Fiqh üsulu
(Fiqh üsulu) elminin tərifi, mövzusu və tarixi:
I. Tərifi:
Fiqh üsulu, bir izafət tərkibi olub, xüsusi bir elmin adıdır. Lakin, bu tərkibin hər cüz (parça)'sı, ifadə etdiyi həqiqətin bir parçasına dəlalət edir. Mudaf və mudafun ileyh'dən (haşiyə) təşəkkül edən bu (termin), izafət əsasından tamamilə uzaqlaşmış, sadəcə bir isimdən ibarət olmuş deyildir. Dolayısı ilə, bu (termin)'inin tərifini verərkən, hər 2 parçasını ayrı-ayrı tərif etmək, qaçılmazdır.
----------------------------
(Haşiyə:
Mudaf və Mudafun ileyh:
İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "insanın əli".
~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.
~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.
Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.
-----------------------------
• Fiqh:
Bunun lüğəvi mənası, "söz və fellərin qayələrini fəhm edəcək şəkildə nafiz (nüfuz edən, təsirli) və dərin fəhm"dir.
Bu ayə və hədislərdə keçən və bu kökdən meydana gəlmiş olan kəlimələr, belə bir mənada istifadə edilmişdir:
وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ ءَاذَانٌ لَّا يَسْمَعُونَ بِهَآ ۚ أُو۟لَـٰٓئِكَ كَٱلْأَنْعَـٰمِ بَلْ هُمْ أَضَلُّ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْغَـٰفِلُونَ
....ləhum qulubun lə yəfqahunə bihə...
"Biz, Cəhənnəm üçün, bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar, heyvan kimidirlər, hətta, daha çox azğınlıqdadırlar. Qafil olanlar da, məhz onlardır." (Əraf/179);
...فَمَالِ هَـٰٓؤُلَآءِ ٱلْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا...
...lə yəkədunə yəfqahunə hədisən...
"...Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?" (Nisa/78);
"Mən yuridillahu bihi xayran, yufəqqihhu fi'd-din."
Yəni:
"Allah kimə xeyir murad edərsə, onu dində fəqih qılar." (Buxari, "Elm", 10, 13)
Bax bu, fiqhin lüğəvi mənasıdır.
İstilahi (terminoloji) mənası da, bu mənanın (çox da) xaricinə çıxmaz. Hərçənd, o, bir xüsusiyyət daşıyır və belə tərif edilir:
"Fiqh, şər'i-əməli hökmləri, təfsili (ayrı-ayrı) dəlilləri (nə istinad edərək) bilməkdir."
Buna görə, fiqh elminin mövzusu, 2 qisimdən ibarətdir:
1. Şər'i-əməli hökmləri bilmək. Dolayısı ilə, vahdaniyyət (Allahın birliyi)'ni, peyğəmbərlərin risalətini, Rəbb'lərindən aldıqlarını təbliğ etmələri gərəkdiyini, axirət günü və bu günlə əlaqəli şeyləri bilmək kimi etiqadi hökmlər, fiqhin istilahi mənasına daxil deyildir.
2. Hər hökmün təfsili dəlillərini bilmək. Məsələn, "sələm" əqdilə bir satışdan bəhs edilərsə, "Pulun, əqd zamanı təslim edilməsi lazımdır." deyə bilmək üçün, buna dair, kitab, sünnət və səhabələrin fətvalarından bir dəlil gətirmək lazımdır. "Faizin azı da, çoxu da haramdır." deyincə, buna dair də, kitab'dan bir dəlil zikr etmək lazımdır. Bu mövzuda, "Əsas mal (yəni, sərmayə)'dən artıq olan hər şey, faizdir." deyilərsə, dəlil olaraq,
وَإِن تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَٰلِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ
"...Yox, əgər tövbə etsəniz, sərmayəniz, sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar." (Bəqərə/279) ayətini oxumaq lazımdır.
Haqsız yerə insanların mallarını yeməyin haram olduğu haqqında danışan kimsə, Allah Taala'nın,
...لَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَـٰطِلِ...
"...mallarınızı öz aranızda, haqsız yerə yeməyin..." (Nisa/29) ayətini tilavət etməlidir.
Demək ki, fiqh elminin mövzusu, "halal, haram, məkruh və vacib olmaq cəhətindən, insanların işlərinə dair hökmlər və bunların dəlilləri"dir.
Bu, fiqh kəliməsinin tərifidir.
• Üsul:
Bu kəlimə, "əsl" kəliməsinin cəmi olub, "əsas" mənasına gəlir. Bax, onun bu lüğət mənası ilə istilahi mənası, bir-birinə uyğundur. Çünki, üsul alimlərinə görə, fiqh üsulu elmi, fiqhin, üzərinə bina edildiyi (yəni, fiqhin söykəndiyi əsas)'dır. Bunun üçündür ki, Kəmaləddin ibnu'l-Hümam, "ət-Təhrir fi Usuli'd-Din" adlı əsərində, fiqh üsulunu, "(O), fiqhi (hökmləri) istinbat etməyə çatdıran qaydaları bilməkdir." deyə tərif etməkdədir. Bunun mənası, budur:
Fiqh üsulu, “əməli hökmləri, təfsili dəlillərdən istinbat etmək üçün lazım gələn metodları öyrədən qaydalar elmi”dir. Məsələn, əmrin, vacibliyi; nəhyin də, təhrimi iqtiza etdiyini (gərəkdirdiyini), bizə fiqh üsulu elmi öyrədir. Fəqih,
~ vacib olub-olmamaq cəhətindən namazın hökmünü ortaya qoyacağı vaxt, "Namazı qılın." (Ənam/72) ayətini tilavət edər.
~ Zəkat da belədir.
~ Həccin hökmünü açıqlamaq istədiyi vaxt, (bunun hökmünü), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Allah, sizə, həcci fərz qıldı. Həcc edin!" (Nəsai, "Mənəsik", 1) sözündən götürər.
~ Yenə, içkinin hökmünü tanıtmaq istədiyi vaxt, Allah Taala'nın,
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da, şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız." (Maidə/90) ayətini tilavət edər.
Bu ayədəki "çəkinin" sözü, "yaxınlaşmağı nəhy etmək"dir ki, bir şeyin haram olduğunu göstərmək üçün, bundan daha bəlağatlı bir nəhy, ola bilməz.
Bax, fiqh ilə fiqh üsulu arasında, belə bir fərq vardır:
~ "Üsul": "fəqihin, dəlillərə istinad edərək hökm çıxararkən, tutacağı yolu; və dəlilləri qüvvətinə görə tərtib edərək, Quranı, sünnətdən, sünnəti isə, qiyas və bir-başa nass'a söykənməyən digər dəlillərdən iləri alınmasını açıqlayan metodlar"dır.
~ "Fiqh" isə: "bu metodlara bağlı qalınaraq, hökmlərin istixrac edilməsi"dir.
Fiqhə nisbətlə fiqh üsulu, digər fəlsəfi elmlərə nisbətlə məntiq elmi kimidir. Məntiq, ağıl üçün tərəzidir; və onu, düşünərkən xətadan qoruyan bir alətdir. Başqa bir misal da verək:
Ərəb dilində danışmaq və bu dil ilə oxuyub-yazmaq üçün nəhv elmi, necə ki, dili və qələmi xətalardan qoruyan bir ölçüdürsə; fiqh üsulu da, fiqh sahəsində, fəqihi xətadan qoruyan və hökm çıxararkən xəta etməsini əngəlləyən bir ölçüdür. Fəqih, çıxardığı hökmün doğru və ya batil olduğunu, bu sayədə başa düşə bilər. Eynilə, doğru bir cümlə ilə yalnış bir cümləni nəhv sayəsində; elmi məlumatlardan əldə edilən bir bürhan ilə, belə əldə edilməmiş olan bir bürhanı, məntiq (elmi) sayəsində başa düşdüyümüz kimi...
Il. Fiqh üsulunun mövzusu:
Fiqh ilə fiqh üsulu arasındakı münasibət və fərqi açıqlayarkən, bunların mövzularını da bildirmiş olduq. Söylədiyimiz kimi, fiqhin mövzusu, ayrı-ayrı dəlillərilə, əməli hökmlərdir.
Fiqh üsuluna gəlincə, bu elm, istinbat (hökm çıxarmaq) metodunu mövzu olaraq ələ almaqdadır. Hər 2 elm, dəlillər üzərində birləşdiyi halda, onların, bir-birilərindən ayrıldıqları yönləri vardır. (Belə ki):
~ Fiqh: cüzi və əməli hökmləri çıxarmaq üçün dəlilləri ələ alır və -bildirdiyimiz kimi- hər dəlilin ifadə etdiyi hökmü təyin edir.
~ Fiqh üsulu isə: dəlillərdən hökm çıxarma metodunu, dəlillərin hüccət olma cəhətindən mərtəbələrini və ona ariz olan halları bəyan edir. Quranın hüccət olmasını, sünnətdən əvvəl gəldiyini və şəriətin əslini təşkil etdiyini; zənni və qəti dəlili; nass'ların zahirləri arasında bir təaruz (ziddiyyət) mövcud olduğu zaman, gediləcək yolu göstərən metodu; fərqli ibarələrin dəlalət dərəcələrini; xass və amm'ın mərtəbələrini açıqlayır. Daha sonra, mükəlləflərə keçir, vacibləri yerinə yetirməsi, haramlardan çəkinməsi, əmr və nəhylərə riayəti dərəcəsində qarşılıq görməsi cəhətindən, şər'i hökmlərin kimlərə şamil olduğunu bildirir. Bundan sonra da, şəriəti bilməmək, yanılmaq, unutmaq kimi şəxsə ariz olan halların təsirini, şəxsin məsuliyyətini azaldan və ya ortadan qaldıran halları təsbit edir.
Bu (mülahizələr) ilə deyə bilərik ki, fəqihin doğru yoldan azmaması üçün, hökm çıxararkən bağlı qalması lüzumlu olan metodla bağlı bütün xüsuslar, fiqh üsulunun mövzusuna daxildir. Dəlilləri tərtib edib, kimlərin şəri hökmlərə muxatab olduğunu, bu dəlillərin gərəyilə (hökmlərin) kimləri ehtiva etdiyini, kimlərin hökm çıxarmaq əhliyyətinə sahib olduğunu və kimlərin bu əhliyyətə sahib olmadığını, nass'lardan hökm çıxarmada fəqihə yol göstərən dil qaydalarını, qiyasın əsasını təşkil edən və maqisun aleyh (özünə qiyas edilən əsl) ilə maqis (qiyas mövzusu olan fər'i) arasındakı birləşdirici illətləri təsbit etmə metodlarını bir nizama qoyan ölçüləri, bu elm açıqlamaqdadır. Yenə, bu elm, şəri cəhətdən mötəbər olan maslahatları, qiyasın söykəndiyi və ya haqqında nass olmayan mövzuda üzərinə qiyas ediləcək xüsusi bir nass'ı əsl qəbul edən ümumi qaydaları göstərir. Sonra, qiyasla zidd düşdüyü vaxt, maslahatların yerini təyin edir ki, bu cür maslahatlara, qısaca, "istihsən" adı verilməkdədir. Daha sonra, bu elm, hökmləri, bunların qayələrini, qisimlərini, ruxsat və əzimətləri bildirir. Bu sayılanların üstündə, ayrıca, fiqh üsulu, hökm çıxararkən, fəqihin bağlı qalması lazım gələn əsl metodu öyrədir.
Ill. Bu elm, şəriətdəki bütün dəlilləri, Allah Taala'ya döndürməkdədir. Çünki, Muhammədi şəriətdə, bu dinin ümumi əsasları gərəyi olaraq, hakim, şəxsən Allah Taala'dır. Bütün dəlilləri, Allah Taala'nın hökmünü bilmə vasitəsidir. Qullarına, Onun əmrlərini bildirdiyi kitab, Qurandır. Sünnət də, bu Kitabın açıqlayıcısıdır. Peyğəmbər (aleyhissəlatu vəssələm), həvasından danışmamışdır. Digər dəlillərin hamısı, bu 2 qaynaqdan meydana gəlmişdir.
Nəticə budur ki, bu elmin mövzusu:
~ həqiqətini, xüsusiyyətlərini və növlərini açıqlama cəhətindən, hökm;
~ hökmünün (özündən) meydana gəldiyini göstərən dəlillər cəhətindən, hakim;
~ (hökm və təkliflərə muxatab olmaq cəhətindən) məhkumun aleyh (üzərinə hökm verilən, mükəlləf); və
~ istinbat vasitəsi olması etibarı ilə də, ictihad'dır.
IV. Fiqh qaydaları ilə fiqh üsulu arasındakı fərq:
Fiqh üsulu ilə cüzi hökmləri cəm edən fiqh qaydaları arasındakı fərqi bildirmək lazımdır. Bu qaydalara, muhtəvası etibarı ilə, "İslam fiqhinin ümumi nəzəriyyələri adı", verilə bilər. (Necə ki), "Mə'hədu'ş-Şəria" (İslam fiqhi/hüququ insitutu)'nda, bu adla oxudulan bir dərs vardır. Bəzi təqdiqatçılar, bununla fiqh üsulu arasındakı fərqi, başa düşməməkdədirlər. Dolayısı ilə, buna işarət etməyimiz lazımdır.
Yuxarıda da bildirdiyimiz kimi, fiqh üsulu, fəqihin tabe olması lazım gələn metodu açıqlayır, ki, bu, onun, hökm çıxararkən xətaya düşməməsi üçün özündən tutması lazım gələn bir qanundur. Fiqhi qaydalar isə, bir neçə hökmü birləşdirən bir qiyas və fiqhi bir qaydada cəm edilə bilən bənzər hökmlər məcmuəsi'dir. Şəriətə görə, mülkiyyət qaydaları, təzminat qaydaları, muxayyərlik qaydaları, fəsx qaydaları, burda, misal olaraq zikr edilə bilər. Bunlar, cüzi və dağınıq hökmlərin nəticələridir ki, məsələləri genişcə ələ alan fəqih, səy göstərmiş və bunları, bir araya toplayıcı qayda və nəzəriyyələrin köməyilə, bir-birinə bağlamışdır. Bunlara (yenə, belə əsərlərə):
~ Şafii'lərdən İzzəddin b. Abdi's-Səlam'ın, "Qavaidu'l-Əhkam"ını;
~ Maliki'lərdən əl-Qarafi'nin, "əl-Furuq"unu;
~ Hənəfi'lərdən ibn Nuceym'in, "əl-Əşbəh və'n-Nəzəir"ini;
~ yenə, Maliki'lərdən ibn Cuzeyy Muhamməd b. Abdullah b. Yəhya'nın, "əl-Qavaninu'l-Fiqhiyyə"sini;
~ Burhanəddin İbrahim b. Əli b. Fərhun (əl-Maliki)'nin, "Təbsiratu'l-Hukkəm"ini;
~ Hənbəli məzhəbinin dağınıq məsələlərini bir araya toplayan ibn Rəcəb'in, "əl-Qavaidu'l-Kubra"sını
misal vermək olar.
Bunun üzərinə, deyə bilərik ki, bu qaydaları oxuyub araşdırmaq, bir fiqh araşdırmasıdır; fiqh üsulu araşdırması, deyildir. Bu qaydalar, fiqhi hökmlərdən bir-birinə bənzəyən məsələləri bir araya toplamaq, birləşdirmək əsasına söykənir. Bu etibarla, fiqhi:
~ üsul;
~ füru; və
~ qavaid (qaydalar)
olaraq, bir-birinə bağlı 3 dərəcəyə ayırmaq, mümkündür.
Üsul, fər'i fiqhi məsələlərin əsasıdır. Fərqli fiqh məcmuələri meydana gəlincə, füru'nu və dağınıq məsələləri ümumi və cəm edici qaydalar altında toplamaq mümkün olmuşdur ki, bu qaydalara, fiqhi nəzəriyyələr deyilə bilər.
V. Fiqh üsulu elminin doğuşu:
Fiqh üsulu, fiqhlə bərabər meydana gəlmişdir. Tədvin edilməsi (nizamlanması) isə, fiqhdən sonradır. Fiqhin olduğu yerdə, zəruri olaraq, istinbat metodu da mövcud olacaqdır. İstinbat metodu mövcud olunca, əlbəttə, fiqh üsulu da mövcud olacaqdır.
İstinbat (fiqhi hökmlər çıxarmaq), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonra, səhabələr dövründə başladığına görə, səhabələr arasında yer alan ibn Məsud, Əli b. əbi Talib, Ömər b. əl-Xattab (radiyallahu anhum) kimi fəqihlər, hər halda, heç bir qeyd və əsasa bağlanmadan, heç bir fikir bəyan etmirdilər. Məsələn,
~ İçki içənlərin cəzası haqqında, Əli (radiyallahu anh), "İnsan, içki içdiyində, sayıqlayar. Sayıqlayınca da ---> qazf (zina böhtanı) edər. Dolayısı ilə, içki içən kimsəyə, qazf həddi (cəzası) lazımdır." deyərkən, nəticəyə və ya zərai əsasına görə hökm vermə metodunu istifadə etməkdə idi.
~ Abdullah b. Məsud (radiyallahu anh), "Əri ölən hamilə bir qadının iddəti, doğuşa qədərdir." deyir və: "...Hamilə qadınların gözləmə müddəti isə, onlar hamiləlikdən azad olana qədərdir..." (Talaq/4) ayətini, sözünə dəlil olaraq gətirdikdən sonra; kiçik Nisa surəsinin (yəni, Talaq surəsinin), böyük Nisa surəsindən sonra endiyini əlavə edir və beləcə, Talaq surəsinin, Bəqərə surəsindən sonra gəldiyini bildirmək istəyirdi. Bununla O, bir fiqh üsulu qaydasına işarət edirdi. Bu da, sonra gələn nass'ın, əvvəl gələn nass'ı nəsx və ya təxsis etməsidir. Bax burda, ibn Məsud, bir fiqh üsulu əsasına görə hərəkət etmişdir.
Dolayısı ilə, səhabələrin, -həmişə açıqlamasalar belə-, ictihadlarında, belə metodlara istinad etdiklərini söyləməyimiz lazımdır.
Vl. Tabiun dövrünə keçsək, görərik ki, yeni hadisələrin artması ilə, ictihad sahəsi genişləmiş;
~ Mədinə'də, Səid b. əl-Musəyyəb və digərləri;
~ İraq'da, Alqamə və İbrahim ən-Nəxai kimi tabiundan bir qrup,
özünü fətva verməyə həsr etmişdir. Bunlar, qarşılarında, Allahın kitabını, Peyğəmbərin sünnətini və səhabələrin fətvalarını görürdülər. Onların bəziləri, nass mövcud olmayan yerdə, maslahat; bəziləri də, qiyas metodunu istifadə edirdilər. İraq fəqihlərindən İbrahim ən-Nəxai və bənzərlərinin iləri sürdükləri fər'i məsələlər, qiyasların illətlərini təsbitə və bunları bir nizama bağlamağa; bu illətləri, digər fəri məsələlərə tətbiq etmə cəhətinə yönəlmişdi.
Bu dövrdə, metodlar, əvvəlki dövrə nisbətlə, açıqlığa daha yaxşı qovuşur; fiqhi məktəblər bir-birindən ayrıldıqca, hər məktəbin istinbat metodları da, daha açıq bir hala gəlirdi.
Vll. Tabiun dövrünü keçib müctəhid imamlar dövrünə çatsaq, bu metodların, tam bir açıqlığa qovuşduğunu görərik. Bu dövrdə, istinbat qanunları, bu qanunların sərhədləri müəyyən olmuş və imamların dilində, açıq ifadələrini tapmışdır. Məsələn:
~ əbu Hənifə'nin, öz istinbat metodlarını təyin edərək, Kitab, sünnət və səhabələrin icma etdikləri (məsələləri) götürəcəyini; səhabələr ixtilaf etdikləri təqdirdə, bunlardan tərcih edəcəyi görüşə tabe olacağını; özü kimi bir insan olduqları üçün, tabiun'un görüşünə hər zaman tabe olmayacağını bildirdiyini; müəyyən metodları olan qiyas və istihsəni qəbul etdiyini görürük. Hətta tələbəsi Muhamməd b. əl-Həsən əş-Şeybani, əbu Hənifə üçün, "Tələbələri, Onunla, qiyas mövzusunda münazirə edərlərdi. O, 'İstihsən edirəm.' deyincə, kimsə Ona çata bilməzdi." deyərdi.
Malik (radiyallahu anh), Mədinə'lilərin əməlini hüccət sayarkən; bunu, Kitab və risalələrində, açıqca iləri sürərkən; hədis rəvayətlərindəki şərtlərini ortaya qoyarkən; hədisləri, mahir bir sərraf kimi tənqid edərkən; Quranın bildirdiyi hökmə və ya dinin qəti qaydalarına müxalif olan hədisləri rədd edərkən, açıqca bir fiqh üsulu əsasına görə hərəkət edirdi. Məsələn, bu əsasa tabe olaraq, "İt, birinin qabını yaladığında, o, bunu, 7 dəfə yusun." (Buxari, "Vudu", 13) hədisini; xiyaru'l-məclis (alış-veriş etdikdən sonra, bir-birindən ayrılmadıqca, alıcı və ya satıcının, muxayyər olması əsası)'nı; və ölmüş bir kimsə adına sədəqə verilə biləcəyini bildirən hədisləri, rədd etmişdir.
Yenə, əbu Yusuf da, "Kitabu'l-Xərac"ında və Əvzai'nin "Siyər"inə yazdığı rəddiyyədə, açıqca bir metod izləmişdir. Hərçənd, O da, ictihad metodunu tədvin etməmişdir.
Şafi'nin, fiqh üsulunu tədvin etməsi:
Nəhayət, Qureyş'li bir alimin dövrünə gəlirik. Bu, Şafi'dir. O, fiqh üsulunu tədvin etmişdir. Bu, böyük elmdir. O, istinbat metodlarını təsbit etmiş; fiqhin qaynaqlarını bəyan etmiş və bu elmin sərhədlərini açıqlığa qovuşdurmuşdur.
Şafi, Səhabələrdən, tabiun və özündən əvvəli fiqh imamlarından gələn fiqhi sərvətlə qarşılaşmış; və fərqli görüşlərə sahib olanların mücadilələrilə üz-üzə gəlmişdir. Görmüşdür ki, Mədinə fəqihlərilə İraq fəqihləri arasında, dayanmadan münazirələr edilməkdədir. Bu münazilərələrə, kamil ağıl ilə özü də dalmışdır. Malik'dən götürdüyü Mədinə fiqhini; Muhamməd b. əl-Həsən'dən öyrəndiyi İraq fiqhini və doğub-böyüdüyü diyar olan Məkkə fiqhini yaxşı bildiyi üçün, bu münazirələr, ona, ictihaddakı doğru və yalnışı ayırd edəcək ölçüləri qoymaq fikrini göstərmişdir. Bax bu ölçülər, fiqh üsulunu meydana gətirmişdir.
Fiqhin füru'sunun, fiqh üsulundan əvvəl bəhs mövzusu olub tədvin edilməsində, bir qəriblik yoxdur. Çünki fiqh üsulu, istinbat ölçülərini təşkil edən, yalnışı doğrudan ayırd etməyi öyrədən qanuni (normativ) bir elmdir. Əsl mövzu isə, fiqhdir. Bütün qanuni elmlər də, belədir. Necə ki, nəhv elmi, ərəbcə fasih olaraq danışıldıqdan sonra təşəkkül etmişdir. Xəlil b. Əhməd, əruz elmini qoymadan əvvəl, yenə, şairlər, vəzn qaydalarına uyğun olaraq şeir yazırlardı. Aristotel, məntiq elmini tədvin etmədən əvvəl də, insanlar cədəlləşir və təfəkkür edirdilər.
Vlll. Şafi, istinbat qaydalarını tədvin edən ilk (alim) olmağa layiq idi. Çünki O, ərəb dilini, (bütün) incəliklərilə bilirdi. Hətta, böyük dilçilər arasında sayılırdı. Hədis elminə sahib idi. Ən böyük hədis alimindən hədis təhsil etmiş və bütün növlərilə, dövrünün fiqhini öyrənmişdi. İxtilaf səbəblərini, ixtilafa düşənlərin ixtilaf cəhətlərini başa düşmək üçün, son dərəcə səy göstərirdi.
Bu və bənzəri səbəblərlə, Şafi, təhsil etmiş olduğu fiqhdən,
~ əvvəlkilərin görüşlərini ölçəcək;
~ sonrakıların istinbatları üçün əsas təşkil edəcək olan; və
~ ayrılmamaları, möhkəm sarılmaları lazım gələn qaydaları çıxarmaq
imkanına qovuşmuşdur.
Şafi, dili yaxşı bildiyi üçün, Quran və sünnət nass'larından fiqhi hökmlər çıxara bilmişdir. "Tərcəmənu'l-Quran" olaraq bilinən Abdullah b. Abbas (radiyallahu anh)'ın elminin nəql edildiyi Məkkə'də oxumaqla, nasix və mənsuxu öyrənmişdir. Geniş sünnət biliyi və bunu əhil sünnət alimlərindən təhsil etmiş olması və sünnəti, Quran ilə müvazinə etməsi sayəsində sünnətin, Quranın qarşısındakı mövqeyini, onun zahirinin, bəzən Quranın zahirinə zidd düşməsi halında izləniləcək yolu tanımışdır. Rəy və hədis fiqhini öyrənmiş olması, qiyas qaydalarını qoyması üçün əsas təşkil etmişdir.
Bax, Şafi, beləcə, istinbat qaydalarını qoymuşdur. Lakin, bunları, özü icad etməmişdir. Şafi'yə yol göstərən fəqihlərin istinbatında izlədikləri halda tədvin etmədikləri metodlar üzərində bir az düşünəcək olarsaq, Onun, istinbat üçün metod icad etmədiyini, ancaq özündən əvvəl dağınıq halda mövcud olan metodları bir araya toplayıb elm halına gətirdiyini görürük. Eynilə, Aristotel'in məntiq elmini tədvin etməsi də, belədir. Onun məntiq mövzusunda etdiyi şey, bir icad deyildi. Ancaq metodu zəbt etmək (nizamlamaq)'dan ibarət idi.
Bax, Şafi'nin, fiqh üsulunu tədvin etməsindəki birinciliyi xüsusunda, fəqihlərin cumhuru (böyük əksəriyyəti), bu görüşdədir. Onlardan heç biri, bu görüşə müxalifət etməmişdir.
IX. Muhamməd əl-Baqir'in bu elmi ilk tədvin etməsinə dair imamiyyə şiələrinin iddiaları:
Lakin, imamiyyə'yə görə, fiqh üsulunu ilk tədvin edən, imam Muhamməd əl-Baqir b. Əli Zeynə'l-abidin'dir. Özündən sonra da, oğlu imam əbu Abdilləh Cəfər əs-Sadiq'dir. Bu mövzuda, Ayətullah Seyyid Həsən əs-Sadr, belə deyir:
"Bil ki, fiqh üsulunu ilk təsis edən, bablarını açan və məsələlərini açıqlayan, imam əbu Cəfər Muhamməd əl-Baqir və Özündən sonra da, oğlu imam Cəfər əs-Sadiq'dir. Bunlar, tələbələrinə, fiqh üsulu qaydalarını yazdırmış; onunla bağlı bir çox məsələləri toplamış; və mutəaxxirun (sonrakılar) da, bunları, musanniflərin tərtiblərinə görə, özlərinə çatan rəvayətlərə isnad edərək təsnif etmişlərdir." ("Tə'sis əş-Şiə li Ulumi'l-İslam")
Bu söz üzərində, o böyük fəqih ilə xəfif bir münazirə etmək istəyir; fiqh üsuluna aid qaydaların o 2 İmama nisbəti məsələsində, münaqişə etmək istəmirik. Sadəcə, onun sözü üzərində durmaq istəyirik. Ayətullah, "Bunlar, Öz tələbələrinə, fiqh üsulu qaydalarını yazdırmışlardır." deyir; "Özləri yazmışlardır." isə, demir. Bəhs mövzusu isə, Şafi'nin, tədvin cəhətindən əvvəl gəlməsi, bu sahədə müstəqil bir əsər yazmasıdır. Böyük fəqih (Ayətullah) isə, o 2 İmamın bu mövzuda yazdırdığı və ya şəxsən yazdığı bir əsərin varlığını iddia etməmişdir. Buna görə deyə bilərik ki, fiqh üsulu qaydalarının bu 2 İmama nisbəti, Hənəfi'lərin, bəzi üsul qaydalarını, öz məzhəblərinin imamlarına nisbəti kimidir. Məsələn, onlar,
~ "əbu Hənifə və əshabına görə, amm'ın dəlaləti, qətidir." ;
~ "Xass, amm'ı təxsis edə bilməz. Ancaq, müstəqil və zaman cəhətindən müştərək olarsa, təxsis edər."
deyirlər.
Bu görüşlər, füru'ya tətbiq edilmiş bir halda, Hənəfi imamlarından gəlmişdir.
Ayətullah Seyyid Həsən əs-Sadr da, o 2 böyük İmamın bu mövzuda bir əsəri mövcud olduğunu söyləməmiş; ancaq, mərtəbəsiz (təsadüfi) bir imladan bəhs etmişdir.
"İmam Muhamməd əl-Baqir və Cəfər əs-Sadiq, bu mövzuda, fikir cəhətindən, Şafi'dən əvvəldirlər." deyiləcək olarsa, bizim də bildirdiyimiz kimi, bu qaydalar, Səhabələr, Tabiun və sonrakı müctəhidlərin ağıllarında sabit idi. Hətta, bəziləri, bunları zikr edir və fiqhlərini, bunların üzərinə qururdu. İmam Cəfər, bu qaydaların bir qismini tələbələrinə yazdırmış; Özündən sonra da, tələbələri onları tərtib etmiş və bablara ayırmışlardırsa; və zaman cəhətindən də, imam Cəfər əs-Sadiq və atası Muhamməd əl-Baqir dövrünə təsadüf edirsə, nəticə etibarı ilə, bu da, o dövrdə, metodların düşünülmüş olduğunu göstərir. Zatən fiqhi məktəblər də, bir-birilərindən, metodları etibarı ilə ayrılmışlardır.
X. Bu 2 böyük imam, bablara ayıraraq müntəzəm bir əsər yazmadıqlarına görə, təlif cəhətindən, Şafi'dən əvvəl gələ bilməzlər. Həqiqət budur ki, Şafi, fiqh üsulunu bablara ayıraraq qələmə almış; bu elmin bütün əsaslarını bir araya toplamış; və sadəcə hər hansı bir babından bəhs etməklə kifayətlənməmişdir. Məsələn, Kitab (yəni, Quran)'dan bəhs etmiş; Sünnət və bunun isbat yollarını; Quran qarşısındakı mövqeyini və ləfzi dəlalətlərini incələmiş; amm, xass, müştərək, mücməl və müfəssəl haqqında danışmışdır. Sonra, icma və bunun həqiqətini araşdırmış; bu mövzuda, görülməmiş bir şəkildə, elmi münazirələr etmişdir. Daha sonra, qiyasın əsaslarını təsbit etmiş və istihsən'dən danışmışdır.
Bax, Şafi, fiqh üsulunu belə genişcə bablara ayıraraq ələ almış və həqiqətlərini bəyan etmişdir. Bu mövzuda, heç kim, Ondan iləri keçə bilməmişdir. Daha doğrusu, indiyə qədər, kimsənin, Ondan əvvəl bu elmi tədvin etdiyi, bilinməməkdədir. Bu, Özündən əvvəlki imamların məqamını əskiltmədiyi kimi; nə şeyxi Malik'in, nə də qiyas fəqihlərinin şeyxi əbu Hənifə'nin məqamına bir xələl gətirər. Çünki Onların dövründə, tədvin işi, inkişafını hələ tamamlamamışdı.
Biz, "Şafi, fiqh üsulunu hər cəhətilə tamamlamış; Özündən sonrakılar üçün araşdırılacaq heç bir şey buraxmamışdır." demirik. Çünki, Şafi'dən sonra gələnlər, bu elmə əlavələr etmiş; onu inkişaf etdirmiş; və bu mövzuda, bir çox məsələləri yazıb açıqlamışlardır. Eynilə, Aristotel'dən sonra gələnlər, şərqdə olsun, qərbdə olsun, məntiq elmini necə ilərlətmiş və inkişaf etdirmişlərdirsə...Bununla bərabər, məntiq elminin qurucusu olmaq (şərəfi), Aristotel'ə aid olmuşdur.
Xl. Şafi'dən sonra fiqh üsulu elmi:
Şafi'dən sonra, fiqh üsulu elmi, fərqli istiqamətlərdə inkişaf etmişdir. Şafi, "ər-Risalə", "Cimau'l-İlm", "İbtalu'l-İstihsən" adlı kitablarında, fiqh üsulu üçün qoyduğu metodun, yəni, bu elmin, ictihad sahəsində doğru və yalnış görüşləri bilməyi təmin edəcək bir ölçü olmasını; hansı əsrdə olursa olsun, hökm istinbat edərkən bilinməsi və tabe olunması lazım gələn külli bir qanun təşkil etməsini düşünmüşdü. Özü, şəxsən bu metodu, fəqihlərin yayğın olan görüşlərini münaqişə edərkən istifadə etmişdi. O, "İxtilaf-u Malik" adlı əsərində, imam Malik və İraq'lıların görüşlərini münaqişə mövzusu edərkən, bu metoda müraciət etmişdi. Əvzai'nin "Siyər"ini və əbu Yusuf'in buna yazdığı rəddiyyəni, bu ölçü ilə incələmişdi. Nəhayət, fiqhi görüşlər də, bu miqyasa boyun əyməyə məcbur olmuşdular.
Şafi, istinbat edərkən, Özü, bu metoda, tamamilə bağlı qalmışdı. Dolayısı ilə, Şafii məzhəbinin üsulu da, bu metoddan ibarət olmuşdu. O, Öz məzhəbini müdafiə etmək üçün deyil; İraq və Misir'də məzhəbini yaymağa başlamadan əvvəlcə, bu fiqh üsulu qaydalarını mənimsəyib qoymuş; və bunlara görə hərəkət etmişdir. Bu etibarla, Şafi'yə görə, fiqh üsulu, yalnız nəzəri deyil; eyni zamanda, həm nəzəri, həm də əməli bir istiqamətdə gedirdi.
Xll. Bütün fəqihlər, Şafi'nin çatmış olduğu üsulları incələmiş və mənimsəmişlərdi. Lakin, Şafi'dən sonra, (onlar), bir neçə cəhətə ayrılmışlardır. (Belə ki):
a. Bəziləri, Şafi'nin üsulunu açıqlama və ona görə təxric (müctəhidlərin, istinad etdikləri nass'lara, qayda və əsaslara görə şəri hökmləri açıqlama işi) cəhətinə getmişlərdir.
b. Bəziləri də, Şafi'nin iləri sürdüyü şeylərdən çoxunu götürmüş; təfərrüat sayıla biləcək xüsuslarda, Ona müxalifət edərək, bəzi əsaslar əlavə etmişlərdir. Məsələn,
~ Hənəfi'lər, Şafi'nin əsaslarını qəbul etməklə bərabər, istihsən və örf'ü əlavə etmişlərdir. Yenə,
~ Maliki'lər, Şafi'nin metodunu mənimsəmiş; ancaq, imam Malik'dən götürdükləri "Mədinə'lilərin icması"nı, "istihsən"i və "masalihu'l-mursələ"ni də qəbul etmişlərdir.
Şafi isə, bunları rədd etmiş və çürütməyə başlamışdı. Ayrıca, Maliki'lər, "zərai" babını da genişləndirmişdilər. Zənn edirəm ki, Hənəfi'lərin üsulu, metod fərqləri bir tərəfə qalsın, Şafi'nin üsuluna daha yaxındır. Hənbəli'lər isə, fiqh qaynaqlarının sayı cəhətindən, Maliki'lərə daha yaxındırlar.
Həqiqətən, 4 məzhəbin fəqihləri, Şafi'nin qəbul etdiyi dəlilləri eynilə götürməkdədirlər. Bunlar da, Kitab, sünnət, icma və qiyasdır. Bu əsaslar üzərində, ittifaq vardır. Bunlara əlavə edilən dəlillər, Şafi ilə digərləri arasında ixtilaf mövzusu olmuşdur.
Xlll. Şafii fəqihlər, imamlarının üsulunu götürüb şərh və təfsir etmişlərdir. Bu üsul, ictihad çağı boyunca inkişaf etmiş və daha çox açıqlıq qazanmışdır. Şafii olmayan fəqihlər də, az əvvəl dediyimiz kimi, bu üsulu həm açıqlamış, həm də ona əlavələr etmişlərdir.
Bir çoxları, özlərində mütləq ictihad səlahiyyətlərini görməməyə və sadəcə müəyyən bir məzhəbin üsuluna görə ictihad etməyə başladıqdan sonra da, fiqh üsulu zəifləməmişdir. Əksinə, qüvvətli ağlı olan və araşdırmağı xoşlayan bir çox şəxs, fiqh üsulunda, məzhəbin qəbul etdiyi əsasların xaricinə çıxaraq hökm istinbat etmədən, fiqhi bir idman sahəsi tapmışlardır. Məzhəblərinə çox bağlanan kimsələr, fiqh üsulu çalışmalarında və bu mövzuda dərinləşmədə, öz məzhəblərini dəstəkləmə imkanı tapmışlardır. Fiqh üsulu, təqlid əsrində belə dəyərini itirməmişdi. Çünki, cədəl və münazirənin artdığı dövrlərdə, ixtilaf edilən görüşləri ölçmək üçün mötəbər olan miqyas və hakim olaraq müraciət edilən ölçü, fiqh üsulu idi. Hər kəs onu, öz tərəfinə çəkirdi.
XlV. Məzhəblərin qərar qılmasından sonra, fəqihlər, fiqh üsulunu, 2 yöndə inkişaf etdirmişlərdir:
1. Nəzəri olaraq və hər hansı bir məzhəbin fürusu'nun təsirində qalmadan edilən çalışmalar. Bunlara görə, əsaslar və ölçülər açıqlanmaqda, hər hansı bir məzhəb, nə dəstəklənməkdə, nə də nəqz edilməkdədir.
2. Məzhəbin fürusu'nun təsirində qalan, ona xidmət etmək və bu füru ilə bağlı ictihadların doğruluğunu isbatlamaq işinə yönələn çalışmalar. Burda, məzhəb mənsubları, əvvəlki məzhəb imamlarının çatmış olduqları fiqhi ictihadların doğruluğunu isbata çalışır və məzhəblərini dəstəkləyəcək qaydaları zikr edərlər. Məsələn, hənəfilər, amm'ın, dəlalət cəhətindən qəti olduğunu söyləyərək, buna müxalif düşən əhəd xəbəri, -sübutunun (sabit olmasının) zənni olması səbəbilə-, zəif sayarlar.
Bu ikinci yolu mənimsəyənlərin çoxu, Hənəfi'lərdir. Digər məzhəb mənsubları arasında da, bu yolla gedənlər vardır. Birinci yolu mənimsəyənlər isə, Şafii'lərdir. Çünki, imam Şafi, ilk olaraq, əsaslar üzərində dayanmış və metodunu, nəzəri olaraq açıqlamışdır. Bu nəzəri yola, "mütəkəllimun yolu" da deyilir. Çünki, kəlam alimlərinin çoxu, bu nəzəri metoda görə üsul çalışmaları etmişlərdir.
Bu 2 yöndə edilən fiqh üsulu çalışmalarına və bunların fiqh tarixindəki dövrlərinə, qısaca işarət edəcəyik. (Belə ki):
XV. Şafii'lərin və Mütəkəllimun (kəlam alimləri)'nin üsulu:
Bunların üsuluna görə edilən çalışmalar, tamamilə nəzəridir. Çünki, bu yolda, tədqiqatçılar, bir məzhəbi nəzərə almadan qaydaları ortaya qoymağa etibar edərlər. Hətta, ən sağlam qaydaları çıxarmağa çalışarlar. İstərsə, bunlar, öz məzhəblərinə faydalı olsun; istərsə də, olmasın. Bunlardan bəziləri, Şafi'nin üsuluna müxalifət etmiş; füruda isə, Ona tabe olmuşdur. Məsələn, Şafi, sükuti icma'nı qəbul etməz. əl-Amidi isə, Şafii məzhəbindən olduğu halda, "əl-İhkam" adlı əsərində, sükuti icmanı tərcih etməkdədir.
Mutəkəllimun'dan bir çoxu, bu üsula görə araşdırmalar aparmışlardır. Çünki onlar, bunda, əqli çalışmalar və həqiqətləri tədqiq etmə tərzlərilə uyğun düşən yönlər tapmışlardır. Kəlam çalışması edərcəsinə, burda da, təqlidə varmadan araşdırmalar aparmış və həqiqəti açıqlamaq istəmişlərdir. Dolayısı ilə, bu üsula, "mutəkəllimun üsulu" deyilməsində, bir həqiqət payı vardır. Bu üsul, kəlam elminin metod və mövzusundan istifadə etmişdir. Bu üsulda, nəzəri fərziyyələr, fəlsəfi və məntiqi cəhətlər, çoxdur. Bunu mənimsəyən fəqihlər, dil çalışmaları etmiş; yaxşı və pisin ağıl ilə bilinib-bilinməyəcəyi mövzusu kimi bəzi nəzəri araşdırmalara girişmişlərdir. Bununla bərabər, hamısı, ibadətlər xaric, şəri hökmlərin, ağılla başa düşülə biləcək bir illət'ə söykəndiyində ittifaq etmiş; məsələn, nemətə şükr etməyin vacib olmasında birləşdikləri halda; bunun, həm nəqlən, həm də əqlən vacib olub-olmadığında ixtilafa düşmüşlərdir. Bax bu şəkildə, onlar, hər hansı bir əməli dəyəri olmayan sırf nəzəri məsələlər üzərində ixtilaf etmişlərdir. "Mədum (mövcud olmayan) şeyin təklif mövzusu olması, caizdirmi, deyildirmi?" deyə etdikləri ixtilaf da, belədir. Hətta onlar, tamamilə kəlam elminin mövzusu olan və fiqh ilə bir münasibəti olmayan məsələlərə dalmış və sadəcə, dinin əsası ilə əlaqəli olduğu üçün, bunlar üzərində durmuşlardır. Məsələn, əsərlərində, Peyğəmbərlərin, peyğəmbər olmadan əvvəl ismət sifətinə sahib (yəni, məsum) olub-olmadığını tədqiq edən fəsllərə yer vermişlərdir.
XVl. Bax bunlar, üsul elmində, birinci (görüş)'ə görə edilən çalışmalara işarət etməkdədir. Bu yol, üsul elminə, bir çox faydalar vermişdir. Burda, araşdırma, məzhəbin fəri məsələləri üçün olmamış; üsuli qaydalar, məzhəbin fürusu'na bağlı qalmamış; əksinə, bu qaydalar, füru'ya hakim, fiqhin əsası və istinbat mütodu olmaq üzərə incələnmişdir. Beləcə, mücərrəd nəzəri bir incələmə, fiqh üsulu qaydalarına faydalı olduğu kimi; təəssübdən uzaq və dərin bir tədqiqə imkan vermişdir. Bununla bərabər, o qaydaları seçib ayırmaq işi yer almışdır. Şübhəsiz, sırf bu çalışma belə, elmi cəhətdən böyük bir fayda və İslami elmləri öyrənənlər üçün ən əhəmiyyətli bir "qida" olmuşdur.
Məzhəb çərçivəsinə sıxışıb qalan alimlərin bir çoxu, özlərinə ictihad qapısını bağladıqları üçün, bu yoldakı fiqh üsulu çalışmalarından faydalana bilməmişlərdir. Əgər ictihad qapısı açıq tutulsaydı, fiqh üsulunu belə bir yöndə inkişaf etdirən o alimlərin çalışmaları sayəsində, ictihad metodu, hər kəs üçün açıq bir hala gələcəkdi.
XVll. Bu yolda, fiqh üsulunun əsas kitablarını təşkil edən bir çox əsər yazılmışdır. Bunların ən köhnələri və əhəmiyyətliləri, bu 3 kitabdır:
1. Mötəzilə'dən əbu'l-Hüseyn Muhamməd b. Əli əl-Basri'nin, "Kitabu'l-Mötəməd"i;
2. Şafii'lərdən imamu'l-Harameyn əl-Cüveyni'nin, "Kitabu'l-Bürhan"ı;
3. (Şafii'lərdən) Ğazali'nin, "əl-Mustasfa"sı.
Daha sonra gələn alimlər, bu kitabları xülasə etmişlər; zamanla, bu xülasələr üçün şərhlərə ehtiyac hasil olmuş; və qələm sahibləri, bu şərhlərdə, çox söz danışmışlardır.
Bu 3 kitabı, Fəxrəddin ər-Razi xülasə etmiş; bəzi əlavələr etmiş və ona, "Məhsul" adını vermişdir. (Bununla bərabər), əl-Amidi deyə bilinən əbu'l-Hüseyn Seyfuddin Əli, "əl-İhkam fi Usuli'l-Əhkam" adlı əsərində, onları cəm etmiş və bəzi əlavələr etmişdir.
Bir çoxları, bu 2 kitabı ixtisar etmişlərdir. Bəzən ixtisarlar, anlaşılmayacaq qədər çox iləri aparılmış; və rumuz (rəmzlər) halına gəlmiş; sonra da, bunları açıqlamaq üçün, şərhlər yazılmışdır. Beləcə, ixtisar və şərhlər, bir-birilərini izləmişlərdir.
XVlll. Hənəfilərin üsulu:
Bu üsula görə araşdırma edənlər -daha əvvəl də söylədiyimiz kimi- füru'nun təsirində qalmış; məzhəblərinin fürusuna miqyas olacaq və onun doğruluğunu isbat edəcək üsuli qaydalara yönəlmişlərdir. İstinbatlarını, bu qaydalara görə təshih etmiş; cədəl və münazirələrində, onları istifadə etmişlərdir. Bu şəkildə, üsula çalışmaları, məzhəb fürusunun qaynaq və dəlillərini təşkil etmişdir. Bir qisim alimlərə görə, bunda ilk əsər yazanlar, Hənəfi'lərdir. Onların, istinbat dövründə doğmuş fiqh üsulları yoxdur. Bu görüşü, Vəliyullah Dihləvi "əl-İnsaf fi bəyən-i səbəbi'l-ixtilaf" adlı əsərində bildirmiş və belə demişdir:
"Bil ki, məncə, əksəriyyət, əbu Hənifə və Şafi arasındakı ixtilafın əsası, Pəzdəvi'nin 'Kitabu'l-Üsul'unu və bənzərlərində zikr edilən bu metodlar üzərindədir, deyə zənn edirlər. Həqiqət budur ki, bu metodların çoxu, onların görüşlərindən çıxarılmışdır. Mənə görə,
~ 'Xass, açıqdır. Bəyanına ehtiyac yoxdur.'
~ 'Amm, xass kimi qətidir.'
~ 'Ravilərin çoxluğu, tərcih səbəbi deyildir.'
~ 'Rəy qapısı bağlandığı vaxt, fəqih olmayan kimsənin hədisilə əməl etmək lazım deyildir.'
~ 'Əmr, mütləq vaciblik ifadə edir.'
və başqa qaydlar, imamların görüşləri üzərə təxric edilmişdir. Bunların, şəxsən əbu Hənifə və əshabından rəvayət edilməsi, doğru olmaz. Bunları qorumaq və və Pəzdəvi'nin etdiyi kimi bunlar əleyhində varid olan suallara cavab vermək külfətinə girmək, əvvəlkilərin, istinbatlarında etmiş olduqları şeylərdən deyildir."
XlX. Bu sözlər dəlalət edir ki, Hənəfi məzhəbi imamları, fiqh üsulunu tədvin etməmişlərdir. Bu, doğrudur. Çünki, bu elmin tədvin edilmə işi, daha sonra başlamışdır. Lakin biz, qəti olaraq deyə bilərik ki, bu üsulun bəzisi və ya böyük bir qismi, hökm çıxararkən onlar tərəfindən göz önündə tutulurdu.
Hənəfi'lərin girdiyi bu yol, zahirdə, faydasız və az bir şey kimi görünə bilər. Çünki, müəyyən bir məzhəbin müdafiə edilməsindən ibarətdir. Lakin, fiqhi düşüncədə, ümumi olaraq, əhəmiyyətli bir təsirə sahibdir. Belə ki:
a. İctihad üsulu istinbat edilmişdir. Səbəbi nə olursa olsun, bu, fiqhi bir təfəkkür işidir. Ortaya qoyulan bu müstəqil qaydalarla, digər qaydalar arasında müqayisə mümkün olmuş və bu müqayisə sayəsində, insan ağlı, daha doğru nəticələrə çata bilmişdir.
b. Füru'ya tətbiq edilən bir çalışma edilmişdir. Bu, nəzəri araşdırmalar deyil; külli və füruya tətbiqi mümkün olan ümumi bir dirasət (araşdırma)'dır. Belə araşdırmalar nəticəsində, külli qaydalar qüvvət və həyat qazanmışdır.
c. Bu tərz fiqh üsulu çalışmaları, qarşılaşdırılmalı ümumi bir fiqh çalışmasıdır. Burda, qarşılaşdırma, yalnız füru arasında deyil; eyni zamanda, üsul arasında da edilmişdir. Beləcə, oxuyucu, cüzilər içində boş-boş dolaşmamış; əksinə, cüzi hökmləri istinbat işini bir disiplinə bağlayan küllilərdə dərinləşmişdir.
d. Bu çalışmalar, məzhəbin cüzi hökmlərini bir əsasa bağlamış və bu sayədə, təxric və təfri (fəri məsələlər ortaya qoymaq), imamların dövründə vaqe olmamış, lakin vaqe olması möhtəməl olan məsələlərin hökmlərini, məzhəbin xaricinə çıxmadan, açıqlama metodu öyrənilmişdir. Çünki bu, fürunu bir disiplinə bağlayan üsulun bir gərəyidir. Şünhəsiz ki, beləcə, məzhəb inkişaf etmiş və yeni hadisələri əhatə etmə gücü artmış; alimlər, imamlardan rəvayət edilən hökmlərin qarşısında ilişib qalmamış; metodların yardımı ilə, yeni hadisələri bir hökmə bağlamış və işi genişləndirmişlərdir.
XX. Bax bu ikinci yol, "Hənəfilərin yolu (yəni, üsulu)" deyə də adlandırılır. Bu üsula görə yazılan ən köhnə əsər,
~ əbu'l-Həsən əl-Kərxi'nin "Üsul" kitabıdır. Bundan daha geniş və müfəssəli,
~ "əl-Cəssas" deyə bilinən əbu Bəkr ər-Razi'nin "Üsul" kitabıdır. Bu 2 kitabdan sonra,
~ Dəbusi'nin "Tə'sisu'n-Nəzər" adlı əsəri gəlir. Bu əsərdə, Hənəfi məzhəbi imamları ilə digərlərinin ittifaq və ixtilaf etdikləri üsula, qısaca işarət edilmişdir. Bunlardan sonra,
~ Fəxru'l-İslam Pəzdəvi gəlməkdədir. Bunun, "Üsulu'l-Pəzdəvi" deyə bilinən əsəri, vəciz və ibarə cəhətindən asan olub Hənəfi'lərin yoluna görə yazılmış həqiqətən açıq ifadəli bir kitabdır. Daha sonra,
~ "əl-Məbsut" sahibi Səraxsi'ni görürük. Bunun "Üsul"a dair yazdığı kitab, Pəzdəvi'nin kitabına bənzəməklə bərabər, daha böyük və təfsilatlıdır. Bu kitablardan sonra,
~ "əl-Mənar" və bənzərləri kimi müxtəsər və müfəssəl əsərlər yazılmışdır.
XXl. Bunu bildirmək insafdandır: Şafii, Maliki və Hənbəli'lərdən bir çox üsul müəllifləri, Hənəfi'lərin metoduna görə və külli qaydalardan ibarət olan üsulu, cüzi məsələləri təşkil edən füruya tətbiq etmək üzərə əsərlər yazmışlar; və bağlı olduqları məzhəbin inkişafına xidmət etmişlərdir.
~ Qarafi'nin "Tənqihu'l-Füsul fi İlmi'l-Üsul" adlı əsəri, bu metoda görə yazılmış olub Maliki məzhəbinin üsulunu, fürusuna tətbiq edərək açıqlayır.
~ Şafii alimlərdən əl-İsnəvi'nin "ət-Təmhid"i də, belədir. Bu da, Şafii üsulunun, bu məzhəbin fürusuna tətbiq edilməsi haqqında danışmaqdadır.
~ ibn Teymiyyə və ibn Qayyim əl-Cevziyyə, üsula dair qələmə aldıqları əsərlərdə, Hənbəli məzhəbinə açıq bir yön verməkdədirlər.
Bütün bunlardan başa düşülür ki, Hənəfi'lərin üsulunu, zamanla, 4 məzhəb mənsublarının əksəriyyəti mənimsəmiş və istifadə etmişlərdir.
Hətta bu iş, 4 məzhəbin xaricində olan şiələrdən imamiyyə və zeydiyyə məzhəblərinə də keçmişdir. Hərçənd, bunlar arasında, mötəzilələr çox idi və onlar, kəlam alimlərinin üsuluna görə yazırlardı. Buna baxmayaraq, fiqh üsullarında, üsulu füruya tətbiq cəhətindən, onlar da, Hənəfi'lərin metodundan faydalanmışdılar.
XXll. Hər iki yolda da, bir xeyli əsər yazıldıqdan sonra, bu yolların ikisini birləşdirən kitablarla qarşılaşırıq. Bu kitablarda, ilk əvvəl üsul mücərrəd olaraq ələ alınmaqda; sonra, onun tətbiqinə keçilərək Hənəfi'lərin yolundan gedilməkdədir. Hənəfi və Şafii məzhəbinə mənsub bir qisim dəyərli elm adamları, bu tərzdə əsərlər yazmışlardır. Məsələn, Əhməd b. Əli əs-Saati əl-Bağdadi'nin, "Bədiu'n-Nizam" adlı əsəri, Pəzdəvi'nin "Üsul"u ilə əl-Amidi'nin "əl-İhkam fi Usuli'l-Əhkam" adlı əsərlərini birləşdirməkdədir.
Bundan sonra, Sadru'ş-Şəria Abdullah b. Məsud əl-Buxari (vəfatı, hicri 747-ci il), diqqəti çəkməkdədir. Bu alim, "Tənqihu'l-Üsul" adlı əsərini qələmə almış və onu şərh edərək, "ət-Təvdih" deyə adlandırmışdır. Bu əsərində, o, Pəzdəvi'nin "Üsul"unu; Razi'nin "əl-Məhsul"unu; və ibn Hacib'in "əl-Müxtəsəru'l-Muntəhə"sini təlxis (xülasə) etmişdir.
Zamanla, hər iki yolu birləşdirən əsərlərin təlifi davam etmiş və bu sahədə, dəyərli kitablar yazılmışdır. Tacuddin Abdu'l-Vəhhab əs-Subki əş-Şafii'nin "Cəm'ul-Cəvami"si, Kəmaləddin ibnu'l-Hümam əs-Sivasi'nin "ət-Təhrir fi Usuli'd-Din"i və Muhibullah b. Abdi'ş-Şəkur əl-Hindi'nin "Müsəlləmu's-Sübut"u burda zikr edilməyə dəyər.
XXlll. Fiqh üsulunun babları:
Yuxarıda da söylədiyimiz kimi, fiqh üsulunun mövzusu, istinbat metodlarını və əməli hökmləri, təfsili dəlillərdən çıxararkən baş vurulan istidlal ölçülərini açıqlamaqdır. O halda, bu elmin bablarını təsbit etmək üçün, şər'i əməli hökmlərin mahiyyət və qisimləri haqqında danışmaq lazımdır. Çünki, dəlil, bu hökmlər üçün gətirilməkdə; və bu dəlilə görə mükəlləfin feli, bir vəsf qazanmaqdadır ki, o da, -iləridə açıqlayacağımız kimi- çatılan hökmdür. Bu səbəblə, hökmün mənasını, qisimlərini, qaynağını, yəni, hökmü əsas təşkil edən hakimi, daha sonrakı təklif mövzusu olan insan fellərini və nəhayət, mükəlləflərin kimlər olduğunu bildirməliyik. Bunları nəzərə alaraq, bəziləri, fiqhi, "Mövzusu, insan felləri; məhmul'u, Şari'nin hökmləri olan qəziyyələri açıqlayan bir elm'dir." deyə tərif etməkdədirlər.
Bu etibarla, fiqh üsulunun mövzusu, 4 bab'a ayrılır:
1. Şər'i hökm;
2. Hakim. Bu, Allah (subhənəhu və taala)'dır. Allahın hökmünü bilmə yolları da, şəriətin qaynaqlarını təşkil edən dəlillərdir. Dolayısı ilə, bu babda, ittifaqla qəbul edilən və ya ixtilaf edilən dəlillər üzərində dayanacağıq.
3. əl-Məhkum-u fih. Bu da, mükəlləflərin felləridir.
4. əl-Məhkum-u aleyh. Yəni, mükəlləf. Bu babda da, əhliyyət və ona ariz olan hallardan bəhs edəcəyik.
Ğazzali'nin də bildirdiyi kimi, şər'i hökmü bilmək, fiqh və fiqh üsulu ilə mümkün olur. Bu iki elmin faydası, mükəlləflərin fellərinə dair olan şər'i hökmü bilməkdir. Ancaq, üsul, bu hökmü bilmə metodu və qaynaqlarını araşdırır. Fiqh isə, üsulun rəsm etdiyi (cızdığı) dairə çərçivəsində, felən istinbata baxır (yəni, ələ alır).
-------------------------
-------------------------
ibnu'l-Hacib, hökmü,
"Hökm, Şari'nin,
~ iqtiza (tələb etmək);
~ təxyir (muxayyər buraxmaq); və
~ vad (vaz, yəni qoymaq)
cəhətindən, mükəlləflərin fellərinə dair olan xitabıdır." deyə tərif etməkdədir.
"Şari'nin xitabı"ndan məqsəd: “mükəlləflərin fellərinə, Şari tərəfindən verilən bir vəsf”dir. Haram, məkruh, mətlub, mübah, səhih, batil, şərt, səbəb, mani və başqa təbirlər, belədirlər. Fiqh üsulunun mövzusu olan belə təbirləri, iləridə açıqlayacağıq.
• "İqtiza": "tələb" deməkdir. İstərsə, bir işin edilməsini tələb olsun; istərsə də, əngəllənməsini tələb olsun (fərqi yoxdur). Məsələn,
~ haram, bir işin qəti olaraq edilməməsini;
~ vücub (yəni, vaciblik) isə, qəti olaraq edilməsini
tələb etməkdir.
• "Təxyir": "muxayyər buraxmaq"dır, ki, "Şari (yəni, Allah və peyğəmbər)'in, bir işi edib-etməməkdə, mükəlləfi sərbəst buraxması" deməkdir. Məsələn, müəyyən bir zamanda bir şey yemək və ya yatmaq kimi insan üçün mutad (adət edilmiş) olan işlər, belədir. Ancaq, bunları tamamilə tərk etmək, caiz deyildir.
• "Vad (və ya vaz)": kəlimənin mənası, "qoymaq" deməkdir. Burda, o, "Şari tərəfindən, mükəlləfin felinə dair olan iki şeyin bir-birinə bağlanması"nı ifadə etməkdədir. Məsələn, varis olmaqla, muris (miras qoyan)'ın ölümü, bir-birinə bağlıdır. Yəni, birinin ölümü, yaxının ona varis olmasına səbəb təşkil edir.
Bəzən də, Şari, biri, digərinin gerçəkləşməsi üçün şərt olmaq üzərə, iki şeyi bir-birinə bağlayır. Məsələn, namaz üçün, dəstəmazın; və nikah üçün də, şahidlərin mövcud olması, şərt qılınmışdır.
Şər'i hökm:
~ iqtiza və təxyir ifadə edərlərsə, buna, "təklifi hökm";
~ iki şeyi bir-birinə bağlayarsa, buna da, "vaz'i hökm"
adı verilir.
Buna görə, şər'i hökm, 2 qismə ayrılır:
1. Təklifi hökm;
2. Vaz'i hökm.
--------------------------------
1. Təklifi hökm: "bir işin edilməsini və ya edilməməsini tələb etməyi; ya da, iki şey arasındakı təxyir"i ifadə edir.
• Namaz qılmaq, zəkat vermək və həccə getmək, edilməsi istənilən hökmə misal olaraq verilə bilər.
• Edilməməsi istənilən hökmlər üçün, misal olaraq, yetim malının yeyilməməsini bildirən bu ayələri zikr edə bilərik:
...وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ ~
"Yetim malına, ən gözəl şəklin xaricində, yaxınlaşmayın..." (İsra/34);
~ ...وَلَا تَأْكُلُوهَآ إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُوا۟...
"Onu (yəni, yetim malını), israf edərək, tez-tələsik yeməyin." (Nisa/6);
Yenə, haqsız yerə başqalarının mallarını yeməyin nəhy edilməsi də, bu cür hökmlərdəndir. Necə ki, Quran'da,
...وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَـٰطِلِ
"Mallarınızı, aranızda, haqsızlıqla yeməyin..." (Bəqərə/188) buyurulmuşdur.
~ Təxyir'ə misal olaraq, yeyib-içməyi, gəzməyi zikr edə bilərik. Qəbir ziyarəti də, belədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:
"Sizi, qəbir ziyarətindən nəhy edirdim. Artıq ziyarət edə bilərsiniz." (Muslim, "Cənaiz", 106) buyurmuşdur.
2. Vaz'i hökm: "Bir şeyi, digərinə, şərt, səbəb və ya mani olmaq üzərə, 2 şeyi bir-birinə bağlayan bir hökm"dür.
---------------------
---------------------
l. Təklifi hökmlərin qisimləri:
• Vacib:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/vacib-n%C9%99dir)
-------------------------
• Məndub:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sunn%C9%99t-n%C9%99dir-qisim...
---------------------
• Haram:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/haram-n%C9%99dir
---------------------
• Məkruh:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99kruh-n%C9%99dir
----------------------
• Mübah:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mubah-n%C9%99dir
------------------------
• Ruxsat və Əzimət:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ruxsat-v%C9%99-%C9%99zim%C9%...
------------------------
------------------------
ll. Vaz'i hökmlərin qisimləri:
• Səbəb:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-fiqh
------------------------
• Şərt:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99rt-n%C9%99dir
------------------------
• Mani:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mani-n%C9%99dir-0
------------------------
• Sihhət, fəsad və butlan:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sihh%C9%99t-f%C9%99sad-v%C9%...
------------------------
------------------------
Hakim və hökmlərin qaynaqları (dəlilləri):
Bura qədər, hökmün məna və qisimlərini bəyan etdik. Fiqh və fiqh üsulunda, sözün özü də, bax budur. Bu iki böyük elm, bu qutb (mihvər, orbit, yəni, hökm) ətrafında dönməkdədir. İndi, ikinci əsasa gəlirik:
Hökm, kimdən gəlir? Yəni, Hakim, kimdir?
Şübhəsiz ki, hökmün tərifini verərkən, Hakimə də işarət etmişdik. Çünki, üsul alimlərinin istilahına görə, hökmün tərifi,
"Şari'nin,
~ iqtiza (tələb etmək);
~ təxyir (muxayyər buraxmaq); və
~ vad (vaz, yəni qoymaq)
cəhətindən, mükəlləflərin fellərinə dair olan xitabıdır." şəklindədir.
İslam dini, vəhyə istinad edən səmavi bir qanundur. Ona görə, hakim (hökmün əsl qaynağı) da, Allah (subhənəhu və taala)'dır. Hökmü açıqlayan bütün təriflər, Allahın hökmlərini və Onun uca dəyərini öyrənmə yollarıdır. Bütün müsəlmanlar, bu həqiqət üzərində ittifaq etmişlərdir. Quran da, bunu, bu ayələrlə açıqca bəyan etməkdədir:
~ "Hökm, yalnız Allaha məxsusdur." (Ənam/57);
~ "Onların aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm ver." (Maidə/49);
~ "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir." (Maidə/47)
Bu hal qarşısında, ağlın, şər'i hökmlərdə bir rolu vardırmı? Mükəlləf, heç ağlı ilə hökm edə bilməzmi?
Fəqihlərin əksəriyyətinə görə isə, ağıl, hakim deyildir. Onlar, haqqında nass olmayan şeyləri, qiyas, istihsən və şər'i cəhətdən mötəbər olan maslahatlar kimi fərqli yollarla nass'a bağlayırlar.
Ağıl cəhətindən hüsn və qubh məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/husn-v%C9%99-qubh-m%C9%99s%C...
-------------------------
• Quran:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/quranin-d%C9%99lil-olmasi
--------------------------
• Sünnət:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sunn%C9%99t-n%C9%99dir-qisim...
--------------------------
--------------------------
• İstinbat (Quran və sünnətdən hökm çıxarmaq):
1. Açıqlıq və dəlalət cəhətindən ləfzlər:
~ Açıq olan ləfzlər:
Zahir:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/zahir-n%C9%99dir
Nass:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nass-n%C9%99dir
Müfəssər:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muf%C9%99ss%C9%99r-n%C9%99dir
Möhkəm:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mohk%C9%99m-n%C9%99dir
~ Açıq olmayan ləfzlər:
Xafi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xafi-n%C9%99dir
Müşkil:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muskil-n%C9%99dir
Mücməl:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mucm%C9%99l-n%C9%99dir
Mütəşabih:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mohk%C9%99m-v%C9%99-mut%C9%9...
Təvil:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vil-n%C9%99dir
---------------------------
2. Dəlalət yolları:
---------------------------
---------------------------
3. Şamillik cəhətindən ləfzlər:
Amm və Xass:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem...
Müştərək:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/must%C9%99r%C9%99k-n%C9%99-d...
Mütləq və Muqayyəd:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mutl%C9%99q-v%C9%99-muqayy%C...
----------------------------
4. Təklif siğaları (formaları):
Əmr:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99mr-n%C9%99dir
Nəhy:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99hy-n%C9%99dir
------------------------------
Nəsx:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99sx-n%C9%99dir
----------------------------
----------------------------
• İcma:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/icma-n%C9%99dir
--------------------------
--------------------------
• Səhabə fətvaları:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99hab%C9%99-f%C9%99tval...
-------------------------
-------------------------
• Qiyas:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qiyas-n%C9%99dir
-------------------------
-------------------------
• İstihsən:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/istihs%C9%99n-n%C9%99dir
------------------------
------------------------
• Örf;
-------------------------
-------------------------
• Mürsəl maslahat;
-------------------------
-------------------------
• Zərai;
------------------
-----------------
• İstishəb;
--------------------
--------------------
• Əvvəlki şəriətlər
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rimiz-peyg...
--------------------
--------------------
• Mükəlləflərin felləri:
--------------------
--------------------
• Mükəlləflər:
--------------------
--------------------
• Hökmlərin məqsədləri:
--------------------
--------------------
• İctihad:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ictihad-n%C9%99dir-0
