi. Etibar görmək istəyən, yalandan uzaq durmalı və və doğruluğa sarılmalı idi. Bunu işıqlandıran bir hadisə, budur:

Bir gün, havada, çürümüş bir leş qoxusu yüksəldi. Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Bilirsinizmi, bu iy nədir? Bu, möminlərin qiymətini edənlərin iyidir." buyurdu. (Buxari, hədis no: 732)

Bəzi İslam alimləri, bu hədisin bir nüktəsi (incə mənası) olaraq, belə demişlərdir:

"Zamanımızda, qiybət çoxalıb yayğınlaşdığından, burunlarımız, o qoxu ilə dolmuşdur. Onun üçün, hiss etmirik."

Bax, səadət əsrində, yalan və sair günahların çirkinliyi, belə maddətən hiss edilə bilən idi. Əsrin xüsusiyyətindən gələn bu sirdən dolayı, İslam alimləri, ittifaqla: "Ümum səhabələr, adildirlər." demişlər və səhabəliyi sabit olan bir insanın, cərh edilməyəcəyini və ədalətinin sabit olduğunu söyləmişlərdir.

Bax, indi, Müəllif, bu birinci nöqtəyə, belə işarət edir --->

----------------------

(İşaret ve Tenbih)

Görüyoruz: Bu zamanda sıdk ve kizbin mabeynleri ancak bir parmak kadar vardır. Bir çarşıda ikisi de satılır.

Yəni:

Görürük ki: Bu zamanda, doğruluq və yalanın arası, ancaq, bir barmaq qədərdir. Bir bazarda, ikisi də satılır.

----------------------

Şərhi:

Müəllif, burda, bəşər cəmiyyətini, bir bazara; doğruluq və yalanı isə, satılan mala bənzədir. Bununla qəsdi isə, budur:

Bir malın alıcısı olmasa, satıcısı da olmaz. Əgər bir cəmiyyət, yalana və yalançıya dəyər verməzsə, kimsə yalan söyləməz. Onun üçün, insanların günahı, əslində, cəmiyyətin də günahıdır.

---------------------

Fakat her bir zamanın bir hükmü var.

Yəni:

Lakin, hər bir zamanın, bir hökmü var.

-------------------

Şərhi:

Yəni, bəzi zamanlarda, bazarda, bəzi mallar rəvacda olur. Zaman dəyişincə, rəvac da dəyişir. Məsələn, qışda, qışlıq libaslara rəğbət vardır. Onun üçün, dükanlarda, qışlıq libaslar rəvacda olur. Ancaq yay gəlincə, dükanlarda qışlıq libas tapa bilmirsən. Bəzən də, zamanın modası ilə, bəzi mallara rəğbət artar.

Bax, elə də, əsri səadətdə, Quran günəşinin doğması ilə gerçəkləşən o bahar və yay dövründə, yalana rəğbət yoxdur. Lakin, (İslam) şüarlarının küsufu (müəyyən bir müddət batması) ilə, qış mövsümünə girən bu əsrdə, yalana rəğbət çoxaldı. Xüsusilə, səfahətkar və bidətçi mədəniyyətin və yalançı siyasətin modası, yalana daha çox rəvac verdi.

-------------------

Hiçbir zamanda asr-ı saadet gibi sıdk ve kizbin ortasındaki mesafe açılmamıştır.

Yəni:

Heç bir zamanda, səadət əsri kimi sidq və yalanın ortasındakı məsafə, açılmamışdır.

--------------------

Şöyle ki:

Sıdk kendi hüsn-ü hakikîsini kemâl-i haşmetle izhar ve onunla temessük eden Muhammed'i (a.s.m.) âlâ-yı illiyyîn-i şerefe i'lâ ve âlemde inkılâb-ı azîmi ika ettiğinden şarktan garba kadar kizbden bu'd derecesini göstermekle kıymet-i âliyesini i'lâ etmek cihetiyle sûku ve met'aını gayet nâfık ve râic etmiştir. (Şimdiki hürriyyet gibi.)

Yəni:

Belə ki:

Sidq (doğruluq):

~ öz həqiqi hüsnünü, (insanlara), mükəmməl ehtişamla izhar etmiş; və

~ ona sarılan Muhamməd (sallallahu aleyhi və səlləm)'i, şərəfin ən yüksək dərəcəsinə ucaltmış (yəni, doğruluğun, bir İnsanı necə ən yüksək bir mərtəbəyə çıxardığını, o əsrin insanı, Allah rəsulunun üzərində görmüş); və

~ aləmdə böyük bir inqilab gerçəkləşdirdiyində, şərqdən qərbə qədər yalandan uzaqlıq dərəcəsini göstərməklə,

(Yəni:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyi böyük inqilab ilə təsis edilən İslam Dövləti, İslam şüarlarını diriltmək və İslam hökmlərini tətbiq etdiyindən, yalanı və yalan növlərindən olan bütün münkərləri İslam cəmiyyəti içindən uzaqlaşdırıb, İslam aləminin xaricinə atmışdı. Şərqdən qərbə qədər uzanan İslam dövləti, sidq ilə kizbin (yalanın) arasını da, şərqdən qərbə qədər açmışdı)

ictimai həyatda (sidqin) ali qiymətini ucaltmaq cəhətilə (yəni, sidq deyilən mala insanların tələblərinin artmasının, sidqin cəmiyyətdə etibari dəyərini yüksəltməsi cəhətilə), bazarı və onun malını, istehlakı artan və rəvaclı olan bir mal qılmışdır.

------------------------

Ve kizb ise, teşebbüsat-ı azimeyi murdarların laşeleri gibi ruhsuz bıraktığı için...

Yəni:

Və yalan isə, böyük təşəbbüsləri, murdarların leşləri kimi ruhsuz buraxdığı üçün...

------------------------

Şərhi:

Əməllərin ruhu və əsası, niyyətdir. Niyyət, günahı, savaba; savabı da, günaha çevirən bir iksirdir. Çünki niyyət, əməlin mahiyyəti üstündə, bir təsirə sahibdir. Necə ki, maddi qəlbdə bir xəstəlik olduğunda, o xəstəlik, bütün bədənə sirayət edər. Elə də, mənəvi qəlbdəki xəstəlik də, əməlləri, eyni şəkildə xəstəlikli qılar. Digər təbirlə, ruhsuz bir leşə çevirər. Məsələn, bir adamın üzünə gülmək və məhəbbət izhar etmək, səmimi qəlb ilə, sidq və ixlas ilə edildiyində, gözəl bir xeyir əməl ikən; əgər qəlbdə yalançılıq xəstəliyi olsa, eyni fel, hiləyə çevrildiyi üçün, çox çirkin bir şər olar. Kafirin surətən xeyir görünən bütün əməllərinin ibtal edilməsi də, bu sirdəndir. Çünki, onun qəlbindəki küfr yalanı, bütün əməllərinin mahiyyətini pozar və batil edər. Bax, əməllərin mahiyyətinə təsir edən və sanki ruh kimi əməllərə nüfuz edib canlandıran bu iman, ixlas, səmimiyyət və xalis niyyət kimi şeylərin əsası da, sidqdir. Küfr, riya və s. kimi şeylərin əsası da, kizb/yalandır.

Xülasə:

Yalan, bütün əməlləri və böyük təşəbbüsləri ruhsuz bir cəsəd, murdar bir leşə çevirər. Əməl, surətən nə qədər gözəl görünsə də, yalan, onun mahiyyətini ifsad edər. Bax, yalan, belə bir şey olduğundan, səadət əsrində --->

-----------------------

Nihayet-i kubhunu izhar ve onun ile temessük eden Müseylime ve emsali, esfel-i safilin-i hıssete düşürdüğü cihetle, meta-ı zehr-aludu ve suku, gayet muattal ve kesad etmiştir. (Menfur casusluk gibi.)

Yəni:

Son dərəcə çirkinliyini, (o əsrdə, maddətən) izhar etmiş; və ona sarılan (yalançı peyğəmbər) müseylimə və bənzərlərini, dəyərsizliyin ən alçaq dərəcəsinə saldığı cəhətlə, zəhərlə dolu olan yalanı və onun bazarını, (kimsə gəlmədiyindən) muattal (boş, işsiz); və (kimsə talib olmadığından, malını da) kasad etmişdir.

-------------------

İşte, ehl-i izzet ve tefahur olan kavm-i Arabın tabiatlarındaki meylü'r-râic saikasıyla müsabaka ederek, o kâsid kizbi terk edip ve râic sıdk ile tecemmül ederek adaletlerini âleme kabul ettirmişlerdir. İşte Sahabelerin aklen olan adaletleri bu sırdan neşet eder.

Yəni:

Bax (yəni, səadət əsrində, sidqin, belə qiymətlənib rəvac qazanması; və kizbin də, dəyərsizləşib rəvacını itirməsi), əhl-i izzət (izzətlərinə düşkün) və (məziyyətlərilə) iftixar etməyi sevən Ərəb qövmünün təbiətlərindəki (izzət və iftixar üçün, insanlar arasında rəvaclı olan və gözəl sayılan şeylərə) meyl etmə hissinin sövqü ilə, müsabiqə edərək (yəni, sidqdə daha iləri olmaq üçün, bir-birilə fəzilət yarışına girərək), o kasada uğramış yalanı tərk edərək; və rəvaclı olan sidq ilə (əxlaqlarını) gözəlləşdirərək, ədalətlərini, aləmə qəbul etdirmişlərdir. Bax, səhabələrin əqlən olan ədalətləri, bu sirdən doğmaqdadır.

 

Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah), bu 1-ci işarətdə, səadət əsrinin bu xüsusiyyətinin, əqlən, o zaman insanı üçün yalana imkan verməyəcəyini göstərdikdən sonra; indi gələcək 2-ci işarətdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gənclik dövrlərində belə, yalan və hilədən uzaq durduğu sabit olduğu halda, əxlaqın istiqrar qazandığı 40 yaşdan sonra yalana təşəbbüs edəcəyinə ehtimal vermək və Onun sidqində tərəddüd etməyin, əqlən mümkün olmadığını və bunun, ancaq bir vəhm ola biləcəyini isbata başlayır. Belə ki --->

-----------------------

(İrşad ve İşaret)

Tarih ve siyer ve âsâr nokta-i nazarından dikkat olunursa, Muhammed Aleyhissalâtü Vesselâm, dört yaşından kırk yaşına kadar, lâsiyyema şe'ni, ahlâkı ve hileyi dışarıya atmakta olan hararet-i gariziyenin şiddet-i iltihabı zamanında...

Yəni:

(İrşad) və (İşarət):

Tarix, siyər (mövzusu Peyğəmbərin həyatı, şəxsiyyəti, təbliğ fəaliyyətləri və s. olan elm şöbəsi) və əsərlər nöqte-yi nəzərindən diqqət edilsə, Muhamməd (aleyhissalatu və səlləm), 4 yaşından 40 yaşına qədər; xüsusilə, şan, əxlaq və hiləni xaricə atmaqda olan qarizi hərarətin şiddətli iltihabı (alovlandığı) zamanında...

------------------------

Şərhi:

Yəni, insanın 40 yaşına qədər olan gənclik dövrü, qarizi hərarətin şiddətlə alovlandığı bir zamandır. Qarizi (instinktiv): "bədənə fitri olaraq dərc edilmiş qüvvə və meyllər" deməkdir. Bu qüvvə və meyllər, 40 yaşına qədər, ağıl və ixtiyarı dinləməzlər. Həyat sahibləri, bu qarizi şeylərlə sövq və idarə edilirlər. Gənclik dövrünün qarizi atəşi, şiddətlidir. Onun üçün, gəncliyin bu atəşi, qocalığa nisbətən, ağlı daha çox örtər. Gəncin hərəkətləri, qocalığına nisbətən, ağıldan çox, bu qarizi hərarətin sövqü ilədir. Onun üçün, çoxca xəta edər. Çünki, ondakı hissiyyat, ağla qulaq asmadığından və hazıra meyl edib aqibəti düşünmədiyindən, çoxca yalnışlara sövq edər. 40 yaşından sonra, qarizi hərarət xəfifləməyə başladığından, ağıl, daha çox öz əsərlərini göstərər. Bu sirdən dolayıdır ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Gənclik, cünundan (yəni, dəlilikdən) bir şöbədir." (Deyləmi, "əl-Firdovs", hədis no: 3665) buyurmuşdur.

Bax, bundan dolayı, gənclikdə hilə, qocalıqdakına nisbətən daha azdır. Qarizi hərarətin alovundakı şiddət, içindəkiləri çölə çıxarıb göstərər. Zahiri, daxilinə daha yaxın olar. Hiləsini və əxlaqını da, çox gizlədə bilməz.

Bax, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu gənclik dövründə də --->

-----------------------

Kemal-i istikametle ve kemal-i metanetle ve tamam-ı ıttırad-ı ahval ile ve müsavat ve müvazenet-i etvar ile...

Yəni:

~ (Qüvvələrində, ifrat və təfritə girmədən) istiqamət (orta yol) üzərə; və

~ mükəmməl mətanət ilə; və

~ hallarında tam bir davamlılıq ilə;

~ davranışlarında isə, bərabərlik və balans ilə...

-------------------

Şərhi:

Mətndəki:

~ Tavır: "hərəkət və fellər" deməkdir. Müəllifin bundan qəsdi, Onun davranış və muamələləridir.

~ Hal isə: "sabit vəziyyət" mənasındadır.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gənclik vaxtında da istiqamətli əhvalı, tam bir mütəmadilik içində, yəni, bəzən doğru, bəzən yalnış deyil; bütün hallarında bir mütəmadilik içində həyat keçirmişdir. Həm, hərəkətləri və felləri də, bir-birinə bərabər olmuşdur. Yəni, hər məqamda, o məqama layiq və doğru olan fel nədirsə, onu etmiş; hər feli, eyni dərəcədə gözəl və doğru; həm eyni dərəcədə müvazinə və balans içində, yəni, bütün felləri, bir-birilə ölçülü, balanslı, bir-birini zədələməz bir surətdə gəncliyini keçirmişdir.

--------------------------

Ve nihayet-i iffet ile...

Yəni:

(Şəhvət və qarizi hərarətin coşub-daşmasından gələn ifratlardan uzaq) son dərəcə iffətli bir şəkildə...

---------------------

Ve hiçbir hali, mesturiyeti muhafaza etmeyen...

Yəni:

Heç bir halının gizli qalmasının mümkün olmadığı; (çünki, dostları, Onu, özlərinə rəhbər qıldıqlarından, hər halını təftiş edir; düşmənləri də, tənqid üçün yaxından izləyirdilər)

----------------------

-Lasiyyema, öyle ehl-i inada karşı-

Yəni:

Xüsusilə, elə inad əhlinə qarşı.

(Yəni, qarşısında elə şiddətli düşmənləri var idi ki, son dərəcə inadçı olduqlarından, ən kiçik bir xəta belə görsələr, ifşa edər və hətta imkan olsa, böhtandan çəkinməzdilər. Belə bir Şəxsdə, əgər həqiqətən bir eyib olsa idi, -vələv ki, Nübüvvətdən əvvəlki dövrə aid bir eyb belə olsa- yayardılar. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in isə, bunları gizləyə biləcək bir qüdrəti yox idi. Əgər yaysaydılar, Nübüvvət iddiası qəbul görməyəcək və bu günə gəlməyəcəkdi.

Bax, bu şərtlər altında, 40 yaşına qədər gənclik dövründə belə tam bir istiqamət və iffət göstərən bu hal və davranışları --->

----------------------

Bir hileni ima etmemekle beraber yaşadığı nazara alınırsa, sonra istimrar-ı ahlakının zamanı olan 40 seneden sonra o inkılab-ı azim nazara alınırsa, haktan geldiğini ve hakikat olduğunu tasdik etmezse, nefsine levm etsin. Zira, zihninde bir sofestai gizlenmiş olacaktır.

Yəni:

(Heç) bir hiləni ima etməməklə bərabar yaşadığı nəzərə alınsa; sonra da əxlaqın istiqrar qazandığı zaman olan 40 yaşından sonra (etdiyi) o böyük inqılab (ki, haqqı ihqaq, batili ibtal edən, sidq və doğruluq üzərə təsis edilən bir inqilab olduğu) düşünülərsə, (bunların) haqqdan gəldiyini və həqiqət olduğunu (bir insan) təsdiq etməzsə, öz nəfsini qınasın. Çünki, (belə birinin) zehnində, sofist (sabit və bədihi olan əşyanın həqiqətini belə inkar edən biri) gizlənmişdir.

--------------------

Hem de, en hatarlı makamlarda—gar'da gibi—tarîk-i halâsı mefkud iken ve haytu'l-emel bihasebi'l-âde kesilirken, gayet metanet ve kemâl-i vüsuk ve nihayet-i itminan ile olan hareket ve hal ve tavrı, nübüvvet ve ciddiyetine şahid-i kâfidir ve hak ile temessük ettiğine delildir.

Yəni:

Həm də, ən təhlükəli məqamlarda -məsələn, mağarada olduğu kimi- heç bir qurtuluş yolu olmazkən və (özündən tutacağı) əməl (və ümid) ipi, adətullaha görə kəsik ikən, çox mətanət və tam bir güvən və sonsuz itminan (mutməinlik içində) olan hərəkət və hal və davranışı, (Onun) nübüvvət və ciddiyyətinə kafi (kifayət edən) şahiddir və haqqa sarıldığına dəlildir.

----------------------

----------------------

(İkinci Meslek)

Yani sahife-i ula, zaman-ı mazidir.

Yəni:

İlk səhifə, keçmiş zamandır.

----------------------

Şərhi:

Zamanın 3 səhifəsindən 1-ci səhifə olan keçmiş zaman. Yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən əvvəlki zaman.

Burda, müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), keçmiş zamanın, Peyğəmbərimizin risalətinin sidq və doğruluğuna dair olan dəlalətini, Peyğəmbərin, keçmişə dair verdiyi sadiq xəbərlər üzərindən açıqlamaqdadır. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, ümmiyyəti (oxuyub-yaza bilməməsi) ilə bərabər, keçmiş Nəbilərin qissələrini; Onların hallarını, doğru bir şəkildə nəql etməsi; və ifadə tərzi; və bu haqda danışarkən, Özündə görünən hallar, Onun sidq və haqqaniyyətini göstərir.

Əslində, Özündən əvvəlki keçmiş zamanın, Peyğəmbərimizin risalətinə dəlaləti, yalnız, Peyğəmbərimizin keçmişdən xəbər verməsindən ibarət deyildir. Bununla bərabər, əvvəlki Nəbilərin və səmavi kitabların Peyğəmbərimizin risalətindən xəbər verməsi; Allah rəsulunun nəbilər ilə eyni iddiada olması; dinin əsllərində Onlarla müttəfiq və Onlara müvafiq olduğu üçün, nübüvvət həqiqətinə varis olması kimi cəhətlər də, keçmişin, Peyğəmbərimizin risalətinə olan dəlalətləri içindədir.

Lakin, bu cəhətlər, bundan əvvəlki mütləq Nübüvvətin isbatı bəhsində zikr edildiyi üçün; və səmavi kitabların xəbər verməsi də, möcüzə qisminə daxil olduğundan, o da, "5-ci Məslək"də zikr ediləcəyi üçün, burda, yalnız, Peyğəmbərimizin, keçmişə dair verdiyi xəbərlərdən bəhs etməkdədir.

------------------------

İşte şu sahifede dört nükteyi nazar-ı dikkate almak lâzımdır:

Birincisi: Bir fende, veyahut kasasta, bir adam esaslarını ve ruh ve ukdelerini ahz ederek müddeâsını ona bina ederse, o fende hazakat ve maharetini gösterir.

Yəni:

Bax, bu səhifədə, 4 nüktə (incə məna)'nı, nəzərə almaq lazımdır:

• Birincisi: Bir fəndə və yaxud qissələrdə, bir adam, (o fənnin və ya qissənin) əsaslarını, ruh və düyüm nöqtələrini əxz edərək, iddia edilən şeyi ona bina edərsə, o fəndə ustalıq və məharətini göstərmiş olar.

--------------------------

Şərhi:

Bir fənnin əsaslarını və ya düyüm nöqtələrini götürüb, onu ən münasib yerlərdə istifadə edən adamın bu halı, o fəndə nə qədər mahir və usta olduğunu göstərir. Eyni şey, qissələr üçün də məqbuldur. Bu hal, 2 cəhətdən onun məharətini göstərir:

1. O fənnin çox məsələlərinin və ya o qissənin uzun təfsilatının bir xülasəsini çıxara bilmək, ancaq, o fəndə və ya o qissədə çox mahir olmağa bağlıdır.

2. Bir fəndə mahir olmayan adam, o fənnə dair bəzi əsas və düyümləri əgər başqalarından öyrənib əzbərləmiş olsa, onları layiq yerdə istifadə edə bilməz. Danışdığında, əhil olmadığını hər tərəfdən göstərəcəkdir. Ancaq, o fəndə mahir olan adam, o əsasları elə bir tərzdə istifadə edər ki, məharətini, diqqətlilərə bildirər.

Bəli, bir adam, qarışıq və dağınıq bir mövzunu bəsitləşdirib, o mövzunun əsasları haqqında saf bir şəkildə danışa bilirsə, o mövzuda məharət sahibi olduğu başa düşülür. Sanki, bir qoyunun, otları yeyib həzm edərək saf bir süd halına gətirməsi, balasının asanca əmib həzm edə biləcəyi şəklə salması kimi; o çətin məsələləri avamın belə başa düşəcəyi bir saflığa və bəsitliyə çevirməsi və onu münasib bir yerdə istifadə etməsi, ancaq o fəndə son dərəcə mahir olması ilə ola bilər. Lakin, o fəndə mahir olmayan adamın kəlamları, quşun, öz balasına verdiyi həzm edilməmiş yem kimidir. Bu isə, hər kəsə, işdə əhil olmadığını göstərər.

Demək, bir kəlam, bir adamın ustalıq və məharətini göstərərkən; digər adamın da təcrübəsizliyini göstərər.

Qissələrdə də belədir. Hətta, bundan dolayı, polislər, bir adamı sorğuladıqlarında, hadisəni, ona, bir neçə dəfə danışdırarlar. Hər birində, qissənin ayrı cəhətlərini soruşar; bəzi yerləri xülasə etdirib bəzi nöqtələri təfsil etdirərlər. Əgər o adam, yalançıdırsa, danışdıqları arasında ixtilaf və ziddiyyətlər mövcud olar. Çünki, o qədər təfsilatlı mövzuda yalanı tənasüblə uydurmaq, mümkün deyildir. Əgər bir dərəcə uydura bilsə belə, hal və davranışları, girdiyi təkəllüflər və məşəqqətlər, hiləsini ələ verəcəkdir. Ancaq o adam sadiqdirsə, haqqında danışdığı hadisəyə şəxsən şahiddirsə, hadisəni hər dəfə fərqli bir cəhətdən, hər cəhətdə yeni məlumatlar verib, ancaq hamısı da bir-birinə münasib, bir-birini tamamlayan şəkildə asanlıqla danışar.

Quran, keçmişdəki qövmlərin və Peyğəmbərlərin qissələri haqqında danışarkən, qissənin əsasları və düyümləri haqqında elə bir tərzdə danışır ki, hər birində, fərqli bir zaviyədən, məqamın gərəyi və mövzunun lüzumuna görə, ayrı bir bölməni təfsil edir.

Xülasə: Quranın keçmişə dair xəbərlərindəki bu üsluba nəzər edən bir kimsə, başa düşər ki, bu kəlam, ümmi (oxuma-yazması olmayan) bir Şəxsin kəlamı, ola bilməz. Hələ, -haşa- bir yalançının sözləri, heç ola bilməz. Hətta, bu üslub göstərir ki, bu, hər hansı bir bəşərin kəlamı, ola bilməz. Çünki, bu keyfiyyətdəki xəbər, ancaq, o zaman və zəmində şəxsən hazır və nazir (görən) və hər şeyi, bütün ətrafı və təfsili ilə əhatə edib bilən bir Şəxsin kəlamı ola bilər. Çünki, Quranın verdiyi bu xəbərlər, sair kitab əhlinin məlumatından nəql edilə biləcək xəbərlər deyildir. Çünki, Quranın zikr etdikləri, hərçənd, onların yanında məlum və ittifaqlı olan bəzi nöqtələrə müvafiqdir. Lakin, o kitab əhlinin, haqqında ixtilaf etdikləri çox nöqtələr, hətta heç bilinməyən elə qaranlıq nöqtələr var ki, hadisənin bütün surətini əqlən çıxarış etmələri, mümkün deyildir. Bax, Quran, bu ixtilaflı yerlərdə, elə bir surətdə təshih edir və əlavə məlumatlar verir ki, səlim ağıl sahibi bir insan: "Qissənin həqiqi surəti, ancaq bu ola bilər." deməyə məcbur qalır. Hətta, inadçı kitab əhli, bu nöqtələri təsdiq etməsə belə, təkzib də edə bilmir. Əgər edə bilsəydilər, "Yalnışdır." deyə, bütün dünyaya elan edəcəkdilər və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in iddiası da, batil olacaqdı. Yəni, Quranın verdiyi xəbərlər, hekayənin bəsit bir tərzdə, sadəcə bir neçə bölməsinin nəql edilməsindən ibarət deyildir. Əksinə, elə girift mövzulara, xəta təhlükəsinin çox olduğu elə məcralara girir və elə bir üslub içində xəbər verir ki, insaflı elm əhlini, iqrar və etirafa məcbur; inadçı dəlalət əhlini də, sükut və ilzama məhkum edir. Bu mövzunun misalları, çoxdur. Lakin, tam anlaşıla bilməsi, ancaq kitab əhlinin çox məlumatından xəbərdar olmağa bağlı olduğundan, burda, yalnız nümunə olaraq, kiçik bir misal verəcəyik. Belə ki:

Quran, Məryəm'in atasının, İmran olduğunu buyurur. Bu məlumat, xristiyan qaynaqlarında yoxdur. Bu, çox mühim bir təfsilatdır və bəsit bir məsələ deyildir. Lakin, nə qəribədir ki, xristiyanlar, dinlərinin əsaslarından olan Məryəm kimi bir şəxsiyyətin Atası haqqında, məlumat sahibi deyildirlər. Quranın bu xəbəri, xristiyanlarda, dəhşətli bir təsir doğurmuşdur. Çünki bu məlumat, onların, acizlik və cəhalətlərini; Quranın da, i'caz (möcüzəlilik) və elmini göstərir. Quran, mənən, sanki belə deyir:

"Məryəmin atası, İmrandır. Siz, bunu bilmirsiniz. Baxın, Mən sizə söyləyirəm. Elə isə, əlinizdən gəlirsə, təkzib edin."

Lakin, bu təhəddiyə (meydan oxumağa) rəğmən, heç bir xristiyan, bunu təkzib etməmişdir. Qəbul etməsə də, yalanlamamışdır. Yəni, Quranın verdiyi xəbərlər, elə bəsit və səthi xəbərlər deyildir. Əksinə, elə bir məharət və ustalıq tələb edir ki, o məharət, ancaq, bütün zaman və məkanları bilən və Şəxsən hazır olan muhit (hər şeyi əhatə edən) bir elmdə mövcud ola bilər.

Həm, məsələn, Quran, İsrail oğullarına ibadət üçün buzov düzəldən şəxsin, Samiri olduğunu buyurmaqdadır. Halbuki, bu məlumat, onlarda yoxdur. Əksinə, onlar, buzovu, -haşa- Harun (əleyhissəlam)'ın düzəltdiyini deyirlər. Buankı təhrif Tövratda da, belə yazılmışdır. Quran, bu böhtanı, Harundan təmizləyib, hadisənin əslini gətirmişdir. Bu iddia, Tövratın təhrif edilmiş olduğunu da göstərdiyi üçün, böyük bir iddia olduğu halda, heç bir kimsə tərəfindən təkzib edilə bilməmişdir.

Quranın, səmavi kitablardakı məlumatlara nəzər edən belə xəbərləri, yalnızca qissələrdən ibarət deyildir. Əksinə, çox ayələrin üslubları da, o kitablardakı məlumata nəzər edər və elmindəki i'cazı, kitab əhlinə göstərər və o kitabları bilməyən ümmi bir Şəxsin kəlamı olmadığını bildirər. Məsələn:

• وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ

إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ

"O, həvasından danışmaz. Onun danışdığı, sadəcə vəhy edilən bir vəhydir." (Nəcm/3-4)

ayəti, Qədim Əhd'in "Təsniyə", 18-ci babı, 18-ci ayətindəki:

"Onlar üçün, qardaşları arasından, Sənin kimi bir peyğəmbər çıxaracam və sözlərimi, Onun ağzına qoyacam." ayətinə işarət edib, ondan xəbər verir.

 

Digər misallar üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99th-sur%C9%99si-27-28-29-cu-ay%C9%99l%C9%99r

-----------------------

İkincisi: Ey birader! Eğer tabiat-ı beşere ârif isen, küçük bir haysiyetle, küçük bir dâvâda, küçük bir kavimde, küçük bir hilâfın serbestiyetle irtikâp olunmadığına nazar edersen, gayet büyük bir haysiyetle, nihayet cesîm bir dâvâda, hasra gelmeyen bir kavimde, hadsiz bir inada karşı, her cihetten ümmîliğiyle beraber, hiçbir cihetle akıl müstakil olmayan meselelerde tam serbestiyetle bilâperva ve kemâl-i vüsuk ile alâ ruûsi'l-eşhad zikir ve nakilden güneş gibi sıdkın tulû edeceğini göreceksin.

Yəni:

• İkincisi: Ey qardaş! Əgər bəşərin təbiətinə arifsənsə, kiçik bir heysiyyət ilə, kiçik bir iddiada, kiçik bir qövmdə, kiçik bir xilafın sərbəstiyyətlə işlənə bilmədiyinə nəzər edərsənsə; çox böyük bir heysiyyət ilə, nəhayət böyük bir iddiada, məhdud olmayan bir qövmdə, hədsiz bir inada qarşı, hər bir cəhətdən ümmiliyilə bərabər, heç bir cəhətlə ağıl müstəqil olmayan məsələlərdə, tam sərbəstiyyətlə, qorxusuz və mükəmməl güvən ilə, şahidlərin başları üzərində zikr və nəqldən, günəş kimi sidqin doğduğunu görəcəksən.

-------------------------

Şərhi:

Bəşər təbiətini bilən, bunu da bilmiş olmalıdır ki:

Kiçik bir heysiyyəti olan bir adam belə, bu heysiyyəti ilə, kiçik bir iddiada, kiçik bir qövm içində, həqiqətə müxalif olan bir yalan və yalnışı, sərbəst, yəni, çəkinmədən, qorxusuz-təlaşsız işləməz. Belə ki:

Fitrətdə yalan olmadığından və xüsusilə insanın fitrəti mükərrəm olduğundan, insan fitrəti, yalanı qəbul etməz. Yalan söyləyən bir insanın, bundan narahat olması; hətta vücudunda maddətən çox dəyişikliklər meydana gəlməsinin səbəbi də, budur. Adam, yalan danışmaq istədiyi halda, fitrəti onu rədd edər. Onun üçün, müşkil içində qalar. Hətta, fitrətin bu heysiyyətindən dolayı, insanlar, yalan maşını deyilən cihazlar icad etmişlərdir.

Bu sirdən dolayı, kiçik bir heysiyyət və şərəfi olan bir insan belə, vələv kiçik bir iddiada və məhdud bir neçə şəxs içində olsa belə, kiçik bir yalanı, tam sərbəstiyyət içində işləyə bilməz. Yalnışa düşülməsi möhtəməl bir şeyə də, təşəbbüs etməz. Hələ, o şeyin həqiqətə müxalif olduğu, tez üzə çıxacaq olsa; və qarşısındakı şəxslər də, onun yalan və yalnışını tapmağa istəkli olsalar, bu yalanı rahatca söyləyə bilmədiyi kimi; ağıllı bir adamdırsa, belə bir şeyə, işin başından belə təşəbbüs etməz.

Madam ki, bu, belədir. O halda --->

~ Çox böyük bir heysiyyət ilə (yəni: uca əxlaqın Allah rəsulunda ictima etməsindən hasil olan böyük bir heysiyyət ilə və Nübüvvət məqamının yüksək heysiyyətilə),

~ Son mərtəbə böyük bir iddiada (yəni: nübüvvət iddiasında),

~ Sayıla bilməyəcək qədər çox insan içində (çünki, O, bütün bəşərə Nəbi olaraq gəlmişdir);

~ Hədsiz bir inada qarşı (çünki, Onun dəvət etdiyi şey, insanların müqəddəs saydıqları dinlərini; iftixar etdikləri əcdadlarını; və alışdıqları adətlərini; və bulaşdıqları həvəslərini; və qorumaq istədikləri rəisliklərini tərk etməyi gərəkdirdiyindən, qarşısında hədsiz bir inad var idi);

~ Hər cəhətdən ümmiliyi ilə bərabər (yəni, tək oxuma-yazma deyil; nə fən və fəlsəfə, nə dövlət və siyasət; və hərb və cədəl bilirdi. Halbuki, iddiası, bu mövzulara da təmas etdiyi halda);

~ Ağlın, heç bir cəhətlə müstəqil olmadığı məsələlərdə (yəni, Peyğəmbərin ağlı, kamal həddədir. Lakin, iddiasının təmas etdiyi məsələlər, ağlın tək başına həll etməsinin mümkün olmadığı; nəqlə və ya təcrübələrə və ya çox kimsənin köməyinə möhtac olunan məsələlərdir);

tam sərbəstiyyətlə, qorxmadan, tam əminliklə, bütün şahidlərin başları üzərində bu məsələləri zikr və nəql etməsindən, Onun sidqinin, günəş kimi doğduğunu görəcəksən.

-----------------------

Üçüncüsü: Bedevîlere nisbet çok ulûm-u nazariye vardır; medenîlere nisbeten, lisan-ı âdât ve ef'âlin telkinatıyla, ulûm-u müteârifenin hükümlerine geçmişlerdir. Bu nükteye binaen, bedevîlerin hallerini muhakeme etmek için, kendini o bâdiyede farz etmek gerektir. Eğer istersen, İkinci Mukaddemeye müracaat et; zira şu nükteyi izah etmiştir.

Yəni:

• Üçüncüsü: Bədəvilərə nisbətən nəzəri bir çox elmlər vardır ki, mədənilərə nisbətən, adətlərin dili və fellərin təlqinlərilə, hər kəs tərəfindən bilinən elmlər hökmünə keçmişlərdir.

------------------

Şərhi:

Çünki, hər kəs tərəfindən bilinən elmlər, cəmiyyət həyatında, sair insanların hal və davranışlarından görərək, təcrübə və müşahidə yolu ilə öyrənilir. Bədəvilər isə, təcrübə və müşahidələri olmadığı üçün, bu mövzular, onlar üçün nəzəridir. Şəhərlinin o şeyi bilməsi, adiyatdan ikən; bədəvinin bilməsi, fövqə'l-adi sayılar.

Müəllifimiz, bu "3-cü"yə belə davam edir --->

--------------------

Bu nüktə (incəlik)'dən dolayı, bədəvilərin hallarını mühakimə etmək üçün, özünü, o badiyədə (səhrada) fərz etmək lazımdır. Əgər istəyirsənsə, (1-ci Məqalədəki) 2-ci Müqəddiməyə müraciət et. Çünki, bu nüktəni izah etmişdir.

-----------------------------

Şərhi:

Not: Bu qaydanın burda zikr edilməsində, bir müşkil vardır. Çünki, bu qayda, ilk nəzərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i başa düşə bilmək üçün, fikrən o zamana getməyimiz lazım gəldiyini söyləyir kimi başa düşülür. Lakin bu, məqama uyğun gəlmir. Bu məna, zatən "4-cü Məslək"də, səadət əsri haqqında danışarkən, işlənəcəkdir. Bundan başa düşülür ki:

"Bədəvilərin hallarını mühakimə etmək üçün, özünü, o badiyədə fərz etməyin lazımdır." deyərkən, Müəllifimizin bu məqamda işarət etdiyi məqsəd:

Onları hekayə edən Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ruhunun, mənən o zamanlara seyr etdiyidir.

Ancaq "4-cü Məslək"də səadət əsri haqqında danışarkən, Müəllif (rahiməhullah), yenə bu qaydanı təkrar etməkdədir. Bu "4-cü Məslək"dəki məqsədi isə:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in o əsrdəki icraatlarını mühakimə etmək istəyirsənsə, sənin də, mənən o əsrə getməyin lazımdır.

Mətnin izahına gəlincə, Müəllifimizin qəsdi, budur:

Keçmişdəki Nəbilər və qövmlərinin hallarını süzüb, həqiqət qaydalarını onlardan istixrac edə bilmək üçün mühakimə və təftiş etmək istəyən bir adam, xəyalən o zaman getməli və o qövmün halına bürünməlidir. Hazır və müşahid birinin hekayəsi kimi hekayə etməlidir. Yoxsa, uzaqdan görməyə çalışacağından, səthi və nəzəri qalar və mühakimələri yalnış olar və hekayə sırasında, özünü dərhal bəlli edər.

İndi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Quranın dililə danışdığı qissələrə və onları hekayə etmə şəklinə baxırıq və görürük ki:

O, (qissə üzərində olan) ittifaq nöqtələrində, O da müttəfiq olmaqla bərabər; ixtilaflı nöqtələrdə elə təshihlər edir və heç bilinməyən və ağılla da bilinməyəcək olan gizli əhvallardan elə bir surətdə xəbər verir ki, diqqət edən adam başa düşür ki, Onun ruhu, vəhyin yardımı ilə, zaman atlayaraq, keçmişin ən dərin künclərinə getmiş; hazır və müşahid kimi, o halları təftiş edib, o qissələrin ehtiva etdiyi məğzi və özü çıxarıb, bizə gətirmişdir. Bunun, farazi və xəyali bir surətdə edilməsi isə, mümkün deyildir. Çünki, haqqında danışılan şeylər, ağlın və xəyalın çata bilməyəcəyi qədər uzaqda, tarixin ən qaranlıq küncləri içində gizlənmiş olan keçmiş əsrlərdən və sələf Nəbilərinin gizli olan hallarındandır. Quran isə, bunları elə bir tənasüb və məharətlə, o qissələrin məğz və özlərini süzərək və ehtiva etdikləri həqiqətləri istixrac edərək elə danışır ki, şəxsən hazır və müşahid olduğunda, şübhə buraxmır.

Müəllifin, burda, "...bədəvilərin hallarını mühakimə etmək üçün..." deməsinin səbəbi:

Keçmiş çağların bədəviyyətindən dolayıdır; və təcrübi ağıl, bədəvilərdə mədənilərə nisbətən inkişaf etməmiş olduğundan, mədəni birinin, bir bədəvinin halını ağılla təxmin etməsi, çox da mümkün deyildir. Mədənilərin halları, ağla daha çox istinad etdiyi üçün, ağılla bir dərəcə təxmin edilə bilər. Ancaq, bədəvilərdə bunu etmək, mümkün deyildir. Məsələn:

Bundan 2 əsr əvvəlinə qədər, Avropada, cadugərlik ittihamı ilə, insanları diri-diri yandırırlardı. Demək, Avropada, o dövrün insanları elə bədəvi idilər ki, cəhalətdən gələn bir qorxu ilə, bir insanın diri-diri yandırılmasını, xoş görürlərdi. Ağılları, onları bu işdən əngəlləmirdi. Əgər belə bir şeyin olduğunu tarix bizə vəsiqələrlə bildirməsəydi, bir insanın belə bir şeyi edə biləcəyini, fikir və xəyalla təxmin edə bilməzdik. Onun üçün, tarix elmi, əqli bir elm sayılmamaqdadır. Əsası, nəqlə və vəsiqələrə istinad edən bir elmdir. Ağılların verdiyi izahlar da, çox fərqli getməkdədir. Hər tarixçi, öz fikri cəhətindən, eyni hadisəyə fərqli nəzər etməkdədir. Miladdan əvvəlki 3000 ilindən əvvəlki dövr, yəni, İbrahim (əleyhissəlam)'dan əvvəlki dövr isə, tamamilə qaranlıqdır. Bir vəsiqə mövcud olmadığından, ağıllar gedə bilmir; çox dəfə də xurafəvari təxminlər edir.

Madam ki, belədir. Quranın, bədəviyyət dövrü olan ilk çağlardakı qövmlərin hallarını və onları inzar (qorxudan) və irşad edən kamil Nəbilərin muamələ və hallarının incəliklərini bu qədər tənasüblə xəbər verməsi, ancaq, o zamanlarda hazır olması ilə ola bilər. Bunlar, ağıl və fikirlə bilinə biləcək şeylər deyildir.

--------------------------

Dördüncüsü: Bir ümmî, ulema meyanında mütedavil bir fende beyan-ı fikir ederse, ittifak noktalarda muvafık olarak ve muhtelefün fîhâ olan noktalarda muhalefet edip, musahhihane olan söylemesi, onun tefevvukunu ve kisbî olmadığını ispat eder.

Şu nüktelere binaen deriz ki: Resul-i Ekrem Aleyhissalâtü Vesselâm, malûm olan ümmiyetiyle beraber, güya gayr-ı mukayyed olan ruh-u cevvale ile tayy-ı zaman ederek, mazinin a'mâk-ı hafâsına girerek, hazır ve müşahid gibi enbiya-yı sâlifenin ahvallerini ve esrarlarını teşrih etmesiyle, bütün enzar-ı âleme karşı öyle bir dâvâ-yı azimede−ki, bütün ezkiyâ-i âlemin nazarlarını dikkate celb eder–bilâ perva ve nihayet vüsuk ile müddeasına mukaddeme olarak, o esrar ve ahvalin ukad-ı hayatiyeleri hükmünde olan esaslarını zikretmekle beraber, kütüb-ü salifenin ittifak noktalarında musaddık ve ihtilâf noktalarında musahhih olarak kasas ve ahval-i enbiyayı bize hikâye etmesi, sıdk ve nübüvvetini intaç eder.

Yəni:

• Dördüncüsü: Bir ümmi (yəni, oxuma-yazması olmayan bir adam), (ancaq) alimlər arasında dolaşan (avam arasında yayılmamış) bir fəndə fikir bəyan etsə; alimlərin ittifaq etdikləri nöqtələrdə, o da onlara müvafiq olsa; və ixtilaf etdikləri nöqtələrdə də, hamısının sözündən fərqli, bambaşqa bir fikir söyləsə; lakin söylədiyi də, məsələdəki müşkilləri tamamilə həll edəcək və işi düzəldib təshih edəcək tərzdə olsa, bu hal, onun, hamısının fövqündə olduğunu; və o fənni, öz kəsbi (yəni, çalışması) ilə əldə etmədiyini isbat edər.

(Çünki, ümmi olduğundan, kəsb üçün lazımi vasitələr, onda yoxdur. Həm əgər kəsb ilə bu mərtəbə qazanıla bilsəydi, sair alimlər içində də, onun kimilər olacaqdı. Onun üçün, bu hal, o ümminin elminin, kəsbi deyil; vəhbi olduğunu göstərir.)

Bu nüktələrdən dolayı, deyirəm ki:

Allah rəsulu (aleyhissalatu vəssəlam), məlum olan ümmiyyətilə bərabər, sanki, zaman və məkanın qeydlərilə qeydli olmayan; və o zaman və məkanlarda cəvəlan edən bir ruh ilə, zamanı bükərək, keçmişin ən gizli dərinliklərinə girərək, o zaman və məkanlarda Şəxsən hazır və müşahidə edər kimi, sələf Nəbilərinin hallarını və sirlərini açıqlaması ilə, bütün aləmin nəzərlərinə qarşı (yəni, onların gözü qarşısında), elə böyük bir iddiada -ki, o iddia, aləmdəki bütün zəkalı insanların nəzərləini diqqətə cəlb edər- (yəni, kimsə, belə bir iddiaya qarşı, laqeyd qala bilməz. Çünki, kainat Xaliq'inin nəbisi olduğunu iddia edir. Bax, belə bir iddiada, belə bütün insanların gözləri önündə və o qədər zəkalı insanların qarşısında), heç bir şeydən qorxmadan və sonsuz əminliklə, müddəasına müqəddimə olaraq: o sirlər və halların həyat düyümləri hökmündə olan əsaslarını zikr etməklə (yəni, keçmişə dair qissələri, bir tarixi hekayə olaraq deyil; əksinə, iddiasının əsasları və müqəddimələri olaraq, o qissələrin həyati düyüm nöqtələrini zikr edir. Bununla) bərabər, keçmiş kitabların ittifaq etdikləri nöqtələrdə, onları təsdiq edici; və ixtilaf etdikləri nöqtələrdə də, təshih edici olaraq, qissələr və Nəbilərin hallarını bizə hekayə etməsi, Onun sidq və nübüvvətini nəticə verər.

----------------

(Teznib):

Cemi' enbiyanın delâil-i nübüvvetleri, sıdk-ı Muhammed'e (a.s.m.) delildir ve cemi' mu'cizatları, Muhammed'in bir mu'cize-i mâneviyesidir (aleyhimüsselâm). Bunda dikkat edersen anlayacaksın.

Yəni:

(Əlavə):

Müəllifimiz Ustad Said Nursi, keçmiş zamanın, Muhamməd (sallallahu aleyhi və səlləm)'in risalətinin sidqinə olan dəlalətini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in keçmişə dair verdiyi xəbərlər ilə isbat etdi.

Lakin, -daha əvvəl də dediyimiz kimi- keçmiş zaman, yalnız bu cəhətlə Onun risalətinin sidqinə dəlalət etmir. Əksinə, -bundan əvvəlki bölmədə də isbat edildiyi kimi- mütləq nübüvvətin, Muhammədin nübüvvətinə dəlalət etməsindən dolayı, bütün Nəbilərin nübüvvət dəlilləri və möcüzələri də, Muhammədin risalətinə dəlalət edir. Bax, Müəllifimiz, bu mənanı xatırlatmaq üçün, bu əlavəni gətirir:

Bütün nəbilərin nübüvvətlərinə dəlalət edən şeylər, Muhamməd (sallallahu aleyhi və səlləm)'in sidqinə də dəlildir.

(Çünki, Onlara Nəbi dedirdən və nübüvvətlərinə səbəb olan bütün vəsflər, Allah rəsulunda, daha mükəmməl və zahir olaraq mövcuddur.)

Və Onların cəmi möcüzələri, Muhamməd (əleyhissəlam)'ın mənəvi bir möcüzəsidir.

(Çünki, Onlar, həqiqi Nəbi olan Peyğəmbərimizin, Öz zamanlarındakı vəkilləri hökmündədirlər. O halda, Onların möcüzələri, əslində, Allah rəsulunun mənəvi möcüzəsidir.)

Bunda diqqət etsən, başa düşəcəksən. Yəni:

Bu məsələ, o qədər zahirdir ki, səthi nəzər etməyib, azacıq diqqətlə baxdan, başa düşərsən ki:

Onların sidq dəlilləri, Allah rəsulunun sidq dəlili olduğu kimi; Onların sidqini isbat edən əllərindəki möcüzələr də, əslində, Allah rəsulunun mənəvi bir möcüzəsidir. Onlar, Allah rəsuluna tabe olduqları və Ona vəkil olduqları üçün, o möcüzələrə nail olmuşlardır. Necə ki, bir vəli, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə tabe olduğu üçün, o məqama gəlib kəramətə nail olduğundan dolayı; vəlinin əlindəki kəramət, əslində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir möcüzəsi sayılır. Elə də, keçmişdəki nəbilər də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in risalətinin vəkilləri olduqlarından, əllərindəki möcüzələr, mənən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in möcüzələridir.

Necə ki, Quran, bu həqiqətə (yəni, digər nəbilərin, bizim Peyğəmbərimizin vəkilləri məsabəsində olmasına), belə dəlalət edir:

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَـٰقَ ٱلنَّبِيِّۦنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَـٰبٍ وَحِكْمَةٍ ثُمَّ جَآءَكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَ‌ٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّـٰهِدِينَ

"Bir zaman Allah, nəbilərdən: 'Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir Rəsul gəldikdə, Ona mütləq inanıb yardım edəcəksiniz'– deyə əhd almış və: 'Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?'– demişdi. Onlar: 'Razıyıq!'– demişdilər. Allah da: 'Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam'– demişdir." (Al-i İmran/81)

----------------------

İşaret

Ey birader! Bazan kasem, burhanın yerini tutar. Zira burhanı tazammun eder. Öyleyse:

وَالَّذِی قَصَّ عَلَيْهِ الْقَصَصَ لِلْحِصَصِ وَسَيَّرَ رُوحَهُ فِى اَعْمَاقِ الْمَاضِى وَفِى شَوَاهِقِ الْمُسْتَقْبَلِ فَكَشَفَ لَهُ اْلاَسْرَارَ مِنْ زَوَايَا الْوَاقِعَاتِ اِنَّ نَظَرَهُ النَّقَّادَ اَدَقُّ مِنْ اَنْ يُدَلَّسَ عَلَيْهِ وَمَسْلَكَهُ الْحَقَّ اَغْنٰى مِنْ اَنْ يُدَلِّسَ عَلَى النَّاسِ

Evet, neam, onun nur-u nazarına, hayal, kendini hakikat gösteremiyor ve hak olan mesleği telbisten müstağnidir.

Yəni:

(İşarət):

Ey qardaş! Bəzən and, burhanın (da) yerini tutar. Çünki, burhanı ehtiva edir. Elə isə:

"Ona (yəni, Peyğəmbərə), qissələri hissələr üçün hekayə edən; və Onun ruhunu, keçmişin dərinliklərinə və gələcəyin zirvələrinə seyr etdirən; vaqeələrin künclərindən sirləri Ona açıb göstərənə and olsun ki, Onun münəqqid nəzəri, Özünə tədlis edilməkdən (yəni, xəyalın həqiqət görünməsindən) daha dəqiqdir; və haqq olan məsləyi də, insanlara tədlis etməkdən (yəni, xəyalı həqiqət göstərib aldatmaqdan) mustağni (zəngin)'dir."

Bəli, bəli! Onun nəzər nuruna, xəyal, özünü həqiqət (kimi) göstərə bilmir; və Onun haqq olan məsləyi, təlbisdən mustağnidir.

------------------

Şərhi:

• Andın, bəzən dəlili də ehtiva etməsi üçün, Yasin surəsi 1-4-cü ayələrə baxıla bilər.

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-niy%C9%99-and-icir

Təlbis: bir şeyi, başqa bir şeylə qarışdırmaqdır. Bir şeyə, başqa bir şeyin libasını geyindirmək kimi bir iş görməkdir. Haqqa batil qarışdırıb, haqqı batil kimi göstərmək; və ya batilə haqqı qarışdırıb, onu haqq olaraq göstərməkdir.

Tədlis: hilə etmək deməkdir. Bir malın xaricini gözəlləşdirib, eyibini isə gizləmək; və ya bir ravinin, özündən hədis eşitmədiyi başqa bir ravidən, sanki ondan eşitmiş kimi danışmasıdır. Yəni, qarşı tərəfi aldadacaq hilələr etməsidir.

----------------

----------------

(Üçüncü Meslek)

Yani: Zaman-ı halin, yani Asr-ı Saadetin sahifesinde dört nükte, bir noktayı nazar-ı dikkate almak gerektir:

Birincisi: Küçük bir âdet, küçük bir kavimde veya zayıf bir haslet kalil bir taifede, büyük bir hâkimin, büyük bir himmetle kolaylıkla kaldıramadığını nazara alırsan, acaba gayet çok, tamamen müstemirre, nihayet derecede me'lûf ve çok da mütenevvia, tamamen rasiha olan âdât ve ahlâk, nihayet kesir ve me'lûfatına gayet mutaassıp ve şedidü'ş-şekîme olan bir kavmin a'mâk-ı ervahından az fedakârlıkla, kısa bir zamanda kal' ve ref' ettiğini ve o âdât-ı seyyienin yerine başka âdât ve ahlâk fidanlarını gars etmesi ve def'aten nihayet derecede tekemmül ettiklerini nazara alırsan ve dikkat edersen, harikulâde olduğunu tasdik etmezsen, seni sofestaî defterinde yazacağım.

Yəni:

(Üçüncü Məslək)

Burda, müəllif (rahiməhullah), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, yaşadığı əsrdə görmüş olduğu icraatlara diqqət çəkir ki, bu icraat, ancaq bir Nəbi'nin möcüzəvi icraatı ola bilər. Belə ki --->

-------------------------

Yəni: Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yaşadığı zamanın, yəni, səadət əsrinin səhifəsində, 4 nüktə (incəlik) və 1 nöqtəni nəzərə almaq lazımdır:

• Birincisi:

Kiçik bir adəti, kiçik bir qövmdə; və ya zəif bir xisləti, (say etibarı ilə) az bir tayfada; böyük bir hakimin, böyük bir himmətlə, asanlıqla qaldıra bilmədiyini nəzərə alsan...

(Müəllifimizin qəsdi, budur:

İnsanlar, adətlərinə təəssübkeşdirlər. "Adətləri tərk etmək, həlak edici şeylərdəndir." deyə, atalar sözü olmuşdur. Onun üçün, yerləşmiş kiçik bir adəti və ya kiçik bir xisləti, kiçik bir topluluqdan belə daimi bir surətdə qaldıra bilmək, böyük bir hakimin böyük səylərilə belə, çətinliklə mümkündür.)

 

(İndi), görəsən (Allah rəsulundan əvvəl, ərəblərdəki):

~ (sayca) çox,

~ tamamilə yerləşmiş,

~ sonsuz dərəcədə insanlar ona adət etmiş,

~ növbənöv,

~ tamamilə rasix (insanlar içinə kök salıb yerləşmiş)

adətlər və əxlaq;

(Bu adət və xislətlərin özlərindən qaldırılacağı insanlar isə):

~ çox;

~ alışdıqları şeylərdə, çox təəssübkeş;

~ düşmənlikdə şiddətli

olan bir qövmün ruhlarının dərinliklərindən (yəni, sadəcə zahiri bir təzyiqlə, cəbrən o adət və xislətləri qaldırmaq deyil; əksinə, ta ruhlarının dərinliklərinə qədər kök salmış adətləri yerlərindən söküb qaldırmış; bunu da, çox böyük bir güc sərf edərək deyil; əksinə)

~ az fədakarlıqla;

~ qısa bir zamanda

kökü ilə bərabər söküb qaldırdığını; və (sadəcə söküb çıxarmaqla da qalmayıb) o pis adətlərin yerinə, başqa adət və əxlaq fidanlarını əkməsi; və (əkdiyi bu yeni, gözəl əxlaq fidanlarının da), anidən, nəhayət dərəcədə təkəmmül etdiklərini nəzərə alsan və (buna) diqqət etsən, fövqə'l-adi olduğunu təsdiq etməsən, səni(n adını), (gözü ilə gördüyünü inkar edən) sofistlər dəftərinə yazacam!

------------------

Şərhi:

Müəllifimiz Ustad Bədiü'z-zaman'ın, həm burda, həm də digər yerlərdə bəyan etdiyi həqiqətlər, bu ayətin, fərqli cəhətlərdən təfsiridir:

وَمَثَلُهُمْ فِى ٱلْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسْتَغْلَظَ فَٱسْتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعْجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلْكُفَّارَ ۗ

"İncildə isə, onlar, elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah, möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin." (Fəth/29)

Bu ayə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər olan səhabələrin, aləmdə cari olan qanunların fövqündə olaraq, əkildiyi anda dərhal təkəmmül edib meyvə verən bir əkin kimi, anidən tərəqqi və təkəmmül etdiklərini ifadə edir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in icraatlarındakı bu möcüzəlik, səhabənin həm əxlaqında, həm elmi təkəmmülündə, həm dövlətində, həm ictimai həyatında və s. cəhətlərdə görülməkdədir. O əsrdə hər şey, ani olmuşdur. 23 il kimi qısa bir zamanda, həm pis əxlaqlar qaldırılıb yerlərinə gözəl əxlaqlar yerləşdirilmiş; həm qurduqları dövlət, görülməmiş bir şəkildə, bir anda şərqdən qərbə çatmış; həm ümmi olduqları halda, birdən, elmin ən zirvəsinə çıxmış; təsis edilən ictimai həyatları, ən kamal mərtəbəyə varmış; və daha bunlar kimi hansı cəhətdən baxılsa, onlar, sanki bir anda təkəmmül etmişlərdir.

 

Fəth/29 təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99th-sur%C9%99si-27-28-29-cu-ay%C9%99l%C9%99r

--------------------------

İkincisi: Şahs-ı mânevî hükmünde olan bir devletin nümüvv-ü tabiîsi hükmünde olan teşekkülü ise mütemehhildir. Ve devlet-i atîkaya galebesi–ki, ona inkıyad, tabiat-ı sâniye hükmüne girdiği için–tedricîdir.

Öyleyse, maddeten ve mânen hâkim, hem de gayet cesîm bir devleti kısa bir zamanda teşkili, hem de düvel-i râsihaya def'î gibi galebe etmesi, mâneviyat ve ahvalde cârî olan âdâtın bizzarure harikulâde olduğunu görmezsen, körler defterinde yazılacaksın.

Yəni:

• İkincisi:

Mənəvi şəxs hökmündə olan bir dövlətin:

~ təbii böyüməsi hökmündə olan təşəkkülü, zamana möhtacdır;

~ köklü dövlətlərə qələbəsi, -ki, ona (yəni, o köklü dövlətə) tabe olmaq, 2-ci təbiət hökmünə girdiyi üçün- tədricidir.

--------------------

Şərhi:

Müəllifimizin qəsdi, budur:

~ Yəni, bir şəxsin, doğulduqdan sonra boya-başa çatması və güclənib kamalına varması, necə zaman içində tədricidirsə; dövlətlərin də, mənəvi bir şəxs kimi, doğuluşundan sonrakı təbii inkişafı və kamala çatması da, elə tədricidir. Və

~ Daha köklü dövlətlərə, həm maddətən, həm elm və mədəniyyət kimi digər sahələrdə qalib gəlməsi, -bu cür dövlətlərə tabe olmaq, 2-ci təbiət halına keçdiyi üçün- tədricidir. Yəni:

Əvvəldən bəri hakim olan köklü dövlətlər, sair dövlətlər və millətlər üzərində maddətən hakim olduqları kimi; mədəniyyət, əxlaq və fikirlərində də hakimdirlər. Yeni təbirlə, imperial dövlətlərdir. İmperatorluğun mənası da, bu deməkdir. Bir dövlət, öz içində çox millətə hökm etməzsə və dünya üzərində söz sahibi olub sair dövlətlərə təsir etməzsə, ona "imperatorluq" deyilməz. Dövlətlər və millətlər isə, imperial və köklü bir dövlətə, maddətən və mənən itaət etməyə alışmış; və itaət, onlarda bir növ 2-ci təbiət halına gəlmişdir. Çünki, bir dərəcə kökləşmişdir. İnsanlar, uzun müddət nökərlik etdiklərində, artıq, itaət, onlarda, təbiət halına çevrilir. Nökərliyə alışır və artıq, könüllü olaraq itaət edir. Elə ki, içində olduğu halı, azadlıq deyə zənn edir. Deyil, ağalarına qələbə çalması; müxalifət etməsi; hətta onların təlqinlərindən fərqli düşünə bilməsi belə, çox çətin olur. Onların təlqin etdiyi fikri, öz fikri zənn edir.

Təəssüf ki, bu anda, aləmin, xüsusilə İslam aləminin, bir neçə əsrdir davam edən ilk əvvəl, hərblərlə vurulmaları; sonra, şəriətin qaldırılması; sonra mədəni tərbiyə adı altında məruz qaldıqları kafir adət və fikirlərinin təlqinilə düşdükləri hal da, belədir. Artıq, hakim cərəyana itaət etmək, insanlarda, 2-ci təbiət halına gəlmişdir. Əxlaqları, onların əxlaqı; adətləri, onların adətləri; fikir zənn etdikləri şeylər də, onların təlqin etdiyi şeylərdir. Haqq əhlinin, bu əsrdə, bunlarla mücadilə edib insanları oyatmaqda nə qədər çətinlik çəkdikləri, aşkardır. İnsanlar, müsəlman olduqları; və İslamı sevdikləri halda, vəziyyət, belədir.

Madam ki, dövlətlər haqqında cari olan qanunlar, belədir --->

--------------------

Elə isə, (Allah rəsulunun):

~ maddətən və mənən hakim, həm də çox böyük bir dövləti qısa bir zamanda təşkili;

~ həm də köklü dövlətlərə qısa bir zamanda qalib gəlməsi;

mənəviyyat və əhvalda cari olan adətlərin zəruri olaraq fövqə'l-adi olduğunu (yəni, yuxarıdakı 2 şeyin, qanunların fövqündə olduğunu)

görməsən, (sənin adın), korlar dəftərində yazılacaq!

----------------------

----------------------

Üçüncüsü: Tahakküm-ü zahirî, kahr ve cebir ile mümkündür. Fakat efkâra galebe etmek, hem de ervaha tahabbüb ve tabâyia tasallut, hem de hâkimiyetini vicdanlar üzerine daima muhafaza etmek, hakikatin hassa-i farikasıdır. Bu hassayı bilmezsen, hakikatten bigânesin.

Yəni:

• Üçüncüsü:

Zahiri (maddi güc istifadə edərək) təhəkküm etmək, qəhr və cəbr ilə mümkündür. Lakin:

~ fikirlərə qələbə çalmaq;

~ həm də ruhlara sevgili olmaq;

~ təbiətlərə hökm etmək;

~ həm də hakimiyyətini vicdanlar üzərində daim mühafizə etmək,

həqiqətin fərqli xüsusiyyətidir. Bu xüsusiyyəti bilmirsənsə, həqiqətdən biganəsən (deməkdir).

-------------------------

Dördüncüsü: Tergib veya terhib hilesiyle ancak yalnız bir tesir-i sathî edip ve akla karşı sedd-i turuk edecektir.

Şu halde a'mâk-ı kulûba nüfuz ve erakk-ı hissiyatı tehyiç ve şükûf-misal olan istidadatı inkişaf ettirmek ve kâmine ve nâime olan seciyeleri ikaz ve tenbih ve cevher-i insaniyeti feverana getirmek ve kıymet-i natıkıyeti izhar etmek, şuâ-yı hakikatin hâssasıdır.

Evet, kasavet-i mücessemenin misal-i müşahhası olan "ve'd-i benat" gibi umurlardan kalblerini taskîl etmesi ve rikkat-i letafetin lem'ası olan hayvanata merhamet, hattâ karıncaya şefkat gibi umur ile tezyin etmesi, öyle bir inkılâb-ı azîmdir-hususan öyle akvam-ı bedevîde−ki, hiçbir kanun-u tabiiyeye tevfik olmadığından, hârikulâde olduğu musaddak-kerde-i erbab-ı basirettir. Basiretin varsa tasdik edeceksin.

Yəni:

• Dördüncüsü:

Tərğib (bir kimsəni, bir şeyə rəğbətləndirmək) və tərhib (bir kimsəni, bir işdən çəkindirmək) hiləsilə, ancaq, səthi bir təsir edib; ağla qarşı da, yollar bağlanıla bilər.

--------------------

Şərhi:

Yəni, bir kimsə, insanları aldadıb batilə sövq etmək istədiyində, onların doğru düşünməsini əngəlləmək üçün, propoqanda ilə, ağlın yollarını bağlamağa çalışar. Ağlın yolunu bağlamaq üçün də, hissiyyatı təhrik edər. Ta ki, hissiyyat, ağlı örtsün. Bunun üçün də, dəvət etdiyi şeyi, hissiyyata gözəl göstərib, tərğib edər; və ya çəkindirmək istədiyi şeyi də, çirkin və zərərli göstərib qorxudar. Qorxu və şəhvət, insanları ən çox təhrik edən hislərdir. Qorxduqlarında və ya tamahları təhrik olunduğunda, tələsərək, ağla qulaq verməzlər. Dəlalət əhli də, bu hiləni, öz propoqandalarında, çox istifadə edirlər.

Lakin, belə hilələr, haqqa istinad etmədiyindən, təsiri müvəqqətidir. Yalan və batil, köpük kimi zail olub gedər. Haqq isə, dibə çöküb rasix və sabit qalar.

----------------------

Bu halda:

~ qəlblərin dərinliklərinə nüfuz; və

~ ən incə hissiyyatı həyəcana gətirmək; və

~ tumurcuq kimi olan istedadları inkişaf etdirmək;

~ gizli qalmış və yatmış səciyyələri oyandırmaq; və

~ insanlıq cövhərini coşdurmaq; və

~ (insanı heyvandan ayırd edən) natiqiyyət/danışmaq, düşünməyin qiymətini izhar etmək,

həqiqət şüasının xüsusiyyətidir.

------------------

Şərhi:

Yəni, necə ki, günəşin şüası, işığı vurduğunda, çəyirdəklər inkişaf edir, tumurcuqlar açılır və yatan canlılar oyanır. Elə də, fitrət üzərində təsir edən; və yatmış olan ən dərin hissləri belə oyandırıb istedad çəyirdəklərini inkişaf etdirən; və insaniyyətin qiymətini göstərib tərəqqi etdirən şey, ancaq və ancaq, günəş kimi olan haqq və həqiqətdir. Çünki, fitrətdə yalan yoxdur və fitrət, aldadıla bilməz. Ağıl, örtülə bilər. Lakin, fitrətə müvafiq olmayan nahaqq şeylər, fitrətdən rədd cavabı alar. Suya bənzəyən bir maddəni su zənn edərək içən adamın ağlı, yanıla bilər. Lakin, fitrəti, buna inanmaz. Bir adamın, bir baxçadakı bütün çəyirdək və toxumlara verdiyi tərbiyə nəticəsində, hamısının inkişaf etdiyini, sihhət içində ən kamal mərtəbəyə çatıb meyvələr verdiyini, bir nəfər gözü ilə gördükdən sonra, artıq, bu tərbiyənin haqq olduğunda və fitrətə müvafiq olduğunda tərəddüd etməsi, mümkün olarmı?!

Bax, bundan dolayı, tarixə baxdığımızda, görürük ki, bəzi insanlar, xalqı aldadaraq, onlardakı bəzi hissiyyatları və ya bəzi arzuları və ya bəzi qorxuları istifadə edərək, haqq olmayan bəzi işlərə sövq etmişlərdir. Lakin, dəvət edilən şey haqq olmadığı və fitrətə də müvafiq olmadığı üçün, nəticəsi fəsad və təxrib olmuş; o cərəyan da sönüb getmişdir.

Həm, müəllifimiz Ustad Nursi'nin, aşağıda zikr edəcəyi bu nöqtə də unudulmamalıdır ki, haqq olsun və ya batil olsun, insanlara rəhbərlik edib bir tərəfə sövq edən və inqilab edən insanlar, ancaq, 1 və ya bir neçə hissi təhrik edə bilmiş və ancaq, bir neçə sahədə inqilab edə bilmişlərdir. Lakin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyi inqilaba baxırıq ki, həyatın hər sahəsində, bir inqilab və rəhbərlik etmiş və heç kimi təqlid etməmişdir. Həm, etdiyi bu inqilab nəticəsində, inqilabı, fitrətlərə təsir etmiş; insanın istedadlarını ifsad etmək deyil; əksinə, hamısını inkişaf etdirmiş; ən incə hissiyyatlarına qədər istiqamət vermişdir. Nəticədə, insan olmağın şərəfini və natiqiyyətin qiymətini göstərib, insanlıq cövhərini coşdurmuşdur. Səhabənin göstərmiş olduğu mükəmməl insanlıq və mədəniyyət; və Qurana tabe olmaları nisbətində ümmətin göstərdiyi kamillik əsərləri, buna şahiddir. Həm bu inqilab, təsirini, 1400 ildən çox davam etdirmiş və qiyamətə qədər də davam edəcəyini, ağla göstərmişdir. Bundakı möcüzəliliyi görməyənin, bəsirəti yoxdur. Bunu görən bir insanın da, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in haqq və sadiq olduğunda tərəddüd etməsi, mümkün deyildir.

-----------------------------

Bəli! Qəlb qatılığının mücəssəm və müşəxxəs (konkret) misalı olan "qızların diri-diri basdırılması" kimi şeylərdən, qəlblərini cilalaması; və (onun yerinə), qəlb yumşaqlığının bir parıltısı olan heyvanlara mərhəmət, hətta qarışqaya şəfqət kimi şeylər ilə zinətləndirməsi, elə böyük bir inqilabdır ki, -xüsusilə elə bədəvi qövmlərdə- (bu inqilab), təbiətdəki qanunlara müvafiq olmadığından (yəni, aləmdə cari olan qanunlarla uzlaşdırıb izah etməyə səy göstərmək; yəni, "Bu, normal bir şeydir." demək mümkün olmadığından), fövqə'l-adi olduğu, bəsirət sahibləri tərəfindən təsdiq edilmişdir. (Sənin də) bəsirətin varsa, (bunu) təsdiq edəcəksən.

----------------------

Şimdi Noktayı dinle: İşte tarih-i âlem şehadet eder ki: En büyük dâhi odur ki, bir veya iki hissin ve seciyenin ve istidadın inkişafına ve ikazına ve feverana getirmesine muvaffak olsun. Zira öyle bir hiss-i nâim ikaz edilmezse, sa'y hebâen gider ve muvakkat olur. İşte en büyük dâhi ancak bir veya iki hissin ikazına muvaffak olabilmiştir. Ezcümle: Hiss-i hürriyet ve hamiyet ve muhabbet.

Bu noktaya binaen, Ceziretü'l-Arap sahrâ-i vesîasında olan akvam-ı bedevîde kâmine ve nâime ve mesture olan hissiyat-ı âliye-ki, binlere bâliğdir−birden inkişaf, birden ikaz, birden feveran ve galeyana getirmek, şems-i hakikatin, ziya-yı şulefeşanın hâssasıdır.

Bu Noktayı aklına sokmayanın, biz Ceziretü'l-Arabı gözüne sokacağız. İşte Ceziretü'l-Arap... On üç asır beşerin terakkiyatından sonra, en mükemmel feylesoflardan yüz taneyi göndersin, yüz sene kadar çalışsın; acaba bu zamana nispeten o zamana nispet yaptığının yüzde birini yapabilir mi?

Yəni:

İndi isə, "Nöqtə"yə qulaq ver:

Bax, aləmin tarixi şəhadət edir ki: Ən böyük dahi odur ki, 1 və ya 2 hissin və səciyyənin və istedadın inkişafına və tənbehinə və coşdurmağa müvəffəq olsun. Çünki, yatmış olan elə bir hiss tənbeh edilməzsə, səy, boşu-boşuna gedər və müvəqqəti olar. Bax, ən böyük dahi, ancaq 1 və ya 2 hissin tənbeh edilməsinə müvəffəq ola bilmişdir. Məsələn: azadlıq hissi, hamiyyət və məhəbbət.

Bu nöqtədən dolayı, Ərəb yarımadası deyilən o geniş səhrada yaşayan bədəvi qövmlərdə, gizlənmiş, yatmış və örtülmüş olan ali hissləri -ki, bunlar, 1000-ə yaxındır- birdən inkişaf, birdən tənbeh, birdən coşdurmaq və qələyana gətirmək, həqiqət günəşinin alov saçan işığının bir vəsfidir.

-------------------------

Bu nöqtəni ağlına soxmayanın, biz, Ərəb yarımadasını, onun gözünə soxacağıq. Bax, Ərəb yarımadası...13 əsr, bəşərin tərəqqiyatından sonra, ən mükəmməl filosoflardan 100-ünü göndərsin, 100 il çalışsınlar. Görəsən, bu zamana nisbətən, o zamana nisbətən etdiyinin 1/100-ini edə bilərlərmi?!

-------------------------

Şərhi:

Müəllif, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in icraatındakı möcüzəliliyi isbat üçün, meydan oxuyaraq deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in o zamanda etdiyi icraatın möcüzəliliyini ağlı ilə görməyənin, biz, bu anki Ərəb yarımadasını gözünə soxuruq. Yəni, onlara, göz önündə olan bir dəlil göstərib, meydan oxuyuruq. Bu anda, Ərəb qövmü, hazır əsrin mədəniyyətindən geri haldadır. Bu anki Ərəb qövmü, həm Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in zamanındakı bədəviyyətdən iləri olduqları; həm keçmişlərində bütün dünyaya hökm edəcək bir təcrübələri də mövcud olduğu halda; və bu əsrdə, mədəniyyət tərəqqi etdiyi; və əllərindəki tərbiyə və təlim imkanları da bu qədər geniş olduğu halda; və bu əsrin insanları da, keçmişə nəzərən daha çox mədəniyyət fikrində oyanmış olduqları halda, bu sahələrin hər birinə aid siyasətçilər, sosiologlar və s. kimi mütəxəssis 100 elm adamını da yanlarına alaraq ora gedib 100 il çalışsınlar. Həm, Allah rəsulu (sallallahu aleyhi və səlləm), o zaman, tək başına idi. Bunlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in 100 misli olsunlar. Həm o zamanda, şərtlər, daha çətin olduğu üçün, o zamanda edilən bir şey, indi etdiyimiz 100 şeyə bərabər olduğu halda, biz, bunu da keçirik. Şərtləri bərabər fərz edirik. Bu 100 adam, indi, orda, 100 il çalışsın. Onun, o zamana nisbətən 1 ildə etdiyinin 1/100-ini belə 100 ildə edə bilərlərmi?!

İndi, bir düşün! Bu, möcüzə deyilsə, nədir? Əgər Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdikləri qanunlara görə sıradan, adidirsə, indi, sizin, onun 100 mislini bu gün edə bilməyiniz lazımdır.

------------------------

(İşaret)

Kim tevfik isterse, âdetullah ve hilkat ve fıtrat ile âşinalık etmek ve dostluk etmek gerektir. Yoksa, fıtrat tevfiksizlikle bir cevab-ı red verecektir. Cereyan-ı umumî ise, muhalif harekette bulunanları adem-âbâd hiçahiçe atacaktır.

Yəni:

(İşarət):

Müəllifimiz Ustad Said Nursi (rahmətullahi aleyh), burda, 4-cü Nüktə və sonrakı Nöqtə'də təmas edilən bir sirrə işarət edir. Belə ki:

 

Kim tövfiq istəyirsə, adətullah (Allahın kainatdakı qanunları), xilqət və fitrət ilə aşinalıq və dostluq etməsi lazımdır. Yoxsa fitrət, tövfiqsizliklə, bir rədd cavabı verəcəkdir. Ümumi cərəyan (yəni, kainatın nizamındakı ümumi cərəyan) isə, müxalif hərəkət edənləri, "yoxluq diyarı"ndakı heçliyə atacaqdır.

--------------------------

İşte buna binaen temaşa et. Göreceksin ki, hilkatte cârî olan kavanîn-i amîka-i dakika—ki hurdebîn-i akılla görülmez—hakaik-i şeriat ne derecede mürâat ve muarefet ve münasebette bulunmuşlardır ki, o kavanin-i hilkatin muvazenesini muhafaza etmiştir.

Yəni:

Bax, bundan dolayı, tamaşa et. Görəcəksən ki:

Xilqət (yaradılış)'da cari olan incə və dərin qanunlar, -ki, ağlın mikroskopu ilə görülməz-

(Yəni: bütün bəşərin ağlı birləşsə, xilqətdə cari olan qanunların incəlik və dərinliyini, tam kəşf edə bilməz. Onun üçün, bəşər, ancaq, təcrübə və yanılma yolu ilə öyrənə bilir. İndi gözəl gördüyü bir şeyin, 10 il sonra, əslində fəsada səbəb olduğunu və fitrətə müvafiq olmadığını başa düşür. Onun üçün, bəşərin qanunları, müvəqqətidir. Bax, cəmi ağılların belə incəliyini kəşf edə bilmədiyi bu qədər incə və dərin qanunlara --->)

şəriətin qanunları nə dərəcə riayət etmiş, aşinalıq etmiş və münasib olmuşdur ki, o xilqət qanunlarının müvazinəsini mühafizə etmişdir.

------------------------

Evet, şu a'sâr-ı tavîlede şu müsademat-ı azîme içinde hakaikini muhafaza, belki daha ziyade inkişafa getirdiğinden gösterir ki, Resul-i Ekremin (a.s.m.) mesleği, hiçbir vakit mahvolmayan hak üzerine müessestir.

Yəni:

Bəli! Bu uzun əsrlərdə, bu qədər böyük çarpışmalar içində, öz həqiqətlərini mühafizə; hətta daha çox inkişafa gətirdiyindən...

(Yəni: Allah rəsulunun 15 əsr əvvəl gətirdiyi şəriətin həqiqətləri, bu qədər əsrdə, bu qədər çalxantı və inqilablar keçirdiyi; bir zaman məqbul olan şeylər, sonra tərk edildiyi; bir zaman doğru zənn edilən şeylər, sonra yalnış çıxdığı; və ya bəşər tərəqqi etməklə, daha yaxşısını və gözəlini tapdığı halda, o həqiqətlər, heç dəyişmədən və heç bir zaman gözəlliyini itirmədən, üstəlik daha da inkişaf edərək davam etməsi, göstərir ki) --->

Allah rəsulu (əleyhissəlam)'ın məsləyi, heç bir vaxt məhv olmayan haqq üzərə müəssəsdir.

(Yəni: Necə ki, torpağa atılan bir çəyirdək, qış və yaydakı o qədər inqilablar içində öz həqiqətini mühafizə edir. Hətta hər inqilab, daha çox onun inkişafına səbəb olur. Elə də, Allah rəsulunun gətirdiyi həqiqətlər də, eynilə onun kimi, daha çox öz sirlərini və gözəlliyini göstərərək və genişləyərək inkişaf etmişdir.)

---------------------------

Şu Nükte ve Noktaları bildikten sonra, geniş ve muhakemeli ve müdakkik bir zihinle dinle ki...

Yəni:

(Yuxarıda zikr edilən) 4 Nüktə və 1 Nöqtə'ni bildikdən sonra, geniş, mühakiməli və müdəqqiq bir zehnlə dinlə ki...

--------------

Şərhi:

Yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, yaşadığı dövrdə gördüyü işlərə, geniş və əhatəli bir nəzərlə bax. Çünki, o icraatların təsir və təsərrüf dairəsi, çox genişdir. Durbin kimi əhatə ilə nəzər etməlisən. Lakin, geniş baxarkən də, səthiliyə düşmə. Eyni zamanda, mikroskop kimi, incədən-incəyə tədqiq et. Həm, 4 Nüktə və 1 Nöqtə'də zikr edilən qaydalar vasitəsilə, Onun icraatını, sair insanların icraatları ilə və bəşərdə cari olan qanunlar ilə mühakimə et. Ta ki, bu icraatlardakı möcüzəlilik, sənə görünsün: --->

-------------------

Muhammed-i Hâşimî Aleyhissalâtü Vesselâm ümmiyeti ve adem-i kuvvet-i zahiresi ve adem-i hâkimiyeti ve adem-i meyl-i saltanatla beraber...

Yəni:

Muhamməd Haşimi (aleyhissalatu vəssəlam):

~ ümmiliyi;

~ zahiri (yəni, maddi) bir qüvvətinin olmaması;

~ (maddi) bir hakimiyyət (və ya səltənəti) olmaması; və

~ səltənətə meylinin olmaması ilə bərabər...

-------------------

Şərhi:

Müəllifin qəsdi, budur:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

~ oxuma-yazması olmaması;

~ zahirən maddi bir qüvvəti, məsələn, orduları və ya pulu olmaması;

~ bir kral olmadığı, maddi bir hakimiyyət və səltənəti olmaması; və

~ heç bir zaman, Özündə, bir səltənət həvəsi görülmədiyi halda...

Bu 4 şey, Onun, haqq olduğunu göstərir. Belə ki:

1. Ümmi olduğundan, Onun, bu işləri Öz elmilə görməsi, mümkün deyildir.

2 və 3. Zahiri qüvvət və hakimiyyəti olmadığından, Onun müvəffəqiyyəti, ancaq haqqa sarılmaqdan qaynaqlana bilər. Çünki, bir ordusu və höküməti yox idi ki, cəbr ilə qələbə qazansın. Pulu və mülkü yox idi ki, insanları onunla satın alsın.

4. Həm, gənclik dövrlərində belə, Onda, səltənətə bir meyl görülməmişdi. Hətta, Özünə, iddiasından dönməsi qarşılığında təklif edilən səltənəti, qəbul etməmişdi. Dünyəvi heç bir mənfəət tələb etmədən, Özünü o qədər sıxıntı və məşəqqətlərə atması, sırf Allah üçün hərəkət etdiyini göstərir.

Bütün bunları nəzərə almaqla bərabər, buna da diqqət et ki --->

-------------------------

Gayet hatarlı mevâkide kemâl-i vüsuk ile teşebbüs ederek efkâra galebe etmekle, ervaha tahabbüp ve tabayie tasallut, gayet kesire ve müstemirre ve rasiha ve me'lûfe olan âdât ve ahlâk-ı vahşiyaneyi esasıyla hedmederek, onların yerine ahlâk-ı âliyeyi gayet metin bir esas ile, lâhm ve demlerine karışmış gibi tesis etmekle beraber, zâviye-i vahşette hâmid olan bir kavimdeki kasavet-i vahşiyeyi ihmad ve hissiyat-ı dakikayı tehyiç, evet, hissiyat-i âliyeyi ikaz ve cevher-i insaniyetlerini izhar etmekle beraber evc-i medeniyete bir zaman-ı kasîrde is'ad ederek, şark ve garpta oturmuş bir devlet-i cesîmeyi bir zaman-ı kalilde teşkil edip, ateş-i cevval gibi, belki nur-u nevvar gibi veyahut asâ-yı Mûsâ gibi sair devletleri bel' ve imha derecesine getirdiğinden, basar-ı basireti kör olmayanlara sıdkını ve nübüvvetini ve hakla temessükünü göstermiştir. İşte eğer sen görmezsen, seni insanların defterinden sildirecektir.

Yəni:

(Allah rəsulu sallallahu aleyhi və səlləm):

~ çox təhlükəli mövqelərdə, mükəmməl güvən ilə təşəbbüs edərək, fikirlərə qələbə çalmaq, ruhlara sevgili olmaq və təbiətlərə hökm etmək;

~ (həm) çox sayda və uzun müddət davam etmiş və kökləşib dərinləşmiş və adət edilmiş olan vəhşi adət və əxlaqları, əsasları ilə bərabər kökündən söküb yıxmaq, onların yerinə, ali əxlaqı, çox mətin bir əsas ilə ət və qanlarına qarışmış kimi təsis etmək

ilə bərabər;

~ (həm) vəhşət küncündə sönmüş bir köz (kimi) olan bir qövmdəki vəhşi qəlb qatılığını söndürüb, incə hissləri həyəcana gətirmişdir.

Bəli! Ali hissləri oyandırmaq; və insaniyyət cövhərilərini izhar etməklə bərabər; mədəniyyətin ən yüksək nöqtəsinə, qısa bir zamanda yüksəldərək, şərq və qərbdə oturmuş böyük bir dövləti, qısa bir zamanda təşkil edib ətrafa yayılan yanğın atəşi kimi, hətta (daha doğrusu), işığı hər tərəfi aydınladan bir nur kimi və yaxud Musa'nın əsası kimi, sair dövlətləri udmaq və silmək dərəcəsinə gətirdiyindən, bəsirət gözü kor olmayanlara, sidqini və Nübüvvətini və haqqa sarıldığını göstərmişdir.

Bax, əgər görməzsən, (bu korluq, səni) insanların dəftərindən sildirəcəkdir.

---------------------

Şərhi:

Müəllifimiz Ustad Said Nursi (rahmətullahi aleyh)'in qəsdi, budur:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), əgər haqq olmağın verdiyi əminlik və onda, Allahın nəbisi olmağın bəxş etdiyi ismət sifəti olmasaydı, heç bir kimsənin xəta etməkdən və ya məhv olmaqdan qurtula bilməyəcəyi ən təhlükəli mövqelərdə, son dərəcə güvən və etimad içində, sözlərinə və fellərinə təşəbbüs etməzdi. Bu hal, icraatlarının əvvəlində və icraat əsnasında, Onda görülən vəsflərdir ki, Onun haqq olduğunu göstərir. Çünki, -haşa- bir yalançıda, belə əminlik, mutməinlik və ciddiyyət, mövcud ola bilməz.

Həm, bu təşəbbüslərin nəticəsində, sadəcə zahiri bir təhəkküm deyil; hətta fikirlərə qalib gəlmək, ruhlara sevgili olmaq və təbiətlərə hökm etmək... Ki, bunlar, ancaq, haqq olmağın xüsusiyyətləridir. Qəhr və cəbr ilə, sadəcə maddi qəliblərə hökm etmək olar. Qəlblərə və ruhlara, bununla hökm edilməz.

Həm, çox sayda, həm uzun müddət davam etmiş və kökləşib yerləşmiş və adət edilmiş olan o qədər vəhşi adət və əxlaqları, əsasları ilə qaldırmış; və qaldırmaqla da qalmayıb, onların yerinə, uca əxlaqları, mətin bir əsas ilə ət və qanlarına qarışmış kimi təsis etmişdir.

Həm, "vəhşət küncündə sönmüş köz kimi olan bir qövm"…

Müəllifimizin, bununla qəsdi, budur:

Sanki cahiliyyə dövründə, ərəb qövmü, vəhşət küncündə sönmüş bir köz kimi, insani hissiyat və səciyyələri sönmüş və keyişmiş; həm mədəniyyət və dövlət cəhətində də, sönük bir halda ikən...

Nəbi (sallallahu aleyhi və səlləm), onlardakı vəhşi qəlb qatılığını söndürüb, incə hissləri atəşləndirib, həyəcana gətirmişdir. Yəni, cahiliyyə ərəblərində, atəş kimi olan ali hisslər, sönmüş; vəhşi qəlb qatılığı isə, alovlu idi. Peyğəmbərin nəfəsi, alovlu qəlb qatılığı atəşini bir üfürməklə söndürüb; sönmüş olan ali hiss közlərini də, bir nəfəslə alovlandırmışdır.

Bəli! Keyişmiş ali hissləri oyandırmaq və insaniyyət cövhərini göstərmək, yəni, onları, ən kamil insanlar qılmaqla bərabər; fərdləri belə təkamül etdirdiyi kimi, cəmiyyət cəhətilə də, onların ictimai həyatlarını, mədəniyyətin ən yüksək nöqtəsinə, qısa bir zamanda yüksəldərək, şərq və qərbdə oturmuş böyük bir dövləti qısa bir zamanda təşkil etmişdir. Halbuki, yeni bir dövlətin zühuru və köhnə dövlətlərə qələbə çalıb kamilləşməsi, çox zamana möhtacdır və çətindir. Qısa bir zamanda belə bir dövləti, həm də ən kamal mərtəbədə və ən mədəni bir tərzdə zühur etdirmiş; və

~ ətrafa yayılan yanğın atəşi;

~ işığı hər tərəfi aydınladan nur;

~ sehrbazların ilan kimi görünən yalançı əsalarını udan Musanın əsası

kimi sair dövlətləri udması və silməsi dərəcəsinə gətirmişdir. Yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qurduğu İslam dövləti və təsis etdiyi nizam, bir anda, bütün dünyaya hakim olub, sair dövlətlərə və sistemlərə qalib gəldi. Sanki, necə ki cəvval bir atəş, bir anda yayılıb ətrafını yox edirsə, bu dövlət də, sair dövlətləri və mədəniyyət sistemlərini yanğına verib yox etdi. Bu dövlət və nizam, sair batil sistemlər üçün atəş hökmündə oldusa da; haqq və ədaləti, asayiş və kamalı təsis etdiyindən, həqiqətdə, bir nur hökmündədir. Elə bir nur ki, günəş kimi aləmə doğub, nurunun şiddətilə, sair ulduzları və yerdəki qəndilləri sildi və cahanı, ədalət və fəzilətin nuru ilə işıqlandırıb, zülmün qaranlıqlarını dəf etdi. Və yaxud, Musa (əleyhissəlam)'ın əsası kimi, sehrbazların əsaları hökmündə olan sair dövlətləri uddu.

Bax, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, yaşadığı dövrdə görünən bütün bu icraatları, bəsirət gözü kor olmayanlara, Öz sidq və Nübüvvətini və haqqa sarılmasını göstərməkdədir.

------------------------

------------------------

(Dördüncü Meslek)

Sahife-i müstakbelden, lâsiyyema mesele-i şeriattır.

Yəni:

Gələcək səhifəsindən, xüsusilə şəriət məsələsidir.

----------------------

Şərhi:

Yəni, "aləm kitabı"nın "zaman fəsli"ndəki "gələcək səhifəsi"ndəki məsələlərdən bir neçə məsələ...Xüsusilə, şəriət məsələsidir.

Kitab <--- bablardan; bablar <--- fəsillərdən; fəsillər <--- məsələlərdən mürəkkəb olduğu üçün, Müəllif, "şəriət məsələsi" deyə təbir etdi.

Bax, "zaman fəsli"nin "gələcək səhifəsi", ehtiva etdiyi bütün məsələlərlə, Muhamməd (sallallahu aleyhi və səlləm)'in risalətini isbat edir.

Burda, o səhifədən, xüsusilə şəriət məsələsi qismi mütaliə ediləcəkdir. Yəni, Peyğəmbərimizin şəriəti, bütün gələcəyə hakim olub hakimiyyət və haqqaniyyətini, bütün zamanlarda mühafizə etməsi; və ona müxalif olanların mislini gətirməkdən aciz olması; və növbənöv elm və fənlərə təmas edən və əsaslarını cəm edən bir şəriət olması; və belə bir şəriətin, bir Ümmi'dən zahir olmasının, mümkün olmamasıdır.

-------------------------

İşte dört nükteyi nazar-ı dikkatten dûr etmemelisin.

Yəni:

Bax, (bu məqamda), 4 nüktəni nəzərdən uzaq tutmamalısan.

(Belə ki) --->

------------------------

Birincisi: Bir şahıs 4 ve ya 5 fende meleke sahibi ve mütehassıs olamaz. Meğer harika ola.

Yəni:

• Birincisi: Bir şəxs, 4 və ya 5 fəndə, məharət sahibi və mütəxəssis ola bilməz. Məgər, xariqə ola (yəni, əgər xariqə bir şəxs deyilsə, ola bilməz).

------------------------

Şərhi:

1-ci Məqalənin 6-cı Müqəddiməsində (haşiyə) uzunca izah edildiyi üzərə, hər fənnin, xüsusi bir surəti və ayrı bir qanunu olduğundan, 1 fəndə mahir olan, başqa fəndə əcəmi və tufeyli olar. Ən böyük dahilər belə, ancaq, bir neçə fəndə; o da, bir dərəcə bir-birinə yaxın və bir-birinə bənzəyən fənlərdə mahir ola bilirlər. Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriəti isə, yüzlərlə elm və fənnin əsaslarını cəm etməkdədir. Tualet ədəbi, yemə-içmə ədəbindən, bədən tərbiyəsi, ruh tərbiyəsi, ictimai həyat, dövlət siyasəti, dini elmlər, kövni fənlər və s. nə qədər elm və fənn varsa, hamısının əsaslarını cəm edən və təkamülünə zamin olan bir şəriətdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm) isə, ümmidir (yəni, oxuma-yazması yoxdur).

 

Haşiyə:

“1-ci Məqalənin 6-cı Müqəddiməsi” üçün bax:

https://erisale.com/#content.tr.13.38

---------------------------

İkincisi: Mesele-i vahide, iki mütekellimden sudur eder. Birisi, mebde ve müntehası ve siyak ve sibaka mülâyemetini ve ehavatıyla nispetini ve mevzi-i münasipte istimalini, yani, münbit bir zeminde sarfını nazara aldığı için, o fende olan maharetine ve melekesine ve ilmine delâlet ettiği halde, öteki mütekellim şu noktaları ihmal ettiği için sathiyetine ve taklidiyetine delâlet eder. Halbuki kelâm yine o kelâmdır. Eğer aklın bunu fark etmezse, ruhun hisseder.

Yəni:

İkincisi: Bir (yəni, eyni) məsələ, 2 danışandan südur edər. (Belə ki):

~ (Onlardan) biri, məbdə (başlanğıc) və müntəhasını (sonunu); və siyaq və sibaqa uyğunluğunu; və bacıları (yəni, mövzu ilə əlaqəli olan digər məsələlər) ilə nisbətini; və münasib yerdə istifadəsini, yəni, münbit bir zəmində sərfini nəzərə aldığı üçün, (bu, onun), o fəndə olan məharətinə və mələkəsinə və elminə dəlalət etdiyi halda;

~ (Onlardan) digər danışan isə, bu nöqtələri ehmal etdiyi üçün, (bu, onun) səthiliyinə və təqlidçiliyinə dəlalət edər.

Halbuki, kəlam, yenə o kəlamdır. Əgər ağlın bunun fərqinə varmazsa (belə), ruhun hiss edər.

-----------------------

Şərhi:

Müəllifin qəsdi, budur:

Fərz edək ki, eyni məsələ haqqında, 2 nəfər söz danışır. Onlardan:

~ Biri: mövzunun başı və sonuna, siyaq və sibaqa (sözün sövq edildiyi məqsədə) uyğunluğuna riayət edərək söz danışır. Bununla bərabər, o mövzunun, digər mövzularla olan nisbətinə riayət edərək söz deyir. Onun, sözü münasib yerdə istifadə etməyi, yəni, münbit bir zəmində əkməyi nəzərə alması, onun, bu fəndə olan məharətinə, ustalığına dəlalət edər. Yəni, sanki o məsələ, bir toxum kimidir. İstifadə etdiyi yer də, bir torpaqdır. Onu elə bir münbit zəmində əkir ki, çox faydalı meyvələr verir. Bax, indi, bu adam, bu zikr edilən münasibətlərə riayət etməyi nəzərə aldığı üçün, bu, onun, o fəndəki ustalığına dəlalət edər.

~ Digəri isə: bütün bu cəhətləri ehmal etdiyi üçün, bu, onun, o fəndəki səthiliyindən və müqəllid olmasından xəbər verər.

Halbuki, söz, eyni sözdür. Lakin, söyləyiş keyfiyyəti, birinin, məharətinə və elminə dəlalət edərkən; digərinin, səthilik və təqlidçiliyinə dəlalət edər.

Əgər ağlın bunun fərqinə varmasa belə, ruhun hiss edər. Yəni, o 2 adamın sözlərinə qulaq verdiyində, ağlın dəlil göstərə bilməsə də, onların ümumi hal və davranışlarından, birinin, mahir; digərinin isə, əcəmi olduğunu hiss edərsən.

Bundan dolayı, "Şəriətdə müxtəlif fənlərə dair mövcud olan qaydaları, Muhamməd (sallallahu aleyhi və səlləm)'in əzbərləyərək söyləmiş olması və Özünü mahir göstərməsi, mümkündür." deyilə bilməz. Çünki, mühim olan şey, bu qaydaları necə istifadə etdiyidir. Necə ki, əməliyyat, cərrahi alətlərlə edilir. Lakin, əlinə cərrahi alət alan hər kəs, əməliyyat edə bilməz. Mütəxəssisi, o alətlə həyat qurtararkən; mütəxəssis olmayan, xəstəni öldürər. Məharət, burdan bəlli olur.

Bu nüktə (incəlik), ortada əzbərlənəcək bir qayda mövcud olduğu təqdirdədir. Yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm) zamanında, şəriətin ehtiva etdiyi və müxtəlif elmlərə təmas edən bu qaydalar, fərz edək ki, o elmin mütəxəssisləri yanında bilinirdisə də, bir Ümminin o qaydaları bu surətdə istifadə etməsi, möcüzədir. Halbuki, şəriətin ehtiva etdiyi çox qaydalar, ilk olaraq, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən təsis edilmişdir. Həm də ilk təsisində, ən kamal mərtəbədə təsis edilmişdir. Müəllifimiz, indi, bu cəhəti açıqlayır. Belə ki --->

---------------------------

Üçüncüsü: İkinci Mukaddemede geçtiği gibi bir-iki asır evvel harika sayılan keşif bu zamana kadar mestur kalsaydı, tekemmül-ü mebadi cihetiyle bir çocuk da keşfedebildiğini nazara al, on üç asır geri git, o zamanların tesiratından kendini tecrid et, dehşet-engiz olan Ceziretü'l-Arapta otur, dikkatle temaşa et. Görürsün ki, ümmî, tecrübe görmemiş, zaman ve zemin yardım etmemiş tek bir adam ki, yalnız zekâya değil, belki gayet kesir tecarübün mahsulü olan fünunun kavaniniyle öyle bir nizam ve adaleti tesis ediyor ki, istidad-ı beşerin kameti, netâic-i efkârı teşerrübünden tekebbür ederse, o şeriat dahi tevessü ederek ebede teveccüh eder. Kelâm-ı ezelîden geldiğini ilân etmekle beraber, iki âlemin saadetini temin eder.

Yəni:

• Üçüncüsü: 2-ci Müqəddimədə keçdiyi kimi, 1-2 əsr əvvəl xariqə sayılan bir kəşf, bu zamana qədər örtülü (yəni, kəşf edilməmiş) qalsaydı, məbadi (əsas prinsiplər)'in təkəmmülü cəhətilə, bir uşağın belə (onu) kəşf edə biləcəyini bir nəzərə al. (Sonra), 13 əsr geri qayıt, o zamanların təsirlərindən özünü bir təcrid et. Dəhşət verici olan Ərəb yarımadasında otur, diqqətlə tamaşa et. Görəcəksən ki:

~ Ümmi;

~ Təcrübə görməmiş;

~ Zaman və zəmin (Özünə) kömək etməmiş

tək bir Adam, ki, yalnız zəkaya deyil; hətta çox təcrübələrin məhsulu olan fənlərin qanunları ilə, elə bir nizam və ədalət təsis edir ki, bəşərin istedad boyu, bir-birilərinin fikirlərinin nəticələrini içməklə böyüsə, o şəriət də genişləyərək, əbədə yönələr. Əzəli kəlamdan gəldiyini elan etməklə bərabər, 2 aləmin səadətini təmin edər.

--------------------------

Şərhi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), nə qədər zəkalı, istedad cəhətilə bəşərin ən mükəmməli də olsa, nə elmi, nə siyasi, nə də ictimai təcrübəsi yox idi. Bununla bərabər, qövmü, ümmi; həmin yarımada, mədəniyyət və dövlətsiz; zaman, fətrət zamanı; bəşərin də, mədəniyyət və fənlərdə təkəmmül etmədiyi bir dövrdür. Belə ikən, heç bir köməkçisi olmayan, tək başına bir Adam, bir iddiaya qalxır və çox təcrübələrin məhsulu olan fənlərin qanunları ilə bir nizam və ədalət təsis edir. Bununla bərabər, təsis etdiyi nizam və ədalət, yalnız zəka ilə edilə biləcək bir şey deyildir ki, "O, Öz zəkası ilə bu işi etmişdir." deyilə bilsin. Əksinə, uzun əsrlər içində, bir çox insanın, bir çox təcrübələrindən sonra əldə edilə biləcək olan müxtəlif fənni qaydalarla ancaq təsis edə bilər. Necə ki, dövrümüzdə də, bəşər, bir mövzuda qanun çıxararkən, o mövzulara təmas edən müxtəlif fənlərin elm adamlarından, mütəxəssislərindən bir heyət təşkil edir. Uzun istişarələr nəticəsində, bir qanun maddəsi çıxarılır. O fənn alimləri və mütəxəssislərin bilikləri isə, bəşər tarixi boyunca, bütün insanların çoxlu təcrübələri və uzun çalışmaları nəticəsində təkəmmül edə-edə hasil olmuş biliklərdir. Heç bir fərdin zəkiliyi və xüsusi təcrübələri, tək başına, bir fənnin təkamülünə kifayət deyildir. Halbuki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), elə bir şəriət nizamı və ədalət təsis etmişdir ki, yüzlərlə fənn və milyonlarla insanların uzun və çoxlu təcrübələrilə belə əldə edə bilməyəcəkləri fənni qaydalar üzərinə müəssəsdir. Bunun dəlili isə, bu qədər əsr boyunca, ümum bəşərin ümüm təbəqələrinə, hər mövzuda, hər sahədə rəhbərlik etməsidir. Elə bir nizam və ədalət təsis etmişdir ki, bəşərin istedad boyu, bir-birilərinin fikirlərinin nəticələrini içməklə böyüsə, yəni, necə ki, kiçik bir uşaq, ana südü içməklə böyüyür və boyu uzanır. Boyu uzandıqca, libası, ona kiçik gəlməyə başlayır. Elə də, bəşərin qanunları da, cansız libaslar kimidir. Şəriət isə, canlı bir cild kimidir ki, sonrakı insanlar, əvvəlki insanların -süd əmmək kimi- təcrübə və fikirlərindən istifadə edərək onlardan içsə və beləcə istedad boyları uzansa, o şəriət də, genişləyərək, əbədə yönələr. Yəni, şəriət, qiyamətə qədər gələcək bəşər növünün bütün zamanlarına baxmaqla qalmır. Əksinə, onun üzü, ta əbədə yönəlmişdir. Gözünü ora dikmişdir. Şəriətə baxan görər ki, onun qanunları, yalnız dünya həyatına baxan qanunlar deyil; əksinə, üzü, bir başa cənnətə və əbədi səadətə yönəlmişdir və insanın üzünü ora çevirib əbədi səadəti qazanması üçün onu irşad edir. Bu dünya həyatına da, o səadətin bir vəsiləsi olaraq baxıb onu imar edir və ona görə tənzim edir. Bax, bu hal göstərir ki, şəriət, zamanla muqayyəd olmayan və bütün zamanları əhatə edən bir elmdən gələn bir kəlam təcəllisidir, ki, 2 aləmin səadətini təmin etməkdədir. Bu, bəşərin qanunlarında mövcud olmayan bir xüsusiyyətdir.

------------------------------

İnsaf edersen, bu ise yalnız o zamanın insanlarının değil, belki nev-i beşerin tavk-ı haricinde göreceksin. Meğer evham-ı seyyie, senin şu tarafa müteveccih olan fıtratının tarf'ını (Dikkat lazımdır!) çürütmüş ola...

Yəni:

İnsaf edərsənsə, bunun, yalnız o zamanın insanlarının deyil; hətta bəşər növünün taqətinin xaricində görərsən. Məgər, pis vəhmlər, sənin bu tərəfə yönəlmiş olan fitrətinin tərfini (yəni, nəzərini) (haşiyə: diqqət lazımdır!) çürütmüş ola...

-----------------------

Şərhi:

Müəllifin qəsdi, budur:

Əgər tərəfsiz, adil və haqqpərəst mühakimə edərsənsə, belə bir şəriətin, deyil yalnız 15 əsr əvvəl Ərəb yarımadasında bir Ümmi'dən zühur etməsi; hətta, ümum əsrlərdəki bütün bəşər toplansa, belə bir şəriət gətirmələri, onların taqətinin xaricində olduğunu görərsən.

Mətndəki "vəhm" kəliməsi: "dəlillər bir tərəfi göstərdiyi halda, əks tərəfi təsdiq etmək" deməkdir.

Müəllifin, "Məgər, pis vəhmlər, sənin bu tərəfə yönəlmiş olan fitrətinin tərfini (yəni, nəzərini) çürütmüş ola..." sözü ilə qəsdi, budur ki:

Əgər bir adama vəhmlər ariz ola-ola onun ağıl nəzərini çürüdərsə, artıq bu adam, ağlının aşkar gördüyü şeylərdə belə tərəddüdə düşüb batil tərəfi dəlilsiz təsdiq edər.

Not:

Müəllifimiz, burda, "Diqqət lazımdır!" deyə, bir haşiyə düşmüşdür. Mənası, -Allahu alim- bu ola bilər:

Ləfz etibarı ilə, cümlədə "tərəf""tərf" kəlimələri arasında bir cinas olduğundan və bunların, Quran xəttilə yazılışları eyni olduğundan, diqqət edilməyib, yalnış oxunula bilər. Bu da, mənanı pozar.

~ Tərf: "gözü yönləndirmək, baxmaq" deməkdir.

~ Tərəf isə: "bir şeyin kənarı" deməkdir.

Haşiyə'nin bu "tərf" kəliməsindən sonra qoyulması, bu ehtimala işarət ola bilər.

-----------------------------

Dördüncüsü: Onuncu Mukaddemede geçtiği gibi, hem de ikinci nokta-i itirazın cevabında da geleceği gibi şudur ki: Cumhurun istidad-ı efkârı derecesinde şeriatın irşad etmesidir. Şöyle ki:

Cumhurun amiliği için, hakaik-i mücerredeyi, melûfları vasıta olmaksızın adem-i telâkkileri sebebiyle, müteşabihat ve teşbihat ve istiârât ile tasvir etmesidir. Hem de fünun-u ekvanda cumhurun, hiss-i zahir sebebiyle hilâf-ı vakii zarurî telâkki etmekle beraber, mebâdi basamakları adem-i in'ikad ve tekemmülünden, mağlâtaların vartalarına düşmemek için, şeriat öyle mesailde ipham etti ve mutlak bıraktı; lâkin hakikati imâdan hâli bırakmadı.

Yəni:

• Dördüncüsü: 10-cu Müqəddimə'də keçdiyi; həm də "2-ci Etiraz Nöqtəsi"in cavabında da gələcəyi kimi, (bu mövzunun xülasəsi, budur ki): şəriət, cumhurun fikir istedadı dərəcəsində, (onları) irşad edir. Belə ki:

(Şəriət), cumhur avam olduğundan; mücərrəd həqiqətləri, ülfət etdikləri vasitə olmadan anlaya bilməmələri səbəbilə, mütəşabihlər, təşbihlər və istiarələr ilə təsvir etməsidir. Həm də, kainata dair fənlərdə, cumhurun, zahir hissləri səbəbilə vaqeəyə müxalif olan şeyləri zəruri zənn etmələri; bununla bərabər, (fənlərin) məbadi (əsas prinsipləri) (hələ) meydana gəlmədiyindən və təkamül etmədiyindən, (onların) aldanma təhlükələrinə düşməməsi üçün, şəriət, elə məsələləri mübhəm və mütləq buraxdı. Lakin, həqiqətə ima etməkdən də, boş buraxmadı.

--------------------------

Şərhi:

~ Birinci Məqalənin 10-cu Müqəddiməsində: "Bir kəlamda hər fəhmə gələn şeylərdə, mütəkəllim/danışan sorğu-sual edilməz." mövzusu və orda zikr edilən məcazlar, kinayələr, təşbehlər, təmsillər, istiarələr, misdaqlar, ibham və icmallar kimi məna təbəqələrinin hökmlərində keçdiyi kimi; bununla bərabər,

~ "2-ci Etiraz Nöqtəsi"nin cavabında gələcəyi kimi...Yəni, kainata dair fənlər, tədrici olaraq təkamül edər. Onun üçün, ancaq sonrakı əsrdə bilinə biləcək bir həqiqəti, əvvəlki əsrlərdəki insanlara bir başa təlim etmək, həm təkamül qanununa müxalif olub aləmdəki nizamı ifsad edər, həm də insanların zehnlərini bulandırıb təşviş edər.

Bax, bu 2 bəhsdə zikr edilən mövzunun xülasəsi, budur ki:

Şəriət, cumhuru, onların istedadları nisbətində irşad edər. Yəni, necə ki, günəş, hər aynaya, aynanın istedadı nisbətində işıq verirsə; şəriət də, fikirlərinin istedadı nisbətində insanları irşad edər. Zatən belə olmasa, bu, irşad deyil, ifsad olar. Əksər insanlar isə, avam olduğu üçün, Quranın ən zahir üslubu və ən zahir məna təbəqəsi, avamın zehninə görədir. Xasslara, əksəriyyətlə işarətlərlə danışar. Belə ki:

Avam təbəqəsi, hissləri vasitəsilə düşünməkdədir. Gözünün görmədiyi, hisslərlə idrak etmədiyi, sırf əqli olan bir şeyi, bir başa, ağlı ilə görə bilmir. Mücərrəd həqiqətləri, ancaq gördüyü və bildiyi bir şeylə, təmsil və təşbih üslubu içində başa düşə bilir. Çünki, onların ağlı, ancaq hissiyyat üzərindən həqiqətlərə yönəlir. Yəni, həqiqətə, çılpaq baxa bilmir. Çılpaq həqiqətlər, onların ağıllarına nisbətən, naməhrəm kimidir. O həqiqətlərə, ülfət etdikləri şeylərdən bir libas geyindirilərsə, o vaxt baxa və görə bilirlər. Onun üçün, Quran, xüsusilə İlahi həqiqətlər kimi mücərrəd həqiqətləri, təşbehlər, təmsillər, istiarələr və ya mütəşabih üslublarla açıqlayır.

Müəllifin burda istifadə etdiyi "mütəşabihlər, təşbehlər və istiarələr" təbirləri arasında, fərq vardır. Belə ki:

~ Təşbeh: "Bu, bunun kimidir." deyə açıqca edilən bənzətmələrdir.

~ İstiarə: Bunlarda da təşbeh mənası vardır. Lakin bunlardakı təşbeh, zimnidir, sarih/açıq deyildir. Məsələn: "Bu adam, şir kimidir." demək, təşbehdir. Lakin, "Adam kükrədi." demək, istiarədir.

Şirə aid kükrəmə feli adama nisbət edilincə, zimnən şirə bənzədilmiş olur.

~ Mütəşabih isə: təşbeh və istiarələrdən daha ümumi və genişdir. Bunun, fərqli mənaları olmaqla bərabər, burda qəsd edilən məna, "möhkəm olmayan ayələr"dir. Bir ayədə, təşbeh və istiarə olmasa belə, ayə, bir mövzunu möhkəm bir surətdə açıqca bəyan etməz, icmal və ya ibham edərsə, bu cəhətdən, mütəşabih olur.

 

Not: Möhkəm və Mütəşabih üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mohk%C9%99m-v%C9%99-mut%C9%9...

 

Quran, mücərrəd həqiqətlərdən, avamın ağıl səviyyəsinə enərək belə mütəşabih üslublarla danışdığı kimi; kainata dair fənlərə aid məsələlərdə də, irşad gərəyi, çox dəfə ibham və icmallar etmişdir. Belə ki:

Kainata dair fənlərdə, cumhur, zahiri hislərin yanılmaları səbəbilə, vaqeəyə müxalif olan bir şeyi zəruri zənn etməklə, yəni, vaqeəni əhatə edə bilmədiyi üçün, vaqeəyə müxalif olan bir şeyi vaqeə kimi, hətta zəruri kimi zənn etmələri, məsələn, vaqeədə yer döndüyü halda, günəşi dönməkdə zənn etmələri; və ya yer, kürə olduğu halda, onu düz zənn etmələri, hissi bir yanılmadır. Yanılmaqla da qalmır, bunları, gözü ilə gördüyü bədihi/açıq həqiqətlərdən və zəruri elmlərdən/biliklərdən sayırlar.

İndi, Quran, bu insanlara, -Öz əsli məqsədi olmadığı və bunları bəyan etmək, vəzifəsi olmadığı halda- açıqca: "Yer, kürədir və günəş də, dönmür; əksinə, üstündə durduğumuz və sabit zənn etdiyiniz yer dönür." desə, ya lüzumsuz təkzibə səbəbiyyət verəcək. Ya da, sırf imanla qəbul etsə də, gözünün gördüyünü inkar edərək, aldanmasına səbəbiyyət verəcək.

Bax avam, vaqeəyə müxalif bunun kimi bəzi şeyləri, -fənlərin əsas prinsipləri tam təkamül etmədiyindən- o mövzuları, qapalı buraxdı, açıqlamadı və mütləq buraxdı. Məsələn, Quran, "Günəş, dönür." (Yasin/38) dediyində, əslində, məna cəhətində, "zahiri nəzərdə" qeydilə muqayyəddir. Lakin, bu qeydi ləzfən zikr etməmiş, mütləq buraxmışdır. Ancaq, gələcək əsrin insanları da Quranın muxatabları olduğu üçün, Quran, bu məsələdəki həqiqətə işarət etməyi də, ehmal etməmişdir.

-------------------------

Vehim ve tenbih

Resul-i Ekremin (a.s.m.) herbir fiil ve herbir halinde sıdk lemean eder. Fakat her fiili ve her hali harika olmak lâzım değildir. Zira izhar-ı harika, tasdik-i müddeâ içindir. Hacet olmadığı veya münasip olmadığı vakitte, cereyan-ı umumiyeye mütabaatle, kavanin-i âdâtullaha destedâd-ı teslim oluyor. Hem de öyle olmak gerektir.

Yəni:

(Vəhm) və (Tənbeh)

Bu vəhm və tənbehin əsl yeri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hər hal və hərəkətlərinin sidqinə dəlalət etdiyinin danışıldığı "1-ci Məslək"in Müqəddiməsidir. Lakin, Müəllifimiz Ustad Nursi orda zikr etməyi unutduğu üçün, burda yazdığını söyləyir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hər bir fel və hər bir halında(n), sidq parlayar. Lakin, hər feli və hər bir halı, möcüzə olmaq lazım deyildir. Çünki, möcüzə izhar etmək, müddəani təsdiq üçündür. Ehtiyac olmadığı və ya münasib olmadığı vaxtda, (kainatdakı) ümumi cərəyana tabe olmaqla, adətullah (kainatdakı fitri) qanunlara təslim əlini uzadıb itaət edər. Həm də, elə olmaq lazımdır.

(Çünki, peyğəmbər, Allahın qanunlarına itaət edər. Necə kəlam sifətindən gələn təklifi şəriətə hər kəsdən çox itaət edirsə; kainatdakı fitri qanunlar da, iradə sifətindən gələn təkvini şəriətdir. Əlbəttə, ona da hər kəsdən çox itaət etməsi lazımdır.)

 

Təkvini və təklifi şəriət üçün, bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir

----------------------------

Ey birader! Şu tenbih, Birinci Mesleğin Mukaddemesinin taifesindendir. Nisyanın hatâsıyla yolunu şaşırmakla yerini kaybedip şuraya girmiştir. İyice şu nükteleri tut. İşte neticeye giriyoruz:

Yəni:

Ey qardaş! Bu Tənbeh, "1-ci Məslək"in Müqəddiməsinin tayfasındandır. Unutmaq xətası ilə, yolunu azmaqla yerini itirib bura girmişdir.

Bu nüktələri (yəni, bu tənbeh xaric yuxarıda zikr edilən 4 nüktəni), yaxşıca tut. Bax, (indi), nəticəyə giririk.

-----------------------

Bak, ey birader: Fünun ve ulûmun zübde-i hakikiyesi berahin-i akliye üzerine müesses olan diyanet ve şeriat-i İslâmiye öyle fünunları tazammun etmiştir. Ezcümle: fenn-i tehzib-i ruh ve riyazetü'l-kalb ve terbiyetü'l-vicdan ve tedbirü'l-ceset ve tedvirü'l-menzil ve siyasetü'l-medeniyye ve nizamatü'l-âlem ve fennü'l-hukuk ve saire...

Lüzum görülen yerlerde tafsil ve lüzum olmayan veya ezhanın veya zamanın müstaid ve müsaid olmadığı yerlerde birer fezlekeyle kavaid-i esasiyeyi vaz ederek tenmiye ve tefriini ukulün meşveret ve istinbatatına havale etmiştir ki, bu fünunun mecmuuna değil, belki ekalline, on üç asır terakkiden sonra, en medenî yerlerde, en harika zekâyla mevsuf olanlar, takat-i beşerin haricinde—bahusus o zamanda—olduğunu tasdikten vicdan-ı munsıfane seni men edemiyor.

Yəni:

Bax, ey qardaş! Fənn və elmlərin həqiqi zübdəsi (süzülmüş yağı, yəni, onların xülasəsi olan) və əqli bürhanlar üzərinə təsis edilən din və İslam şəriəti, elə fənləri ehtiva etmişdir ki...

Məsələn (bu fənlərdən bəziləri, bunlardır):

"Ruhun təhzibi, qəlbin riyazəti və vicdanın tərbiyəsi" fənni

 

Burda, "təzhib, riyazət və tərbiyə", eyni mənadadır.

~ Təhzib: "ədəbləmdirmək və əxlaqlandırmaq";

~ Tərbiyə: "bir şeyi, kamal mərtəbəsinə çatdırmaq";

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C9%99t-n%C9%99-dem%C9%99kdirl%C9%99r

~ Riyazət isə: "idman" deməkdir. Yəni, alışdırma və idmanlarla, bir şeyi inkişaf etdirib qüvvətləndirməkdir.

Necə ki, insan bədəni, maddi riyazət/idmanla inkişaf etdirilib qüvvətləndirilirsə; qəlb, ruh və sair hisslər də, onlara məxsus idmanlarla qüvvətləndirilərək və istiqamətə sövq edilərək, kamal nöqtələrinə çatdırıla bilər və istedadları inkişaf etdirilə bilər. Bunlar da, bir fəndirlər. Hətta, fənlər içində ən gizli və qarışıq; ancaq, eyni zamanda, ən əhəmiyyətli olan fənlərdir. Buddistlər və işraqi filosoflar, bu fənlərlə məşğul olduqları kimi; indiki psixologiya fənninin də mövzusu, budur. Son 1-2 əsrə qədər, bəşər, psixologiyanı bir fənn olaraq qəbul etməzkən; indi, fənlərin ən mühimləri arasına girmişdir. Lakin, hər kim, İslam dini və şəriətinə baxsa, şəriətin, bu fənlərin ən son nöqtəsini ehtiva etdiyini; və o kamal nöqtəyə sövq və irşad etdiyini; və bu fənlərin istiqamət və etidal mərtəbəsini mühafizə etdiyini, müşahidə edər. Məsələn: Gündə 5 vaxt namaz qılmaq; dua etmək və s. qəlb, ruh və vicdanı ülviyyata təşviq edib; nəfsi, şəhvətlərin azğınlıqlarından əngəlləmək, zikr və təfəkkür ilə hissləri tərəqqi etdirmək kimi şeylərin, nə dərəcə ruh təhzibi, qəlb riyazəti və vicdan tərbiyəsi olduğu, aşkardır. Bu cəhətdən, İslam şəriəti, möcüzəliliyini, bütün insanlara göstərdiyi kimi; gün keçdikcə də, haqqaniyyətini, daha çox göstərməkdədir. Ona müxalifət edən bütün sistemlərin, qəlb və ruhu, dəlalət qaranlıqları içində izdirablara məruz qoyduğu, hətta mənən öldürdüyü və vicdanları, cəhənnəmi bir əzab içində qoyduğu, Müəllifimiz Ustad Said Nursinin "İman və küfr müvazinələri" adlı əsərində, geniş və gözəl bir şəkildə açıqlanmışdır.

 

• Cəsədin tədbiri;

Məsələn, dəstəmaz və qüsl almaq; bədəni təmiz tutmaq; oruc tutmaq kimi bir çox məsələ, bu fənnə təmas etməkdədir.

• Mənzil (ev) idarəsi;

Məsələn, nikah və talaqa dair mövzular; ər-arvad mükəlləfiyyətləri; uşaqlara qarşı davranışlar; nəfəqələr və s. kimi bir çox məsələ, bu fənnə təmas edir.

• Mədəni siyasət;

Günümüzdə, "sosiologiya" kimi fənlər, buna misaldır. Şəriətin, şəri məhkəmələrdən tut ta camaatla namaz qılmağa qədər şüarlarla əlaqəli olan və ictimai həyatı nizamlayan bütün hökmləri, bu fənnə təmas edir.

• Aləmin nizamı;

Günümüzdə, "beynəlxalq münasibətlər" deyilən fənn ki, -cihad, cizyə, sülh kimi- İslam dövlətinin sair dövlətlərlə olan münasibətlərinə dair bütün hökmlər, bu fənnə təmas etməkdədir.

• Hüquq fənni;

Hüququn bütün növlərini, İslam şəriəti ehtiva etmişdir.

və s.

Lakin, bu ehtiva, bu şəkildədir:

Lüzum görülən yerlərdə, təfsil; və lüzum olmayan və ya zehnlərin və ya zamanın istedadlı və əlverişli olmadığı yerlərdə (yəni, bəzi fənnlər var ki, zehnlərin və ya zamanın, hələ o fənnə istedadı yoxdur və zehnlər və zaman, o fənnin təşəkkül və təkəmmülünə kömək edə bilmir. Bax, belə fənlərdə, şəriət), bir fəzləkə (xülasə) ilə, əsas qaydaları qoyaraq, (o çəyirdəklərin) sünbüllənib inkişaf etdirilməsini və budaqlandırılmasını, ağılların istişarəsi və istinbatına həvalə etmişdir, ki, bu fənnin cəminə deyil; hətta ən azına (belə), 13 əsr tərəqqidən sonra ən mədəni yerlərdə, ən xariqə zəka ilə məvsuf olan (adam)'lar, -xüsusilə o zamanda- (bunun), bəşərin taqəti xaricində olduğunu təsdiqdən, insaflı vicdanlarını etiraf etməkdən əngəlləyə bilmirlər.

-------------------------------

İşte, fazl odur ki, a'dâ ona şehadet ede. Yeni Dünya'nın en meşhur feylesofu olan Carlyle Almanya'nın meşhur bir hakîminden ve rical-i siyasiyesinden naklen diyor ki:

"O tetkikatından sonra kendi kendine sual ederek demiş: İslâmiyet böyle olursa acaba medeniyet-i hazıra hakaik-i İslâmiyetin dairesinde yaşayabilir mi?" Kendisi kendine "Evet" ile cevap veriyor. Şimdiki muhakkikler o daire içinde yaşamaktadırlar. Evvelki feylesof dahi diyor ki: Hakaik-i İslâmiyet çıktıkları zaman, âteş-i cevval gibi hatabın parçalarına benzeyen sair efkâr ve edyanı bel' etti. Hem de hakkı vardır. Zira başkaların safsatiyatından bir şey çıkmaz, ilâ ahirihî...

Yəni:

Bax, fəzilət odur ki, düşmənləri (belə) ona şəhadət edə.

Yeni Dünya (yəni, Amerika)'nın ən məşhur filosofu olan Karlayl, Almaniyanın məşhur filosof və siyasət adamlarından (biri olan Bismarkdan) nəqlən, (belə) deyir:

"O (yəni, Bismark), tədqiqatlarından sonra, öz-özünə sual edərək deyir ki:

'İslam belədirsə, görəsən indiki mədəniyyət, İslam həqiqətləri dairəsində yaşaya bilərmi?'

Öz-özünə: 'Bəli.' ilə cavab verir.

İndiki mühəqqiqlər, o dairə içində yaşamaqdadırlar."

Əvvəlki filosof (yəni, Karlayl) da, belə deyir:

“İslam həqiqətləri (meydana) çıxdığı vaxt, cəvval bir atəş kimi, odun parçalarına bənzəyən sair fikir və dinləri uddu. Həm də, haqqı vardır. Çünki, başqaların (yəni, başqa dinlərin) safsatalarından, bir şey çıxmaz.” və s.

T. Carlyle "On Heroes, Hero-Worship and the Heroic in History" əsəri.

-------------------------

Evet, on üç asırdan beri o kadar dehşetli müsademata karşı hakaikini muhafaza etmiştir. Belki bu müsademe, keşmekeş, hakikat-i İslâmiyetin omuzu üstünden türab-ı hafâyı terkik ve tahfif ediyor. Neam, vücut ve hal-i âlem buna şahittir. Makale-i ûlâdaki mukaddematı nazara almak gerektir.

Yəni:

Bəli. 13 əsrdən bəri o qədər dəhşətli (elmi, siyasi və ictimai) çarpışmalara qarşı, öz həqiqətlərini mühafizə etmişdir. Hətta, bu çarpışma və xaos, "İslam həqiqətləri çiyinləri" üstündən, gizli torpağı incəldib xəfiflətmişdir.

(Yəni, İslam həqiqətlərinin görülməsinə əngəl olan və onu gizləyən insanlardakı yalnış məlumatlar və fikirlər, bir torpaq kimi, İslamın çiyinləri üstündə ikən; bu çarpışmalar və xaos, İslamı hərəkətə gətirərək silkələnməyə səbəb olmuş və çiyinləri üstündəki torpağı, incəldib xəfiflətmişdir.)

Bəli! Varlıq və aləmin halı, buna şahiddir. 1-ci Məqalə'dəki müqəddimələri, nəzərə almaq lazımdır.

----------------------------

Vehim ve tenbih

Eğer desen: Herbir fende yalnız bir fezlekeyi bilmek bir adam için mümkündür..

Elcevap: Neam, lâ! Zira öyle bir fezleke ki, hüsn-ü isabet ve mevki-i münasipte ve münbit bir zeminde istimal gibi, sabıkan mezkûr sair noktalarla cam gibi, maverasından ıttıla-ı tam ve melekeyi gösteren fezlekeler mümkün değildir. Evet, kelâm-ı vahid iki mütekellimden çıkarsa, birinin cehline ve ötekisinin ilmine, bazı umur-u mermuze-i gayr-ı mesmua ile delâlet eder.

Yəni:

(Vəhm) və (Tənbeh):

Əgər: "Hər bir fəndə, yalnız bir fəzləkəni bilmək, bir adam üçün, mümkündür." desən,

Cavab olaraq, belə deyərəm:

(Həm) bəli, (həm) xeyr! Çünki, gözəl isabətlə, münasib mövqedə, münbit bir zəmində istifadə edilən elə fəzləkələr, ki, (bunlar) -əvvəl zikr edilən sair nöqtələrlə-, şüşə kimi, arxasından, o fənndən tam bir xəbərdarlıq və mələkəni (məharəti) göstərirlər. (Belə fəzləkələr), mümkün deyildir.

Bəli, bir tək kəlam, 2 mütəkəllim (danışan)'dan çıxsa, birinin, cəhlinə; digərinin də, elminə, bəzi eşidilməyən, (ancaq) rəmz ilə (dəlalət edən bəzi hallar) ilə dəlalət edər.

-----------------------

Şərhi:

Fəzləkə: "bir mövzunun xülasəsi, külli qaydası" deməkdir. Burda, sual budur ki:

"Bir adam, bir fəndən, bir fəzləkəni əzbərləyib bilə bilər. O halda, şəriətin bütün elm və fənlərin fəzləkələrini cəm etməsi, nə üçün möcüzə sayılır?!"

Ustad Nursi, əslində, bu sualın cavabını, nüktələrdə vermişdi. Lakin bu yer, çox vəhmlərin qaynağı olduğundan, cavabı, təkrar tənbeh edir. Belə ki, O deyir:

Həm hə, həm yox! Yəni:

~ Bəli. Bir adam, müxtəlif fənlərdə mahir olmadığı halda, hər fəndən bir fəzləkə əzbərləyə bilər. Lakin,

~ Xeyr. O fənlərdə mahir olmadan, fəzləkələri layiq yerlərdə və münasib mövqelərdə, istifadə edə bilməz. Çünki:

-Doğru fəzləkə seçərək, tam isabət edərək, gözəl bir şəkildə bu fəzləkəni istifadə etmək kimi-, keçmiş 4 nüktədə zikr edilən sair nöqtələr mülahizə edildiyində, məsələn, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in zamanında, bu fənlər, hələ təşəkkül etməmişdi ki, onların fəzləkələrini əzbərləmiş olsun. Ortada bir fəzləkə yox idi ki, başqasından öyrənməsi mümkün olsun. Əksinə, şəriətin ehtiva etdiyi fəzləkələr, ilk olaraq, şəriət tərəfindən qoyulmuş fəzləkələrdir. Hətta, bəşər, bu fəzləkələri, Ondan öyrənib ictihad və istinbat ilə inkişaf etdirmişlərdir.

Digər mülahizə edilməsi lazım gələn cəhətlər də, aşağıda, "İşarət" bölməsində gələcəkdir.

Bunlar kimi şeylər mülahizə edildiyində, şüşə kimi, öz arxasından, o fəndən tam bir xəbərdarlıq və məharətini göstərən fəzləkələr, mümkün deyildir.

---------------------------

(İşaret ve irşad ve tenbih)

Yəni:

(İşarət) və (İrşad) və (Tənbeh):

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), burda, bu "4-cü Məslək"in bütün surətinə işarət etməkdədir. Həm, bunun üçün, bəzi qaydalara irşad; və çəkinilməsi lazım gələn bəzi nöqtələrə də tənbeh etməkdədir. Belə ki --->

----------------------------

Ey benimle şu kitabın evvel-i menazilinden hayaliyle seyr ü sefer eden birader-i vicdan! Geniş bir nazarla nazar et ve muvazene et. Kendi hayalinde muhakeme etmek için bir meclis-i âliyeyi teşkil et. Sonra da Mukaddemat-ı İsnâ Aşerden müntehabatını davet et, hazır olsunlar. Sonra da şu kaidelerle müşavere et.

Yəni:

Ey Mənimlə bu kitabın ilk mənzillərindən xəyalı ilə seyr və səfər edən vicdan(ımda, bu kitabıma muxatab etdiyim) qardaşım! Geniş bir nəzər ilə nəzər və müvazinə et. (Sonra), öz xəyalında mühakimə etmək üçün, ali bir məclis təşkil et. Sonra da, ("Unsuru'l-Həqiqət" deyə adlandırdığım 1-ci Məqalədəki) 12 Müqəddimə'dən də, (bu mövzu ilə bağlı) seçdiklərini dəvət et, hazır olsunlar. Sonra da, bu (aşağıdakı) qaydalarla müşavirə et.

(Belə ki --->)

------------------------------

İşte:

Bir şahıs çok fünunda mütehassıs ve meleke sahibi olmaz. Hem de bir kelâm iki mütekellimden, mütefavittir, başkalaşır. Ve hem de fünun mürur-u zamanla telâhuk-u efkârın neticesidir. Hem de müstakbeldeki bedihî bir şey, mazide nazarî olabilir. Hem de medenîlerin malûmu, bedevîlere meçhul olabilir. Hem de maziyi müstakbele kıyas etmek, bir kıyas-ı hâdi-i müşebbittir. Hem de ehl-i veber ve bâdiyenin besateti ise, ehl-i meder ve medeniyetin hile ve desaisine mütehammil değildir. Evet, neam, hile medeniyetin perdesi altında tesettür edebilir. Hem de pek çok ulûm, âdât ve ahval ve vukuatın telkinatıyla teşekkül edebilir. Hem de beşerin nur-u nazarı, müstakbele nüfuz edemez. Müstakbele mahsus olan şeyleri göremez. Hem de beşerin kanunu için bir ömr-ü tabiî vardır; nefs-i beşer gibi o da inkıta eder. Hem de muhit, zaman ve mekânın, nüfusun ahvalinde büyük bir tesiri vardır. Hem de eskide harikulâde olan şeyler, şimdi âdi sırasına geçebilir. Zira mebadi tekemmül etmişler. Hem de zekâ eğer çendan harika olsa da bir fennin tekmiline kâfi değildir. Nasıl çok fenlerde kifayet edecektir?

Yəni:

Bax:

(1): Bir şəxs, çox fənlərdə mütəxəssis və mələkə (ustalıq, məharət) sahibi ola bilməz.

Not: Bu haqda, 1-cü Nüktə'də zikr edildiyi kimi; 6-cı Müqəddimə'də də izah gətirilmişdir.

 

(2): Həm bir kəlam, 2 mütəkəllim'dən (gəldiyində), fərqli olur, başqalaşır.

Not: Bu haqda, 2-ci Nüktə'də, həm də az əvvəl danışıldı.

 

(3): Həm də fənlər, zamanın keçməsi və fikirlərin birləşməsinin nəticəsidir.

Müəllifin qəsdi, budur:

İslam şəriətinin, bütün fənlərin kamal nöqtələrini ehtiva edən fəzləkələri ehtiva etməsi, əzəli kəlamdan gəldiyini göstərir.

Not: Bu haqda, "Muhakəmat"ın 1-ci Məqaləsi'nin 2-ci Müqəddiməsində danışılmışdır.

 

(4): Həm də, gələcəkdəki bədihi/açıq bir şey, keçmişdə nəzəri ola bilər.

Müəllifin qəsdi, budur:

O halda, bu fəzləkələrin səadət əsrində zühuru göstərir ki, əzəli elmdən gəlməkdədir. Bunlar, bəşəri deyildir.

Not: Bu haqda, həm 2-ci Müqəddimə'də, həm də 3-cü Nüktə'də bəhs edilmişdir.

 

(5): Həm, mədənilərin məlumu (olan şey), bədəvilər üçün məchul ola bilər.

Müəllifin qəsdi, budur:

Şəhərlilərin ictimai həyat vasitəsilə bir-birilərinə hal dililə etdikləri təlqinlər səbəbilə, onlar üçün məlum olan bir şey, bədəvilərdə o təlqinlər olmadığından, məchul qalır. O halda, bu qədər əsr əvvəl, bəşərin bədəviyyət zamanında və bədəvi ərəb qövmü içində belə həqiqi və ən yüksək mədəniyyəti ehtiva edən bir şəriət, ancaq əzəli kəlamdan gələ bilər.

Not: Bu haqda, həm 2-ci Müqəddimədə, həm də 3-cü Nüktə'də bəhs edilmişdir.

 

(6): Həm, keçmişi gələcəyə qiyas etmək, aldadıcı və nəticə verməyən bir qiyasdır.

Müəllifin qəsdi, budur:

O halda, belə bir şəriətin 1400 il əvvəl keçmişdə zühuru, möcüzədir.

Haşiyə:

Dəyərli oxuyucu! Mətndə, "kıyas-ı hadi-i müşebbit" deyə bir kəlimə keçməkdədir. Birəbir tərcüməsi: "xadi/aldadan və müşəbbit/tutan, yapışan qiyas" şəklindədir. Bunun isə, mətnlə əlaqəsi yoxdur. Halbuki, "musəbbit/əngəlləyən" (yəni, ağlı, hərəkətdən əngəlləyən) nəticəsiz bir qiyas deyə məna verdiyimizdə, mətn başa düşülə bilir.

 

(7): Həm də, əhl-i vəbər və badiyənin bəsitlikləri isə, əhl-i mədər və mədəniyyətin hilə və dəsisələrini daşıya bilməz.

Bəli! Bəli! Hilə, mədəniyyətin pərdəsi altında gizlənə bilər.

-------------------------

Şərhi:

Burda, Müəllifimiz:

• Bədəvilər üçün, "əhl-i vəbər və badiyə" sözünü istifadə etdi.

~ Vəbər: "dəvə tükü" deməkdir. Bədəvilər, ümumiyyətlə, dəvə tükündən düzəldilən çadırlarda yaşadıqlarından, onlara, "əhl-i vəbər" deyilir.

~ Badiyə isə: "şəhər xaricindəki səhra"dır. Şəhərə gələn yolçuya, ilk olaraq bu səhra göründüyündən, "zahir olan" mənasında, "badiyə" deyilir. Badiyədə yaşayana da, "bədəvi" deyilir.

• Mədənilər üçün də, "əhl-i mədər və mədəniyyət" sözünü istifadə etdi.

~ Mədər: "daşlaşmış palçıq"dır. Şəhərlilərin evləri, əksəriyyətlə palçıq və kərpicdən olduğu üçün, onlara, "əhl-i mədər" deyilir.

~ Mədəniyyət isə: "şəhər" mənasında olan "mədinə" kəliməsindən gəlir. "Şəhərlilik", yəni, "toplu halda yaşamaq mədəniyyəti" deməkdir.

Müəllifin qəsdi, budur:

Bədəvilər, fitri olaraq yaşadıqlarından və ictimai həyatları nöqsan olduğundan, daha fitri insanlardır. Süniliyi bacarmazlar. Daxilləri, xaricləri kimidir. Mədənilər isə, süni bir şəkildə yaşamağa alışdıqlarından, onlarda hilə və dəsisə çox olur.

 

(8): Həm də, bir çox elm, adət, hal və vaqeələrin təlqinlərilə, təşəkkül edə bilər.

Müəllifin qəsdi, budur:

Yəni, bir çox elm, ancaq təcrübə yolu ilə təşəkkül edə bilər. Zəkilik, bunda kifayət etmir. Bir çox elm, adət, hal və vaqeələrin təlqini ilə təşəkkül edər. O halda, heç bir təcrübəsi olmayan və zaman və zəminin də təcrübə əldə etməsinə imkan vermədiyi Muhamməd (sallallahu aleyhi və səlləm)'dən belə bir şəriətin anidən zühuru, bu şəriətin, Allah Taala'dan endirildiyini isbat edir.

Not: Bu qayda, 2-ci Müqəddimə'dən alınmadır.

 

(9): Həm də, bəşərin nəzər nuru, gələcəyə nüfuz edə bilməz. Gələcəyə məxsus olan şeyləri, görə bilməz.

Müəllifin qəsdi, budur:

Gələcək, ağılla bilinə bilməz. Bundan dolayıdır ki, bəşərin bu gün qoyduğu qanunlar, sabaha uyğun düşmür. O halda, İslam şəriətinin əsrlər boyunca haqq olaraq davam etməsi və bütün zamanları ehtiva etməsi, əzəli kəlamdan gəldiyini göstərir.

Not: Bu mövzu, mütləq Nübüvvət'in isbatında işlənmişdir.

 

(10): Həm də, bəşərin qanunu üçün, təbii bir ömür vardır. Bəşərin nəfsi (canı) kimi, o da kəsilər.

Müəllifin qəsdi, budur:

Bəşərin təbii bir ömrü olduğu kimi; onun ağlından çıxan qanunların da, təbii bir ömrü vardır. O halda, İslam şəriətinin beləcə öz həyatiyyətini davam etdirməsi; hətta, deyil qocalmaq və ölmək, zaman keçdikcə gəncləşib qüvvət qazanması, onun, bir haqq olduğunu; və əzəli kəlamdan gəldiyi üçün, əbədə gedəcəyini isbat edir.

Not: Bu mövzu, mütləq Nübüvvət bəhsində işlənmişdir.

 

(11): Həm də, mühit, zaman və məkanın, nəfslərin (yəni, insanların) hallarında böyük bir təsiri vardır.

Müəllifin qəsdi, budur:

Yəni, insanların yaşadıqları zaman və məkanın şərtləri, onların hallarına təsir edər. Yuxarıda deyildiyi kimi; bədəvilərin fitri yaşayışları, onların fitriliklərinə və hiləsizliklərinə səbəb olduğu kimi; eyni zamanda, hissiyyatlarının ağıllarına qalib gəlib, təəssüb və inad göstərmələrinə də səbəb olmuşdur. Bir zaman və məkanın əhalisi, başqa zaman və məkanın əhalisinə bənzəmədiyi üçün, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in icraatlarını mühakimə edən bir kimsənin, bu təsirləri nəzərdə tutması lazımdır.

 

(12): Həm də, əvvəllər xariquladə olan şeylər, indi, adi(lər) sırasına keçə bilər. Çünki, məbdələr, təkəmmül etmişdir.

Bundan dolayı, fərz edək ki, İslam şəriəti, bu zamana nisbətən adi də olsaydı, o zamanda zühur etmiş olması, bir möcüzə olardı. Qaldı ki, bu zamana nisbətən də möcüzəliliyini və əzəmətini mühafizə etmişdir. Uzaqdan belə bu qədər böyük görünən bir dağ, yaxından baxılsa, nə qədər böyük görünəcəyi, aşkardır.

 

(13): Həm də, zəka, hərçənd xariqə olsa da, bir fənnin təkmilləşməsinə kifayət etmir. (Elə isə), çox fənlərdə, necə kifayət edəcəkdir?!

Müəllifin qəsdi, budur:

Heç bir zəka, bir fənni, ən kamal mərtəbədə təsis etməyə kifayət etmir. Tarixdə, bir fənnin qurucusu olan kimsələr, ancaq bəzi məbdələr təsis etmişlərdir. Sonra, ardınca gələn kimsələr, o məbdələri (əsas prinsipləri) təkmil və təfsil etmişlərdir.

O halda, bütün fənlərin kamal nöqtəsini fəzləkələrilə ehtiva edən İslam şəriətinin, səmavi bir inzal olduğu və bəşər fikrindən çıxmadığı, zahirdir.

------------------------

İşte, ey birader, şu zâtlarla müşavere et. Sonra da müfettişlik sıfatıyla nefsini tecrit et. Hayalât-ı muhîtiye ve evham-ı zamaniyenin elbiselerini çıkart, çıplak ol. Bahr-i bîkerân olan zamanın şu asrın sahilinden, içine gir. Tâ Asr-ı Saadet olan adaya çık. İşte, herşeyden evvel senin nazarına çarpacak ve tecellî edecek şudur ki:

Vahîd, nâsırı yok, saltanatı mefkud, tek bir şahıs, umum âleme karşı mübareze eder. Ve küre-i zeminden daha büyük bir hakikati omuzuna almış ve bütün nev-i beşerin saadetine tekeffül eden bir şeriatı ki, o şeriat, fünun-u hakikiye ve ulûm-u İlâhiyenin zübdesi olarak, istidad-ı beşerin nümüvvü derecesinde tevessü edip iki âlemde semere vererek, ahval-i beşeri güya bir meclis-i vahid, bir zaman-ı vahidin ehli gibi tanzim eden öyle bir adaleti tesis eder. Eğer o şeriatın nevâmisinden sual edersen ki, "Nereden geliyorsunuz? Ve nereye gideceksiniz?"

Sana şöyle cevap verecekler ki: "Biz kelâm-ı ezelîden gelmişiz. Nev-i beşerin selâmeti için ebedin yolunda refakat için ebede gideceğiz. Şu dünya-yı faniyeyi kestikten sonra, bizim sûrî olan irtibatımız kesilirse de, daima mâneviyatımız beşerin rehberi ve gıda-yı rûhânîsidir."

Yəni:

Bax, ey qardaş! Bu zatlar (yəni, yuxarıdakı qaydalar) ilə müşavirə et. Sonra da, müfəttişlik sifətilə, nəfsini təcrid et. "Mühitin xəyalları və zamanın vəhmləri" libaslarını çıxart, çılpaq ol. Ucsuz-bucaqsız bir dəniz kimi olan zamanın (bir sahili olan) bu əsrin sahilindən (zaman dənizinin) içəri(sinə) gir. Ta, səadət əsri olan adaya çıx.

Bax, hər şeydən əvvəl, sənin nəzərinə çarpacaq və təcəlli edəcək (olan) budur ki:

~ Tək başına;

~ Köməkçisi və səltənəti olmayan

tək bir Şəxs, ümum aləmə qarşı mübarizə etməkdədir. Və yer kürəsindən daha böyük bir həqiqəti (yəni, iman həqiqətlərini), çiyninə almış və bütün bəşər növümün səadətinə kəfil olan bir şəriəti, ki:

O şəriət:

Həqiqi fənləri və İlahi elmlərin zübdəsi (yəni, bu elmlərin və fənlərin özünü içində tutan süzülmüş bir xülasə) olaraq, bəşər istedadının böyüyüb inkişaf etməsi dərəcəsində genişləyərək, 2 aləmdə səmərə verərək, bəşərin hallarını, sanki vahid bir məclis, vahid bir zamanın əhli kimi tənzim edən elə bir ədalət təsis etməkdədir.

Əgər o şəriətin qanunlarından: "Hardan gəlirsiniz? Hara gedəcəksiniz?" deyə sual etsən,

Sənə belə cavab verəcəklər:

"Biz, əzəli kəlamdan gəlmişik. Bəşər növünün əmin-amanlığı üçün, əbəd yolunda (onlara) rəfiqlik etmək üçün, gedəcəyik. Bu fane dünyanı (məsafə cəhətindən) kəsdikdən sonra, bizim suri (zahirə aid) irtibatımız kəsilərsə də (yəni, mükəlləfiyyət cəhəti də kəsilərsə də), mənəviyyatımız, daim bəşərin rəhbəri və ruhani qidasıdır." (Yəni, mənalarımız, sirlərimiz, nəticələrimiz, əbədi həyatda da davam edəcəkdir.)

-------------------

-------------------

Not: Müəllifimiz Ustad Said Nursi, burda, “4-cü Məslək” olan “gələcək zaman səhifəsi”ni bitirməkdədir.

 

Bundan sonrakı qisimlərdə isə, şəriət məsələsinə gələn bəzi şübhələri dəf üçün, bəzi əlavələr zikr edir. Belə ki --->

----------------------------

----------------------------

(Hâtime)

Şübehat ve şükûkun üç menbaları vardır.

Yəni:

(Xatimə)

Şübhələr və şəkklərin, 3 mənbəyi vardır.

--------------------

Şərhi:

Şübhə: "bir şeyin mahiyyətini təşxis edə bilməyib, onu, bir cəhətdən, bir şeyə; başqa cəhətdən də, başqa bir şeyə bənzətmək"dir. "Görəsən, budurmu? Yoxsa odurmu? Ona da bənzəyir, buna da." deyilməsidir.

Şübhə edən şəxs, şəkkə düşər.

Şəkk isə: "bir məsələdə, məsələnin 2 tərəfinin də bərabər olması səbəbilə, hər hansı birini təsdiq edə bilməmək"dir.

Yəni, şəkk, 2 tərəf ortası bir vəziyyətdir.

Şəkk və şübhə, bir-birinin lazımı olduğundan, bir-biri yerində də istifadə edilə bilir.

Müəllifimizin, burda, şəkki istifadə etdiyi halda, şübhə kəliməsini də ayrıca zikr etməsi, bir nüktəyə (incəliyə) işarət üçündür. Belə ki:

İndi zikr edəcəyi 3 şübhə qaynağından birincisi: "Qurandakı mütəşabihlər"dir. Mütəşabih kəliməsi də, şübhə ilə eyni kökdən gəlir. Onun üçün, Müəllif, "Şübhələr, mütəşabihlərdən qaynaqlanır." demək istəyir. Lakin bu şübhə, mütəşabih olan ayələrin zatında olan bir qüsurdan dolayı deyil; əksinə, o şəxsin qəlbindəki xəstəlikdən hasil olan şübhədir.

"Mütəşabih" kəliməsi, istilah/termin olaraq, fərqli mənalarda istifadə edilir. Onun üçün də, kəlimənin keçdiyi yerə görə; və mütəkəllim'in qəsdinə görə məna vermək lazımdır. Mütəşabih:

1. Bir istilaha görə: "dəlaləti vazeh olmayan ləfzlərin bir növü"dür. Dəlaləti vazeh olmayanlar: mütəşabih, mücməl, müşkil və xafi olmaq üzərə, 4 növə ayrılır.

2. Digər bir istilaha görə: "möhkəm olmayan bütün nasslar" haqqında istifadə edilən bir təbirdir. Bu istilaha görə, möhkəm: "murad olan mənanın, qətiyyətlə bəlli olduğu kəlam"dır. Mütəşabih isə: "murad olan mənanın, qətiyyətlə bəlli olmadığı kəlam"dır. Al-i İmran surəsinin 7-ci ayəsində zikr edilən mütəşabih, bu 2-ci mənadadır.

Bu məna üzərinə, möhkəm olmayan ayə və hədislərə mütəşabih təbirinin istifadə edilməsi, kəlamın müxtəlif mənalara bənzədiyindən dolayıdır. Yoxsa, onlarda bir təşbeh mövcud olduğundan dolayı deyildir. Bəli, təşbeh, təmsil, istiarə və kinayələr də, mütəşabih ayələrdəndir. Lakin mütəşabihlər, yalnız bunlardan ibarət deyildir.

3. Bəzən də, mütəşabih təbiri, daha dar bir mənada, yalnızca Allah Taala'nın şənlərini (işlərini), məxluqatın işlərinə bənzətmə yolu ilə bildirilən təşbeh və təmsillər, kinayələr və istiarələr üçün də istifadə edilir. Müəllifin burdakı mütəşabihdən qəsdi də, budur. Məsələn:

"Rahmən, arşa istiva etdi." (Taha/5) ayətində, kəlamın zahiri, arşa istiva etməyi (oturmağı) ifadə edir. Halbuki, Allah Taala, məkandan münəzzəh olduğundan və bildiyimiz mənada oturmaq, Onun haqqında muhal/imkansız olduğundan, ayəni zahirinə həml etmək, mümkün deyildir. Ya səhih bir mənaya təvil etmək; ya da Allahın elminə həvalə etmək, vacibdir.

4. Mütəşabihin, bir başqa mənada istifadəsi də vardır. O da, bu ayədir:

...ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَـٰبًا مُّتَشَـٰبِهًا مَّثَانِىَ

Allahu nəzzələ əhsənə'l-hədisi kitəbən mutəşəbihən məsəniyə...

Yəni:

"Allah, sözün ən gözəlini, ayələri bir-birinə mütəşabih və təkrarlanan bir kitab olaraq endirdi." (Zumər/23)

Bu ayədə də, bütün Qurana mütəşabih deyilmişdir ki, burda qəsd edilən məna: "Quran ayələrinin, bəlağatda və gözəllikdə, bir-birinə bənzəyib, bir-birini dəstəkləməsi" mənasındadır.

---------------------------------

Şöyle: Eğer maksud-u Şâri'den ve efkârın istidatları nispetinde olan irşaddan tecâhül edip, bütün evham-ı seyyienin yuvası hükmünde olan şöyle bir mağlâta ile itiraz edersen...ki

Yəni:

Belə ki: Əgər Şari (qanun qoyan Allah)'ın (Qurandakı) məqsədindən; və fikirlərin istedadları nisbətində olan irşadı bilməməzlikdən gələrək, bütün pis vəhmlərin yuvası hökmündə olan belə bir mağlata (müqəddimələri vəhmiyyatdan meydana gələn batil qiyas) ilə etiraz edərsənsə...ki --->

----------------------------

Şərhi:

Müəllifimiz, sualı söyləmədən, cavabın xülasəsinə işarət etdi. Yəni, bu gələcək etiraz, 2 nöqtədən təcahül edilməsindən qaynaqlanır ki, bütün vəhmlər də, bu nöqtədən doğur. Belə ki, onlardan:

1. Şari olan Allahın məqsədini unutmaqdır.

2. İrşadın, ancaq fikirlərin istedadı nisbətində olacağını unutmaqdır.

-Müəllifin, iləridə təfsil edəcəyi üzərə- Şari'nin Qurandakı məqsədi:

~ tövhid;

~ nübüvvət;

~ haşr; və

~ ibadət/ədalətdir.

Quran, kainata da, bu nöqtədən nəzər edib kainatı dəlil gətirməkdədir. Yoxsa, kainatdan, kainat üçün bəhs etmir.

İkincisi də, Quran, bəşərə, bu 4 şeyi irşad etmək üçün gəlmişdir. Muxatabların əksəriyyəti də, avamdır. İrşad isə, muxatabların anlayışına görə olmağı iqtiza edir/gərəkdirir. Əgər belə edilməzsə, bu, irşad deyil, zehnləri ifsad etmək olar.

Bax, Quran haqqında nə qədər vəhm və şübhə varsa, bu 2 nöqtəni zehndə tutmamaqdan qaynaqlanır.

Əgər belə bir mağlata ilə etiraz edərsənsə ki --->

--------------------------

Şeriatın başı olan Kuranda, 3 nokta vardır.

Yəni:

Şəriətin başı olan Quranda, 3 nöqtə vardır.

------------------------

Şərhi:

Bu məqamda əsl məqsəd, Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriətinin haqq olmasıdır. Lakin, şəriətin başı, Quran olduğu üçün, müəllif, etirazı ən başından gətirir.

Bəli, bədəndə başın mənziləsi nədirsə, şəriət üçün Quranın mənziləsi, odur. Sünnət, icma və qiyas da, şəriətin dəlillərindən olsa da, əslində, bunlar da, Quranın izah və təfsirindən ibarətdir.

Burda, (müxalif), etirazında deyir ki: "Bu Quranda 3 nöqtə vardır ki, bunlar, nöqsan səbəbidir."

Belə ki --->

----------------------------

Birincisi: Kur'ân'ın mâbihi'l-imtiyazı ve vuzuh ve ifade üzerine müesses olan belâğate münafidir ki, vücud-u müteşabihat ve müşkilâttır.

Yəni:

• Birincisi: (Quranda) mütəşabih və müşkillərin varlığı, başqa kəlamlardan Quranı ayırd edib mümtaz qılan; və ifadənin vazehliyi üzərinə müəssəs olan bəlağata ziddir.

------------------------

İkincisi: Şeriatın maksud-u hakikîsi olan irşad ve tâlime münafidir ki, fünun-u ekvanda bir derece ipham ve ıtlakatıdır.

Yəni:

• İkincisi: (Quranın), kainata dair fənlərdə bir dərəcə ibham və itlaqları, şəriətin həqiqi məqsudu olan irşad və təlimə ziddir.

--------------------------

Şərhi:

İkinci etiraz nöqtəsi, budur:

Quran, kainatın mahiyyətinə dair fənlərdə, ya mövzunu mübhəm buraxıb heç təmas etmir; ya da mütləq buraxıb, hər kəs, öz zənninə görə bir misdaq (mənanı doğrulayacaq fərd) anlayacaq şəkildə buraxır. Halbuki, bu hal, irşad və təlimə ziddir. Çünki, belə olduğu halda, fənlərə dair bir şeyə irşad və təlim etmiş olmur. Məsələn, yağışın yağması, bitkilərin çıxması, gecə-gündüzün dövrü kimi hər kəsin bildiyi şeyləri söyləyir. Bilmədiyimiz şeylərə gəlincə də, sükut edir. Ya mübhəm, ya da mütləq buraxır.

---------------------------

Üçüncüsü: Tarik-i Kur'ân olan tahkik ve hidayete muhaliftir. İşte o da bazı zevâhiri, delil-i aklînin hilâfına imâle edip, hilâf-ı vâkıa ihtimalidir.

Yəni:

• Üçüncüsü: Bəzi ayələrin zahirinin, əqli dəlilin xilafına meyl etdirilib, vaqeəyə müxalif (olan bir mənaya) möhtəməl olması, Quran yolu olan təhqiq (həqiqəti ortaya çıxarmağa) və hidayətə (doğru olana sövq etməyə) müxalifdir.

-----------------------------

Ey birader! Tevfik Allah'tandır. Ben de derim ki: Sebeb-i noksan gösterdiğin olan şu üç nokta tevehhüm ettiğin gibi değildir. Belki üçü de i'câz-ı Kur'ân'ın en sadık şahitleridir.

Yəni:

Ey qardaş! Müvəffəqiyyət, Allahdandır. Mən deyirəm ki:

Nöqsan səbəbi göstərdiyin bu 3 nöqtə, vəhm etdiyin kimi deyildir. Əksinə, 3-ü də, Quranın i'cazı (möcüzəliliyinin) ən sadiq şahidləridir.

-----------------------------

İşte:

Birinci noktaya cevap: Zaten iki defa şu cevabı zımnen görmüşsün. Şöyle ki:

Nâsın ekseri cumhur-u avamdır. Nazar-ı Şâri'de ekall, eksere tâbidir. Zira, avama müvecceh olan hitabı, havass fehm ve istifade ediyorlar. Bilâkis olursa, olamaz.

İşte, cumhur-u avam ise, me'lûf ve mütehayyelâtından tecerrüd edip hakaik-i mücerrede ve mâkulât-ı sırfeyi temaşa edemezler—meğer mütehayyelâtları dürbün gibi tevsit etseler... Fakat mütehayyelâtın suretlerine hasr ve vakf-ı nazar etmek, cismiyet ve cihet gibi muhal şeyleri istilzam eder. Lâkin nazar, o suretlerden geçerek hakaiki görüyor. Meselâ, kâinattaki tasarruf-u İlâhîyi sultanın serir-i saltanatında olan tasarrufunun suretinde temaşa edebilirler:

اَلرَّحْمٰنُ عَلَى الْعَرْشِ اسْتَوٰى gibi...

İşte, hissiyat-ı cumhur şu merkezde olduklarından, elbette irşad ve belâğat iktiza eder ki, onların hissiyatı riayet ve ihtiram edilsin ve efkârları dahi bir derece mümaşât ve ihtiram edilsin. İşte, riayet ve ihtiram, ukul-ü beşere karşı olan "tenezzülât-ı İlâhiye" ile tesmiye olunur. Evet, o tenezzülât, te'nis-i ezhan içindir. Onuncu Mukaddemeye müracaat et.

İşte bunun içindir ki, hakaik-i mücerredeye temaşa etmek için hissiyat ve hayal-âlûd cumhurun nazarlarını okşayan suver-i müteşabiheden birer dürbün vaz edilmiştir.

İşte şu cevabı teyid eden maânî-i amîka veya müteferrikayı bir suret-i sehl ve basitada tasavvur veya tasvir etmek için, nâsın kelâmında istiârât-ı kesireyi irad ederler.

Demek, müteşabihat dahi istiârâtın en ağmaz olan kısmıdır. Zira en hafî hakaikin suver-i misaliyesidir. Demek, işkâl ise, mânânın dikkatindendir, lâfzın iğlâkından değildir.

Ey muteriz! İnsafla nazar et ki, fikr-i beşerin, bahusus avamın fikirlerinden en uzak olan hakaiki şöyle bir tarikle takrip etmek, acaba tarik-i belâğat olan mukteza-yı halin mutabakatine muvafık ve makamın nispetinde kemâl-i vuzuh ve ifadeye mutabıktır; yahut tevehhüm ettiğin gibidir? Hakem sen ol.

Yəni:

• Birinci nöqtəyə (yəni, “Quranda mütəşabihlər və müşkillərin mövcud olması, bəlağata ziddir.” sualına) cavab:

Zatən, 2 dəfə, bu cavabı zimnən (dolaylı, açıqdan olmayaraq) görmüşdün.

Müəllif, 1-ci Məqalə'nin 10-cu Müqəddiməsində və 2-ci Məqalənin 6-cı Məsələsində, bu haqda danışmışdı.

 

Belə ki: İnsanların əksəriyyəti, avamdır. Şari (olan Allah)'ın nəzərində, azlıq, çoxluğa tabedir. Çünki, avama yönəldilən xitabı, xasslar, fəhm və istifadə edə (bilir)'lər. Əksinə olarsa (yəni, xitab xasslara yönəldilsə), olmaz (yəni, avam, onu başa düşüb ondan istifadə edə bilməz).

Bax, avam, ülfət etdikləri (yəni, hisslərilə daim görüb alışdıqları) şeylərdən və xəyallarında (emal etdikləri) şeylərdən sıyrılıb (yəni, bunlara zehnən heç müraciət etmədən), mücərrəd həqiqətləri (yəni, isim və sifətlər kimi heç bir şeyə bənzəməyən, xəyalın heç bir dəxli olmadığı mücərrəd həqiqətləri) və sırf əqli olan şeyləri, tamaşa edə bilməzlər.

Müəllifin qəsdi, budur:

Avamın ağlı çox inkişaf etmədiyindən, onlarda, hissiyyat hakimdir. Sadəcə əqli olan bir məsələni də, gördüyü və bildiyi və yaxud xəyal etdiyi məhsusatın (hisslərlə idrak edilən şeylərin) surətləri içində təsəvvür edər. O surətlər üzərindən onu başa düşməyə çalışar. Zahiri və batini hisslərindən kömək almadan, ağılları, həqiqətlərə, bir başa yönələ bilməz.

Müəllif, burda, "başa düşə bilməzlər" yerinə, "tamaşa edə bilməzlər" təbirini istifadə etdi. Bununla, onlarda, ağıldan çox gözlərin hakim olduğuna; əqli bir məsələni, gözün gördüyü bir surət içinə büründürməzlərsə, başa düşə bilməyəcəklərinə işarət edir.

 

Məgər (yəni, ancaq, bu şərtlə, yəni): xəyali surətləri, durbin kimi vasitə qılarlarsa (başa düşə bilərlər). Lakin, xəyal edilən şeylərin surətlərinə həsr və nəzəri vəqf etmək, cismiyyət və cəhət kimi şeyləri istilzam edər. Lakin nəzər, o surətlərdən keçərək, həqiqətləri görər.

Müəllifin verdiyi durbin misalı, məsələni çox gözəl izah etməkdədir. Belə ki:

Ağlın nəzəri, gözün nəzərinə bənzəyir. Göz, uzaqda olan bir şeyi görə bilmir. Lakin, bir durbin vasitəsilə görə bilər. Ancaq, bunun şərti də, durbindən baxmaqdır. Yoxsa, durbinin özünə baxmaq deyil. Yəni, bir kimsə, durbinin özünə baxsa və nəzərini ona həsr etsə, yalnız durbini görər. Durbin, onun, başqa bir şeyi görməsinə vasitə olmaq deyil; əksinə, əngəl olar. Ancaq, durbinin, uzaqda olan bir şeyin mülahizəsi üçün sırf bir vasitə olduğunu bilsə, baxdığı şeyin mahiyyəti haqqında, bir dərəcə mərifət qazana bilər. Bu adam bilər ki, o şey, həqiqətdə, durbində gördüyündən çox uzaqdır. Durbində təsəvvür etdiyi surət kimi yaxın və durbin içində məhsur (həsr edilmiş) və məhdud deyildir. Lakin, durbinin təsvir etdiyi surəti, həqiqətin eynilə özü zənn etsə, o vaxt, elm deyil, mürəkkəb cəhalətə düşər.

Bax, bunun kimi, Qurandakı mütəşabihlər də, ağlın nəzəri üçün, durbin kimi bir vasitədir. Mücərrəd həqiqətləri, istiarələr və təmsillərlə, avam üçün məluf (ülfət edilmiş) və mənus (ünsiyyət edilmiş) olan surətlər içində təsvir edər ki, o həqiqətləri, asanca təsəvvür etsin. Bu surətdə, Quran, ən uzaq və ən yüksək həqiqətləri, ən asan bir surətdə, ifham (fəhm etdirir) və təlim etdirməkdədir. Elə bir dərəcədə ki, bəşər taqətinin fövqündə bir asanlıq və ülviyyətlə bəyan etmiş və i'cazı (möcüzəliliyi)'ni göstərmişdir. Dolayısı ilə, bu üslub, bir nöqsan səbəbi deyil; əksinə, bir i'caz cəhətidir.

Lakin, qəlbində xəstəlik olanlar, bu mütəşabihlərə baxıb, zahirpərəstlik və səthiyyətlə, müştəşabihlərin surətlərinə nəzər edərlərsə, Allaha cismaniyyat və ya cəhət isnad edib, dəlalətə düşərlər. Bundakı xəta və qüsur isə, onun pis fəhminə və xəstə qəlbinə aiddir.

 

Məsələn: kainatdakı İlahi təsərrüfü, sultanın səltənət taxtında olan təsərrüfü surətində tamaşa edə bilərlər. "Rahmən (olan Allah), ərşə (taxt'a) istiva etdi (oturdu)." (Taha/5) (ayəti) kimi...

Müəllifimizin qəsdi budur:

Yəni, "Necə ki, bir dövlətin sultanı varsa, Allah Taala da, bu kainatın sultanıdır. Bütün məxluqat, Onun rəiyyətidir. Səltənətinin hüdudları, bütün kainatı əhatə etmişdir. Onun üçün, taxtı da, kainatın fövqündədir." deyərək, Allahın rububiyyətindəki icraatlarını, bu surət içində təsəvvür edə bilərlər.

 

Bax, cumhurun (əksəriyyətin) hissiyyatı bu mərkəzdə (yəni, ağılları, hislərinə tabe) olduğundan, əlbəttə, irşad və bəlağat gərəkdirir ki, onların hissiyyatına riayət və ehtiram edilsin; və fikirlərinə də, bir dərəcə mumaşat və ehtiram göstərilsin.

Müəllifimizin qəsdi, budur:

Bəlağat: "halın gərəyinə müvafiq olmaq"dır. Muxatabın halı belə olduğundan, əlbəttə, o hissiyyata riayət və ehtiram, bəlağatın gərəyidir. Onların fikirləri də bəsit olub, onlar, ağıldan çox hislərin hökmü ilə düşündüklərindən, əlbəttə, o fikirlərə mumaşat ediləcəkdir. Mumaşat:

~ Lüğət mənası etibarı ilə: "bərabər yerimək, gəzmək; yerişini, bir başqasının yerişinə tabe etdirmək" deməkdir.

~ İstilahi mənası ilə də: "kəlamı, muxatabın təkzib edə bilməyəcəyi bir surətə daxil etmək"dir. Yəni, muxatabın təkzib etməsinə, imkan verməməkdir. Bu isə, muxatabın fikir və hisslərinə riayət etmək deməkdir ki, bu da, bəlağatdır.

Bax, Quran, bu mütəşabihlər ilə, avamın fikirlərinə, hətta xəyallarına belə mumaşat edir.

 

Bax, (bu) riayət və ehtiram, "bəşər ağlına olan İlahi tənəzzül" deyə adlandırılır. Bəli, o tənəzzül, zehnlərə ünsiyyət vermək üçündür. (Kəlamdakı məna təbəqələri haqqında danışılan, 1-ci Məqalə'dəki) 10-cu Müqəddimə'yə müraciət et.

Yəni, "Bəşərin ağıllarına görə Allahın tənəzzül etməsi" sözü, bu riayət və ehtirama bir ünvandır.

 

Bax, bunun üçündür ki:

Mücərrəd (sırf əqli olan çılpaq) həqiqətləri, (ağılları bir dərəcə gözündə olan avamın görüb) tamaşa edə bilməsi üçün, (ağıl gözləri), hissiyyat və xəyallarla dolu olan avamın nəzərlərini oxşayan mütəşabih surətlərdən, bir durbin vaz edilmiş (qoyulmuş)'dur.

Dəyərli oxuyucu! Bu təşabüh, xəyal cəhətindəndir, ağıl cəhətindən deyil. Yəni, təsəvvür üçündür, təsdiq üçün deyildir (haşiyə). Xəyal və təsəvvür, bir hökm olmadığı üçün, mücərrəd bir həqiqətə xəyali bir surət vermək və o surət içində təsəvvür etmək, caizdir. Ancaq, xəyaldan, ağla; və təsəvvürdən də, təsdiqə keçib, o surəti həqiqətin özü deyə qəbul və təsdiq edərsə, küfrə düşər.

------------------------

(Haşiyə:

1. Təsəvvür: “Müfrəd (yalnız 1şeyə və ya 1 şəxsə işarət edən) bir ifadənin dəlalət etdiyi zatların, təfhim (fəhm etmə) və təhqiq yolu ilə idrak edilməsi”dir. "Cisim, ağac, mələk, cin, ruh” və bənzəri ləfzlərdən qəsd edilən mənanı idrak etmək kimi...

 

2. Təsdiq: Sənin,

~ "Aləm (hiss və ya ağıl yolu ilə qavrana bilən və ya mövcudluğu düşünülə bilən, Allah xaricindəki varlıq və hadisələrin bütününü ifadə edən bir termin), sonradan yaradılmışdır.";

~ "Allaha itaətə qarşılıq mükafat vardır." və

~ "Günaha qarşılıq cəza vardır."

kimi hökmləri, bilməyindir.

Hər təsdiqin, 2 təsəvvürdən sonra gəlməsi, zəruridir. Tək başına aləm və tək başına hadis (sonradan yaradılma) kəlimələrini başa düşməyən kimsənin, "Aləm, sonradan yaradılmışdır." qəziyyəsini (hökm bildirən cümlələr üçün istifadə edilən məntiq termini; Aristotel, qəziyyəni: "Özü ilə bir şey haqqında, bir başqa şeyin təsdiq və ya inkar edildiyi sözdür." deyə tərif etmişdir.) təsdiq etməsi, təsəvvür edilə bilməz.

--------------------------

Bax, bu cavabı dəstəkləyən, (budur):

Dərin mənaları və ya bir-birindən ayrı müxtəlif mənaları asan və bəsit bir surətdə təsəvvür və ya təsvir etmək üçün, insanlar, kəlam(lar)ında, bir çox istiarələr ərz edərlər.

Müəllifin qəsdi, budur:

İnsanlar, dərin mənaları, asan bir tərzdə; fərqli mənaları da, bəsit və tək bir şey surətində, öz zehnlərində təsəvvür və başqalarının zehnində təsvir etmək üçün, istiarələr istifadə edirlər. Yəni, dillərə diqqət edilsə, əksər həqiqətlər haqqında, istiarələr surətində bəhs etdikləri görülər. Həqiqi mənalar, dildə 1-dirsə; istiarə və məcaz yolu ilə danışılanlar, 100-dür. İstiarələrin ən mühim bir faydası, ağlın nəzərindən gizli, dərin və incə olan həqiqətlərin, mikroskop kimi böyüdülüb göstərilməsi; və ya ağlın nəzərindən uzaq olan ülvi/uca həqiqətlərin, durbin kimi ağla yaxınlaşdırılması; ya da dağınıq müxtəlif həqiqətlərin birləşdirilərək, bəsit bir surət içində yerləşdirilməsidir. Bir istiarə ilə, 100 həqiqət, tək bir surət içində ifadə edilə bilir.

 

Demək, (Qurandakı) mütəşabihlər də, (ağlın nəzərindən) ən gizli olan mənaların bəhs edildiyi bir istiarə qismidir. Çünki, (istiarələr), ən gizli həqiqətlərin misali bir surətidir.

Demək, işkəl, mənanın incə olmasındandır; ləfzin qapalılığından deyil.

Müəllifin qəsdi, budur:

Qurandakı müşkillər, mənanın incə olmasından; və ağlın da, idrak etməsindəki qüsurdan qaynaqlanır. Yoxsa, bu işkəl, ləfzin qapalı olmasından deyildir. Hətta,

Quranın ləfzləri, ağlın çata bilməyəcəyi o incə mənaları, mümkün olan ən asan surətdə və i'caz (möcüzə) dərəcəsində bir asanlıq və mükəmməl vazehliklə ifadə etmişdir.

 

Ey etirazçı! İnsafla nəzər et ki, bəşər fikrindən, xüsusilə avamın fikirlərindən ən uzaq olan həqiqətləri, belə bir təriq/yol ilə (ağla) yaxınlaşdırmaq, görəsən, bəlağat təriqi olan halın gərəyinə mütabiq olmağa və məqam nisbətində mükəmməl vazehlik və ifadəyə müvafiqdirmi? Yoxsa, sənin vəhm etdiyin kimi (qüsurludur)'mu? Hakim, sən ol!

Müəllifimiz Ustad Nursi'nin qəsdi, budur:

Bəlağatın üsulu, halın gərəyinə müvafiq olmaqdır. Yəni, hal, nəyi gərəkdirirsə, ona uyğun olmaqdır. Digər bir tərif ilə, məqam nisbətində, mükəmməl vazehlik və ifadədir. Məqamdan murad, haldır. Yəni, bəlağat, halın gərəyi dərəcəsində tam bir vazehlik ilə fikri ifadə etməkdir. Bəli, bəlağatın əsası, vazehlik ilə fikri ifadə etməkdir. Lakin bu vazehlik, məqam nisbətində olan bir vazehlikdir. Çünki, hər şeyi, hər yerdə açıqca söyləmək, doğru deyildir. Həm, zəkalı bir adama sözü uzatmaq və çox açıqlamaq, bəlağata uyğun düşməz. Ona, icaz (az sözlə) bildirilər. Bəzən, işarət və rəmzlə də açıqlanar. Ancaq, avam bir adama icaz etmək (sözü qısa tutmaq), bəlağat deyildir. Ona, itnab (sözü uzun tutmaq) və təfsil etmək lazımdır. Bunlar kimi bir çox başqa səbəblər də vardır ki, məqam, bəzi mənaların sarih/açıq olaraq deyil; 2-ci, 3-cü mərtəbələrdə ifadə edilməsini gərəkdirir.

Not: Bu səbəblər, bu "Muhakəmat" adlı əsərin "2-ci Məqaləsi"nin "6-cı Məsələ"sində, xüsusilə "Tənbeh" qismində izah edilmişdir.

Müəllifimizin, "Hakim, sən ol!" deyərək etirazçının vicdani hökmünə etimad etməsi, dəlilin, nə dərəcə qüvvətli olduğuna; və məsələnin, artıq tamamilə vazehlik qazandığına işarət üçündür. Yəni, bu təhqiqdən sonra, artıq heç bir vicdan, burda, başqa şeylə hökm edə bilməz.

Bu üslubda, yenə, belə bir incəlik də vardır:

Etiraz edən adam, mütəşabihlərin, vazehliyə müxalif və bəlağata zidd olduğunu iddia etmişdi. Təhqiqin sonunda isə, tam əksi bir nəticə çıxdı ki, bu mütəşabihlər, o incə və dərin həqiqətlərin ən vazeh ifadə yoludur. Həm də, cumhurun halının gərəyinə müvafiq olmaq, bəlağatın da gərəyidir. Yəni, mütəşabihlər, vazehlik və bəlağata müxalif deyil. Əksinə, vazehlik və bəlağatın gərəyidir. Bu da, o qədər açıq bir mövzudur ki, etiraz edənin vicdanı belə, bunu etirafa məcburdur.

----------------------------

İkinci noktaya cevap: İkinci Mukaddemede mufassalen geçmiştir. Âlemde meylü'l-istikmalin dalı olan insandaki meylü't-terakkinin semeratı ve tecarüb-ü kesireyle ve netâic-i efkârın telâhukuyla teşekkül eden merdiven-i terakkinin basamakları hükmünde olan fünun ise, müterettibe ve müteavine ve müteselsiledirler.

Evet, müteahhirin in'ikadı, mütekaddimin teşekkülüne vabestedir. Demek, mukaddem olan fen, ulûm-u mütearifenin derecesine gelecek; sonra müteahhirine mukaddeme olabilir.

Bu sırra binaendir ki, şu zamanda temehhuz-u tecarüble satha çıkıp ve tevellüd etmiş olan bir fennin faraza on asır evvel bir adam tefhim ve tâlimine çalışsaydı, mağlâta ve safsataya düşürmekten başka bir şey yapamazdı. Mesela, denilseydi, "Şemsin sükûnuyla arzın hareketine ve bir katre suda bir milyon hayvanatın bulunduklarına temaşa edin, tâ Sâniin azametini bilesiniz." Cumhur-u avam ise, hiss-i zahir veya galat-ı hissin sebebiyle hilâflarını zarurî bildikleri için, ya tekzip veya nefislerine mugalâta veya mahsûs olan şeye mükâbere etmekten başka ellerinden bir şey gelmezdi. Teşviş ise, bahusus onuncu asra kadar, minhac-ı irşada büyük bir vartadır. Ezcümle, sathiyet-i arz ve deveran-ı şems onlarca bedihiyat-ı hissîyeden sayılırdı.

Yəni:

İkinci nöqtəyə (yəni, "Quranın, kainata dair maddi fənlərin mövzularında ibham və icmal etməsi, irşad və təlimə ziddir." sualına) cavab:

2-ci Müqəddimə'də, müfəssəl bir şəkildə keçmişdir. (Bu müqəddimənin xülasəsi, budur):

~ Aləmdə, kamal nöqtəsinə çatmağa dair meylin bir budağı (hökmündə) olan insandakı tərəqqi meylinin meyvələri;

~ bir çox təcrübələr və fikri nəticələrin bir-birinə qatılması ilə təşəkkül edən; və

~ tərəqqi nərdivanının pilləkənləri hökmündə

olan fənnlər, sıralı, bir-birinə yardım edən və silsilə halındadırlar.

Müəllifin qəsdi, budur:

Bu 3 vəsfə sahib olan fənnlər:

~ nərdivan pilləkənləri kimidirlər. Yəni, bir pilləkənə çıxıb onu başlanğıc qıldıqdan sonra digər pilləkənə çatıldığı üçün, sıralıdırlar; və

~ bir çox təcrübə və fikir yardımı ilə əldə edilə bildiklərindən dolayı, bir-birinə yardım edəndirlər; və

~ tədrici bir şəkildə təkamül etdiklərindən, silsilə şəklindədirlər.

 

Bəli! Sonrakı bir şeyin meydana gəlməyə başlaması, əvvəlkinin təşəkkülünə bağlıdır.

Demək, müqəddəm (əvvəl gələn) fən, hər kəs tərəfindən bilinən elmlərin dərəcəsinə gələcək; sonra, sonrakına müqəddimə ola bilər.

Bu sirdən dolayıdır ki:

Bu zamanda təcrübələrin təməhhuzu ilə səthə çıxıb təvəllüd etmiş olan bir fənni, fərz edək ki, 10 əsr əvvəl bir adam (xalqa) fəhm etdirməyə və təliminə çalışsaydı, (xalqı), mağlata və safsataya salmaqdan başqa bir şey etmiş olmazdı.

Mətndəki "təməhhuz" kəliməsi:

~ əsli etibarı ilə, "südün və ya ayranın çalxalanması nəticəsində, yağın üzə çıxması"na deyilir;

~ məcazi olaraq, "hərəkət etmək" mənasında da istifadə edilir;

~ eyni zamanda, "təvəllüd etmək", yəni "doğmaq" mənasına da gəlir.

Müəllifimiz Ustad Nursi, burda, 3 mənanı da istifadə etmişdir.

Təcrübə təməhhuzu: "təcrübələrin hərəkət etməsi" deməkdir. Mövcudat, sanki təcrübələrlə çalxalandığında, bu fənlər təməhhuz edərək, səthə çıxar. Sanki, insanların bir şeyi təcrübə etməsi, onu bir növ sallayıb hərəkətə gətirməyə bənzəyir. İnsan, bu hərəkətin nəticəsində ortaya çıxan şeylərə baxar və nə olduğunu başa düşməyə çalışar. Bu şəkildə, səbəb-nəticə münasibəti qurar. Bax, bu münasibətə, "fənn" deyilir. Yəni, insan, təcrübələrilə aləmi çalxalayaraq, fənləri, yağ kimi ondan çıxarar. Müəllifin "səthə çıxmaq" təbiri, təməhhuzun "yağın çıxması" mənasına baxmaqdadır. "Təvəllüd" təbiri də, təməhhuzun "doğmaq" mənasına baxmaqdadır. Yəni, indi mövcud olan bir fənn, keçmişdə hələ doğulmamışdır. Keçmişdə, onun, ancaq əcdadı mövcuddur ki, onlar da, o vaxt, kiçik bir uşaq kimi idilər. Bir fənnin təvlidinə (doğumuna) qabil olmaq üçün, o uşaqların, təkamül ilə büluğ çağına çatmaları lazımdır. Bu da, təcrübələrin çoxalması ilə olur. O əcdad nə vaxt böyüyüb təkamül edər və bir tərtib ilə bir-birilərini doğurarlarsa, ancaq ondan sonra indiki vələd dünyaya gələ bilər. O halda, indi mövcud olan bir fənnin, fərz edək ki, 10 əsr əvvəl bir adam fəhm etdirilməsi və təliminə çalışsaydı, xalqın zehni, hələ bu fənnin doğuşuna istedad kəsb edəcək bir büluğa çatmadığı üçün, onları mağlata və safsataya salmaqdan başqa bir şey etmiş olmazdı.

 

Məsələn, deyilsəydi ki: "Günəşin sükunu (hərəkətsizliyi) ilə yerin hərəkətinə; və bir qətrə suda 1 milyon canlının mövcud olduqlarına tamaşa edin. Ta ki, Sani (olan Allah)'ın əzəmətini biləsiniz."

Yəni, "Baxın, hərəkət edən kimi görünən bu günəş, necə yerində dayanır? Və üstündə dayandığınız yer də, necə hərəkət edir? Həm bir damla suyun içində, necə 1 milyon canlı yaşayır? Bunlara baxın, Sani'nin əzəmətini biləsiniz." deyilsəydi,

 

Avamın cumhuru, zahir hiss(ləri) və ya hissi yanılğı səbəbilə, xilaflarını zəruri bildikləri üçün, ya təkzib (edəcəkdilər), ya da özlərini aldatmağa çalışıb və ya hisslərlə idrak edilən aşkar bir şeyi kibirlə inkar etməkdən başqa, əllərindən bir şey gəlməzdi.

Müəllifimizin qəsdi, budur:

Avam təbəqəsi, bu deyilənlərin əksini, yəni, günəşin hərəkət etdiyini və yerin dayandığını; və o bir damla suyun içində heç bir şeyin olmadığını zahiri hisslərilə gördüyü üçün, daha doğrusu göz yanılğısına düşdüyü üçün, bunları, zəruri elm deyə qəbul etməkdədir. Zəruri elm: "ağlın, düşünməyə ehtiyac duymadan, zahiri hissləri təsdiq edərək çatdığı elm"dir. Məsələn, işığın parlaq olduğunu; və ya atəşin isti olduğunu bilməsi kimi. Bəli, zahiri hisslər səbəbilə, zəruri elm əldə edilir. Lakin, bunun şərti, o hislərin səlim olmasıdır. Hisslər arizəli olarsa və ya idrak və əhatədən nöqsan qalarsa, hissi yanılğı baş verər ki, ağıl da bunu təsdiq edərsə, elm deyil, mürəkkəb cəhalət olar. Bu hissi yanılğı, əslində, zahiri hisslərin deyil; batini hisslərdən vəhm qüvvəsinin yalnış bir hökmüdür və vəhmiyyat deyə təbir edilən batil bir qəziyyədir.

Bax, günəşin hərəkət edən bir halda görünməsi; və yerin duran kimi görünməsi; və suyun içində heç bir şey olmadığını söyləmək, əslində hissi yanılğıdır. Lakin, avamın ağlı, onların hissi yanılğı olduğuna dəlalət edəcək hər hansı bir dəlil tapa bilmədiyində, bu yanılğının fərqinə vara bilməyib, onu, zahir hisslər vasitəsilə əldə edilən zəruri və bədihi/aşkar bir elm deyə tələqqi edərlər. İndi, bu insanlara, "Bax, günəş necə dayanır? Yer necə dönür? Bir qətrədə 1 milyon canlı var." deyildiyində:

~ ya zəruri elmə müxalif zənn etdiklərindən, təkzib edəcəklər;

~ ya da, Allah dediyi üçün iman etsələr, o vaxt da, özlərini aldatmağa çalışacaqlar. Günəşi, dayanmış kimi; yeri də, hərəkət edən kimi görməyə çabalayacaq;

~ ya da, hisslərlə idrak edilən aşkar bir şeyi kibirlə inkar etməkdən başqa, əllərindən bir şey gəlməyəcək.

O vaxt bunlar, irşad və təlim edilmiş olmayacaqdılar. Əksinə, təşviş edilmiş, yəni, istiqamətdən çıxarılıb qarışıqlığa salınmış olacaqdılar.

 

Təşviş isə, xüsusilə 10-cu əsrə qədər (çünki, bu fənlərin çoxu, hicri 10-cu əsrdən sonra kəşf edilmişdir), irşad metoduna böyük bir təhlükədir. Məsələn (yəni, Quranın ibham və itlaq etdiyi mövzulardan bəziləri, bunlardır):

~ yerin səthiyyəti (düz olması);

~ günəşin dövr etməsi,

(kimi məsələlər, 10 əsr boyunca, o insanlar tərəfindən), hissi bədihiyyat (bədihi məsələlər)'dən sayılırdı.

------------------------------

(Tenbih):

Müəllifimiz, indi, müqəddər bir sualın cavabını verir. O da, budur:

"Madam ki, Quran, kainatdakı fənlərlə bağlı məsələlərdə, avamın ülfət etdiyi şeylərə riayət edir. Ağıllarının almadığı şeyi söyləmir. Bəs yaxşı, qiyamət və axirət aləmində vaqe olacaq xariquladə (adət üzərə cərəyan edən şeyləri xərq edəcək/dələcək) şeyləri, nə üçün açıqdan bəyan edir? Məsələn, çürümüş sümüklərin anidən inşa ediləcəyi; bütün bəşərin əməllərinin bir səhifədə nəşr edilməsi; cənnətdə olacaq xariquladə işlər də, insanların adət üzərə müşahidə etdikləri şeylərin fövqündədir."

Müəllifimiz Ustad Bədiü'z-zaman, buna belə cavab verir:

Şu gibi meseleler, müstakbeldeki nazariyata kıyas olunmaz. Zira müstakbele ait olan şeylere hiss-i zahir taallûk etmediği için, iki ciheti de muhtemeldir, itikad olunabilir, imkân derecesindedir, itminan kabildir. Onun hakk-ı sarihi, tasrih etmektir.

Yəni:

Belə məsələlər, gələcəkdəki nəzəri olan şeylərə qiyas edilməz. Çünki, gələcəyə dair şeylərə zahir hiss(lər) təəllüq etmədiyi (yəni, əlaqəli olmadığı) üçün, 2 cəhəti də möhtəməldir; etiqad oluna bilər; imkan dərəcəsindədir; (qəlbi) mutməin (etmə)'yə qabildir. Onun sarih/açıq haqqı, açıqca söylənməsidir.

Müəllifin qəsdi, budur:

Keçmiş və indiki zamanda olan məsələlər, vaqeədir. Gələcəkdə olan şeylər isə, nəzəri. Vaqeə və nəzəri olanlar, bir-birinə qiyas edilməz. Çünki, gələcəkdə baş verəcəyi bəyan edilən elə şeyləri, insanlar hələ görmədikləri üçün, Quranın bəyan etdiyi keyfiyyətin əksinə bir müşahidə və ülfət, hələ meydana gəlməmişdir. Dolayısı ilə, o bəyanlar, insanların müşahidələrilə bir ziddiyyət yaratmır. Onun üçün, insanlar yanında gələcəyə dair şeylərin, 2 cəhətə də ehtimalı vardır. Yəni, olması da, olmaması da, möhtəməldir. Muhal/imkansız olan bir şeyin yoxluğu, zəruridir. Vacib olan bir şeyin isə, vücudu/varlığı zəruridir. Mümkün olan bir şeyin isə, varlığı və yoxluğu, bir-birinə bərabərdir. Madam ki, belədir. O halda, etiqad edilə bilər. Yəni, etiqad edilə biləcək şeylərdən sayılırlar. 2 cəhəti də möhtəməl olduğundan, imkan dərəcəsindədirlər. Etiqad oluna bildiyi üçün də, qəlbin tətmin olmasına qabildirlər. Bunun bəlağatda açıq haqqı isə, açıqdan zikr edilməsidir.

 

Lâkin hînâ ki, hissin galatı bizim "ma nahnü fîh"imizi imkân derecesinden bedahete, yani cehl-i mürekkebe çıkardı…

Yəni:

Lakin, vaxta ki, hissin yanılması, bizim, içində olduğumuz şeyi (yəni, indiki zamanı), imkan dərəcəsindən bədahətə, yəni, mürəkkəb cəhalətə çıxardı…

Müəllifin qəsdi, budur:

Yəni insanlar, indiki zamanı, zahir hisslərilə müşahidə etdiklərindən, bu vaqeələr, onlara görə mümkün deyil; əksinə, varlığı, zəruri; yoxluğu da, imkansız olan bədihiyyatdır. Əslində, bu düşüncə, hissi yanılmadan qaynaqlandığı üçün, bədihi saydıqları şey, mürəkkəb cəhalətdir. Yəni, yalnış bildiyi və doğru zənn etdiyi üçün, bilmir; və bilmədiyini də bilmədilər. İki qatlı bir cəhalətə düşdülər. Ancaq, onların yanında bu cəhalət, zəruri bir elm qəbul edilir.

 

Onun nazar-ı belâğatta hiç inkâr olunmaz olan hakkı ise, ipham ve ıtlaktır−tâ, ezhan müşevveş olmasınlar.

Yəni:

Onun bəlağat nəzərində heç inkar olunmaz olan haqqı isə, ibham və itlaqdır. Ta ki, zehnlər qarışmasınlar.

Müəllifin qəsdi, budur:

Çünki, onların elm zənn etdikləri şeyləri, Quran açıqca inkar etsə, (onlar üçün) muhal olan bir şeyi onlara yükləmiş olacaqdı. Təsdiq etsə də, yalnışı təsdiq etmiş olacaqdı. O halda, Onun bəlağatda inkar edilməz haqqı, nə inkar, nə də təsdiq etməkdir. Əksinə, ibham və itlaq etməkdir.

 

Fakat hakikate telvih ve remiz ve imâ etmek gerektir. Efkâr için kapıları açmak, duhule davet etmek lâzımdır. Nasıl ki, şeriat-ı garrâ öyle yapmıştır.

Yəni:

Lakin, həqiqətə təlvih, rəmz və ima etmək lazımdır. Fikirlər üçün qapıları açmaq, daxil olmağa dəvət etmək lazımdır. Necə ki, parlaq şəriət, elə etmişdir.

Not: Bu qisim, bu "Muhakəmat" adlı əsərin 1-ci və 2-ci Məqalə'lərində, təfsillə izah edilmişdir. İstəyən əsərə müraciət edə bilər.

 

Yahu, ey birader! İnsaf mıdır, taharrî-i hakikat böyle midir ki, sen irşad-ı mahz ve ayn-ı belâğat ve hidayetin mağzı olan şeyi irşada münafi ve mübayin tevehhüm edesin? Ve belâğatça ayn-ı kemâl olan şeyi noksan tahayyül edesin?

Yâ eyyühe'l-hoto! Acaba senin zihn-i sakîminde belâğat o mudur ki, ezhanı tağlit ve efkârı teşviş ve muhitin müsaadesizliği ve zamanın adem-i i'dadından ezhan müstaid olmadıkları için ukule tahmil edilmeyen şeyleri teklif etmektir?

Yəni:

Yahu (təəccüb), ey qardaş! İnsafdırmı; həqiqəti araşdırmaq, belədirmi, (ki):

Sən, irşad, bəlağat və hidayətin məhz özü olan şeyi, irşada zidd və ondan qeyri olduğunu vəhm edəsən?! Və bəlağatca, kamalın məhz özü olan şeyi, nöqsan xəyal edəsən?!

Ey anlayışsız, mühakiməsiz axmaq! Görəsən, sənin xəstə zehnində, bəlağat:

~ zehnləri qarışdırmaq;

~ fikirləri təşviş; və

~ mühit (şərtlərinin) əlverişsizliyi və zamanın lazımi hazırlığı etməmiş olmasından dolayı, zehnlər istedadlı olmadıqları üçün, ağıllara yüklənilməyəcək şeyləri təklif

etməkdirmi?!

 

Kellâ. كَلِّمِ النَّاسَ عَلٰى قَدَرِ عُقُولِهِمْ bir düstur-u hikmettir.

İstersen Mukaddemata müracaat et... Bahusus Birinci Mukaddemede iyi tefekkür et!

Yəni:

Xeyr, əsla! (Çünki), "İnsanlara, ağılları miqdarınca danış!" (sözü), bir hikmət düsturudur.

İstəyirsənsə, (1-ci Məqalənin 12) müqəddiməsinə müraciət et...Xüsusilə, 1-ci Müqəddiməni yaxşı təfəkkür et!

-----------------------------

İşte bazı zevahiri, delil-i aklînin hilâfına göstermek olan üçüncü noktaya cevap:

Yəni:

Quranın, kainata dair fənlərə aid bəzi həqiqətlərdə, ibham və itlaq edərək sükut etməsini, başa düşdük. Zehnlər əlverişli və istedadlı olmadığı üçün, Quran, o mövzuya təmas etmir. Lakin Quran, yalnız sükut etməklə qalmır. Bəzi ayələrin zahiri ifadəsi, əqli dəlillərin göstərdiyi cəhətin xilafına meyllidir. Hər nə qədər Quran, ağla müxalif olan o mənanı qəti olaraq sarih bir şəkildə təsdiq etməmişdir. Çünki, digər məna ehtimalları da vardır. Lakin, hər bir halda, ləfzin zahiri, o mənaya da bir ehtimal verir. O da bir misdaq olur. "Bu ayə, bu mənanı, qətiliklə rədd edir." deyə bilmirik. Məsələn:

وَٱلشَّمْسُ تَجْرِى لِمُسْتَقَرٍّ لَّهَا

"Günəş də, istiqrar qıldığı yerə axı(b gedi)r." (Yasin/38)

ayəti, fərqli cəhətlərə möhtəməldir. Lakin, ləfzin zahiri, günəşin, hər gün gördüyümüz şərqdən qərbə doğru zahiri hərəkətini ifadə edir. Ən güclü məna təbəqəsi də, budur. Hərçənd, bu məna olsa da, "Günəşin, zahiri nəzərə görə xəyali dönüşü qəsd edilir." deyilə bilir. Lakin, ayənin ləfzində, "zahiri nəzər" qeydi zikr edilmədiyindən, həqiqi dönüşə də möhtəməl olur ki, keçmişdəki insanların əksəriyyəti də, belə düşünürdülər. Onlar, günəşin, həqiqətən döndüyünü zənn etdiklərindən, ayədə də, bu görüşə mülayimət görürlərdi.

İndi, Quranın, bəzi ayələrin zahirlərini, həqiqətə müxalif belə mənalara yükləməsi, təhqiq və hidayətə müxalif deyildirmi?

 

Müəllifimiz Ustad Nursi, bu suala, belə cavab verir:

Birinci Mukaddemede tedebbür et, sonra bunu da dinle ki:

Şâri'in irşad-ı cumhurdan maksud-u aslîsi, isbat-ı Sâni-i Vahid ve nübüvvet ve haşir ve adalette münhasırdır. Öyleyse, Kur'ân'daki zikr-i ekvan, istitradî ve istidlâl içindir. Cumhurun efhamına göre san'atta zahir olan nizam-ı bedî ile nezzam-ı hakikî olan Sâni-i Zülcelâle istidlâl etmek içindir.

Yəni:

(1-ci Məqalənin) 1-ci Müqəddiməsini diqqətlicə düşün; sonra, buna da qulaq as:

Şari (qanun qoyan Allah)'ın cumhuru irşaddan əsli məqsədi:

~ Sani və Vahid (olan Allah)'ın isbatı;

~ Nübüvvət;

~ Haşr (axirət həyatı); və

~ Ədalət

(ilə) məhduddur.

Elə isə, Qurandakı kainatın zikri, istitradi (dolaylı) və istidlal (əsli məqsədə dəlil gətirmək) üçündür. Cumhurun fəhminə görə sənətdə zahir olan bədi (bənzərsiz) nizam ilə; həqiqi nazzam (nizam qoyan) cəlal sahibi Sani'yə istidlal etmək üçündür.

 

Halbuki, san'atın eseri ve nizamı herşeyden tezahür eder.

Yəmi:

Halbuki, sənətin əsəri və nizamı, hər şeydən təzahür edər.

Müəllifin qəsdi, budur:

Aləmin, öz-özünə, təsadüfən və ya səbəblərin təsirilə olmayıb, bir sənətlə yaradıldığı; və o sənətdəki nizam, hər şeydən görünməkdədir. Bunu uzadıb müşkilləşdirərək, aləmin gizli və incə fənni sirlərinə dalmağa, ehtiyac yoxdur. Necə ki, bir maşının doğru işlədiyini göstərən bir işıq olsa, o işığın yandığını görən adam, düzgün çalışdığını başa düşər. Halbuki, o işıq, sadəcə bir əlamətdir. Həqiqətdə, nizam, onunla təşəkkül etməz. Ancaq, o maşını düzəldən usta, əgər maşın düzgün çalışmazsa, işıq yanmayacaq şəkildə düzəltdiyi üçün, işığın yandığının görülməsi, nizamın varlığına bir əlamət olar.

İndi, bu maşının nizam içində çalışdığını əlamətilə asan və rahat bir şəkildə göstərmək yerinə; maşının mühəndislik keyfiyyətini və mexanizmlərinin incəliyini izah edərək göstərməyə çalışmaq; üstəlik, bunu, avamdan birinə danışmaq; üstəlik, bu məlumatların əsli məqsədə heç bir faydası yox ikən, belə müşkilatlı və uzun bir yola girmək, hidayət və təhqiq metoduna uyğun olmaz.

Eynilə bunun kimi də, kainatda bir nizamın mövcud olduğu, hər yerdən görülə bilər. Məsələn, bu kainatın lampası (məsabəsində) olan günəşin, hər gün, bir nizam içində doğub-batması, aləmdə bir nizamın var olduğunun əlamət və əsəridir. Əgər aləmdə nizam olmasaydı, bu doğuş və batış, intizam içində olmazdı. O halda, günəşin bu zahiri və xəyali dönüşü də, nizamın bir əlamətidir. Madam ki, Quran, əsli məqsədlərinə dəlil tutmaq üçün aləmdəki nizamı göstərmək istəyir. Həm, bunu, avamın fəhminə görə açıqlaması lazımdır. Elə isə, onların zehnlərini qarışdıracaq lüzumsuz təfsilat yerinə, zehnlərinə riayət edərək ən qısa və zahir bir yoldan nizamı göstərməsi, hidayət və təhqiqin iqtizası/gərəyidir. Həm bu yol, deyil yalnız avam üçün; mərifətullaha çatmaq istəyən xasslar təbəqəsi üçün belə, məqsədə çatdıracaq ən qısa və asan yoldur. Çünki məqsəd, nizamı göstərməkdir. Nizam isə, hər şeydən təzahür edir.

 

Keyfiyet-i teşekkül nasıl olursa olsun, maksad-ı asliye taalluk etmez.

Yəni:

(Bu nizam), (həqiqətdə) necə təşəkkül edirsə etsin, (yəni, "Dönən, günəşdirmi, yoxsa yerdirmi?" Bu mövzuların), əsli məqsədlə əlaqələri yoxdur.

---------------------------------

(Tenbih)

Mukarrerdir ki, delil, müddeâdan evvel malûm olması gerektir.

Yəni:

(Tənbeh):

Dəlilin, müddəa (iddia edilən şey)'dən əvvəl məlum olmasının lazım gəldiyi, sabitdir.

Müəllifin qəsdi, budur:

Məntiqdə və elmi münazirələrdə, sabitdir ki, ilk əvvəl dəlil, məlum və sabit olsun. Ki, iddia edilən şey, onunla isbat edilə bilsin. Bilinməyən bir şeyin elmi, ancaq bilinən bir şeydən əldə edilə bilər. Özü bilinməyən bir şey, başqa bir şeyin bilinməsinə, səbəb ola bilməz. Dəlil sabit olmadan, isbat vaqe olmaz.

 

Bunun içindir ki, bazı nusûsun zevahiri, ittizah-ı delil ve isti'nas-ı efkâr için cumhurun mu'tekadât-ı hissiyelerine imale olunmuştur. Fakat delâlet etmek için değildir.

Yəni:

Bundan dolayıdır ki, bəzi nassların (yəni, ayə və hədislərin) zahirləri, dəlilin (muxatabın zehnində) vazeh olması və (fikirlərin o dəlilə) ünsiyyət edə bilməsi üçün, cumhurun hissi etiqadlarına meyl etdirilmişdir. Lakin (bunlar), dəlalət etmək üçün deyildirlər.

Müəllifin qəsdi, budur:

~ Bu imalə (meyl etdirilmələr), mumaşat üçündür. Mumaşat isə, muxatabın təkzib edəcəyi şeyi söyləməmək mənasında olduğundan, Quran, o mənadan sükut etmiş sayılır. "Sükut edənə, söz nisbət edilməz." bir üsul qaydasıdır. Dolayısı ilə, ona, dəlalət etməz. Yalnızca sükut etmişdir. Hərçənd, özünə mumaşat edilən o muxatab, o kəlamı öz etiqadına müvafiq zənn edə bilər. Lakin, onun zehninə gələn belə bir müvafiqlikdən, mütəkəllim (söz danışan) məsul deyildir. Mütəkəllim, yalnız öz qəsdindən məsuldur.

~ Həm Quran, kainatı, əsli məqsədlərinə bir dəlil və vəsilə qılmışdır. Vəsilənin mahiyyəti isə, əhəmiyyətli deyildir. Bir adam, bu kainatın böyük bir çadır olduğuna etiqad etsə; məqsədi, yalnız Xaliqin əzəmətini bu adama bildirmək olan biri də, ona: "Bax, Xaliq olan Allah, bu aləmi, dirəksiz necə ucaltmışdır." dediyində, o adamın zehnində canlanan xəyali çadır surətinin nəfsu'l-əmirdə yalnış olması, mütəkəllimin məqsədinə zərər verməz. Çünki, o adam, məqsədinə vəsilə üçün dəlil gətirmişdir. Həm də, aləmin, həqiqətdə bir çadır olduğunu da söyləməmişdir.

~ Həm Quran, bu qisim ayələri, kainatda bir nizamın mövcud olduğuna kinayə olaraq istifadə etməkdədir. Kinayədə isə, ləfzin zahiri mənası murad olmadığından, o kəlama, yalnış deyilə bilməz və o kinayə, zahiri mənaya da dəlalət etməz.

Dəyərli oxuyucu! Bu zikr edilənlər, "Muhakəmat"ın 1-ci Məqaləsi'ndə daha geniş keçməkdədir. Ora müraciət edə bilərsən.

 

Zira Kur'ân, âyâtının telâfîfinde öyle emarat ve karaini nasb etmiştir ki, o sadeflerdeki cevahiri ve o zevahirdeki hakikatleri ehl-i tahkike parmakla gösterir ve işaret eder.

Yəni:

Çünki Quran, ayələrin təlafifində (yəni, bir-birilə olan bağları və münasibətləri içində), elə əmarə və qərinələr qoymuşdur ki, o sədəflərdəki cövhərləri (yəni, sədəf hökmündə olan ləfzlərin içində mövcud olan və bir cövhər hökmündə olan həqiqi mənalarını) və o zahirlərdəki həqiqətləri (yəni, ləfzin zahiri mənasının altında, əsl murad olan həqiqi mənanın nə olduğunu), təhqiq əhlinə barmaqla göstərər və işarət edər.

 

Evet, "kelimetullah" olan Kitab-ı Mübînin, bazı âyâtı, bazısına müfessirdir.

Yəni:

Bəli, "kəlimətullah" olan Kitab-ı Mubin'in bəzi ayələri, bəzisinə müfəssirdir.

Kəlimə, bəzən tək bir söz haqqında istifadə edildiyi kimi; bir neçə kəlimədən mürəkkəb olan bir kəlama da deyilə bilir. Qurana "kəlimətullah" deyilməsi də, bu cəhətdəndir. Yəni, kəlamullah mənasındadır. Lakin, Müəllifimizin, burda, "kəlamullah" yerinə "kəlimətullah" deməyi tərcih etməsi, bütün Quranın, tək bir kəlimə kimi bir-birilə ittihad etdiyinə işarət etmək üçündür.

Həm, "Kitab-ı Mubin" təbiri də, Quran ayələrinin bir-birini açıqladığına və bu təlafiflə mənasının tamamilə vazehlik qazandığına; bir ayədə qapalılıq olarsa, digər ayələrin onu təfsir etdiyinə işarətdir. Çünki "mubin", açıq və açıqlayıcı mənasına gəlir.

 

Yani, bazı âyâtı, ehavatının mâ fiz-zamirlerini izhar eder. Öyleyse, bazıları diğer bir ba'za karine olabilir ki, mânâ-yı zahirî murad değildir.

Yəni:

Yəni, (Quranın) bəzi ayələri, qardaşlarının içində gizli olan (mənaları), izhar edər. Elə isə, bəziləri, digər qisminə qərinə ola bilər ki, zahiri məna, murad deyildir.

 

Not: Dəyərli oxuyucu! Bu qisim, 1-ci Məqalə'nin 1-ci Müqəddiməsində təfsillə izah edilmişdir.

--------------------------------

(Vehim) ve (tenbih)

Eğer istidlâlin makamında denilseydi ki: "Elektriğin acaibi ve cazibe-i umumiyenin garaibi ve küre-i arzın yevmiye ve seneviye olan hareketi ve yetmişten ziyade olan anasırın imtizac-ı kimyeviyelerini ve şemsin istikrarıyla beraber sûriye olan hareketini

nazara alınız, tâ Sânii bilesiniz." İşte o vakit, delil olan san'at, mârifet-i Sâni olan neticeden daha hafî ve daha gamız ve kaide-i istidlâle münafi olduğundan, bazı zevahiri, efkâra göre imâle olunmuştur. Bu ise, ya müstetbeü't-terâkip kabilesinden veya kinâî nev'inden olduğu için, medar-ı sıdk ve kizb olmaz.

Yəni:

(Vəhm) və (Tənbeh):

Əgər, (Sani olan Allahın əzəmətinə) dəlil gətirmə məqamında deyilsəydi ki:

~ Elektrikin əcaib(likləri)'ni;

~ Ümumi cazibə (qüvvəsi)'nin qərib (halları)'nı;

~ Yer kürəsinin günlük və illik olan hərəkətini;

~ 70-dən çox olan ünsürlərin kimyəvi reaksiyalarını; və

~ Günəşin istiqrarı (qərar qılması, yerində durması) ilə bərabər surətən hərəkətini

nəzərə alın. Ta, Sani (olan Allah)'ı biləsiniz.

Bax, o vaxt, dəlil olan, sənət; Sani (olan Allah)'ın mərifəti olan, nəticədən daha gizli və daha qapalı (olardı); və istidlal qaydasına (yəni, dəlilin məlum olması şərtinə) zidd olduğundan, bəzi ayələrin zahirləri, (avamın) fikirlərinə görə meyl etdirilmişdir.

Bu isə: təbəi (dolaylı) işarət və rəmzlər qəbiləsindən və ya kinayə növündən olduğu üçün, sidq/doğruluq və kizb/yalana mədar olmaz.

Müəllifin qəsdi, budur:

Bir kəlamın doğru və ya yalnış olması, mütəkəllimin qəsd etdiyi mənanın doğruluq və yalnışlığına bağlıdır. Üslubun işarətləri və ya kinayələrin zahiri mənaları, doğruluq və yalnışlığın mədarı deyildir.

Not: Dəyərli oxuyucu! Müəllif, bu qismi, 1-ci Məqalənin 10-cu Müqəddiməsində işləmişdir. Ora müraciət edə bilərsən.

 

Meselâ, قَالَ lâfzındaki elif elif'tir. Aslı vav olsa, kâf olsa, ne olursa olsun tesir etmez.

Yəni:

Məsələn, "قَالَ/qalə" ləfzindəki əlif, əlifdir. Əsli vav olsa, qaf olsa, nə olursa olsun, təsir etməz.

Müəllifin qəsdi, budur:

"Qalə/قَالَ" kəliməsinin əsli, "قول/qavələ"dir. Ərəblər, xəfiflik olsun deyə, vav hərfini əlifə çevirmişlərdir. Bundakı məqsədləri, tələffüzdə xəfiflik üçündür. Əlif ilə oxunsa da, vav hərfi, əslində kəlimədə mövcuddur. Kimsə, vav hərfini inkar etməz. Onun üçün, kəlimənin məsdəri, vav hərfilə "قول/qavlun" olaraq gəlir. Ərəblərin, vav hərfini əlif hərfinə çevirməkdəki məqsədləri, vav hərfini inkar etmək deyil; yalnız, tələffüzdə xəfiflik vermək üçündür.

Eynilə bunun kimi, kainatdakı nizamın əsli də, vav hərfi kimidir. Bu nizam, günəşin, yerində dayanıb yerin hərəkət etməsilə meydana gəlir. Ancaq, avamın bu hərfi söyləməsi, yəni, bu həqiqəti idrak etməsi ağır gəldiyindən, Quran, o nizamı, daha xəfif bir surətdə fikirlərə göstərən əlif hərfilə, yəni, günəşin dönməsilə ifadə edir. Məqsədi, nizamı göstərməkdə xəfiflik təmin etməkdir.

Belə asan bir surətdə onu söyləmək mümkün ikən; "Yox, sən, mütləq 'قول/qavələ' deyəcəksən. Çünki, bunun əsli, vavdır." demək, ağıllı iş deyildir. Əsli, istər vav olsun, istər nə olursa olsun, məqsədə təsir etməz. "قال/Qalə" deyən bir adama: "Sən, fəsahəti pozdun." deyilməz.

Not: Bu misalın izahı da, 1-ci Məqalə'nin 8-ci Məsələsindəki 7-ci Bəla'nın son qismində verilmişdir. Ora müraciət edə bilərsən.

 

Ey birader, insaf et: Acaba şu üç nokta-i itiraz cemi' a'sarda cemi' insanların irşadları için inzal olunan Kur'ân'ın i'câzına en zahir delil değil midir?

Yəni:

Ey qardaş! İnsaf et:

Görəsən, bu 3 etiraz nöqtəsi, bütün əsrlərdə, bütün insanların irşadları üçün endirilən Quranın i'cazı (möcüzəliliyinə), ən zahir dəlil deyildirmi?!

Müəllifin qəsdi, budur:

Yəni sən etirazçı, bu 3 şeyi bir qüsur zənn edərək, etiraz edirdin. İndi, bu izahlardan sonra, artıq insafla bax. Görəsən bunlar, Quranın möcüzəliliyinin ən zahir dəlilləri deyildirlərmi?! Çünki, əgər bəşər kəlamı olsaydı, bu incə sirləri bilə bilməyəcəyindən; və həm də bütün əsrlərin fikir və hissiyyatlarına birdən xitab etməyə qadir ola bilməyəcəyindən, bir qismini irşad edim deyərkən; çox kimsələri idlal edəcəkdi.

 

Evet..

وَالَّذِى عَلَّمَ الْقُرْاٰنَ الْمُعْجِزَ اِنَّ نَظَرَ الْبَشِيرَ النَّذِيرَ وَبَصِيرَتَهُ النَّقَّادَةَ اَدَقُّ وَاَجَلُّ وَاَجْلٰى وَاَنْفَذُ مِنْ اَنْ يَلْتَبِسَ اَوْ يَشْتَبِهَ عَلَيْهِ الْحَقِيقَةُ بِالْخَيَالِ وَاِنَّ مَسْلَكَهُ الْحَقَّ اَغْنٰى وَاَعْلٰى وَاَنْزَهَ وَاَرْفَعَ مِنْ اَنْ يُدَلِّسَ اَوْ يُغَالِطَ عَلَى النَّاسِ

(Şu Arabiyyü'l-ibare, iki mezheb-i bâtılın reddine işarettir.)

Yəni:

Bəli!

"Möcüzə göstərən Quranı təlim edən Zata and olsun ki, o müjdələyici və qorxuducu olan (Muhamməd)'in nəzəri və nəqqad olan bəsirəti, həqiqətin xəyalla qarışmasından və bənzəməsindən daha dəqiq, daha cəlil, daha zahir və daha nafiz (nüfuz edən)'dir. Və Onun haqq olan məsləyi, haqqı, batil xəyallarla qarışdıraraq insanların zehnlərinə tədlis etməkdən; və vəhmiyyatı, həqiqət kimi göstərərək, tağlit etməkdən, daha zəngin, ali, təmiz və yüksəkdir."

Ərəbcə olan bu ibarə, 2 batil məzhəbin rəddinə işarətdir.

 

(Müəllimiz Ustad Nursi, bu ibarənin qısa bir mənasına işarətlə deyir):

Neam, hayalin ne haddi vardır ki, nurefşan olan nazarına karşı kendini hakikat göstere bilsin.

Yəni:

Bəli! Xəyalın nə həddi var ki, (Onun) nur saçan nəzərinə qarşı, özünü həqiqət göstərə bilsin.

Müəllifin qəsdi, budur:

Necə ki, qaranlıqlar içində olan bir adam, əşyanın həqiqətilə xəyalını, tam olaraq bir-birindən ayıra bilməz. Xəyallar və vəhmlər, ona, həqiqət imiş kimi görünə bilərlər. Lakin, günəş, nuru ilə qaranlığı qaldırıb əşyanın həqiqətini izhar etdiyində, artıq, xəyalla həqiqət, bir-birinə qarışmaz.

Eynilə bunun kimi də, Özünə Quranın endirildiyi Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in nəzəri də, elə nur saçandır ki, həqiqəti, olduğu kimi görür və göstərir. Xəyallar və vəhmlər, Ona, həqiqət kimi görünə bilməzlər.

Bu cümlə, çox məsələyə təmas edən külli bir qayda olmaqla bərabər; zahiriyyun məzhəbinin də rəddinə işarətdir. Belə ki:

Zahiriyyun, Quranda məcazın olduğunu inkar edərək, yalnız ayətin zahirinə hökm edən bir tayfadır. Onlara görə, Quranda, məcaz və istiarələr yoxdur. Məsələn, ayətin zahiri, yerin düz olduğunu söylədiyinə görə, yer, düzdür. "Günəş, palçıqda batır." dediyinə görə, elədir. Halbuki, bu təqdirdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), xəyal və vəhmləri, həqiqət zənn etmişdir, demək olur. Bəli, insan, yerin böyüklüyünü əhatə edə bilmədiyi üçün, onu, düz kimi görür. Həm, yenə əhatə edə bilmədiyindən, günəşi, dönür kimi zənn edir. Halbuki bunlar, xəyal və vəhmiyyatın bir hökmüdür. Quranın Özünə inzal ediliyi Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in incəliklərə nüfuz edən nəzəri isə, belə xəyalları həqiqətlə qarışdırmaqdan, münəzzəhdir.

Demək, Quranda, məcazlar, kinayələr və istiarələr vardır. Bu tərz mütəşabihlər, avama mumaşat üçündür. Əsli məqsədləri olan tövhid, nübüvvət, haşr və ədalət kimi məqsədlərə irşad və təlim üçün, bəşərin ağlına görə bir tənəzzüldür. Əks təqdirdə, "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, xəyal, həqiqət kimi görünmüşdür." demək lazım gəlir.

Həm, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, xəyalı, həqiqət zənn etməsi, mümkün olmadığı kimi; həqiqəti bildiyi halda, xalqın zehnini tədlis və tağlit etməkdən də, Onun haqq olan məsləyi, zəngindir. Çünki, haqq, aldatmaz və aldatmağa da ehtiyacı yoxdur. Aldatmaq, nahaqların möhtac olduğu bir şeydir. Bunu ifadə üçün, Müəllifimiz, 2-ci "Bəli" kəliməsi ilə, buna işarət edir:

Evet, mesleği nefs-i hak ve mezhebi ayn-ı sıdktır. Hak ise, tedlis ve tağlit etmekten müstağnîdir.

Yəni:

Bəli! Məsləyi, haqqın; və məzhəbi də, sidqin özüdür. Haqq isə, tədlis və tağlit etməkdən zəngindir.

Müəllifin qəsdi, budur:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in haqq olan məsləyi, insanların zehnlərini tədlis və tağlit etməkdən zəngin olduğu üçün, zehnlərin anlamağa hələ əlverişli olmadığı və Quranın əsli məqsədlərinə daxil olmayan və kainatın maddi təşəkkülatına dair olan mövzuları, ibham və itlaq edər; bəzən də, irşad üçün, onların zəruriyyat saydıqları fikirlərinə mumaşat edər ki, əsli məqsədlərinə irşad etmək üçün bir vəsilə qılsın. Əgər elə mövzuları da açıqlamış olsaydı, zehnləri tədlis və tağlit etmiş olardı ki, bu, Onun, haqq olan məsləyinə uyğun düşməzdi. Ancaq, Quran, belə ibham və itlaq edərkən; və ya onların zahir hisslərinə mumaşat edərkən, əsla onları təsdiq də etməz. Yəni, Quran, onlara dəlalət etməz. Əks təqdirdə, insanların zehnlərini, yalanlarla tədlis və tağlit etmiş olardı. Onun üçün, həqiqətə rəmz edən qərinə və əmarələri, ağıl sahibləri üçün qoymuşdur.

Müəllifimizin bu sözü də, külli bir qayda olduğundan, eyni zamanda, şiədən olan batiniyyun məzhəbinin də rəddinə işarət edir. Belə ki:

Batiniyyun məzhəbi, "Quranın əsl mənası, zahirindən başa düşülən deyildir." deyirlər. "Allahın muradı, ayələrin zahiri deyildir. Başqa bir məna qəsd edilmişdir." deməkdədirlər.

Buna görə, Allah Taala, demək istədiyi şeyi, açıqca deməmiş; üstəlik, elə bir surətdə söyləmişdir ki, eşidənlər, qəsd etdiyi mənadan başqa bir məna başa düşürlər.

Bu isə, Quranın vazehlik və fasihliyinə müxalif olduğu kimi; bundan, insanların zehnlərini də, tədlis və tağlit etmək mənası çıxır.

İstiqamətli yol isə, bu ikisinin ortasıdır. Bəli, Quran, fasihdir və vazehdir. Təlbis etməz. Məqsədini, ən zahir bir surətdə ifadə edər. Onun üçün, məcazi mənanın murad olduğuna bir qərinə olmadığı müddətcə, zahir əsasdır. Lakin, məcazların da istifadəsi, bəlağatca bəyənilən; və irşad və təlimdə çox lüzumlu olduğundan, Quran, məcazlar da istifadə etmişdir. Quranda məcazların varlığı, inkar edilə bilməz. Lakin Quran, məcaz etdiyində, şübhəsiz, məcaz üçün bir qərinə də dərc etmişdir.

Xülasə:

Məcaza qərinə/ipucu olduğu halda, zahirə yönəlmək, xəyalı, həqiqət qılmaq olduğundan, bir dəlalət olduğu kimi; qərinə olmadığı halda, zahiri, məcaza həml etmək və zahirdən dönmək, kəlamı təxrib etmək və Quranın fasehliyini inkar etmək və xalqı tədlis etdiyini iddia etmək olduğundan, bu da, bir dəlalətdir.

• Məcaz üçün bax:

https://suallarlaislam.com/m%C9.../m%C9%99caz-n%C9%99dir

• Məcaz üçün bir qərinənin mövcud olması üçün bax:

https://suallarlaislam.com/.../mut%C9%99sabih-l%C9%99fzl...

• Quranın zahiri və batini üçün bax:

https://suallarlaislam.com/.../h%C9%99r-ay%C9%99tin...

• Batinilərin mərdud (rədd edilən) təfsirləri üçün bax:

https://suallarlaislam.com/.../isari-t%C9%99fsir-haqqinda...

---------------------

---------------------

(Beşinci Meslek)

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sidqini isbatda 5-ci Məslək isə: möcüzələrdir.

Möcüzələr, kainatın Xaliqi tərəfindən bir təsdiq olduğu üçün, sidqi isbat etməkdə, ən məşhur və asan yol, budur.

Möcüzə:

~ Lüğəvi mənası etibarı ilə: "aciz buraxan" deməkdir.

~ İstilahi (terminoloji) mənası etibarı ilə də: "Nübüvvət/peyğəmbərlik iddia edən bir Şəxsin əlində, meydan oxuma vaxtında, Nübüvvət iddiasının isbatı üçün zahir olan və kainatda cari olan qanunları xərq edən/deşən xariquladələr/adəti xərq edən şeylər"dir.

Bunların, kainatda adət üzərə cərəyan edən qanunların xilafına olması; və Nübüvvət iddia edən bir Şəxsin istəyi üzərə zahir olması, təsadüf ehtimalını ortadan qaldırdığından, kainatın Xaliqi tərəfindən bir təsdiq nişanəsi olduğu, bədihi/açıq olur.

Buna görə, adət üzərə cərəyan edən şeylər, kainatın Xaliqi tərəfindən bir təsdiq olmadığı kimi; Nübüvvət iddia etməyən bir insanda görünən adətə müxalif xariqələr də, Xaliq tərəfindən bir təsdiq sayılmaz. Çünki, dünya, imtahan meydanı olduğundan, Haqq Taala, bir kafirə də, nemətlər və bəzi müvəffəqiyyətlər verə bilər. Məsələn, dənizdə boğulmaq üzərə olan bir kafiri, Allah Taala, adətə müxalif bir surətdə xilas edə bilər. O kafir, Nübüvvət iddiasında olmadığı üçün, bu, onu, təsdiq mənasına gəlməz. Bununla bərabər, bu şeyin, ona verilən mal-mülk və övlad kimi sair nemətlərdən, bir fərqi də yoxdur. Hamısı, imtahan üçündür. Təsdiq üçün deyil. Əgər şükr etməz və küfrdə davam edərsə, verilən bu nemətlər, istidrac olar.

Ancaq, Nübüvvət iddiasında olan bir şəxs, əgər müftəri olsa, kainatın Xaliqi tərəfindən, əsla, onun əlində bir xariqə izhar etməz. Çünki bu, o müftərini təsdiq etmək olar və bütün Nəbilərin nübüvvət iddialarına da, bir şübhə buraxmış olar.

 

Möcüzə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mocuz%C9%99-v%C9%99-qisiml%C...

-----------------------

Müəllifimiz, möcüzənin, kainat Xaliqi tərəfindən necə bir təsdiq olduğunu, belə izah edir:

Evet, mu'cizât-ı Ahmediyenin (a.s.m.) yüz tevatür kuvvetinde bir kat'iyeti vardır. Mu'cize ise, Hâlık-ı Kâinat tarafından, onun dâvâsına bir tasdiktir, sadakte hükmüne geçer. Nasıl ki, sen bir padişahın meclisinde ve daire-i nazarında desen ki, "Padişah beni filân işe memur etmiş." Senden o dâvâya bir delil istenilse, padişah "Evet" dese, nasıl seni tasdik eder. Öyle de, âdetini ve vaziyetini senin iltimasınla değiştirirse, "Evet" sözünden daha kat'î, daha sağlam, senin dâvânı tasdik eder.

Öyle de, Resul-i Ekrem aleyhissalâtü vesselâm dâvâ etmiş ki:

"Ben, şu kâinat Hâlıkının meb'usuyum. Delilim de şudur ki: Müstemir âdetini, benim dua ve iltimasımla değiştirecek. İşte, parmaklarıma bakınız, beş musluklu bir çeşme gibi akıttırıyor. Kamere bakınız, bir parmağımın işaretiyle iki parça ediyor. Şu ağaca bakınız, beni tasdik için yanıma geliyor, şehadet ediyor. Şu bir parça taama bakınız, iki üç adama ancak kâfi geldiği halde, işte, iki yüz, üç yüz adamı tok ediyor."

Ve hâkezâ, yüzer mu'cizâtı böyle göstermiştir.

Yəni:

Bəli. Əhməd (aleyhissəlam)'ın möcüzələrinin, 100 təvatür qüvvətində bir qətiyyəti vardır. Möcüzə isə, kainat Xaliqi tərəfindən, onun iddiasına bir təsdiqdir. "Sadəqtə/doğu söylədin" hökmünə keçər. Necə ki, sən, bir padşahın məclisində və nəzər dairəsində desən ki: "Padşah, məni, filan işə məmur etmişdir." Səndən, o iddiaya bir dəlil istənilsə, padşah da: "Bəli." desə, (bu), səni necə təsdiq edər. Elə də, adətini və vəziyyətini sənin istəyinlə dəyişdirərsə, "Bəli." sözündən daha qəti, daha sağlam, sənin iddianı təsdiq edər. Elə də, Allah rəsulu (aleyhissəlatu vəssəlam), iddia etmişdir ki: "Mən, bu kainat Xaliq'inin məbusu (göndərdiyi şəxs)'əm. Dəlilim də budur ki: müstəmir (davamlı, yerləşmiş) adətini, Mənim dua və istəyimlə dəyişdirəcək.

~ Barmaqlarıma baxın, 5 lüləkli bir bulaq kimi axıtdırır;

~ Aya baxın. Bir barmağımın işarətilə, (ayı) 2 parça edir;

~ Bu ağaca baxın. Məni təsdiq üçün, yanıma gəlir, şəhadət edir;

~ Bu bir parça təama baxın. 2-3 adama ancaq kifayət etdiyi halda, 200-300 adamı tox edir." Və s.

Beləcə, 100-lərlə möcüzə göstərmişdir. (S. Nursi, "Məktubat", 19-cu Məktub, 2-ci Nüktəli İşarət)

https://www.erisale.com/#content.tr.2.133

----------------------------

Mârufe ve meşhure olan havarık-ı zahire ve mu'cizat-ı mahsusadır.

Yəni:

Məruf və məşhur olan zahir xariqələr və hissi möcüzələrdir.

-----------------------

Şərhi:

Mətndəki:

~ "Havarık-ı zahire": "zahir xariqələr" deməkdir. Möcüzənin zahir olması, hisslərlə açıq bir surətdə hər kəsə göründüyü; onun üçün, ağlın, fikir və nəzərə ehtiyac duymaması cəhətilədir.

~ "Mucizat-ı mahsuse": "hisslərlə bilinən möcüzələr" deməkdir.

Bundan əvvəlki 4 Məslək içində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Zatına, şəriətinə və icraatlarına baxan bir çox möcüzələr bəyan edildi. Lakin onlar, əqli möcüzələr idilər. Burdakı möcüzələr isə, hissi və zahir möcüzələrdir. Möcüzə deyildiyində ağla ilk gələn məruf və məşhur məna da, bax, bu zahir və hissi kövni möcüzələrdir.

--------------------------------

Siyer ve tarihin kitapları onlarla meşhundur. Ulemâ-yı kiram (cezahümüllahu hayran) hakkıyla tefsir ve tedvin etmişlerdir. Malûmun tâlimi lâzım gelmemek için, biz tafsilinden kat-ı nazar ettik.

Yəni:

Siyər və tarix kitabları, onlarla doludur. Böyük alimlər (Allah, onları, xeyirlə mükafatlandırsın), haqqı ilə təfsir və tədvin etmişlərdir. Məlumun təliminin lazım gəlməməsi üçün, biz, təfsilindən nəzərimizi kəsdik.

-------------------------

Şərhi:

Yəni, biz, burda, icmal edəcəyik. Çünki, icmal yerinə təfsillə bəyan etsək, məlumu i'ləm etmiş (bildirmiş) olarıq. Bu isə, ya əbəsdir və yaxud mütəkəllimun'un yanında zahir bir şeyin xafi/gizli olduğuna və ya muxatabı cahil görməyə işarət edər.

İndi, Müəllifimiz Ustad Nursi, bu kövni möcüzələrin cəmini birdən təsəvvür edib, onlara birdən nəzər edə bilmək üçün, icmalına bir işarət edəcək şəkildə, möcüzələri təsnif və tərtib edir. Möcüzələr haqqında tək-tək danışmayıb, növlərə bölür. Ancaq, bu əsnada, hər bir növün, necə bir məna daşıdığını və nəyə dəlalət etdiyini söyləyir ki, Müəllifin elm sahəsinə verdiyi əlavə fayda, bax bu təsnifat və o möcüzələrdəki mənalardır.

------------------------------

(İşaret)

Şu havarık-ı zahirenin herbir ferdi eğer çendan mütevatir değildir, mutlaka cinsleri, belki çok envâı kat'iyen ve yakînen mütevatir-i bilmânâdır.

Yəni:

(İşarət):

Bu zahir xariqələrin hər bir fərdi, əgər hərçənd mütəvatir deyildirsə də; mütləq, cinsləri; bəlkə çox növləri, qətiyyən və yəqinən məna olaraq mütəvatirdir.

-------------------------

Şərhi:

Yəni, bu 1000 möcüzənin içində, bəziləri, fərd olaraq mütəvatirdir. Məsələn, ayın yarılması; quru dirəyin ağlaması; barmaqlarından su axıtması; və bir ovuc torpaq atıb qarşısındakı ordunu məğlub etməsi kimi bəzi fərdləri, həqiqi mütəvatirdir. Hətta, bunlardan ayın yarılması və bir ovuc torpaqla qarşısındakı ordunu məğlub etməsi, ayələrlə sabitdir. (Bax: Qəmər/1; Ənfal/17)

Lakin, digər bəziləri isə, fərd olaraq təvatür həddinə çatmamışlardır. Ancaq, çoxunun, növü mütəvatirdir. Digər qisminin də, cinsləri mütəvatirdir.

Fərdlərin müştərək vəsfi ilə ---> növlər; növlərin müştərək vəsfilə isə ---> cinslər meydana gəlir. Məsələn: Yusif, bir fərddir. İnsan, növdür. Heyvan (canlı) isə, cinsdir.

Buna görə, məsələn filan vaxtda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in duası ilə, bir ovuc təamın bərəkətlənərək bir çox insana kifayət etməsi...Əgər xüsusu ilə bu hadisə təvatür dərəcəsinə çatmasa belə, onunla eyni növdən olan sair təam möcazələri, o qədər çoxdur ki, bütün bu növə aid rəvayətlər bir-birilə birləşərək, aralarında müştərəklik olan təamın bərəkəti növü, mənəvi təvatür ilə sabit olur. Əgər növü mütəvatir olmasa, cinsi mütəvatirdir. Təamın bərəkətinin yaxın cinsi, gərək təam, gərəksə də içəcək olsun, bütün bərəkət möcüzələridir. Orta cinsi, duası ilə zahir olan xariqələrdir. Baid/uzaq cinsi isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bütün möcüzələrinin cəmindən çıxan, "Bu Şəxs, möcüzələr göstərmişdir." həqiqətidir. Dolayısı ilə, hər bir möcüzə, öz növü ilə və sonra öz cinslərilə birləşərək, nəhayətdə yüzlərlə təvatür qüvvətilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in möcüzə göstərən bir Şəxs olduğunu isbat edir. Bu mövzu mühim olduğundan, Müəllifin bu xüsusdakı bəyanını, eynilə nəql edirik:

Təvatür, 2 qisimdir:

1. Biri, sarih/açıq təvatür;

2. Biri, mənəvi təvatürdür.

Mənəvi təvatür də, 2 qisimdir:

2.1. Biri, sükutidir. Yəni, sükut ilə qəbul göstərilmişdir. Məsələn, bir camaat içində, bir adam, o camaatın nəzəri altında bir hadisəni xəbər versə; camaat onu təkzib etməsə; sükut ilə müqabilə etsə, qəbul etmiş kimi olar. Xüsusən, xəbər verdiyi hadisədə, camaat onunla əlaqədar olsa; həm tənqidə hazır, xəta qəbul etməz və yalanı çox çirkin görən bir camaat olsa, əlbəttə, onun sükutu, o hadisənin vaqe olmasına qüvvətlə dəlalət edər.

2.2. İkinci qisim mənəvi təvatür budur ki: Bir hadisənin vaqe olmasına, məsələn, "1 qiyyə təam, 200 adamı tox etmişdir." deyilsə; lakin onu xəbər verənlər, ayrı-ayrı surətdə xəbər versələr...Biri, bir cür; biri, başqa bir surətdə; digəri başqa bir şəkildə bəyan etsə...Lakin, ümumən, eyni hadisənin vaqe olmasında müttəfiqdirlər. Bax, mütləq hadisənin vaqe olması, məna olaraq mütəvatirdir, qətidir. Surətdəki ixtilaf isə, zərər verməz. Həm bəzən olur ki, xəbər-i vahid, bəzi şərtlər daxilində, təvatür kimi qətiyyət ifadə edər. Həm bəzən olur ki, xəbər-i vahid, xarici əmarələrlə, qətiyyət ifadə edər.

Bax, Allah rəsulu (aleyhissalatu vəssəlam)'dan bizə nəql olunan möcüzələri və nübüvvət dəlillərinin böyük qismi, təvatür ilədir...(Ki, bu təvatür), ya sarih, ya mənəvi, ya sükutidir. Bir qismi isə, hərçənd xəbər-i vahid ilədir. Lakin, elə şərtlər daxilində, münəqqid mühəddislər nəzərində qəbula layiq olduqdan sonra, təvatür kimi qətiyyət ifadə etmək lazım gəlir.

Bəli, mühəddislərin mühəqqiqlərindən "əl-hafiz" deyə təbir etdikləri şəxslər; ən az 100.000 hədisi hifzinə almış minlər mühəqqiq mühəddislər; həm 50 il sübh namazını, işa namazı dəstəmazı ilə qılan müttəqi mühəddislər; və başda Buxari və Muslim olaraq Kütüb-ü Sittə sahibləri olan hədis elmi dahiləri, allamələri, təshih və qəbul etdikləri xəbər-i vahid, təvatür qətiyyətindən geri qalmaz.

Bəli, hədis elminin mühəqqiqləri, nəqqadları, o dərəcə hədis ilə xüsusiyyət peyda etmişlərdir ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ifadə tərzinə və ali üslubuna və ifadə surətinə ünsiyyət edib (elə) ustalıq qazanmışlardır ki, 100 hədis içində bir mövzu (uydurma) hədis görsə, "Mövzudur." deyər. "Bu, hədis ola bilməz və Peyğəmbərin sözü deyildir." deyib rədd edər. Sərraf kimi, hədisin cövhərini tanıyar; başqa sözü, ona qarışdırmaz. Yalnız, ibnu'l-Cevzi kimi bəzi mühəqqiqlər, tənqiddə ifrat edib, bəzi səhih hədislərə də mövzu demişlərdir. Lakin, hər mövzu şeyin mənası, yalnışdır demək deyildir. Əksinə, "Bu söz, hədis deyildir." deməkdir. ("Məktubat", 19-cu Məktub, 3-cü Nüktəli İşarət)

https://www.erisale.com/#content.tr.2.138

 

Yenə, müəllifimiz Ustad Nursi, eyni adlı əsərin 14-cü İşarət, 9-cu Misalında deyir:

Bax, bu cüziyyatlar kimi, daha çox misallar var. Onların çoxunu, hədis imamları nəql etmişlərdir. Bu cüziyyatın hər birini, xəbər-i vahid və zəif fərz etsək belə, yenə cəmi, mənəvi bir təvatür hökmündə, Əhməd (aleyhissalatu vəssəlam)'ın mütləq bir möcüzəsini göstərir. Çünki, bir hadisə, ayrı-ayrı və çox surətlərlə nəql edilsə, əsl hadisənin vaqe olması, qəti olur. Surətlərin hər biri zəif belə olsa, yenə, əsl hadisəni isbat edir. Məsələn:

Bir gurultu eşidildi. Bəziləri dedilər ki: "Filan ev, xarab oldu." Digəri: "Başqa ev xarab oldu." dedi. Daha başqası, başqa bir evi söylədi və s...

Hər bir rəvayət, xəbər-i vahid də, zəif də, vaqeəyə müxalif də ola bilər. Lakin əsl vaqiə ki: Bir ev, xarab olmuşdur...O, qətidir. Onda, hər kəs müttəfiqdir.

Halbuki, bəhs etdiyimiz bu 6 cüziyyat, həm səhihdirlər; həm bəziləri, şöhrət dərəcəsinə çıxmışlardır. Bunların hər birini zəif saymağı fərz etsək (belə), təmsildə, mütləq bir evin xarab olması kimi; yenə, cüziyyatın cəmində, Əhməd (aleyhissalatu vəssəlam)'ın mütləq bir möcüzəsinin varlığını, qətiyyən göstərir.

Bax, Allah rəsulu (aleyhissalatu vəssələm)'ın açıq möcüzələri, hər bir növdə, qəti olaraq mövcuddur. Cüziyyatı belə, o külli və mütləq möcüzənin surətləri və yaxud nümunələridir. Allah rəsulu (aleyhissalatu vəssəlam)'ın, necə ki, əli, barmaqları, tüpürcəyi, nəfəsi, sözü, yəni duası, çox möcüzələrin məbdəsi olur. Eynilə bunun kimi, Allah rəsulu (aleyhissalatu vəssəlam)'ın sair hissləri, cihazları, çox xariqələrə mədardır. Siyər və tarix kitabları, o xariqələri bəyan etmişlər; sirət və surət və hisslərində, çox Nübüvvət dəlilləri mövcud olduğunu göstərmişlər.

https://erisale.com/#content.tr.2.220

----------------------------

O havarık, birkaç nev üzerindedir.

Yəni:

O xariqələr, bir neçə növdürlər.

---------------------

Şərhi:

Müəllifimiz Ustad Nursi, burda, möcüzələri 3 əsas qisim üzərinə işləməkdədir. Belə ki:

1. İrhasat (irhaslar) deyilən nübüvvətdən əvvəlki möcüzələr;

2. Qeybi xəbərlər verməsi;

3. Hissi möcüzələr.

Sonra, bu hissi möcüzələrdən 4 qismi təsrih edib yerdə qalanını da alimlərin bəyanına həvalə edir.

------------------------

İşte:

Bir nev'i: İrhasat-ı mütenevviadır.

Yəni:

Bir növü: Növbənöv irhaslardır.

------------------------

Şərhi:

Birinci növ möcüzə, öz içində də çox növləri olan irhaslardır.

"İrhas" kəliməsi:

~ Lüğət mənası etibarı ilə: "bir şeyi dəstəkləmək, qüvvətləndirmək" və ya "bir şeyin təməlini qoyub, sabit qılmaq" və ya "bir şeyi əvvəldən xəbər vermək" və ya "bir kimsəni, xeyrin mədəni qılmaq" kimi mənalara gəlir.

~ İstilahi (terminoloji) mənası etibarı ilə isə: "bir Nəbinin, Nübüvvət gəlmədən əvvəl nail olduğu xariqələr"dir.

Əslində, -yuxarıda dediyimiz kimi- möcüzələr, Nəbilərə xasdır və Nübüvvət iddiasının isbatı üçün zahir olan xariqələrdir. Nəbi olmayan kimsədə, möcüzə olmaz. Halbuki, irhas vaxtında, bu Şəxs, Nəbi deyildir və belə hər hansı bir iddiası da yoxdur. Lakin bu Şəxs, sonradan Nəbi olacağından, əvvəldə zahir olan bu xariqələr, ilədidə vaqe olacaq iddiaya dəstək verdiyindən və bir növ O Şəxsin Nübüvvətini müjdələyib xəbər verdiyindən, yenə, Nübüvvət iddası ilə əlaqədar xariqələrdir. Bax, bu cəhətdən, irhaslar haqqında, sair möcüzələrdən ayırd edilərək danışılır.

Müəllifimiz Ustad Nursi, irhas növünün, öz içində də növləri olduğunu zikr etdi. "Məktubat" adlı əsərinin 19-cu Məktub'unun 16-cı İşarətində, bunu, 3 qismə ayıraraq izah edir. Belə ki:

• Birinci qisim irhas: "Tövrat, İncil, Zəbur və bəzi Peyğəmbərlərə gələn səhifələrin, Peyğəmbərimizə dair verdikləri xəbərlər"dir.

Bu kitablarda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xəbərlərinin mövcud olduğu; həm bunların, Quranın nassı ilə sabit olduğu; və həm Allah rəsulu (sallallahu aleyhi və səlləm), daim, kitab əhlinə: "Kitablarınızda, Mənim vəsflərim vardır." deyərək hüccət gətirdiyi; və sonra, bütün ümmət, bütün əsrlərdə, bu hüccətə istinad etdiyi halda, kitab əhlindən heç kimin bunu təkzib edə bilməməsi; üstəlik, kitab əhlindən bir çox kimsənin, bunu etiraf və iqrar edərək iman etməsi, bunun doğruluğuna, sadiq bir şahiddir.

Bununla bərabər, Hüseyn Cisri (rahmətullahi aleyh), "Risale-i Həmidiyyə" adlı əsərində, bu anki muharrəf kitablarda da 100-dən çox ayətin, Muhammədin risalətindən xəbər verib təsdiq etdiyini göstərmişdir. Bunlardan 30-dan çoxunu, Müəllifimiz Ustad Nursi, 19-cu Məktub'da zikr etmişdir.

İkinci qisim irhas: "Fətrət dövründə, kahinlərin və o zamanın arif-i billah bəzi şəxslərinin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gələcəyini xəbər vermələri və bu xəbərlərini nəşr edib şeirlərilə gələcək əsrlərə buraxmaları"dır.

Üçüncü qisim irhas: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəladəti (doğumu) əsnasında, Onun vəladətilə əlaqədar bir surətdə meydana gələn xariqələr və sonrasında 40 yaşında Nübüvvət gəlincəyə qədər zahir olan möcüzələr"dir.

Bu 3 qismi oxumaq üçün, aşağıdakı linkə bax:

https://erisale.com/#content.tr.2.234

İndi, Müəllif, bu irhasların dəlalət etdiyi mənanın nə olduğunu bəyan edir. Belə ki --->

------------------------

Güya o asır, Peygamberden (a.s.m.) istifade ve istifaza ederek, keramet sahibi olduğundan, kalb-i hassâsından hiss-i kablelvukua binaen irhasatla Fahr-i Âlemin geleceğini ihbar etmiştir.

Yəni:

Sanki o əsr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən istifadə və istifazə edərək (feyz alaraq), kəramət sahibi olduğundan, qəlb həssaslığından (sayılan) olmadan əvvəl bir şeyi hiss etməsindən dolayı, irhaslarla, aləmin Fəxrinin gələcəyini xəbər vermişdir.

----------------------------

Şərhi:

Yəni, necə ki, günəşin doğması yaxınlaşdığında, özü görünmədən əvvəl nuru gecədə zahir olur və ətrafı işıqlandırırsa; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də gəlməsi yaxınlaşdığında, Onun feyzinin təsiri, aləmdə görünməyə başladı. Necə ki, səhabə, Ondan istifadə və istifazə ilə ən yüksək vəlayət dərəcəsinə çıxdısa; və səadət əsri, bütün əsrlərin fövqündə xariqələrə nail oldusa; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gəlişinin yaxınlaşdığı vaxtda da, o əsr, sanki, Nübüvvətin nurundan istifadə və istifazə ilə, sanki kəramət sahibi bir vəli kimi, qəlb həssasiyyəti peyda etmişdir ki, hiss-i qablə'l-vuqu (olmadan əvvəl bir şeyi hiss etmək) ilə, aləmin Fəxrindən bəhs etməyə başlamışdır.

Hiss-i qablə'l-vuqu: "bir şeyi, vaqe olmasından əvvəl hiss etmək" deməkdir. Məsələn, qəlb, həssasiyyətilə, bir adamın gələcəyini hiss edər. Lakin şüur, o hissin hardan qaynaqlandığını bilə bilmədiyi üçün, əlaqəsiz bir surətdə, o adamdan bəhs etməyə başlayar. Sonra adam, bu sözün üstünə gəlib çıxınca: "Biz də, səndən bəhs edirdik." deyər.

Bax, bi'sətdən (Peyğəmbər olaraq göndərilməkdən) əvvəl də, o əsr, sanki belə bir həssaslıqla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bəhs etməyə başlamışdır.

 

Not:

Müəllifin zikr etdiyi bu məna: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəladətinə və bi'sətinə yaxın bir zamanda, kahinlərin, o dövrün arif-billahların verdiyi xəbərlər; məzar daşlarında Peyğəmbərə işarət edən yazılar; hətta, bütlərin və bütlərə kəsilən qurbanların nitqə gəlib danışması kimi zahir olan xariqələrin mənasıdır.

Ancaq, vəladəti sırasında, məcusilərin (atəşpərəstlərin) müqəddəs saydıqları 1000 ildir yanan atəşin sönməsi; kisra sarayının şərəfələrinin yıxılması; xristiyanların təqdis etdikləri Sava gölünün batması; və Kəbə'dəki bütlərin üzü üstə düşmələri isə, bunların dəlalət etdiyi mənanı, Müəllif Bədiü'z-zaman, belə ifadə edir:

Bax, bu 3-4 hadisə işarətdir ki: O yeni dünyaya gələn Şəxs, atəşpərəstliyi qaldıracaq; fars səltənətinin sarayını parçalayacaq; Allahın iznilə olmayan şeylərin təqdisini (müqəddəs sayılmasını) əngəlləcəyəkdir. (19-cu Məktub, 16-cı İşarət, 3-cü Qisim)

Həm, səmavi kitabların Ondan xəbər verməsinin və bu irhasların bütün növlərinin ortaq dəlalətini də, Müəllif belə açıqlayır:

Bəli!

~ Dünyaya mənən rəis olacaq; və

~ Dünyanın mənəvi şəklini dəyişdirəcək; və

 

~ Dünyanı axirətə tarla qılacaq; və

İzahı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/dunya-axir%C9%99tin-tarlasid...

 

~ Dünya məxluqatının qiymətlərini elan edəcək; və

İzahı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...

 

~ Cin və insə, əbədi səadəti göstərəcək; və

~ Fani cin və insi, əbədi edamdan qurtaracaq; və

~ Dünyanın yaradılış hikmətini və qapalı tilsimini və müəmmasını açacaq; və

~ Kainat Xaliq'inin məqsədlərini biləcək və bildirəcək; və

~ O Xaliqi tanıyıb ümuma da tanıtdıracaq

bir Şəxs, əlbəttə, O, hələ gəlmədən əvvəl hər şey, hər növ, hər tayfa, Onun gələcəyini sevəcək və gözləyəcək və gözəl qarşılayacaq və alqışlayacaq və Xaliqi tərəfindən bildirilərsə, O da bildirəcək. Necə ki, -əvvəlki işarətlərdə və misallarda- gördük ki, məxluqatın hər bir növü, Onu gözəl qarşılayır kimi, möcüzələrini göstərirlər; möcüzə dililə, (Onun) nübüvvətini təsdiq edirlər. (16-cı İşarət)

------------------------------

Bir nev'i dahi: Gaybdan olan ihbarat-ı kesîresidir. Güya tayyar olan ruh-u mücerredi, zaman ve mekân-ı muayyenin kayıtlarını kırmış ve hudud-u maziye ve müstakbeleyi çiğnemiş, her tarafını görerek bize söylemiş ve göstermiştir.

Yəni:

Bir növü də: Qeybdən olan çoxlu ixbarları (xəbər vermələri)'dir.

Sanki, təyyar olan mücərrəd ruhu, müəyyən zaman və məkanın qeydlərini qırmış; və keçmiş və gələcək hüdudlarını tapdalamış; hər tərəfini görərək, bizə söyləmiş və göstərmişdir.

-----------------------

Şərhi:

Yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in 2-ci növ möcüzələri: "qeybdən verdiyi xəbərlər"dir. Bu da, əslində, 4 növdür:

1. Keçmişə;

2. Gələcəyə;

3. Kainatın həqiqətlərinə; və

4. Allaha dair həqiqətlərə

dair verdiyi qeybi xəbərlərdir.

Lakin, Müəllif, burda, mövzu, hissi möcüzələr olduğundan, yalnız keçmiş və gələcəyə dair qeybi xəbərlərdən bəhs edir.

Bu növ möcüzələrin dəlalət etdiyi məna da, budur:

Onun, cəsədindən sıyrılıb uçan ruhu, cəsədin müəyyən bir zaman və məkanda olma zəncirini qırmış; cəsədin həbsxanası olan hazır zamanın divarları olan keçmiş və gələcək hüdudlarını tapdalamış, hər tərəfini görərək bizə söyləmiş və göstərmişdir. Yəni, divarların arxasında olduğundan, bizə görünməyən keçmiş və gələcəyə dair şeyləri söyləyib, ağıl gözünə göstərmişdir. Sanki ruh, cəsəd deyilən həbsxanada bir məhbusdur. Cəsəd, keçmiş və gələcəyə nüfuz edə bilmədiyindən, hazır zaman deyilən bir hücrənin içindədir. O hücrənin 2 divarı da, keçmiş və gələcək hüdudlarıdır. Ruh, bu hücrə həbsində ikən, zaman və məkanda müəyyən bir bölmədə mövcud olmaq zərurəti ona təyin edilmiş, yəni, təhəyyüz (hər hansı bir zaman və məkanda yer tutmaq) qandalı ilə, əlləri qandallanmışdır. Ruhlar, bu surətdə, məhbus və qəfəsə salınmış bir quş ikən; Onun təyyar olan ruhu, bu qandalları qırmış və 2 divarı da parçalayıb divarın arxasındakı əşyanı bizə xəbər vermişdir.

 

Not: Müəllifin bu mövzuda zikr etdiyi hədislər, 19-cu Məktubun 5 və 6-cı İşarətlərində yer almaqdadır. Oxumaq üçün daxil ol:

5-ci Nüktəli İşarət:

https://www.erisale.com/?fbclid=IwY2xjawQYDgdleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEe4yOdgGNAfJqivHUDZsmphccgpZXEtaCP_COYpQ48tnaKzKOWQza5dxWyD3g_aem_91g7aCFZkEBSv3u9yGFeaw#content.tr.2.145

6-cı Nüktəli İşarət:

https://www.erisale.com/?fbclid=IwY2xjawQYDgdleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEe4yOdgGNAfJqivHUDZsmphccgpZXEtaCP_COYpQ48tnaKzKOWQza5dxWyD3g_aem_91g7aCFZkEBSv3u9yGFeaw#content.tr.2.155

Bu 2 qisimdə yer alan bəzi hədislərin şərhi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/73-firq%C9%99-h%C9%99disi?fbclid=IwY2xjawQYDolleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeyF_o-9e5A8T7KIpuFMKKax4Xbrm4RNHVMD3rcekd5rl5ioFmEV3diRqIxFw_aem_DRpJDYy8as1OuCGAKL7F_A

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ammari-kim-oldurmusdu?fbclid=IwY2xjawQYDppleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeIOUhUN_4mpuq1vtlgONJf-GKc3wkYEPD8wh3lQxh3LR0h-H_0IFqrm5uka8_aem_rO7KlZ-ErMZUAbjSmHXdJQ

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/istanbulun-f%C9%99thin%C9%99-dair-h%C9%99dis?fbclid=IwY2xjawQYDqpleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeFucv7NhD3CJuaqebu_VcKKeH8DKNkEREVLTdyttwt65p0m1atW2mq4gV1Q8_aem_nLYvZtuV03LAM2It0fxMhQ

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/turkl%C9%99r-haqqinda-h%C9%99disl%C9%99r-1?fbclid=IwY2xjawQYDr5leHRuA2FlbQIxMQBicmlkETFDSHgwendpU2VWMFpDM2g4c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHlZbSMYKKrT6KfWwdxToxD89CJVLWwV1yCtI4d_anvMW-dPR99OswUH-Ty-b_aem_Jj265jMZrrxqBITK30FAdQ

Qeyb nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qeyb-n%C9%99dir

--------------------

Bir kısmı dahi: Tahaddî vaktinde izhar olunan havarık-ı hissiyedir. Bine karib tâdad olunmuştur. Demek, söylediğimiz gibi, herbir ferdi âhâdî de olursa, mecmuu mütevatir-i bilmânâdır.

Yəni:

Bir qismi də: Meydan oxumaq vaxtında izhar edilən hissi möcüzələrdir. 1000-ə yaxın sayılmışdır.

Demək, söylədiyimiz kimi, hər bir fərdi əhəd də olsa; cəmi, məna olaraq mütəvatirdir.

------------------------

Şərhi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in 3-cü növ möcüzələri: Nübüvvəti inkar edənlərə, Nübüvvəti isbat vaxtında göstərilən hissi möcüzələrdir. Yəni, hisslərlə idrak edilə bilən kövni möcüzələrdir.

Bu növ hissi möcüzələrdən, təxminən 1000-ini, mühəqqiqlər, hədis kitabları, siyər və tarix kitablarında, sənədlərilə təsbit etmişlərdir.

Bu möcüzələrdən bəzi fərdlər, təvatür dərəcəsində olduğu halda; fərz edək hər biri əhəd xəbər olsaydı belə, yenə də, cəmi, məna olaraq mütəvatirdir. Çünki, bu 1000 möcüzənin müştərək cəhəti, Onun, möcüzələr göstərmiş olduğudur. 1000 möcüzə, bu müştərək cəhətdə ittihad etməklə bərabər, bir-birini dəstəkləyirlər. 5-6 təriqlə gələn bir xəbər belə, təvatür dərəcəsinə çatarkən; bu qədər çox olan sayı, təvatür qüvvətində bir qətiyyət ifadə edər. Təvatürə çatan bir xəbərdə isə, artıq, sənədə etibar edilməz. Xəbərin vaqe olması, qətiyyətlə sabit olar.

Bu növ hissi möcüzələrin, öz içində də, çox növləri vardır. 19-cu Məktub'da, bunlar:

~ təamdakı bərəkət möcüzələri;

~ su ilə bağlı möcüzələri;

~ ağacların danışması;

~ cansızların danışması;

~ heyvanlar və ölülər ilə bağlı möcüzələr;

~ cinlər və mələklərlə bağlı möcüzələr;

~ xəstələrin şəfa tapması;

~ duası ilə zahir olan möcüzələr;

~ Peyğəmbərin Öz Zatı; və

~ Quran

olaraq sayılmışdır.

Müəllifimiz Ustad Said Nursi, icmal etdiyindən, bu növ hissi möcüzələrdən, şəxsi mütəvatir olan 4 mühim möcüzəni xüsusilə zikr edib; dəlalət etdikləri mənaları bəyan edir. Digərlərini isə, alimlərin kitablarına həvalə edir. Belə ki --->

--------------------------

Birisi: Mübarek olan parmaklarından suyun nebeânıdır. Güya maden-i sehavet olan yed-i mübarekesinden mâye-i hayat olan suyun nebeânıyla, menba-ı hidayet olan lisanından, mâye-i ervah olan zülâl-i hidayetin feveranını hissen tasvir ediyor.

Yəni:

Biri: Mübarək olan barmaqlarından, suyun fışqırmasıdır.

Bax, bu möcüzə dəlalət edir ki: Sanki səxavət mədəni olan mübarək əlindən, həyat mayesi olan suyun qaynayıb axması ilə; hidayət mənbəyi olan dilindən, ruhların mayesi olan hidayət zülalının axdığını, hissən təsvir edir.

----------------------

Şərhi:

Yəni hidayət qaynağı olan dilindən, ruhların, sanki mayesi olan hidayət suyunun axdığının, maddi bir təmsili və təsviri olaraq, əllərindən su axır. Su, həyat üçün nədirsə; hidayət də, ruhlar üçün odur. Kainatın Xaliqi, onun əlindən həyat suyunu axıtmaqla; Onun dilinin də, ruhlara hidayət suyu axıtdığını, bəşərə dərs verir.

------------------------

Biri de: Tekellüm-ü şecer ve hacer ve hayvandır. Güya hidayetindeki hayat-ı mâneviye, cemadat ve hayvanata dahi sirayet ederek nutka getirmiştir.

Yəni:

Biri də: Ağacların, daşların və heyvanların danışmasıdır.

Sanki, hidayətindəki mənəvi həyat, cansızlar və heyvanlara da sirayət edərək, (onları) nitqə gətirmişdir.

-----------------------------

Şərhi:

Hidayət, mənəvi həyatdır. Əgər hidayət olmazsa, bu maddi həyat, həm fane, həm zail, həm də müvəqqəti olduğundan, həyatdan çox, ölümə yaxındır. Keçmiş və gələcəyi, ölü; yalnız qəbir kimi dar olan indiki zamana, məhbusdur. İndiki zaman da, növbənöv müsibət və kədərlərlə dolu, bir ləzzətinə min kədər qatılmış və daim keçmişdən gələn hüznlər və gələcəkdən gələn qorxular, hazır ləzzəti acılaşdırmaqdadır. Həm bu məhdud sayda insan və heyvanlardan başqa, bütün mövcudat da, ölüdür. Belə bir həyatın, sadəcə adı həyatdır. Məna cəhətində, həyatdan çox ölümdür, yoxluqdur. Hədsiz və hüdudsuz bir qaranlıq içində, səyyal bir an qədər görülən kiçik bir parıltı kimidir. Ancaq, ona hidayət gəldiyində, əbədi həyat sahibi bir Vacibu'l-Vücud'a intisab edər. O sərmədi həyat isə, günəş kimi, o qaranlıqları qaldırıb keçmiş və gələcəyi, göyləri, yeri və içindəki varlıqları, həyatlandırar. Bütün aləmə sanki ruh üfləyərək, zikr və təsbihə başladar. Ona, əbədi və səadətli bir həyatı göstərər. Hər bir möminin vücud və həyat dairəsini, kainat qədər genişləndirər. Bu ayə, bu həqiqətə işarət etməkdədir:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ

"Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin." (Ənfal/24)

Bax, Haqq Taala, rəsulunun gətirdiyi hidayətin, belə hər bir şeyə sirayət edən mənəvi bir həyat olduğunu bildirmək üçün, daşı, ağacı və heyvanları nitqə gətirmişdir.

-----------------------

Biri de: İnşikak-ı kamerdir. Güya kalb-i semâ hükmünde olan kamer, mübarek olan kalbiyle inşikakta bir münasebet peyda etmek için, sine-i saf ve berrakını mübarek parmağın işaretiyle iştiyakan şakk ve çâk etmiştir.

Yəni:

Biri də: Ayın yarılmasıdır.

Sanki, səmanın qəlbi hökmündə olan ay, mübarək olan qəlbilə yarılmaqda bir münasibət peyda etmək üçün, saf və parlaq sinəsini, (Ona olan) iştiyaqından, mübarək barmağının işarətilə yarmışdır.

-------------------------

Şərhi:

Bu möcüzə işarət edir ki:

Sanki:

~ kainat, böyük bir insandır;

~ səma, onun sinəsi;

~ ay da, onun qəlbidir.

Səmanın qəlbi olan bu ay, Allah rəsulunun mübarək sinəsinin Cəbrayıl vasitəsilə yarılıb, qəlbinin elm və hikmətlə doldurulması və həm səmavi vəhyə qarşı mübarək qəlbinin açılıb yarılmasına bənzəməsi üçün, bu ay da, öz saf və parlaq sinəsini, Ona olan iştiyaqından dolayı, Onun mübarək barmağının işarətilə yarmışdır.

Peyğəmbərin sinəsinin yarılması hədisi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/merac-h%C9%99disl%C9%99ri-1

--------------------

(Tenbih)

İnşikak-ı kamer mütevatir-i bilmânâdır. وَانْشَقَّ الْقَمَرُ olan âyet-i kerîmeyle sabittir. Zira, hattâ Kur'ân'ı inkâr eden dahi bu âyetin mânâsına ilişmemiştir. Hem de ihtimal vermeye şayan olmayan bir tevil-i zayıftan başka tevil ve tahvil edilmemiştir.

Yəni:

(Tənbeh):

Ayın bölünməsi (möcüzəsi), məna olaraq mütəvatirdir. "Ay yarıldı." (Qəmər/1) ayətilə (də) sabitdir. Çünki, hətta Quranı inkar edən belə, bu ayətin mənasına ilişməmişdir. Həm də, ehtimal verməyə layiq olmayan zəif bir təvildən başqa bir təvil və təhvil edilməmişdir.

---------------------------

Şərhi:

• Başda Buxari və Muslim olmaq üzərə, bir çox mühəddis, səhabədən böyük bir camaatdan, fərqli təriqlərlə bu möcüzəni nəql etmişlərdir. Bunlardan bəziləri:

~ Əli;

~ ibn Məsud;

~ ibn Abbas;

~ Huzeyfə;

~ Cubeyr b. Mut'əm;

~ ibn Ömər (radiyallahu anhum)'dur.

• Bununla bərabər, ayın bölünməsi möcüzəsi, yalnız mütəvatir hədislərlə deyil; ayə ilə də sabitdir. Quranı inkar edənlər belə, bu hadisəni inkar etməmiş, yalnızca: "Bu, sehrdir." demişlərdir.

• Yenə, müfəssirlər, bu ayətin təfsirində ittifaq etmişlərdir. Yalnız bir tək alimdən, zəif bir təvil vardır ki: "Bu hadisə, qiyamətdə vaqe olacaq olan bölünmədir. Çünki, ayədəki 'inşəqqa/bölündü' kəliməsi, keçmiş zaman formasında gətirilmişdir. Ki, bu da, onun vaqe olmasının qəti olduğu üçündür. (Yəni, gerçəkləşməsi o qədər qətidir ki, ayə, onu, sanki baş vermiş kimi göstərmişdir.)"

Bu təvil, o qədər zəif bir təvildir ki, ehtimal verməyə belə layiq deyildir.

Bəli! Quranda, bəzən qiyamətə dair hallar, keçmiş zaman felilə gətirilmişdir. Lakin, gələcəkdən, keçmiş zaman felilə xəbər vermək, bir məcaz növüdür. Məcaz üçün isə, həqiqi mənasında götürülməsinə əngəl bir qərinə/ipucu olmalıdır. Əks təqdirdə, məcaza getmək, kəlamı təxrib etmək olur. Burda, elə bir maneə olmadığı kimi; bu möcüzənin baş verdiyinə dair ortada mütəvatir xəbərlər var ikən, belə bir təvilə getmək, doğru olmaz. Həm, kəlamın siyaqı da, buna imkan vermir. Çünki, Qəmər/1-in davamında gələn:

وَإِن يَرَوْا۟ ءَايَةً يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌ مُّسْتَمِرٌّ

"Onlar bir möcüzə gördükdə üz döndərib: 'Bu, tez keçib-gedən bir sehrdir.' deyirlər." (Qəmər/2)

ayəti, kafirlərin, buna sehr dediklərini ifadə edir. Qiyamətdəki inşiqaqa kafirlərin sehr deməsi, bəhs mövzusu ola bilməz.

 

• Təvil üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vil-n%C9%99dir

• Məcaz üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99caz-n%C9%99dir

 

Belə bir möcüzəni idrak etmək üçün, deyirik:

Allahın yaratdığı hər bir şey, möcüzədir. Adət üzərə baş verən hər bir şey, bəsit, sıradan bir fel deyildir. Ayın, müxtəlif qazlardan tərkib edilib miyon illərdir varlığını bu şəkildə davam etdirməsini, faydalı olmasını, gözümüzlə gördüyümüz halda; onun, qısa bir müddət üçün ayrılıb bu şəkildə görünməsi, ağla nə üçün müxalif olmalıdır?! Daha möcüzəvi olan, ayın milyon illərdir o şəkildə qalması deyildirmi?!

 

• Tövhidin isbatı üçün fayda dəlili:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-isbatinda-fayda-d%C9%99lili

• Səbəblər məsələsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s%C9%99b%C9%99bl%C9%99r-n%C9%99-ucun-var

• Möcüzə məsələsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/agil-yoxsa-n%C9%99ql

--------------------------------

(Vehim ve tenbih):

İnşikak, hem âni, hem gece, hem vakt-i gaflet, hem şu zaman gibi âsumana adem-i tarassut, hem vücud-u sehab, hem ihtilâf-ı matâli cihetiyle bütün âlemin görmeleri lâzım gelmez ve lâzım değildir. Hem de, hem-matla olanlarda sabittir ki, görülmüştür.

Yəni:

(Vəhm və Tənbeh):

Ayın yarılması:

• həm ani;

• həm gecə;

• həm qəflət vaxtında;

• həm -bu zaman kimi- səmanın rəsəd edilə bilməməsi;

~ həm buludların varlığı;

~ həm (ayın) doğuşunun fərqli

olması cəhətilə, bütün aləmin görməsi, lazım gəlməz və lazım deyildir (də).

~ Həm də, doğuş vaxtı eyni olan yerlərdə sabitdir ki, görülmüşdür.

------------------------

Şərhi:

Müəllifimiz, bu qisimdə, "Əgər inşiqaq olsaydı, bütün dünyada görülməli idi və tarixə keçməliydi." kimi vaqe ola biləcək bir vəhmə, belə cavab verir:

Ayın yarılmasının, aşağıdakı səbəblərdən dolayı, bütün aləmdə görülməsi, lazım gəlməz. Belə ki:

1. Bu hadisə, anidən baş vermişdir. Yəni, qısa bir zamanda olub bitmişdir. Bundan dolayı, hər kəs, bunun fərqinə varmaz.

2. Həm, gecə insanlar yorğun olduqlarından, başqa şeylərlə məşğuldurlar. Hər kəs, səmaya baxmaz.

3. Həm, gecə içində də, iləriləyən saatlarda qəflətin çoxaldığı zamanda baş vermişdir.

4. O dövr, bəşəriyyətin bədəviyyət dövrü olduğu üçün, fənlər, bizim dövrümüzdəki kimi inkişaf etməmişdi. İndiki kimi, səmanı rəsəd edən alətlər və insanlar yox idi.

5. Digər insanların olduğu yerdə buludların olması və ya bunun kimi görməyə mane digər səbəblər də ola bilər.

6. Ayın doğuş zamanları, diyardan-diyara fərqlilik göstərir. Bəzilərində, gündüz; bəzilərində gecə olmuş; bəzilərində ay batmış olduğundan, hər kəsin onu görməsi, mümkün deyildir.

Bax, bütün bu səbəblərdən dolayı, hər kəsin görməsi və bu hadisənin tarixə keçməsi, lazım gəlməz.

Bununla bərabər, bir düşün:

Fərz edək ki, bəziləri tərəfindən bu hadisə görüldü. Peyğəmbərin nübüvvət iddiasından xəbəri olmayan bir adam, gözünü gördüyü belə bir şeyə inanardımı?! Əgər özü inansa, başqasını da inandıra bilərdimi?! Deyək ki, bəziləri də inandı. Bəs, belə məhdud bir neçə adamın sözü, tarixə bir sənəd olub bizə qədər nəql edilərdimi?!

Hətta deyilə bilər ki, Nübüvvət iddiasını eşitməyən başqa yerdəki insanların bunu görməmələri, hikmətin gərəyidir. Çünki bu, Nübüvvətin isbatı üçün göstərilən, qiymətli bir möcüzədir. Bu iddianı eşitməyən insanların bunu görməsi isə, ancaq 2 şəkildə ola bilərdi:

a. Ya, onlara adi bir səma hadisəsi kimi göstəriləcəkdi. Ki, belə olsaydı, bu, o möcüzənin qiymətini salar; Allahın belə ayətini (möcüzəsini), adiyyat dərəcəsinə endirməyi gərəkdirərdi.

b. Ya da, bütün insanların, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir möcüzəsi olduğunu biləcəkləri bir surətdə göstərilərdi. O vaxt da, imtahan sirri qalxar və iş, açıqlığa dönərdi. Hər kəs qəbula məcbur qalardı.

Madam ki, elədir. O halda, bu möcüzənin dəyərini salmamaq və imtahan sirrini pozmamaq üçün, əlaqəsi olmayan kimsələrə qarşı, mütləq Qadir olan Allahın bunu pərdələməsi, hikmətin məhz özü və gərəyidir.

7. Həm də, Məkkə ilə doğuş vaxtı eyni olan yerlərdə yaşayan və ya olan kimsələr tərəfindən görüldüyü də, rəvayətlərlə sabit olmuşdur. Müşriklər, Yəmən və başqa yerdən gələn karvanlardan bu haqda soruşduqlarında, onlar da, bunu gördüklərini demişdilər. Özlərindən bu haqqda soruşulanlar, bu möcüzəyə şahid olan və Nübüvvət iddiası ilə əlaqəli olan kimsələr olduğu üçün, onların xəbəri də, möcüzənin xəbərilə bərabər bizə qədər çatmışdır.

---------------------------

Birisi ve en birincisi ve en kübrâsı olan Kur'ân-ı Mübîndir. İşte sabıkan bir nebzesine imâ olunan yedi cihetle i'câzı müberhendir. İlâ âhirihî... Sair mu'cizatı kütüb-ü mutebereye havale ediyorum.

Yəni:

(Onun möcüzələrindən) biri və ən birincisi və (içlərində) ən böyüyü, (hər şeyi) bəyan edən Qurandır. -Əvvəl bir qisminə ima olunan- 7 cəhətdən möcüzəliliyi, bürhanla sabitdir.

İla axir (yəni, bunlardan başqa da möcüzələri vardır). Sair möcüzələri, mötəbər kitablara həvalə edirəm.

--------------------------

(Hâtime)

Yəni:

(Xatimə):

Müəllifimiz Ustad Said Nursi, Peyğəmbərimizin nübüvvətini isbatda 5 məsləyi təfsillə bəyan etdikdən sonra; indi də, bu "Muhakəmat" adlı əsərin 3-cü Məqaləsi'nin əsas mövzuları içində, bu mövzunun yerinin nə olduğunu göstərir. Ta ki, zehnlər, təfsilat içində, əsas mövzudan ayrılmasın və mövzunun surəti görünsün. Belə ki, Müəllifimiz deyir --->

-------------------------

Ey benim kelâmımı mütalâa eden zevat! Geniş bir fikirle ve müteyakkız bir nazarla ve muvazeneli bir basiretle, mecmu-u kelâmımı, yani mesalik-i hamseyi muhit bir daire veya müstedîr bir sur gibi nazara alınız. Muhammed Aleyhissalâtü Vesselâmın nübüvvetine merkez gibi temaşa ediniz. Veyahut sultanın etrafına halka tutmuş olan asakir-i müteavinenin nazarıyla bakınız. Tâ ki bir taraftan hücum eden evhamı, mütecavibe ve müteavine olan cevanib-i sâire def edebilsin.

Yəni:

Ey Mənim kəlamımı mütaliə edən kimsələr! Geniş bir fikir, oyaq bir nəzər və müvazinəli bir bəsirətlə, kəlamın cəmini, yəni, 5 Məsləyi, muhit (əhatə edən) bir dairə və ya dairə şəklində olan bir sur kimi nəzərə alın; Muhamməd (aleyhissalatu vəssəlam)'ın nübüvvətinə mərkəz kimi tamaşa edin. Və yaxud, sultanın ətrafına xalqa tutmuş olan bir-birinə yardım edən əskərlər kimi baxın. Ta ki, bir tərəfdən hücum edən vəhmləri, bir-birinə cavab verən (yəni, dəstəkləyən) və bir-birinə yardım edən sair tərəflər, dəf edə bilsin.

---------------------

Şərhi:

Müəllifimizin bu təmsildən məqsədi, -daha əvvəl də izah edildiyi üzərə- istidlal yolunda çox dəfə qəflət edilən və bundan dolayı vəhmə düşülən bir nöqtəni tənbeh etməkdir. O da, budur ki:

Məcmuda olan qüvvət, fərddə yoxdur. Dəlillər, bir-birinə qüvvət verər. Bir dəlildəki zəiflik, sair dəlillərlə ortadan qalxar. Həm bir dəlil, dəlil olmaqdan düşsə, nəticə də düşməz. Çünki dəlil, nəticəyə çatmaq üçün sadəcə bir vəsilədir. Vəsilənin yoxluğu, nəticənin yoxluğunu gərəkdirməz. Çünki nəticə, dəlil ilə qaim deyildir. Həm, məsələnin qəyyumu, imandır. Dəlillər, onun ətrafında çevrilən sur kimi və ya bir-birilə yardımlaşan əskərlər kimidirlər.

Bu surətdə, dəlillərin nəticəsi olan Peyğəmbərimizin nübüvvəti çox parlaq və möhkəm bir surətdə sabit olunca, Ustad Nursi, o nəticəni götürüb, əsl böyük mövzu olan Tövhidə dəlil qılır. Belə ki --->

---------------------

İşte şu halde Japonların suali olan, مَا الدَّلِيلُ الْوَاضِحُ عَلٰى وُجُودِ اْلاِلٰهِ الَّذِى تَدْعُونَنَا اِلَيْهِ 'ye karşı derim:

İşte Muhammed Aleyhissalâtü Vesselâm...

Yəni:

Bax, bu halda, yaponların (3-cü Məqalənin başında keçən) sualı olan: "Bizi iman etməyə dəvət etdiyiniz O İlahın varlığına vazeh dəlil, nədir?" (sualına) qarşı, deyirəm:

(Allahın varlıq və birliyinin ən vazeh və əsli dəlili), Muhamməd (aleyhissalatu vəssəlam)'dır.

 

(Bədiü'z-zaman Said Nursi, "Muhakəmat")

---------------------

---------------------

Əlavələr:

Peyğəmbərliyin əqli isbatı (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rliyin-%C9...

                

Read 43 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR